Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə268/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   264   265   266   267   268   269   270   271   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

II 



AĞ PALTARLI GÖZƏL MƏXLÜQ 

Kvazimodo Esmeraldanı gizlətdiyi otağı boş gördükdə gənc qızı 

müdafiə etdiyi müddətdə onun qaçırıldığını anladı. O, saçlarını yola-

raq  heyrətdən  və  qüssədən  ayaqlarını  yerə  döyməyə  başladı.  Sonra 

qaraçı qızı axtara-axtara kilsəni ələk-vələk etdi. O, vəhşi səslər çıxa-

raraq fəryad edir və sarı saçlarını yolub məbədin döşəməsinə tökürdü. 

Həmin  dəqiqədə  qaraçını  axtaran  kral  nişançıları  da  artıq  qələbə 

çalaraq kilsəyə daxil olurdular. Kvazimodo kar olduğundan və heç bir 

şey  anlamadığından  qızın  düşmənləri  bunlar  deyil,  quldurlar 

olduğunu  zənn  edərək  onlara  yardım  etməyə  başladı.  O,  Tristanla 

birlikdə  kilsənin  ən  gizli  künclərini  dolaşdı,  bütün  gizli  qapıları  ona 

açdı. Zavallı qız kilsədə olsaydı, şübhəsiz, onu təslim edəcəkdi. 

Nəhayət,  Tristan  axtarmaqdan  yoruldu  -  halbuki  o,  öz  ovundan 

belə asanlıqla əl çəkən adam deyildi - Kvazimodo axtarışlarına davam 

etdi.  O,  iyirmi  dəfə,  yüz  dəfə  kilsəni  oyan-buyana  dolaşdı,  yuxarı 

çıxdı,  aşağı  endi,  yüyürdü,  çağırdı,  bağırdı  hər  bir  yeri  iylədi, 

araşdırdı,  başını  hər  bir  deşiyə  soxdu,  hər  yeri  məşəllə  işıqlandırdı, 

dəli  kimi  vurnuxdu.  Öz  dişisini  itirmiş  erkək  bu  qədər  qəzəblə  və 

bərkdən nərildəyə bilməzdi. 

Nəhayət,  qızın  kilsədə  olmadığını,  oğurlandığını  anladıqdan 

sonra  yavaş-yavaş  zəng  qülləsinə  gedən  pilləkənlə  yuxarı  çıxmağa 

başladı.  Bu,  həmin  pilləkən  idi  ki,  qızı  xilas  etdiyi  birinci  gün  onu 

böyük  bir  təntənə,  sevinc  və  heyrətlə  dırmaşmışdı.  İndi  isə  həmin 

yerdən  keçərkən  başını  aşağı  salaraq  nəfəs  almır,  səsini  çıxarmırdı. 

Kilsə  yenə  boş  və  tənha,  sakit  və  lal  olmuşdu.  Kral  nişançıları 

cadugəri şəhərdə axtarmaq üçün kilsədən çıxdılar. Kvazimodo bir az 

əvvəl  içərisində  gurultu  qopan  böyük  məbəddə  tək  qaldıqdan  sonra 

qaraçı qızı bir neçə həftə qanadı altına aldığı hücrəyə getdi. 

Qapıya yaxınlaşanda birdən-birə gənc qızı orada tapacağını zənn 

etdi.  Qalereyanın  yanından  dönüb  keçəndə  sıx  budaqlar  altında 

qurulmuş  quş  yuvası  kimi  hündür  qübbənin  altında  gizlənmiş  girdə 

pəncərəli,  alçaq  qapılı,  kiçicik  otağı  gördükdə  zavallının  ürəyi  bərk-

bərk döyünməyə başladı. Yıxılmamaq üçün sütunların birinə 

796 


downloaded from KitabYurdu.org


söykəndi. O, qızın öz daxmasına qayıtdığını, mərhəmətli bir mələyin, 

bəlkə  də,  onu  yenə  geriyə  qaytardığını,  hücrə  olduqca  sakit,  təhlü-

kəsiz  və  yaraşıqlı  olduğundan,  qaraçı  qızın  bayıra  çıxmadığını  zənn 

etdi. Bu şirin arzu və xəyalını puç etməməkçün artıq irəliyə bir addım 

belə atmaq istəmədi. Öz-özünə dedi: “Hə, bəlkə də, yatıb, ya da dua 

edir. Ona mane olmayım”. 

Nəhayət,  ürəklənərək  yavaşca  qapıya  yaxınlaşdı,  baxdı  və  içəri 

girdi:  kimsə  yox  idi;  daxma  əwəlkitək  bomboş  idi.  Zavallı  yavaş- 

yavaş daxmanı gəzdi, qızın qorxusundan döşəyin altına girə biləcəyini 

zənn edərək  onu  qaldırdı, başını  yırğaladı  və  məyus-məyus dayandı. 

Sonra  qəzəbindən  əlindəki  məşəli  yerə  atıb  tapdaladı,  heç  bir  söz 

söyləmədən, fəryad qoparmadan başını divara çırpdı və huşunu itirib 

yerə  yıxıldı.  Bir  qədər  sonra  özünə  gəldikdə  yatağın  üzərinə  atıldı, 

çırpınmağa,  bir  az  əvvəl  gənc  qızın  başını  qoyduğu  və  hələ  də  isti 

olan  balışı  çılğıncasına  öpməyə  başladı.  Sonra  ölü  kimi  hərəkətsiz 

qaldı.  Bir  neçə  dəqiqə  də  keçdi.  Ayağa  sıçradı,  tər  içində  boğula- 

boğula,  gözü  oynaya-oynaya  zəng  toxmağı  kimi  özünü  divara  çırp-

mağa  başladı.  O,  başını  divara  vuraraq  ölmək  istəyirdi.  Nəhayət, 

ikinci  dəfə  taqətsiz  halda  yerə  yıxıldı;  sonra  dizin-dizin  sürünərək 

daxmadan çıxdı, süst və çaşqın halda qapının qarşısında çömbəldi. 

O,  bir  saatdan  artıq  bu  vəziyyətdə  qaldı.  Gözünü  boş  daxmanın 

içinə dikmişdi. Heç bir hərəkət etmirdi. Onun görünüşü uşağının boş 

beşiyi ilə tabutu arasında oturmuş anadan daha ələmli və dalğın idi. O 

heç  bir  söz  demirdi;  yalnız  ara-sıra  bütün  vücudu  hıçqırıqlarının 

şiddətindən  sarsılırdı.  Səssiz  şimşək  parıltısı  kimi  bu  hıçqırıqlar  da 

yaşsız idi. 

Görünür,  məhz  bu  anda,  öz  kədərli  dalğınlığıyla  məsələnin 

kökünü axtararkən, qaraçı qızı kimin oğurladığını düşünərkən birdən 

baş keşişi xatırladı. O, zəng qülləsi qapısının açarının yalnız Klodda 

olduğunu yadına saldı. Klodun gecə vaxtı gənc qıza etdiyi təcavüzləri 

də  xatırladı.  Birinci  təcavüzdə  Kvazimodo  ona  yardım  etmiş, 

ikincisində  isə  mane  olmuşdu.  O,  saysız-hesabsız  başqa  şeylər  də 

xatırladı və az sonra qaraçı qızı yalnız baş keşişin oğurladığına zərrə 

qədər  şübhəsi  qalmadı.  Lakin  o,  Kloda  o  qədər  dərin  hörmət 

bəsləyirdi,  bu  adamı  o  qədər  çox  sevirdi,  ona  qarşı  olan  sədaqət, 

təşəkkür  və  minnətdarlıq  duyğuları  qəlbində  o  qədər  dərin  kök  sal-

mışdı ki, qısqanclıq və ələm bir dəqiqədə bu kökləri dartıb qopara 

797 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

bilməmişdi. Bunu başqası etsəydi, ona qarşı dəhşətli kin və qəzəb hiss 



edərdi, Klod Frolloya gəlincə, o yalnız ağrı və ələm hiss etdi. 

Artıq  hava  işıqlaşırdı.  Məbədin  üst  balkonunda,  qalereyanın 

dönəcəyində  ona  doğru  gələn  bir  adam  gördü.  O,  dərhal  bu  adamı 

tanıdı: baş keşiş idi. 

Klod  önünə  baxmadan  aramla  şimal  qülləsinə  doğru  gedirdi, 

üzünü  Sena  çayının  sağ  sahilinə  doğru  çevirmişdi,  uzaqda  nəyisə 

görməyə  çalışırmış  kimi  başını  qaldırmışdı.  Bəzən  bayquş  da  bir 

səmtə  uçduğu  halda,  başqa  səmtə  baxır.  Baş  keşiş  Kvazimodonun 

başının üstündən keçdiyi halda onu görməmişdi. 

Qozbel mat qalmışdı. Baş keşiş şimal qülləsinin qapısından daxil 

oldu.  Bu,  həmin  qüllə  idi  ki,  buradan  şəhər  idarəsi  görünürdü. 

Kvazimodo ayağa durub baş keşişin ardınca getdi. Lakin Klodun fikri 

başqa yerdə olduğundan arxasınca gələn zəngçalanın addım səslərini 

eşitmədi. 

Notr-Dam  kilsəsinin  zəng  qülləsindən  Paris  şəhəri,  xüsusən  də 

ozamankı  Paris  doğmaqda  olan  yay  günəşinin  ilk  şəfəqləri  altında 

olduqca ehtişamlı və gözəl görünürdü. O gün göy üzü aydın və təmiz 

idi.  Gecikmiş  bir  neçə  ulduz  yenicə  sönürdü.  Yalnız  şərqdə,  parlaq 

üfüqlərdə hələ də bir ulduz parlayırdı. Günəş bir az sonra doğacaqdı. 

Artıq Paris oyanmağa başlamışdı. Şərq tərəfdə açıq və təmiz havada 

minlərcə  evin  damı  görünürdü.  Zəng  qülləsinin  nəhəng  kölgəsi 

damdan-dama,  böyük  şəhərin  bir  tərəfindən  o  biri  tərəfinə  düşürdü. 

Bəzi  məhəllələrdə  gurultu  eşidilməyə  başlamışdı.  O  tərəfdən  zəng 

səsi, bu tərəfdən çəkic, araba səsi gəlirdi. Bəzi qara damların üzərində 

ağ  tüstü  görünürdü.  Körpülərə,  adalara  çırpılan  çay  dairə  və  xətlər 

şəklində  hissələrə  bölünmüşdü.  Şəhərin  kənarında,  istehkamların 

arxasında  dumanlı  şəkildə  vadilər,  zərif  dağlar,  təpələr  görünürdü. 

Yarıoyanmış  şəhərdən  cürbəcür  səslər  eşidilirdi.  Sərin  səhər  mehi 

dağların  və  təpələrin  üzərinə  sərilmiş  dumandan  bir  neçə  bulud 

qoparıb qərbə doğru qovalayırdı. 

Kilsə meydanında əllərində süd bardaqları tutmuş bir neçə arvad 

dayanmışdı.  Onlar  heyrətlə  gecə  vaxtı  böyük  kilsə  qapısında  əmələ 

gəlmiş  sınıqları  və  zədələri,  deşiklərdə  donmuş  iki  qurğuşun  axınını 

bir-birinə  göstərirdilər.  Gurultulu  gecə  səhnəsindən  şəhərə  qalan 

yalnız  bu  idi.  Kvazimodonun  qüllələrin  arasında  yandırmış  olduğu 

ocaq artıq sönmüşdü. Tristan isə meydanı təmizləməyi əmr 

798 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə