Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə27/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   23   24   25   26   27   28   29   30   ...   272

bir  mübarizəyə,  böyük  bir  səbatla  məhv  olmağa  məhkum  edirlər. 

Bunlar ruhani əsgərlərdir. Fransa inqilabı tanrının hökmüdür. 

Lakin mühüm bir fərq vardır, bunu əvvəlki fəsillərdə qeyd etdiyi-

miz başqa fərqlərə mütləq əlavə etmək lazımdır: elə silahlı üsyan olur 

ki, xalq bunu bəyənir, buna kömək edir, belə üsyana inqilab deyilir; 

eləsi də olur ki, xalq bunu rədd edir, belə üsyana qiyam deyilir. 

Baş  verən  üsyan  -  xalq  qarşısında  imtahan  verən  ideyadır.  Xalq 

qara  daş  salırsa

1

,  bu  göstərir  ki,  ideya  səmərəsizdir,  üsyan  müvəf-



fəqiyyət qazanmayacaq. 

Utopiya  hər  dəfə  istəyəndə,  xalqlar  onun  ilk  çağırışı  ilə  müba-

rizəyə  girişmirlər.  Millətlər  həmişə  ara  vermədən,  qəhrəmanların  və 

əzabkeşlərin mənəvi qüvvəsini izhar edə bilmirlər. 

Xalq dərrakəlidir. üsyan a priori olaraq onun üçün əlverişli deyil; 

əwəla, ona görə ki, üsyan çox vaxt fəlakətə gətirib çıxarır, ikincisi də 

ona görə ki, həmişə mücərrəd nəzəriyyədən meydana gəlir. 

Məsələnin  gözəlliyi  də  elə  bundadır  ki,  ideal,  ancaq  ideal 

uğrunda  özünü  fəda etməyə  qabil  olan  adamlar  həmişə  özlərini  fəda 

edirlər.  Üsyanı  yaradan  ruh  yüksəkliyidir.  Ruh  yüksəkliyi  qəzəbə 

çevrilə  bilər,  onda  o,  silaha  əl  atır.  Bir  də  ki  üsyan  hökuməti,  ya 

dövlət quruluşunu hədəf götürəndə daha yüksəyi nişan alır. Məsələn, 

1832-ci  il  üsyanının  başçıları,  qismən  də  Şanvreri  küçəsinin  həvəslə 

işə girişən gəncləri  Lui-Filippin əleyhinə  vuruşmurdular - biz bunun 

üzərində  israr  edirik.  Dostcasına  söhbətdə  onlardan  çoxu 

mütləqiyyətimi,  yoxsa  inqilabımı  təmsil  edən  bu  mülayim  kralın 

məziyyətlərini etiraf edirdi. Heç kəs ona ədavət bəsləmirdi. Əvvəllər 

X  Karlın  simasında  Allah  tərəfindən  təqdis  edilmiş  sülalənin  böyük 

şəcərə  xəttinə  qarşı  üsyan  edildiyi  kimi,  onlar  da  Lui-  Filippin 

simasında  bu  şəcərənin  kiçik  xəttinə  qarşı  üsyan  edirdilər.  Onlar 

Fransada  mütləqiyyəti  yıxmaqla,  yuxarıda  dediyimiz  kimi,  bütün 

dünyada  insanın  insan  üzərində  olan  qeyri-qanuni  hakimiyyətini, 

hüquq imtiyazlarını məhv etməyə çalışırdılar. Bu gün Paris kralsızdır, 

sabah  bütün  dünya  hökmdarsız  olacaqdır.  Onlar,  təxminən,  belə 

düşünürdülər.  Əlbəttə,  onların  məqsədi  uzaq  bir  məq-  səddi,  aydın 

deyildi,  bəlkə  də,  onların  çata  bilməyəcəyi  məqsəddi,  lakin  böyük 

məqsəddi. 

1

 Keçmişdə gizli səsvermə “daş salmaq” üsulu ilə olurdu. “Ağ daş” - seçmək, 



“qara daş'’ - rədd etmək əlaməti idi. 

81 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bəli,  məsələ  belədir.  İnsanlar  özlərini  xəyali  bir  arzu  üçün  fəda 



edirlər; bu arzu, özünü ona həsr edənlər üçün çox vaxt bir xülya olub 

qalır, lakin bu xülya insan üçün mümkün olan ən möhkəm bir inamla 

əsaslandırılmış  xülyadır.  Qiyamçı  qiyamı  şairanə  bir  şəfəq  içində 

görür.  O,  gələcəyin  xəyalı  ilə  məst  olaraq  öz  faciəli  aqibətinə  doğru 

gedir.  Kim  bilir,  bəlkə  də,  onlar  arzusuna  çatacaqlar.  Hərçənd  onlar 

çox azdır, onların qarşısında bütöv bir ordu durur, lakin onlar haqqı, 

təbii  qanunu,  hər  kəsin  öz  üzərində  olan  və  könüllü  surətdə  əl  çəkə 

bilmədiyi  ali  hakimiyyəti,  ədaləti,  həqiqəti  müdafiə  edirlər,  lazım 

gəlsə, üç yüz qədim spartalı kimi, bunun uğrunda ölməyə hazırdılar. 

Onlar Don Kixotu deyil, Leonidi xatırlayırlar. Onlar irəli gedirlər, bu 

yola qədəm qoyduqdan sonra geri çəkilmirlər, irəliyə doğru dəlicəsinə 

can  atırlar,  qarşıda  eşidilməmiş  bir  qalibiyyət,  başa  çatdırılmış 

inqilab, azadlıqla tamamlanmış bir tərəqqi, bəşəriyyətin əzəmətli yük-

səlişini, ümumi azadlığı, bəd ayaqda Fermopili görürlər. 

Tərəqqi  uğrunda  olan  belə  vuruşmalar  çox  vaxt  məğlubiyyətlə 

nəticələnir  -  bunun  səbəbini  biz  yuxarıda  izah  etmişik.  Paladin  üçün 

inadcıl qara camaatı öz ardınca aparmaq çətindir. Bu saysız-hesabsız 

camaat ağır hərəkət edir, ağır tərpəndiyinə görə də etibarsızdır, onlar, 

cəsarət edib özlərini təhlükəyə atmaqdan qorxurlar, ideala çatmaq isə 

həmişə təhlükə ilə əlaqədardır. 

Bir  şeyi  də  yaddan  çıxarmaq  lazım  deyil:  bu  işdə  şəxsi  mənfəət 

məsələsi  vardır;  şəxsi  mənfəət  isə  ideal  və  hisslərlə  çox  pis  uyuşur. 

Mədə bəzən ürəyi fəaliyyətdən qoyur. 

Fransanın  böyüklüyü  və  gözəlliyi  də  -  başqa  xalqlardan  fərqli 

olaraq  qarından  daha  da  az  asılı  olmasındadır.  Fransa  aclığa  çox 

həvəslə dözür. Fransa hamıdan əvvəl oyanır, hamıdan da sonra yatır. 

Fransa irəliyə doğru can atır. Fransa yeni yollar axtarır. 

Bu, onun şairanə bir təbiətə malik olması ilə izah edilir. 

Gözəllik həqiqətin zirvəsindən başqa bir şey olmadığı kimi, ideal 

da  məntiqin  ən  yüksək  dərəcəsindən  başqa  bir  şey  deyil.  Sənətkar 

xalqlar  eyni  zamanda  varis  xalqlardır.  Gözəlliyi  sevmək  işığa  doğru 

can  atmaq  deməkdir.  Elə  buna  görə  də  Avropanın  məşəli,  yəni 

mədəniyyəti  əvvəl  Yunanıstanın  əlində  olmuşdur,  bunu  o  İtaliyaya 

vermiş,  İtaliya  da  Fransaya  vermişdir.  Böyük  maarifçi  xalqlar!  Vitai 



Lampada fradunt

l

. 

1

 Həyat çırağını bir-birinə verirlər 



(lat.) -

 Lukretsi, II kitab. 

82 


downloaded from KitabYurdu.org


Qəribədir! Bir xalqın poeziyası onun inkişafının zəruri hissəsidir. 

Mədəniyyətin  dərəcəsi  təsəvvürün  gücü  ilə  ölçülür.  Lakin  maarifçi 

xalq  mütləq  şücaətli  xalq  olub  qalmalıdır.  Sibaris  yox,  Korinf!  Kim 

naz-nemətə uyursa, zəifləyərək məhv olur. Mə yarımçıq olmaq lazım-

dır, nə də mahir usta; sənətkar olmaq lazımdır; qəribəliyə, çox incə-

liyə  deyil,  kamilliyə  meyil  edilməlidir.  Bu  şəraitdə  siz  bəşəriyyətə 

idealın nümunəsini bəxş etmiş olarsınız. 

Müasir  idealın  incəsənətdə  öz  tipi,  elmdə  isə  öz  üsulu  vardır. 

Ancaq  elmin  köməyi  ilə  şairlərin  yüksək  arzularını  -  ictimai  qurulu-

şun  gözəlliyini  təcəssüm  etdirmək  olar.  A  +  B  köməyi  ilə  cənnət 

bərpa  olunacaq.  Mədəniyyətin  çatdığı  bu  pillədə  dəqiqlik  gözəlliyin 

zəruri  ünsürüdür, elmi  fikir  bədii  duyğuya  həm  kömək  edir,  həm  də 

onu tamamlayır; xəyal hesablamağı bacarmalıdır. Elm döyüş atı kimi 

fateh  incəsənətin  dayağı  olmalıdır.  Bu  dayağın  etibarlı  olması  çox 

vacibdir.  Müasir  idrak  Yunanıstanın  dühasıdır;  bu  dühanın  ikitəkərli 

arabası Hindistanın dühasıdır, filə minən İskəndərdir. 

Cansız  ehkamlar  içində  donub  qalan  və  ya  yüngül  qazancdan 

pozğunlaşan millətlər mədəniyyəti irəli apara bilməz. Qızıl bütünə və 

ya  başqa  bütlərə  pərəstiş  etmək  canlı  əzələləri,  iradəni  gücdən  salır, 

zəiflədir.  Dini  məsələlərə  və  çərçilik  mənafeyinə  uymaq  xalqın  şan- 

şöhrətini  ləkələyir,  onun  fikir  dairəsini  məhdudlaşdırmaqla  mənəvi 

səviyyəsini aşağı salır, missioner xalqlara xas olan həm ilahi, həm də 

insani  qabiliyyətdən  -  bütün  bəşər  övladı  üçün  ümumi  olan  məqsədi 

başa  düşmək  qabiliyyətindən  məhrum  edir.  Babilin  idealı  yox  idi; 

Karfagenin  də  idealı  olmamışdır.  Afina  və  Roma  mədəniyyət  işığını 

qoruyub  saxlamışdır,  onu  əsrlərin  qatı  zülməti  içərisindən  keçirib 

gətirmişdir. 

Yunanıstan  və  İtaliya  xalqlarının  malik  olduqları  xüsusiyyətlərə 

Fransa  xalqı  da  malikdir.  Fransa  gözəllikdə  -  afinalı,  əzəmətdə  - 

romalı qadındır. Bundan başqa, Fransa mərhəmətli bir qəlbə malikdir. 

O, hər şeyini verməyə hazırdır. O, başqa xalqlardan daha çox sədaqət

fədakarlıq göstərməyə qabildir. Burası da var ki, Fransa dəyişkən və 

səbatsızdır;  o  adamlar  ki  Fransa  yerimək  istəyəndə  yüyürür  və  ya 

dayanmaq  fikrinə  düşəndə  yeriyir  -  onlar  üçün  əsas  təhlükə  də  bu 

dəyişkənlik və səbatsızlıqdır. Fransanın qaba materializm xəstəlikləri 

də  olur.  Fransanın  yüksək  idrakını  onun  əzəmətinə  layiq  olmayan, 

Missuri ştatına, ya Cənubi Karolinaya 

83 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə