Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə26/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   22   23   24   25   26   27   28   29   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

tükənmiş  utopiya  qiyam  şəklini  alırsa,  başına  nə  gələcəyini  bilir, 



utopiya çox zaman vaxtından əvvəl gəlir. Belə olanda sakitləşir, zəfər 

əvəzinə  fəlakəti  böyük  bir  səbatla  qəbul  edir.  Kim  utopiyanı  rədd 

edirsə,  utopiya  şikayətlənmədən  ona  xidmət  edir,  hətta  onu  rədd 

edənləri haqlı görür; onun nəcibliyi bundadır ki, o, hər kəs tərəfindən 

tərk  edilməyə  də  razıdır.  O,  maneələr  qarşısında  əyilmir,  eyni 

zamanda nankorlara güzəştə gedir. 

Yaxşı, bu nankorluqmu? 

İnsanlıq nöqteyi-nəzərindən nankorluqdur. 

Ayrı-ayrı şəxsiyyətlər nöqteyi-nəzərindən nankorluq deyil. 

Tərəqqi insan varlığının formasıdır. Bəşəriyyətin bütün həyatına 

bir yerdə tərəqqi deyilir; bəşəriyyətin irəliyə doğru hərəkətinə tərəqqi 

deyilir.  Tərəqqi  irəliyə  addım  atır;  bu,  insanın  yerdə  səma-  viliyə, 

ilahiyə doğru olan böyük səyahətdir. Elə olur ki, tərəqqi yolda dayanır 

-  burada o,  geridə qalanları  toplayır; elə olur  ki,  o  dayanıb dincəlir  - 

bu  zaman  düşünür,  birdən  gözləri  qarşısında  bütün  zənginliyi  ilə 

canlanan füsunkar Kənan torpağını seyrə dalır; elə gecələr olur ki, o 

yatır;  mütəfəkkir  üçün  bəşəriyyətin  qaranlıq  çökmüş  qəlbini 

görməkdən,  zülmət  içində  yatmış  tərəqqini  kor  kimi  əllərilə 

axtarmaqdan,  onu  oyatmağa  gücü  çatmamaqdan  əzablı  bir  təşviş 

yoxdur. 


Bir gün Jerar de Nerval mənə dedi: “Bəlkə, Allah ölüb?” Ner- val 

tərəqqini Allahla qarışdırır, hərəkətdəki fasiləni Allahın ölməsi hesab 

edirdi. 

Məyus olanlar haqlı deyillər. Tərəqqi həmişə oyanır, əslində, lap 

yuxuda da öz yoluna davam edir, çünki bu zaman o böyüyüb boy atır. 

Siz bir də onu görsəniz, onun boy atdığına inanarsınız. Sel bir yerdə 

sakit dura bilmədiyi kimi tərəqqi də sakit dura bilməz; onun qabağını 

kəsməyin,  onun  məcrasına  qaya  parçaları  atmayın:  maneələr  suyu 

köpükləndirir, bəşəriyyəti isə dalğalandırır. İğtişaşların da, qiyamların 

da  səbəbi  budur.  Lakin  bir  iğtişaşda  məlum  olur  ki,  biz  qabağa 

getmişik.  Nizam-intizam  düzəlməyincə  -  nizam-intizam  isə  ümumi 

sülhdən  başqa  bir  şey  deyil  -  bəli,  nizam-intizam  düzəlməyincə,  yer 

üzündə  ahəng  və  birlik  əmələ  gəlməyincə,  tərəqqinin  mərhələləri 

inqilablar olacaqdır. 

Tərəqqi  nədir?  Biz  bunu  dedik.  Tərəqqi  fasiləsiz  hərəkətdir, 

xalqların həyatıdır. 

78 

downloaded from KitabYurdu.org




Ancaq  bəzən  elə  olur  ki,  ayrı-ayrı  şəxsiyyətlərin  keçici  həyatı 

insan övladının əbədi həyatına müqavimət göstərir. 

Bir şeyi kədərlənmədən etiraf edək: hər kəsin öz şəxsi mənafeyi 

vardır,  bunu  qorumaq,  müdafiə  etmək  heç  də  cinayət  deyil.  Hal- 

hazırda  tamamilə  qanuni  olaraq  müəyyən  dərəcədə  xudbinlik  veril-

mişdir. Keçici həyatın öz hüququ vardır, bu həyat gələcək üçün özünü 

həmişə  qurban  verməyə  heç  də  borclu  deyil.  Yer  üzündə  yaşayan 

indiki nəsil gələcək üçün öz yolunu qısaltmağa borclu deyil; əslində, 

gələcək  nəsil  də  onun  kimi  bir  nəsildir;  onun  da  yaşamaq  dövrü 

gələcəkdir.  Hər  şey  adlı  birisi  pıçıldayaraq  deyir:  “Mən  mövcudam, 

mən cavanam, sevirəm, mən qocayam, dincəlmək istəyirəm, mən ailə 

başçısıyam,  mən  zəhmət  çəkirəm,  mən  öz  işimdə  müvəffəq  oluram, 

mənim işim çox yaxşı gedir, mənim arvadım var, uşaqlarım var, mən 

onları  sevirəm,  mən  yaşamaq  istəyirəm,  məni  rahat  buraxın”.  Buna 

görə də bəşəriyyətin qabaqcıl nəcib dəstələri müəyyən vaxtlarda belə 

böyük bir laqeydliyə rast gəlir. 

Bunu da etiraf etmək lazımdır ki, utopiya müharibəyə başlamaqla 

öz  parlaq  zirvəsindən  enir.  Citopiya,  gələcək  günlərin  bu  həqiqəti, 

müharibəyə  girişməklə  dünənki  yalanın  üsullarından  istifadə  edir. 

Citopiya,  bizim  gələcəyimiz,  keçmişdən  yaxşı  hərəkət  etmir.  Saf 

ideya  zorakılıq  olur.  Bu  zorakılıqla  qəhrəmanlığı  ləkələyir,  əslinə 

qalanda  bunun  üçün  o  cavab  verməlidir;  onun  bu  zorakılığı  kobud 

zorakılıqdır,  o,  hər  vasitədən  istifadə  edir,  bu  vasitələr  əxlaq 

qaydalarına ziddir, bunun üçün də o, faciəli surətdə cəzalanır. Cİsyan 

etmiş  utopiya  əlində  qədim  hərbi  kodeks,  vuruşur;  o,  casus-  lan 

güllələyir,  xainləri  boğazlayır,  canlı  insanlan  məhv  edir,  onları  məc-

hul qaranlığa atır. Citopiya ölümdən kömək alır, bu çox böyük qəba-

hətdir.  Elə  düşünmək  olar  ki,  utopiya,  guya,  həqiqətin  işığına,  onun 

sarsılmaz,  əbədi  qüvvəsinə  inanmır.  O,  öz  qılıncını  işə  salır.  Lakin 

qılınc çox da elə adi bir şey deyil. Qılınc ikiağızlı silahdır. Başqasını 

yaralayan özü də yaralanacaqdır. 

Biz  bu  qeyd-şərti  söyləməklə,  həm  də  lazımi  kəskinliklə  söylə-

məklə,  gələcək  uğrunda  vuruşan  bu  şanlı  insanlara,  utopiyanın  bu 

kahinlərinə  -  onların  öz  məqsədinə  çatıb-çatmamasından  asılı 

olmayaraq  -  valeh  olmaya  bilmərik.  Onlar  işləri  baş  tutmasa  da, 

pərəstişə  layiq  insanlardır;  bəlkə  də,  onların  əzəməti  işlərinin  baş 

tutmamasında özünü daha artıq göstərir. Qalibiyyət əgər tərəqqiyə 

79 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

kömək edirsə, o bütün xalqın alqışına layiqdir, lakin qəhrəmancasına 



məğlubiyyət  ürəkləri  mütəəssir  etməlidir.  Qalibiyyət  ehtişamlı, 

məğlubiyyət  əzəmətlidir.  Biz  əzabkeşliyi  müvəffəqiyyətdən  üstün 

tuturuq,  bizim  üçün  Con  Braun  Vaşinqtondan,  Pizakane  Haribal- 

didən yüksəkdir. 

Heç olmasa, bir adam məğlub olanların tərəfini saxlamalıdır. 

Gələcəyin  böyük  kəşfiyyatçıları  fəlakətə  uğrayanda  biz  onlara 

qarşı haqsızlıq edirik. 

İnqilabçıları  dəhşətli  işlər  görməkdə  təqsirləndirirlər.  Hər  barri-

kada  cəmiyyətə  qarşı  bir  sui-qəsd  hesab  olunur.  İnqilabçıları  nəzə-

riyyələri  üzündən  müqəssir  edirlər,  onların  məqsədinə  inanmırlar, 

başqa fikirdə olmalarından qorxurlar, düzlüklərini şübhə altına alırlar. 

Onları - mövcud ictimai quruluşa qarşı ehtiyacı, kədəri, ədalətsizliyi, 

şikayəti,  məyusluğu  irəli  sürməkdə,  ortaya  atmaqda,  dağ  kimi  bir-

birinin  üstə  qalaqlamaqda,  insan  cəmiyyətinin  lap  dərinliyindən 

zülmətin  qara  qayalarını  dartıb  çıxarmaqda,  sonra  da  bu  qayaların 

üstünə  çıxıb  döyüşə  girişməkdə  təqsirləndirirlər.  Çığıraraq  onlara 

deyirlər: “Siz cəhənnəmin daş yolunu alt-üst etdiniz”. İnqilabçılar da 

onlara deyə bilərdilər: “Buna görə də bizim barrikada xoş niyyətlərlə 

döşənmişdir”. 

Şübhəsiz, ən yaxşı yol - məsələləri sülh ilə həll etməkdir. Xülasə, 

hər necə olsa, qənbər daşlarına baxanda ayı əfsanəsi yada düşür, belə 

xoş  bir  niyyət  cəmiyyəti  hər  şeydən  çox  təşvişə  salır.  Cəmiyyətin 

nicatı  onun  öz  əlindədir,  qoy  bu  xoş  niyyəti  o  özü  göstərsin.  Onda 

belə amansız, qəti tədbirlərə əl atmaq lazım gəlməz. Şəri, bədxahlığı 

bitərəfcəsinə öyrənməli, onun mövcud olduğunu yəqin bilməli, sonra 

da müalicəsinə başlanmalıdır. Cəmiyyəti biz buna dəvət edirik! 

Hər  necə  olursaolsun,  kim  ki  gözünü  Fransaya  dikərək,  idealın 

yenilməz  məntiqinə  dayanaraq,  dünyanın  hər  yerində  böyük  iş  üçün 

vuruşur,  böyük  əzəmət  sahibidirlər,  onlar  öz  mənfəətini  güdmədən 

özlərini  tərəqqi  yolunda  fəda  edirlər,  onlar  qəza-qədərin  hökmünü 

yerinə  yetirirlər,  onlar  müqəddəs  iş  görürlər.  Onlar  ilahi  dramının 

gedişində,  müəyyən  edilən  vaxtda  öz  sözünü  söyləyən  bir  aktyor 

sakitliyi ilə qəbrə enirlər. Onlar 14 iyul 1789-cu ildə başlanan böyük 

xalq  hərəkatının  bütün  dünyada  qarşısıalınmaz  bir  qüvvə  ilə  yayıl-

ması, böyük bir ehtişamla inkişaf etməsi uğrunda özlərini ümidsiz 

80 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə