Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə271/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   264   265   266   267   268   269   270   271   272

 

downloaded from KitabYurdu.org




 

 

downloaded from KitabYurdu.org




ŞƏRHLƏR

 

SƏFİLLƏR 

Beşinci hissə 

Jan Valjan 

Oxlokratiya  demosun  üzərinə  qalxır. 



  Oxlokratiya  hərfi  mənada 

qara  camaatın  hakimiyyəti  deməkdir.  Yunan  tarixçiləri  (Polibi, 

Aristotel) bu sözlə antik demokratiyanın pozulmasım ifadə etmişlər. 

Hüqo,  buıjua  respublikasını  müdafiə  edərək,  bu  sözü  1848-ci  ibn 

iyununda  barrikadalarda  buıjuaziyaya  qarşı  vuruşan  Paris 

proletariatı haqqmda işlətmişdir. 

...Gezlər  Hollandiyanı  yaratdı.

 

-  Gez  Niderland  inqilabı  dövründə 



(XVI  əsrin  ikinci  yarısı)  üsyançı  xalq  dəstələrinə  deyilirdi,  gezlər 

Niderlandları  ispan  əsarətindən  azad  etmək  uğrunda  mübarizə 

aparırdılar. 

Sizif  -

 

Yunan  mifologiyasının  əqli  və  bicliyi  təcəssüm  etdirən 



personajı.  O,  Allahın  sirrini  insanlara  açdığı  üçün  öləndən  sonra 

səmərəsiz  işə  məhkum  edilmişdir:  böyük  bir  daşı  həmişə  dağa 

qaldırar, daş da həmişə əlindən çıxıb aşağı diyirlənərmiş. 

Akropol  -

 

Qədim  yunan  şəhərinin  təpə  üstündə  yerləşən, 



möhkəmləndirilmiş  mərkəz  hissəsi;  bütün  mühüm  tikintilər, 

məbədlər  buradadır,  düşmən  hücumları  zamanı  son  sığmacaq  yeri 

də bura imiş. 

. . .  


Ossa  və  Pelion...

 

Ossa  -  Fessaliyada  bir  dağ;  bu  dağ  Olimpdən 



dərə  ile  ayrılır,  öz  qolu  ile  Pelion  dağı  ile  birleşir.  Yunan 

mifologiyasma görə, Zevsin düşmənləri  olan titanlar  Ossa və  Pelion 

dağım Olimp dağının üstünə qoyaraq, göyə qaldırmaq istəmişlər. 

. . .  


21 yanvar, vandemyer...prerial...

 

-21 yanvar 1793-cü ildə kralXVI 



Lüdovik  edam  edilmişdir.  Vandemyer  -  VI  hissənin  qeydlərinə 

baxm. Prerial - Paris xalq kütlələrinin 1 prerialda (20 may 1795-ci il) 

termidor  Konventinə  qarşı  olan  son  üsyan  nəzərdə  tutulur;  üsyan 

nizami  ordu  tərəfindən  yatırılmışdır;  fəhlələr  tərksilah  edilmiş,  ağ 

terror başlanmışdır. 

Karmanyola  Marselyezanı  döyüşə  çağırırdı. 

-

  Karmanyola  -  Tüilri 

sarayı alman günlərdə və  kral XVI Lüdovik həbs ediləndə (Avqust, 

1792-ci il) Paris küçələrində qoşulan inqilabi nəğmə; bu nəğmə 1830 

və 1848-ci illərdə aşağı təbəqələrin döyüş nəğməsi olmuşdur. Marsel 

könüllüləri  tərəfindən  1792-ci  ildə  Parisə  gətirilən  Marselyeza  isə 

sonralar 

807 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

buıjua-respublika hərəkatının bayrağı, Paris kommunasından sonra 



Fransa buıjuaziyasınm rəsmi himni olmuşdur. 

Harmodi və Aristokiton, Brut, Hereas, Stefanus, Kromvel, Şarlotta, Korde, 

Zand 

-

 Hamıodi və Aristokiton - Birinci cildin qeydlərinə baxın. Brut 

Yuni (er. əv. 85-42-ci illər) - Yuri Sezan öldürən Roma aristokratları 

süi-qəsdçilərinin  başçısı;  XVIII  əsrin  sonunda,  Fransa  buıjua 

inqilabı  dövründə  Brut  respublika  xeyirxahlığı  nümunəsi  kimi 

tərənnüm  edilmişdir.  Hereas  Kassi  -  pretoriançı;  Kaliqulam 

öldürmüş,  Romada  respublikanı  bərpa  etmək  istəmişdir.  Şarlotta 

Korde  -  aristokratlardan  olan  bir  qız;  jirondist  əksinqilabı  ilə 

əlaqədar olmuş; 13 iyul 1793-cü ildə Maratı öldürmüşdür. Zand Karl 

-  alman  tələbəsi  olmuş;  13  iyul  1819-cu  ildə,  casus  hesab  edilən 

mürtəce yazıçı Kotsebunu öldürmüşdür. Vyana konqresindən sonra, 

ağır  irtica  illərində  Kotsebunun  öldürülməsi  Avropada  azadlıq 

uğrunda  göstərilən  qəhrəmanlıq  hesab  edilirdi;  bunu  Puşkin 

“Xəncər” (1821) şerində tərəmıüm etmişdir. 

“Georgiklər

” 



qədim Roma şairi Vergilinin (er. əv. 70-19-cu illər) 

əkinçilik haqqında didaktik poeması. 

...Zoil  Homeri,  VizeMolyeri,  Pop  Şekspiri,  Freron  Volteri  təhqir  edir. 

-

 

Zoil  (er.  əv.  IV-III  əsrlər)  -  yunan  natiqi  və  filosofu;  “İliada”  və 

“Odis-  seya”  poemalarını  acı  sözlərlə  tənqid  etmişdir,  bununla  da 

məşhurdur.  Vize  -  fransız  jurnalisti,  Molyerin  müasiri,  onun  ən 

qəddar  düşmənlərindən  biri  olmuşdur.  Pop  Aleksandr  (1688-1744) 

ingilis  klassisizminin görkəmli şairi; 1721-ci ildə Şekspirin əsərlərini 

nəşr  etməyə  başlamış,  yazdığı  müqəddimədə  böyük  dramaturqa 

mənfi  münasibət  bəsləmişdir.  Freron  -  mürtəce  fransız  jurnalisti, 

Volterin  qəddar  düşməni;  Volter  “Şot-  landiyalı  qız”  pyesində  ona 

gülmüşdür. 

Sen-Lazar 

-

 qadın həbsxanası, islah evi və xəstəxana; yurdsuz, sər-

səri qadınlar, cinayət işləmiş qadınlar, fahişələr bura salınarmış. 

O,  Sen-Jüstə  çox  bənzəsə  də,  Anaxarsis  Klotsa  kifayət  qədər  oxşamırdı. 

Sen-Jüst  -  birinci  cildin  qeydlərinə  baxın.  Anaxarsis  Klots  (1755-

1794)  -  filosof,  publisist,  XVIII  əsrin  sonunda  Fransa  burjua 

inqilabının  siyasi  xadimi,  utopik  “Ümumdünya  qardaşlığı” 

layihəsinin  (ümumdünya  ateist  respublikasının)  müəllifi.  Sen-Jüst 

burada, inqilabi vəzifənin mücəssəməsi  kimi  Anaxarsis Klotsa qarşı 

qoyulmuşdur. 

Amfiktionların  iclası  ildə  iki  dəfə  olardı:  bir  dəfə  Delfada,  allahlar 

məskənində, bir dəfə də Fermopildə qəhrəmanlar sərdabəsində.

 

Amfiktion

 

808 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə