Dünya əDƏBİyyati klassiKLƏRİ


-  qədim  yunan  qəbilələrinin  ittifaqı;  bu  qəbilələrin  nümayəndələri



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə272/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   264   265   266   267   268   269   270   271   272

-  qədim  yunan  qəbilələrinin  ittifaqı;  bu  qəbilələrin  nümayəndələri 

şənlik  vaxtı  məbədlərdən  birinə  (məsələn,  delfadakı  Apollon 

məbədinə)  yığışar,  ittifaqın  ümumi  məsələlərini  müzakirə  edər, 

üzvlər arasındakı mübahisələri yoluna qoyardılar. Fermopil  - ikinci 

cildin qeydlərinə baxın. 

Hersoq  Sen-Simonun  “Memuarlan”.

 

Hersoq  de  Sen-Simon  (1675- 



1755)-yazıçı. 

Onlar  xanım  Skarron  kimi,  yeməyi  zarafatla... 



  Xanım  Skarron 

(xanım  de  Mentonon  da  odur)  -  kral  XIV  Lüdovikin  isteklisi, 

sonralar  gizlin  arvadı  olmuş,  lap  cavan  vaxtında  yazıçı  Pol 

Skarronun  arvadı  imiş.  Pol  Skarron  yoxsul  və  ağır  xəstə  olsa  da, 

kübar cəmiyyətinin nümayəndələri tez-tez onun evinə yığışarlarmış; 

onları yazıçının və arvadının ağıllı söhbətləri cəlb edərmiş. 

Roland,  Anjelikaya  pislik  etmək  üçün  məhv  oldu. 

-

  İtalyan  şairi 

Lodo- viki Ariostonun “Qəzəbli Roland” (1532) poemasmda orta əsr-

fransız  eposunun  ənənəvi  qəhrəmanı,  şücaətli  cəngavər  Roland 

yüngülməzac Anjelikanm sevgisindən divanə olmuş gənc kimi təsvir 

edilir. 

Aldebaran 

-

 Buğa bürcündə ən böyük ulduz. 

Həm  əbədi,  həm  də  topal  olmaq  mümkündür.  Vulkan  bunu  təsdiq 

edir. 

Vulkan  -  Roma  mifologiyasında  od  və  peşə  allahı,  Olimpin 

əmirçisi (yunanlarda Hefest). Doğulanda anası onun çirkin olduğunu 

görüb, dənizə atmış, o, Lemnos adasma düşmüş, o vaxtdan da topal 

olmuşdur. 

Satum  bayramı 

-

  Qedim  Romada  Satum  allahı  şərəfinə  edilən 

bayram;  bu  bayramda  Satum  naminə  bir  neçə  gün  xalq  şənliyi  və 

qonaqlıq olarmış, məbəd qarşısında qurban kəsilərmiş. 

Öz qılıncını Epidotun kədərli dühasına ithaf edən gənc spartalı kimi... 

Epidot 

-

 spartalılann Zevsə verdiyi adlardan biri (yun-mif.). 

Klermon  Tonner 

-

  Hersoq;  Restavrasiya  dövründə  ən  mürtəce 

siyasi xadimlərdən biri; 1823 -cü ildən hərbiyyə naziri olmuş, 1827-ci 

ildə  Parisin  Sen-Deni  civannda  baş  verən  üsyanı  amansızcasına 

yatırmışdır. 

Jerar de Nerval

 

(1808-1855) - fransız romantik şairi; əvvəllər gənc 



Hüqoya  yaxın  olmuş,  sonralar  siyasi  qiyamçılıqdan  uzaqlaşmış, 

fantastikaya və mistikaya uymuşdur. 

Falstafın  xatirinə  Sokratı  atırsan...

 

Sokrat  -  birinci  cildin 



qeydlərinə  baxm.  Falstaf  -  Şekspirin  bir  neçə  əsərinin  personajı; 

həyasız, hazırcavab, qarınqulu, şəhvətpərəst tipi. 

809 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ved 



-

 qədim hinduların mifdən ibarət müqəddəs kitabı. 

... 

Marinyan  ətrafında  gedən  vuruşmada  I  Fransiskin...

 

Marinyan  - 

Lombardiyada bir kənd; bu kəndin yaxınlığında 1515-ci ildə Fransa 

kralı I Fransiskin qoşunu ilə  İsveçrə qoşunu arasında iki gün  qanlı 

vuruşma olmuş və o, fransızların qələbəsi ilə qurtarmışdır. 

Yunan  oduArşimedi,  qaynar  qatran  Boyardı  bədnam  eləmədi.

 

Yunan 

odu  -  alovlanan  xəlitə;  qədim  yunanlar  bunu  hərbi  məqsəd  üçün 

işlətmişlər. Romalılar tərəfindən  mühasirə edilən Sarakuz şəhərinin 

əhalisi  bundan  istifadə  etmişdir.  Məşhur  alim  Arşimed  də  şəhəri 

müdafiə  edənlərin  arasında  olmuşdur.  Boyard  -  fədakar,  mərd, 

fransız cəngavəri; onun qəhrəmanlığı əfsanəvi şəkil almışdır. 

Bataqlıq  şəhəri  olan  Lütesiyanı  da...-

 

Parisə  qədim  zamanda  Lüte- 

siya deyərlərmiş (Lütesiya gelt sözündəndir, bataqlıq deməkdir). 

Te^to-Falassar  (Tiqlatpalasalar,  e.ə.  III-VIII  əsrlər)  -  ikinci 

Assuri imperiyasının padşahı, amansız istilaçı. 

Leydenli  Iohann

 

(1510-1536)-  Anabaptistlərin  plebey  təriqətinin 

başçısı;  Münster  kommunasının  alman  feodalları  qoşunlarından 

qəhrəmanca  müdafiə  edilməsinin  əsas  təşkilatçısı  olmuş,  ictimai 

bərabərlik  məsələsinin  dini  və  mistik  fantaziyalarla  əlaqələndirmək 

istəmişdir. 

Mayotenlər  -

 

Parisin  və  Fransanın  başqa  şəhərlərinin  yoxsul 

əhalisinin ağır vergi əleyhinə qaldırdığı üsyanın iştirakçıları; 1382-ci 

ilin  yazında  xeyli  davam  edən  küçə  vuruşmalarından  sonra 

mayotenlər  Parisi  tutmuş,  sarayları  və  monastırları  dağıtmış,  vergi 

yığanları öldürmüş, dustaqları həbsxanadan azad etmişlər. 

Moren 

-

 mistik; illüminatlar təriqətinə mənsub olmuşdur. Katolik 

kilsəsi illüminatlan amansızca təqib etmişdir. Moren 1663-cü ildə bir 

bidətçi kimi Parisdə diri-diri yandırılmışdır. 

Tristan

,  Guşənişin  Tristan,  XI  Lüdovikin  baş  hakimi  (XV  əsr); 

hədsiz dərəcədə amansız olmuşdur. 

Düpra 

-

  kardinal;  kral  I  Fransiskin  (XVI  əsr)  baş  naziri  olmuş, 

mütləqiyyəti 

möhkəmləndirmək 

məqsədilə 

amansız 

siyasət 

yeritmişlər. 

IXKarl 

öz 

anası  ilə... 

-

  IX  Karlm  anası  Yekaterina  Mediçi  Karl 

həddi-  büluğa  çatana  kimi  Fransanı  idarə  etmişdir;  hügenotlar 

əleyhinə  amansız  mübarizə  aparmışdır;  1572-ci  ildə  Gez  hersoqları 

ilə bərabər Varfolomey gecəsini təşkil etmişdir. 

810 


downloaded from KitabYurdu.org


Marmuzetlər

 

(hərfi  mənada  rəzillər  deməkdir)  -  fransız  kralı  VI 



Karlın (1380-1422) məsləhətçilərinə verilən ad. Onlar VI Karlın atası 

V Karlın yaxın adamlarından ibarətdi. VI Karl dəli olandan və onun 

əmisi  hakimiyyəti  elə  keçirəndən  sonra  marmuzetlerm  bir  hissəsi 

qovulmuş, bir hissəsi de həbsxanaya salınmış və öldürülmüşdür. 

Flerüsün havada uçanları.

 

Fransa respublikaçı ordusu Flerüs adlı 



Belçika  kəndi  ətrafında  gedən  vuruşmada  (26  iyun  1794-cü  il), 

düşmən  qoşunlarının  hərəkətini  müşahidə  etmək  üçün  doqquz  saat 

ip  ilə  bağlı  hava  şarları  tətbiq  etmişdir.  Bu  hava  şarlarına  xidmət 

edən hissəyə “aerostyerlər” - havada uçanlar adı verilmişdir. 

Klarens  kimi  Malvaziya  şərabı  çəlləyində  batmaq... 



  rəvayətə  görə, 

ingilis  kralı  IV  Eduardın  qardaşı  York  Hersoqu  Klarens  (XV  əsr) 

parlament tərəfindən ölüm cəzasına məhkum ediləndə xahiş etmişdir 

ki, onu Malvaziya şərabı çəlləyində batırsınlar. 

Gero Leandrın meyitini yumaqdan imtina edər...

 

Gerə - Afroditanın 



kahini  (qadın),  Leandrın  sevgilisi,  Leandr  hər  gecə  Hellespontu 

(Dardaneli) üzə-üzə keçərək, onun yanma gələrmiş; bir gün fırtınaya 

düşərək  məhv  olmuşdur.  Gero  onun  sahilə  atılmış  meyitini  görüb, 

özünü qüllədən denizə atmışdır (yunan mifologiyası). 

Fisbi  Piramı  görəndə  burnunu  tutar...

 

Piram  və  Fisba  Ovidinin 



tərənnüm  etdiyi  aşiq  və  məşuq.  Piram  uğursuz  bir  təsadüf 

nəticəsində elə zənn etmiş ki, Fisbanı aslan parçalamışdır, buna görə 

də özünü öldürmüşdür. Onun məşuqəsi Fisba bundan xəbər tutmuş, 

həmin xəncərlə Piramın cəsədi üstündə özünü öldürmüşdür. 

Tirküi  de  Korsel

—Restavrasiya  və  İyul  mütləqiyyəti  dövründə 

Fransa siyasi xadimi, liberal müxalifətin nümayəndəsi olmuşdur. 

Kirvə  Gilyeri  -

 

“Kirvə  Gilyeri”  adlı  məşhur  fransız  nəğməsinin 



personajı; şən bir ovçu olmuşdur. Ağacdan yıxılıb qolunu sındırmış, 

ona  köməyə  gələn  xeyriyyəçi  qadınların  hamısını  minnətdarlıq 

əlaməti olaraq, öpmüşdür. 

Titir  -

 

Vergilinin  ilk  ekloqasınm  personajı;  çoban  olmuş,  qayın 



ağacı kölgəsi altında uzanmış halda təsvir edilmişdir. 

Jeronta çevrilmiş bu Doranta... 

-

 Dorant - nəzakətli bir aşiq, Jeront 

- deyingən bir qoca (Molyer komediyalarının personajları). 

Jiqon ana 

-

 bazar marionet teatrının personajı; on altı uşaq anası, 

çox ürəyüb - artmam təcəssüm etdirir. 

811 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Feba və Feb 



-

 günəşi və ayı təcəssüm etdirir, (antik mifologiya)

Eponina  və  Sabin.

 

Eponina  -  əfsanəvi  Qall  qəhrəmanı,  Romaya 

qarşı  üsyan  qaldırmış  qalların  başçısı  Sabinin  arvadı.  İmperator 

Vespasian Sabini ölümə məhkum edəndə, Eponina da könüllü olaraq 

onunla  bərabər  edam  olunmağa  getmişdir.  Fransız  şair  və 

dramaturqları bu hadisədən öz əsərlərində dəfələrlə istifadə etmişlər. 

Nestor 

-

 aqil bir qoca, Pilə şahı, Troyaya qarşı hərbi yürüşün əsas 

iştirakçılarından biri (“İliada”). 

Küjas gedən kimi səhnəyə Kamaço çıxırdı.

 

Küjas Jak - fransız hüquq-

şünas alimi (XVI əsr); Kamaço - Servantesin “Don Kixot” romamnm 

personajı, varlı-dövlətli kəndli; onun toyunda çox  böyük  kef  məclisi 

qurulmuşdur. Fransada “Kamaçonun toyu” zərb-məsəl olmuşdur. 

“Nəzakətli  Hindistan” 

-

  fransız  bəstəkarı  Ramonun  opera-baleti; 

əsər 1735-ci ildə Parisdə tamaşaya qoyulmuşdur. 

Arkiraspidlər

 

(“Gümüş  qalxanlılar”).  Makedoniyalı  İskəndərin 

piyada qvardiyasının hissəsi; onlara fərqlənmə əlaməti olaraq gümüş 

qalxan verilmişdir. 

Aldobrandini 

-

  Florensiyanın  aristokrat  nəsli;  papa  və  bir  neçə 

kardinal 

bu 

nəsildən 

çıxmışdır. 

Romanın 

civannda 

Aldobrandinilərdən  birinin  çox  gözəl  villası  və  bu  villada  qədim 

Roma  freskası  vardı,  Freskada  nikah  ayininin  üç  vəziyyəti  təsvir 

edilmişdir. Özü də “Aldobrandininin” adı ilə məşhurdur). 

Hersoq  Malboro 

-

  Con  Çörçil  Malboro  (1650-1722)  -  ingilis  gene-

ralı, XIV Lüdovik əleyhinə olan müharibələrdə iştirak etmişdir; şıq 

geyinmiş kübar cəmiyyəti adamı şöhrətini qazanmışdır. 

Lord Seymur 

-

 lord Henri Seymur (1805-1860) - öz qəribə əxlaqı ilə 

ad  çıxarmış  Paris  aristokratlarından  biri;  camaat  arasında  “lord-

xuliqan” ləqəbi ilə tanınmışdır. 

Yunanıstana Fespidin arabası. Fransaya Vadenin furqonu...

 

Fespid (er. 

əv. VI əsr) - yunan teatrının əsasını qoymuşdur. Onun əsərlərini akt-

yorlar  Dionis  şənliklərində  arabada  tamaşaya  qoyarlarmış.  Vade 

(XVIII əsr) - Fransada ədəbsiz nəğmələrin və musiqi komediyaların 

müəllifi olmuşdur. 

Oradan  Kolenin,  Panarın  və  Pironun  sözləri 

-

  Kole  (1709-1783)  və 

Panar( 1674-1765) - məşhur vodevilçi və meyxanaçılar. Piron Aleksis 

812 


downloaded from KitabYurdu.org


(1689-1773)  -  fransız  şairi  və  komediyanəfisi,  bazar  teatrları 

dramaturqu, Volterin və ensiklopedıstlərin düşməni. 

Selimena 

-

  işvəkar  kübar  qadın,  Alsestin  məşuqəsi.  (Molyerin 

“Mizantrop” əsəri) 

Dafnis və Xloya

 

- bir-birinə aşiq olmuş çoban və çoban qız, yunan 



yazıçısı  Lonqun  (II  və  IV  əsrlər  arasında  yaşamışdır)  eyni  adlı 

romanının personajları. 

Filemon  və  Bavkida 

-

  lap  qoca  vaxtlarma  qədər  bir-birini  sevən, 

bir-  birinə  nəvaziş  göstərən  ər-arvad.  (Ovidinin  “Metamorfoza” 

əsəri) 

Yeddinci dairə və göyün səkkizinci qatı

 

- Dantenin “İlahi komediya” 



poemasının  surətləri;  yeddinci  dairə  cəhənnəmin  ən  dərin 

yerlərindən 

 

813 



downloaded from KitabYurdu.org


 

 

downloaded from KitabYurdu.org




MCİNDƏRİCAT 

Səfillər 

Beşinci hissə 

JAN VALJAN



 

(Tərcümə edəni: Beydulla Musayev) 

Birinci kitab.

 Dörd divar arasında müharibə ....................................7 

İkinci kitab.

 Leviafanın bətni  ................................................................ 99 

Üçüncü kitab.

 Qəlbin qüdrətilə məğlub olmuş çirkab  ................... 120 

Dördüncü kitab.

 Javer yolundan döndü  ......................................... 164 

Beşinci kitab.

 Baba və nəvə  ................................................................ 177 

Altıncı kitab.

 Yuxusuz gecə .................................................................. 211 

Yeddinci kitab.

 Əzabın ən ağır dəqiqələri  ....................................... 237 

Səkkizinci kitab.

 Qaranlıq artır  ........................................................ 265 

Doqquzuncu kitab.

 Qatı zülmət, parlaq şəfəq  ............................... 280 

Əlavə.

 Səfillərin italyanca tərcüməsini Milanda nəşr edən 

cənab Daelliyə məktub  .............................................................. 319 

Paris Notr-Dam kilsəsi 

(Tərcümə edəni: Mikayıl Rəflli) 

Birinci kitab

  ......................................................................................... 327

 

İkinci kitab

 ............................................................................................ 375

 

Üçüncü kitab

  ....................................................................................... 424

 

Dördüncü kitab

  ................................................................................... 453

 

Beşinci kitab

 ......................................................................................... 477

 

Altıncı kitab

  .......................................................................................... 502

 

Yeddinci kitab

 ....................................................................................... 547

 

Səkkizinci kitab

 .................................................................................... 613

 

Doqquzuncu kitab

  ............................................................................. 665

 

Onuncu kitab

  ....................................................................................... 697

 

On birinci kitab

 ................................................................................... 766

 

Şərhlər 

807 

downloaded from KitabYurdu.org




 

 

DÜNYA ƏDƏBİYYATI



 

KLASSİKLƏRİ

 

Viktor 

HCİQO 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

 

PARİS NOTR



-DAM 

KİLSƏSİ

 

Çapa imzalanmışdır 11.03.2010. Format 60*90 

1

/

1S

. Ofset çap üsulu. 

Fiziki çap v

ə

r

əqi 51. Sifariş 38. Tiraj 7000.

 

“Şə

rq-Q

ə

rb" ASC-d

ə

 

çap olunmuşdur

 

Bakı, Aşıq Əlesger küçə

si, 17 

Tel.: (+994 12) 374-75-62 

Faks: (+994 12) 370-18-49 

e-mail: 

sharq.qarb@gmail.com

 

downloaded from KitabYurdu.org



Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə