Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə270/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   264   265   266   267   268   269   270   271   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Kvazimodo onun yıxıldığını görürdü. 



Belə  yüksəklikdən  yıxılan  adam  nadir  hallarda  düz  xətlə  düşür. 

Klod əwəlcə əlləri uzanılı halda başıaşağı düşürdü, sonra havada bir 

neçə dəfə çevrildi. Külək onun bədənini aşağıdakı çıxıntılardan birinə 

doğru apardı; bədbəxt sürətlə bu çıxıntıya dəydi. O, hələ ölməmişdi; 

hər halda, zəngçalan onun barmaqlarıyla damın kənarından yapışmaq 

istədiyini  görürdü.  Lakin  dam  çox  maili  idi,  keşişsə  tamamilə 

taqətdən düşmüşdü. O, damdan qopan kirəmit parçası kimi sürüşərək 

daş döşəmənin üzərinə düşdü və hərəkətsiz qaldı. 

Kvazimodo bunu görüb yenə gözünü qaraçı qıza dikdi. O, ağ pal-

tarın  altında  can  çəkişən  və  titrəyən  qaraçı  qızın  vücudunu  uzaqdan 

görürdü. Sonra aşağıya, meydana, insan formasını itirmiş baş keşişin 

meyitinə baxdı və qəlbinin dərinliyindən qopan müdhiş bir hıçqırıqla 

dedi: 

- Mənim sevdiklərim elə bunlar imiş! 



III 

FEBİN EVLƏNMƏSİ 

Həmin  axşam  yepiskopun  qarovulu  baş  keşişin  meyitini  götür-

mək  üçün  kilsə  meydanına  gələndə  Kvazimodo  Notr-Dam  kilsəsin-

dən yoxa çıxmışdı. 

Bu hadisəylə bağlı çox söz-söhbət oldu. Bəzi mövhumatçı paris-

lilər Kvazimodo ilə Klod Frollo arasında bağlanmış şərtə görə Kvazi- 

modonun  -  iblisin  Klod  Frollonun  -  cadugərin  ruhunu  apardığını 

düşünürdülər.  Eyni  zamanda,  iblisin  cadugərin  ruhunu  apardığı 

zaman onu - qozun içini yemək istəyən meymun onu sındırdığı kimi - 

parçaladığını  tamamilə  təbii  sayırdılar.  Bu  səbəbdən  baş  keşişin 

cənazəsini dualanmış yerdə dəfn etməkdən imtina etdilər. 

XI Lüdovik bir il sonra, yəni 1483-cü ilin avqust ayında öldü. 

Pyer  Qrenquara  gəlincə,  o,  keçini  xilas  edə  bilmiş  və  nəhayət, 

müvəffəqiyyət  qazanaraq  dramaturq  olmuşdu.  O,  astronomiya,  fəl-

səfə, arxitektura, germetika, bir sözlə, hər cür mənasız işlərlə məşğul 

olduqdan  sonra  bunların  içərisində  ən  mənasız  məşğuliyyət  olan 

dramaturgiyaya qayıtmışdı. O, buna “həyatının faciəli sonu” adını 

802 


downloaded from KitabYurdu.org


vermişdi. Dram sahəsində qazandığı uğurlar haqqında 1483-cü ilə aid 

xəzinə  kitablarında  belə  bir  qeyd  oxuya  bilərik:  “  Cənab  papa  səfi-

rinin  gəlməsi  münasibətilə  Şatledə  göstərilmiş  misteriyanı  yazmaq, 

tamaşaya  qoymaq,  bu  məqsədlə  adam  tutmaq,  paltar  kirayə  etmək, 

eyni zamanda, lazım gələn xarratlıq işlərini görmək üçün dülgər Jan 

Marşana və müəllif Pyer Qrenquara yüz livr verilmişdir”. 

Feb de Şatoperin də sonu faciəli oldu: o evləndi. 

IV 

KVAZİMODONÜN EVLƏNMƏSİ 

Biz,  qaraçı  qızla  baş  keşişin  öldüyü  gün  Kvazimodonun  Notr- 

Dam kilsəsindən yox olduğunu söyləmişdik. Bundan sonra artıq onu 

kimsə görməmiş və başına nə iş gəldiyindən xəbər tutmamışdı. 

Esmeraldanı  edam  etdikdən  bir  gün  sonra  cəllad  köməkçiləri 

onun  meyitini  gecə  vaxtı  dar  ağacından  düşürüb,  ozamankı  adətə 

görə, Monfokon zirzəmisinə aparmışdılar. 

Sovalın sözlərinə görə, Monfokon Fransa krallığının ən qədim və 

ən  gözəl  dar  ağacı  imiş.  Tampl  məhəlləsi  ilə  Sen-Marten  məhəlləsi 

arasında,  Paris  hasannın,  təxminən,  160  sajenliyində,  Kurtildən  bir 

neçə  ağac  uzaqlıqda,  maili,  fəqət  uca  bir  təpənin  başında  Kelt 

məbədinə bənzəyən qəribə bir bina ucalırdı. 

Təpə üzərində daşdan yonulmuş, on beş fut  yüksəkliyində, otuz 

fut  genişliyində  və  qırx  fut  uzunluğunda  böyük  bir  paralelepiped 

təsəvvür  edin;  bu  binanın  bir  qapısı,  bayırdan  pilləkəni  və  kənarları 

sürahiylə  əhatə  olunmuş  meydançası  vardı.  Bu  meydançada  yonul-

mamış  daşdan  düzəldilmiş  on  altı  ədəd  böyük  sütun  vardı;  sırayla 

düzülmüş  sütunların  hər  birinin  hündürlüyü  otuz  fut  idi;  onların 

üzərində  yoğun  dirəklər  vardı;  bu  dirəklərdən də  zəncirlər  asılmışdı. 

Zəncirlərin hər birindən bir skelet sallanırdı. Buradan bir az uzaqda, 

düzənlikdə daş bir çarmıx və iki balaca dar ağacı vardı. Bunlar, sanki, 

mərkəzdəki  dar  ağacının  qol-budaqlanydı.  Bütün  bunların  üzərində, 

göy üzündə qarğalar uçuşurdu. Monfokon beləydi. 

1328-ci ildə tikilmiş bu müdhiş dar ağacı XV əsrin sonunda artıq 

xarabaya çevrilmişdi: dirəkləri çürümüş, zəncirləri paslanmış, daş 

803 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

sütunlarının  üzərində  isə  kif  əmələ  gəlmişdi.  Dar  ağacının  təməlinə 



insan  ayağı  dəymədiyindən  orada  ot  bitmişdi.  Gecələr,  ayın  solğun 

işığı  düşəndə  üfüqdə  həmin  dar  ağacının  müdhiş  profili  görünürdü. 

Külək  onun  paslanmış  zəncirlərini  cingildədir,  zəncirlərdən  asılmış 

skeletləri  qaranlıqda  silkələyirdi.  Bu  müdhiş  dar  ağacının  qurulduğu 

yer bütün ətrafda məşum ad çıxarmışdı. 

Bu dəhşətli qurğunun daş təməli içəridən boş idi. Onun içərisində 

çürümüş və qırılmış barmaqlıqla qapanan geniş bir zirzəmi vardı. Bu 

zirzəmiyə yalnız Monfokon zəncirlərindən düşən meyitlərin qalıqları 

deyil, bəlkə də, bütün Parisdəki dar ağaclarından asılmış bədbəxtlərin 

də  cənazələri  atılırdı.  Bu  müdhiş  zirzəmidə  bir  çox  cinayətlər  və 

çoxlu  insan  cəsədləri  gizlədilmişdi.  Monfokonun  birinci  qonağı  və 

abidi  olan  Enqerr  de  Marinidən  tutmuş  son  qonağı  və  abidi  olan 

admiral  Kolnyiyə  qədər  bu  dünyanın  bir  çox  qüdrətli  və  məsum 

insanlarının sümükləri burada toplanmışdı. 

Kvazimodonun gizli yox olmasına gəlincə, biz bu barədə yalnız 

bunları öyrənə bildik. 

Təsvir etdiyimiz hadisələrdən il yarım, yaxud iki il sonra iki gün 

əvvəl  asılmış  və  yeni  kral  VIII  Karlın  əmrilə  hörmət  əlaməti  olaraq 

daha gözəl bir yerdə - Sen-Loran qəbiristanlığında dəfn edilməli olan 

bərbər  Olivyenin  cəsədini  çıxarmaq  üçün  Monfokon  zirzəmisinə 

gələnlər  iyrənc  skeletlərin  arasından  iki  skelet  tapmışdılar.  Bu 

skeletlərdən  biri  digərini  olduqca  qəribə  şəkildə  qucaqlamışdı. 

Skeletlərdən  birinin  qadın  skeleti  olduğu  anlaşılırdı.  Onun  üzərində 

hələ  də  bir  zamanlar  ağ  rəngdə  olduğu  zənn  edilə  biləcək  paltarın 

çürümüş  qalıqları  vardı;  skeletin  boynunda  isə  qəribə  toxum  dənə-

lərindən  düzəldilmiş  boyunbağı  vardı,  boyunbağıdan  yaşıl  parçadan 

tikilmiş ağzıaçıq və içiboş ipək bir torbacıq asılmışdı. Ehtimal ki, bu 

şeylər  qiymətli  olmadığından  cəllad  onlara  maraq  göstərməmişdi. 

Birinci  skeleti  qucaqlayan  o  biri  skelet  isə  kişi  skeletinə  bənzəyirdi. 

Bu skeletin bel sümüyü əyri, başı çiyinlərinə qısılmış, bir ayağı isə o 

birindən qısa idi. Boyun fəqərələri salamat olduğundan dar ağacından 

asılmadığı anlaşılırdı. Demək, bu cəsədin sahibi özü zirzəmiyə gəlmiş 

və  burada  ölmüşdü.  Onu  qucaqladığı  skeletdən  ayırmaq  istədikdə 

dağılıb kül olmuşdu. 

804 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə