Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə30/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   26   27   28   29   30   31   32   33   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

ilə  davam  gətirmişdi,  lakin  onlar  sıradan  çıxandan  sonra  qiyamçılar 



hücuma  tab  gətirə  bilmədilər.  Top  güllələri  barrikadada  adam  keçə 

bilən bir deşik aça bilməsə də, onun orta hissəsini yarımdairə şəklində 

ovub  tökmüşdü;  uçub  tökülən  bu  qırıntı  yığınından  istehkamın  həm 

bayır,  həm  də  iç  tərəfində  iki  yamac  kimi  şey  əmələ  gəldi.  Bayır 

tərəfdə olan yamac yastı olduğundan hücum üçün əlverişli idi. 

Düşmən  qəti  hücuma  keçdi,  onun  bu  hücumu  boşa  çıxmadı. 

Piyada  əsgərlər  əllərində  süngülü  tüfəng,  möhkəm  sıralarla  yeyin 

irəlilədilər,  istehkamın  yuxarı  hissəsində  barıt  tüstüsü  içində  hücum 

edən hissənin ön sırası göründü. Bu dəfə hər şey bitdi. Barrikadanın 

mərkəz  hissəsini  müdafiə  edən  qiyamçılar  nizamsız  halda  geri 

çəkildilər. 

Bu  zaman  onlardan  bəzisinin  qəlbində  yaşamaq  arzusu  oyandı. 

Saysız-hesabsız  tüfəng  onların  üstünə  dikəlmişdi,  lakin  onlar  ölmək 

istəmirdilər.  Elə  bir  vaxt  olur  ki,  insanda  özünü  müdafiə  duyğusu 

boğuq-boğuq nərildəməyə, yırtıcı heyvani hisslər oyanmağa başlayır - 

indi həmin vaxt gəlib çatmışdı. Qiyamçıları barrikadanın arxası olan 

altımərtəbəli  hündür  evə  tərəf  sıxışdırdılar.  Onlar  bu  evə  girib  xilas 

ola  bilərdilər.  Lakin  evin  bütün  qapı-pəncərələri  bağlanmışdı,  sanki, 

onu  başdan-başa  divar  içinə  almışdılar.  Piyada  hissə  barrikadanın 

içinə girənə kimi evin qapısı bir anda açılıb örtülə bilərdi; bu birdən 

açılan,  elə  o  saat  da  örtülən  qapı  hər  şeydən  ümidini  kəsən  adamlar 

üçün  həyat  deməkdi.  Evin  dal  tərəfindən  küçəyə,  açıqlığa  çıxmaq, 

qaçmaq  olardı.  Onlar  tüfəng  qundağı  ilə,  təpiklə  qapını  döyürdülər, 

imdada çağırırdılar, çağırırdılar, əllərini uzadaraq yalvarırdılar. Lakin 

heç  kəs  qapını  açmırdı,  Ölünün  başı  üçüncü  mərtəbənin  taxtapuş 

pəncərəsindən onlara baxırdı. 

Anjolrasla  Marius  yeddi-səkkiz  adamla  yüyürə-yüyürə  onların 

köməyinə getdi. Anjolras əsgərlərə çığırdı: “Dayanın!” Bir zabit onun 

sözünə qulaq asmadı, o, zabiti öldürdü. 

Anjolras barrikadanın həyətində “Korinf” in divarı qabağında, bir 

əlində qılınc, o biri əlində karabin, meyxananın qapısını açıb durmuş-

du,  qapını  hücum  edənlərdən  qoruyurdu.  Ruhdan  düşənlərə  çığırıb 

deyirdi:  “Azadlığa  bircə  qapı  qalıb,  o  da  budur!”  O,  öz  bədəni  ilə 

bütöv bir batalyonun qabağını kəsərək, qiyamçılann geri çəkilməsinə 

kömək  etdi.  Qiyamçılar  qapıya  sarı  yüyürdülər.  Anjolras  qılınc 

təlimində “dəyirman” deyilən üsulu tətbiq edərək əlindəki karabindən 

bir ağac 

90 


downloaded from KitabYurdu.org


kimi  istifadə  edirdi,  hər  tərəfdən  ona  san  yönələn  süngülərdən  qoru-

nurdu; hamını içəri saldıqdan sonra özü də içəri girdi; bu zaman dəh-

şətli bir an başlandı: əsgərlər zorla içəri soxulmaq istəyirdilər, qiyam-

çılar  da  qapını  bağlamağa  çalışırdılar.  Axırda  qiyamçılar  qapını  elə 

bərk  örtdülər  ki,  qapının  ağzından  tutan  əsgərin  barmaqlan  qapının 

arasında qalıb sındı, əzildi, qapının haşiyəsinə yapışdı. 

Marius bayırda qaldı. Atılan güllə onun cınaq sümüyünü sındırdı. 

O, özündən getdiyini  və  yıxıldığını hiss etdi; gözləri  yumuldu, elə o 

anda bir şey də duydu: kiminsə qüvvətli əlləri onu tutdu; onun sönən 

şüurundan Kozetta haqqında olan son xatirələrlə bərabər, ani bir fikir 

də keçdi: “Mən əsir düşdüm, məni güllələyəcəklər”. 

Anjolras  da  meyxanaya  girən  döyüşçülər  arasında  Mariusu  gör-

məyərək  belə  düşündü.  Lakin  belə  anda  hər  kəs  ancaq  öz  ölümü 

haqqında  düşünməyə  macal  tapır.  Anjolras  qapının  cəftəsini  vurdu, 

sürgüsünü  keçirtdi,  açarı  iki  dəfə  burub  qapını  bağladı;  bu  zaman 

əsgərlər, istehkamçılar tüfəng qundağı ilə, balta ilə qapını bərk- bərk 

döyürdülər.  Hücum  edənlər  indi  qapının  dalına  toplaşmışdılar.  İndi 

meyxanaya hücum etmək istəyirdilər. 

Bunu da qeyd etmək lazımdır ki, əsgərlər yaman acıqlanmışdılar. 

Onları  qəzəbləndirən  həm  topçu  serjantın  öldürülməsi,  həm  də 

bundan  daha  məşum  bir  hadisə  idi:  hücumdan  əvvəl  əsgərlərin  ara-

sında söz yaymışdılar ki, guya, qiyamçılar əsirlərə əzab verirlər, mey-

xanada başı kəsilmiş bir əsgər meyiti vardır. Vətəndaş müharibəsində 

həmişə  belə  təhlükəli  uydurmalar  olur;  sonralar  belə  bir  böhtan 

Trasnonen küçəsində fəlakətə səbəb oldu. 

Qiyamçılar  qapının  dalına  çoxlu  şey-şüy  yığıb  onu  möhkəmlət-

dilər; Anjolras yoldaşlarına dedi: 

- Gəlin həyatımızı baha sataq! 

O, Maböfün  və Qavroşun meyiti  qoyulan  stola  yaxınlaşdı.  Qara 

örtük altında quruyub qaxaca dönmüş iki insan bədəninin varlığı hiss 

olunurdu  -  bunlardan  biri  böyük,  biri  balaca  idi;  həm  də  bu  soyuq 

kəfənin qırışıqları altında iki insan sifəti güclə nəzərə çarpırdı. Bir qol 

örtüyün  altından  çıxmış,  stolun  kənarından  aşağı  sallanmışdı.  Bu, 

qocanın qolu idi. 

Anjolras dünən böyük bir hörmətlə onun alnından öpmüşdü, indi 

də əyilərək eyni hörmətlə onun əlindən öpdü. 

91 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Anjolras ömründə ancaq iki dəfə adam öpmüşdü: o da bu öpüşlər 



idi. 

Hadisənin  təsvirini  qısaldaq.  Barrikada  qədim  Fiv  qapıları  kimi 

özünü  müdafiə  edirdi.  Meyxana  eynən  Saraqosdakı  ev  kimi  vuruşa- 

vuruşa özünü qoruyurdu. Qiyamçılar amansız bir inadla vuruşurdular. 

Heç kəsə aman yox idi. Düşmənlə heç bir danışığa girişmək olmazdı. 

Qiyamçılar ölməyə razı idilər, ancaq öldürüb ölmək istəyirdilər. Süşe 

deyəndə  ki:  “Təslim  olun!”,  Palafoks  ona  belə  cavab  verdi:  “Yox, 

təslim  olmarıq!  Topdan  atəş  açırdıq,  indi  bıçağa  keçəcəyik!” 

Meyxanaya  hücum  ediləndə  çox  şeyi  görmək  olurdu:  pəncərələrdən, 

damdan  hücum  edənlərin  başına  qənbər  daşı  yağış  kimi  yağırdı, 

əsgərlərin  baş-gözünü  əzirdi,  onları  son  dərəcə  qəzəbləndirirdi, 

çardaqdan,  zirzəmidən  tüfəng  atılırdı;  əsgərlər  amansızcasına  hücum 

edir,  qiyamçılar  da  amansızcasına  müqavimət  göstərirdilər;  əsgərlər 

qapını sındırandan sonra dəhşətli bir qırğın başlandı. Hücum edənlər 

meyxanaya  girib,  sındırılmış  qapının  yerə  tökülən  taxtalarına  ilişə-

ilişə  ora-buranı  gəzdilər,  bircə  nəfər  də  olsa  qiyamçı  tapmadılar. 

Aşağı zalın ortasında balta ilə qırılmış vintşəkilli pilləkən, bir neçə də 

can  verən  yaralı  vardı.  Sağ  qalan  qiyamçılar  ikinci  mərtəbəyə 

qalxmışdılar, oradan, tavandakı bacadan şiddətli atəş açırdılar. Qalan 

patronlar da buna sərf olundu. Ölümə məhkum edilmiş, lakin hələ də 

təhlükəli  olan  bu  adamların  indi  nə  gülləsi  vardı,  nə barıtı;  onlardan 

hər  biri  əlinə  iki  şüşə  aldı  -  oxucuların  yadındadır,  bu  şüşələləri 

Anjolras  saxlatdırmışdı  -  özlərini  bu  qorxunc,  həm  də  kövrək 

toppuzla müdafiə etməyə başladılar. Şüşələrdə azot turşusu vardı. Biz 

heç  bir  şey  gizlətmədən  qırğının  belə  dəhşətli  cəhətlərini  də 

söyləyirik.  Mühasirəyə  düşənlər  əllərinə  keçən  hər  şeylə  vuruşurlar! 

Yunan  odu  Arşimedi,  qaynar  qatran  Bayardı  bədnam  eləmədi. 

Müharibədə hər şey dəhşətlidir, burada yaxşı, ya pis deyə seçməli bir 

şey  yoxdur.  Aşağıdan  yuxarı  nişan  almaq  çətin  də  olsa,  hücum 

edənlərin gülləsi qiyamçıları öldürürdü. Çox çəkmədi ki, tavanda olan 

deşiyin  qıraqları  meyit  başı  ilə  doldu;  onlardan  buğlana-buğlana 

qırmızı  qan  axıb  tökülürdü;  Meyxananı  ağla  sığmayan  bir  gurultu 

bürümüşdü;  yandırıcı  qatı  bir  tüstü  bu  qanlı  vuruşmanı  duman  kimi 

çulğalamışdı. Bu anın bütün dəhşətlərini təsvir etməyə söz çatmır. Bu 

şiddətli  vuruşmada  iştirak  edənlər  insanlıq  simasını  itirmişdilər.  İndi 

artıq azmanlar nəhənglərlə 

92 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə