Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə264/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   260   261   262   263   264   265   266   267   ...   272

DÜNYA 

ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

ananın  gözləri  qarşısında  öldürsünlər!  Yox,  ola  bilməz!  Belə  şey 



mümkün deyil! Tanrı buna yol verməz! 

Bu zaman, deyəsən, atlılar dayandılar, bir səs eşidildi: 

-

 

Cənab Tristan, buraya! Keşiş deyir ki, biz onu Siçan yuvasının 



yaxınlığında tapacağıq. 

Sonra yenə at ayaqlarının tappıltısı eşidildi. 

-

 

Qaç,  yavrum,  xilas  ol!  -  Münzəvi  qadın  həyəcanla  qışqırdı,  - 



mən  hamısını  xatırladım.  Sən  haqlısan:  səni  ölüm  gözləyir,  Ah! 

Dəhşət! Lənətlər olsun! Özünü xilas et! 

Qadın  başını  pəncərədən  çıxardı  və  diridən  çox  ölüyə  bənzəyən 

qızının əlini əsə-əsə sıxaraq qırıq-qırıq və məyus-məyus dedi: 

-

 

Yox,  dayan,  yerindən  tərpənmə!  Ətrafda  əsgərlər  var!  Sən 



buradan çıxa bilməzsən. Çox işıqlıqdır! 

Qurumuş  gözləri  alışıb-yanırdı.  Bir  qədər  susdu,  iri  addımlarla 

hücrədə  var-gəl  etdi.  Arabir  dayanaraq  başından  bir  çəngə  ağ  tük 

qoparır, dişləriylə gəmirirdi. 

Birdən dedi: 

-

 



Yaxınlaşırlar! Mən onları söhbətə tutaram. Bu küncdə gizlən. 

Onlar  səni  görməzlər.  Mən  onlara  deyərəm  ki,  sən  əlimdən  çıxıb 

qaçdın! 

O, indiyə qədər qızını qucağında gəzdirirdi, indi isə onu daxma-

nın bir küncünə qoydu; bu künc küçədən görünmürdü. Qızı yerə qoy-

duqdan  sonra  onun  əllərini,  ayaqlarını,  paltarını  uzun  və  dağınıq 

saçlarıyla  örtdü.  Qarşısına  bir  kasa  və  böyük  daş  qoydu,  sanki,  dax- 

madakı kasa və daş onu gizlədəcəkdi. Bu hazırlıqları görəndən sonra 

bir qədər sakit oldu və diz çökərək ibadət etməyə başladı. Artıq işıq-

laşırdı. Ancaq Siçan yuvası qaranlıq idi. 

Bu zaman mağaranın yaxınlığında keşişin səsi eşidildi. 

-

 



Buraya, kapitan Feb de Şatoper, buraya! - O bağıraraq deyirdi. 

Esmeralda onun səsini və bu adı eşidər-eşitməz qısıldığı küncdə 

hərəkətə gəldi. 

-

 



Yerindən tərpənmə! - Qudula onun qulağına pıçıldadı. 

Bu sözü yenicə söyləmişdi ki, insan səsləri, silah gurultusu və nal 

tappıltısı Siçan yuvasının lap yaxınlığında eşidilməyə başladı. 

Ana  cəld  ayağa  durdu  və  pəncərənin  qabağını  tutdu.  O,  Qrev 

meydanında düzülmüş piyada və atlı əsgərləri gördü, əsgərlərin rəisi 

atından düşüb ona yaxınlaşdı. 

784 

downloaded from KitabYurdu.org




-

 

Ey qan, - qaba səslə dedi, - biz cadugəri axtanrıq, o, dar ağa- 



cından asılmalıdır. Bizə dedilər ki, sən onu tutmusan. 

Yazıq  ana  mümkün  qədər  laqeyd  görünməyə  çalışaraq  cavab 

verdi: 

-

 



Mən sizin nə danışdığınızı başa düşmürəm. 

-

 



Lənət şeytana! Bəs bu dəli keşiş nə boş-boş çərənləyirdi? 

- zabit bağırdı. - Keşiş necə oldu? 

-

 

Zati-dövlətləri, - əsgərlərdən biri cavab verdi. - O yoxa çıxıb. 



-

 

Yaxşı, qarı, yalan danışma, - kapitan dedi. - Sənə cadugərin 



qarovulunu çəkməyini tapşırmışlar. Sən onu nə etdin? 

Münzəvi qadın şübhə oyatmamaq üçün inkar etmək istəmədi

odur ki səmimi, ancaq narazı halda cavab verdi: 

-

 



Əgər siz bir az bundan əvvəl mənim yanıma qoyulan gənc 

qızı soruşursunuzsa, o, mənim əlimi dişlədi, mən də onu buraxmaq 

məcburiyyətində qaldım. Bundan başqa heç nə bilmirəm. İndi isə 

məni rahat buraxın. 

-

 

Yalan danışma, qoca qarğa, - Dəstə rəisi əsəbi halda dedi. 



-Mənə Adamayovuşmaz Tristan deyərlər, özüm də kralın kirvəsi- 

yəm. Eşidirsən? - Sonra Qrev meydanını nəzərdən keçirərək əlavə 

etdi: - Yanılmıramsa, bu ad buradakılara çox gözəl tanışdır. 

-

 



Siz adamayovuşmaz iblis də olsanız, mənimçün fərqi yoxdur, 

mənim sizə söyləyəcək başqa sözüm yoxdur. Mən sizdən heç qorx- 

muram da, - bir qədər ümidlənmiş Qudula dedi. 

-

 



Lənət şeytana, axmaq qadın! - Tristan bağırdı. - Demək, 

cadugər qaçmışdır! Bəs hansı tərəfə getdi? 

O, sakitcə cavab verdi: 

-

 



Yanılmıramsa, Qoyunlar küçəsinə doğru getdi. 

Tristan  üzünü  döndərib  dəstəyə  yola  düşmək  əmri  verdi.  Mün-

zəvi qadın azad nəfəs aldı. 

-

 



Zati-aliləri, - birdən nişançılardan biri dedi, - bu qoca küpəgi-

rəndən soruşun görək, onun pəncərəsinin dəmirləri nə üçün əyilib? 

Bu  sual  zavallı  ananın  qəlbini  qorxuya  saldı,  ancaq  yenə  də 

özünü itirməyərək dedi: 

-

 

Onlar çoxdan sınıb. 



-

 

Yalan deyir, - nişançı cavab verdi, - dünən bu dəmirlər imana 



çağıran xaç şəklində sağ-salamat idi. 

Tristan münzəvi qadına çəp-çəp baxıb dedi: 

-

 

Sən nəyisə qarışdırırsan, qan. 



 

785 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Zavallı  qadın  hər  şeyin  onun  soyuqqanlılığından  asılı  olduğunu 



hiss  edib  həddindən  artıq  qorxmasına  baxmayaraq,  güldü.  Yalnız 

analar buna qadirdir. 

-

 

Ay-hay, - o dedi. - Deyəsən, bu adam sərxoşdur. Bir il bundan 



qabaq  daş  yüklənmiş  araba  buradan  keçərkən  pəncərəyə  toxunaraq 

barmaqlığı sındırmışdı. O vaxt ona ağzıma gələni dedim. 

-

 

Doğru deyir, - nişançılardan biri söhbətə qarışaraq dedi, 



-

 

mən də buna şahidəm. 



Qəribədir  ki,  həmişə  hər  yerdə  hər  şeyi  görən  adamlar  tapılır. 

Nişançının  gözlənilmədən  şahidlik  etməsi  bu  dəhşətli  sorğu-sual 

əsnasında  uçurumu  ülgücün  iti  ağzı  qədər  keçən  münzəvi  qadını 

ürəkləndirdi. 

Lakin o, durmadan ümiddən ümidsizliyə keçməyə məhkum olun- 

-

 



Əgər bu barmaqlığı araba sındırıbsa, onda dəmirlər eşiyə əyil-

miş olardı, halbuki onlar içəriyə əyilmişdir, - birinci nişançı dedi. 

Tristan əsgərə dedi: 

-

 



Oho! Sən lap müstəntiq Şatle kimi xəfiyyə imişsən ki! Yaxşı, 

qarı, buna nə deyirsən? 

-

 

Allaha  and  olsun  ki,  barmaqlığı  araba  sındırmışdır,  -  həyəca-



nından  titrəyən  Qudula  qışqırdı,  -  siz  özünüz  bunu  əsgərlərinizdən 

birinin dilindən eşitdiniz. Bir də ki qaraçı qızın buna nə dəxli var? 

-Yaxşı! - Tristan donquldandı. 

-

 



Yalandır, - rəisinin tərifindən daha da qızışmış əsgər qışqırdı, 

-

 



pəncərə təzəcə sınmışdır. 

Tristan başını yırğaladı. Qudula sapsarı saraldı. 

-

 

Deyirsiniz, araba buradan nə vaxt keçib? 



-

 

Vallah,  yaxşı  yadımda  deyil:  iki  həftə,  yoxsa  bir  ay  bundan 



qabaq. 

-

 



Əvvəl deyirdi ki, bir il bundan qabaq sınıb. 

-

 



Bax bu çox şübhəlidir, - Tristan dedi. 

-

 



Monsenyor, - qadın içəri baxacaqlarından qorxduğundan pən-

cərənin qarşısında dayanıb başını bayıra çıxararaq qorxa-qorxa dedi, - 

and  içirəm  ki,  bu  pəncərəni  araba  sındırmışdır.  Bütün  cənnətdəki 

mələklərə  and  içirəm.  Qoy  mən  ömürlük  lənətə  düçar  olum,  yalan 

danışıramsa, Allah məni parça-parça etsin. 

-

 



Amma  sən  çox  ürəkdən  and  içirsən,  -  Tristan  cəllad  baxışla- 

rıyla onu süzərək dedi. 

786 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə