Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə265/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   261   262   263   264   265   266   267   268   ...   272

Yazıq  qadın  getdikcə  özünü  idarə  edə  bilmədiyini  hiss  edirdi. 

Artıq bir-birinin ardınca yersiz hərəkətlər edir, lazım olmayan sözlər 

danışırdı. Bu zaman başqa bir əsgər söhbətə qoşularaq dedi: 

-

 



Müsyö,  küpəgirən  yalan  danışır.  Cadugər  Qoyunlar  küçəsilə 

qaça  bilməzdi:  oradakı  qarovulçular  kimsənin  keçmədiyini 

söyləyirlər. 

Tristanın qaşqabağı getdikcə daha da tutulurdu. 

-

 

Yaxşı, buna nə deyirsən? - o soruşdu. 



Qadın bu çətinliyi də atlatmağa çalışaraq cavab verdi: 

-

 



Müsyö,  mən  heç  bir  şey  bilmirəm,  bəlkə  də,  səhv  edirəm. 

Ancaq mənə elə gəlir ki, o, çaya tərəf qaçdı. 

-

 

Demək, o biri tərəfə qaçmışdır, - Tristan dedi. - Onun yenidən 



Qədim şəhərə qayıdacağı inandırıcı deyil, çünki orada onu axtarırlar. 

Sən yalan danışırsan, qarı! 

-

 

Bundan başqa, çayın nə bu, nə də o biri sahilində qayıq yox-



dur, - birinci əsgər dedi. 

Qadın yenə özünü müdafiə etməyə çalışaraq: 

-

 

Bəlkə, o, çayı üzüb keçmişdir, - cavab verdi. 



-

 

Heç qadınlar üzə bilir? - Yenə həmin əsgər şübhəylə soruşdu. 



Tristan qəzəblə bağırdı: 

-

 



Lənətə  gələsən,  sən  yalan  danışırsan,  qarı,  yalan  danışırsan! 

Mən bu cadugəri rahat buraxıb, səni götürüb aparmaq istəyirəm. Sənə 

on beş dəqiqə yaxşıca işgəncə verilsə, həqiqəti söyləyəcəksən, haydı 

dalımızca gəl! 

Qadın sevincək dedi: 

-

 



Nə cür arzu edirsiniz, hazıram, cənab! Necə istəyirsiniz, elə də 

olsun! Rica edirəm, məni yaxşıca danışdınn, apann məni, lap bu saat 

aparın, tez olun, tez olun! 

Eyni zamanda öz-özünə düşünürdü: “Mən gedəndən sonra qızım 

da qaçıb qurtara bilər.” 

-

 



Lənət  şeytana!  Bu,  işgəncə  istəyir!  Mən  bu  dəlini  heç  başa 

düşmürəm. - Tristan mırıldandı. 

Ağsaçlı qoca bir serjant sıradan ayrılıb Tristanın yanına gəldi və 

dedi: 


-

 

Cənab, bu qadın dəlidir. Əgər qaraçını əlindən buraxıbsa, buna 



o, müqəssir deyil, çünki qaraçı qızlara nifrət bəsləyir. Düz on beş ildir 

ki, mən şəhəri gecə vaxtı  yoxlarkən hər zaman bunun qaraçı qızlara 

lənət oxuduğunu və söydüyünü eşidirəm. Keçili gənc 

787 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

rəqqasə,  yəni  bizim  axtardığımız  qızsa  onun  ən  çox  nifrət  etdiyi 



qaraçıdır. 

Qudula özünü zorlayaraq güclə dedi: 

-

 

Hə, ona xüsusilə çox nifrət edirəm. 



Qarovulçuların  hamısı  qoca  serjantın  sözlərini  bir  səslə  təsdiq 

etdi.  Tristan  münzəvi  qadından  bir  şey  qoparmağın  mümkün  olma-

dığını  anlayıb  arxasını  çevirdi.  Qadın  onun  öz  atına  doğru  getdiyini 

görüb sevincindən həyəcanlandı. 

-

 

Yaxşı,  çarə  yoxdur,  -  Tristan  mırıldanaraq  dedi,  -  onu  başqa 



yerdə  axtarmalıyıq.  Qaraçı  qız  dar  ağacından  asılıncaya  qədər  mən 

yatmayacağam. 

Bununla  belə,  o,  atına  dərhal  minmədi.  Qudula  onun,  şikarının 

iyini  almış  və  buradan  ayrılmaq  istəməyən  ov  tulası  kimi  narahat- 

narahat  ətrafa  boylandığını  gördükcə  titrəyirdi.  Nəhayət,  o,  başını 

bulayıb atına mindi. Qudulanın sıxılmış köksündən ağır bir ah çıxdı. 

Bu ana qədər baxmağa cəsarət etmədiyi qızına baxıb yavaşca dedi: 

-

 



Qurtulduq! 

Zavallı  qız  yerindən  tərpənməyə,  nəfəs  almağa  belə  qorxaraq 

küncə sığınıb, onu gözləyən qorxunc ölümü ağlından çıxara bilmirdi, 

danışılanları  o  da  eşidir,  anası  qədər  dəhşətli  həyəcan  keçirirdi. 

üçurumun  üzərində  sallandığı  ipin  çıtırdadığını  eşidir,  elə  indicə 

qırılacağından qorxurdu. Yalnız indi ayağının altında möhkəm bir yer 

hiss edərək bir az yüngülləşmişdi. Bu zaman bir səs eşitdi: 

-

 



Lənət  şeytana, cənab rəis, cadugərləri asmaq qətiyyən  mənim 

işim deyildir. Mən əsgər adamam. Mən üsyançıları qovdum, indi isə 

özünüz gedin, kimi asmaq istəyirsinizsə, axtarıb tapın. Mənə isə icazə 

verin, başsız qalan alayımın yanına gedim. 

Bu, Feb de Şatoperin səsi idi. Bu səsi eşidən gənc qızın düşdüyü 

vəziyyəti  təsvir  etmək  mümkün  deyil.  Bu,  onun  dostu,  müdafiəçisi, 

ümid  və  pənahı,  onun  Febi  idi.  Qız  yerindən  sıçradı,  anası  əlindən 

tutmağa macal tapmadan pəncərəyə doğru atıldı və bağırdı: 

-

 

Feb, mənim Febim, yanıma gəl! 



Lakin  Feb  artıq  meydanda  deyildi:  o,  atını  çaparaq  Bıçaqçılar 

küçəsinin tinində yox oldu. Ancaq Tristan hələ buradaydı. 

Münzəvi  qadın  vəhşi  bir  nərə  ilə  qızının  üzərinə  atıldı,  dırnaq- 

larıyla onun boğazından yapışaraq geriyə çəkdi. Dişi pələng öz 

788 

downloaded from KitabYurdu.org




yavrusunu xilas etmək istərkən harasından gəldi yapışır. Ancaq artıq 

gec idi. Tristan gənc qızı görmüşdü. 

-

 

Ehey!  - o bağırdı, qəhqəhə çəkdi, dişlərini ağartdı, ağzı cana-



var ağzı kimi açıldı - Siçan yuvasında iki siçan varmış, - dedi. 

-

 



Mən də elə zənn edirdim, - nişançı dedi. 

Tristan əlini onun arxasına vuraraq dedi: 

-

 

Sən yaxşı iy bilirsən, bəs Anrie Kuzen hanı? 



Əsgərlərin  arasından  istər  görünüşü,  istərsə  də  geyimilə  onlara 

bənzəməyən  bir  adam  çıxdı.  Onun  əynində  dəri  qolları  olan  boz- 

qəhvəyi rəngli kamzol vardı; güclü əlində kəndir bağlaması tutmuşdu. 

Tristan daim XI Lüdoviki müşayiət etdiyi kimi, bu adam da Tristanın 

böyründən əl çəkmirdi. 

-

 



Qulaq  as,  dostum,  -  Tristan  ona  dedi,  -  deyəsən,  biz  axtar-

dığımız  cadugəri  tapdıq.  Kəndiri  onun  boğazına  keçir  görək.  Nər-

divan yanındadır? 

-

 



Oradakı sütunlu evin anbarında nərdivan var, - Kuzen dedi. - 

Bəs  onu  harada  asacağıq?  Buradamı?  -  və  daşdan  düzəldilmiş  dar 

ağacını göstərərək soruşdu. 

-

 



Burada da mümkündür. 

Kuzen, Tristandan da vəhşi qəhqəhəylə gülərək cavab verdi: 

-

 

Çox gözəl. Hər halda, çox uzağa getmərik. 



-

 

Yaxşı, tez ol! Sonra gülərsən. - Tristan dedi. 



Tristan  qızı  gördükdən  sonra  artıq  bütün  ümidləri  puç  olan 

münzəvi  qadın  heç  bir  söz  söyləmədi.  O,  yancanlı  zavallı  qaraçı 

qızını  daxmanın  bir  küncünə  atdı  və  pəncərənin  qarşısında  dayanıb, 

hər  iki  əliylə  çərçivədən  möhkəmcə  yapışdı.  O,  burada  dayanıb 

qorxmadan  əsgərləri  gözləyirdi.  Gözlərinin  əvvəlki  vəhşi  və  dəlisov 

ifadəsi geri qayıtmışdı. Anrie Kuzen pəncərəyə yaxınlaşdıqda qadının 

üzündə elə dəhşətli bir ifadə gördü ki, qeyri-ixtiyari geri çəkildi. 

-

 



Müsyö,  bunlann  hansını  asmaq  lazımdır?  -  Tristandan 

soruşdu. 

-

 

Gənc qızı. 



-

 

Çox yaxşı, yoxsa qarının öhdəsindən gəlmək çətin olacaqdı. 



-

 

Yazıq rəqqasə! - Qoca serjant mızıldanaraq dedi. 



Anrie  Kuzen  yenə  pəncərəyə  yaxınlaşdı,  lakin  qarının  diqqətli 

baxışı  onu  yenə  başını  aşağı  sallamağa  məcbur  etdi.  Qorxa-qorxa 

dedi: 

-

 



Xanım... 

789 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə