Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə261/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   257   258   259   260   261   262   263   264   ...   272

Bunu eşidən keşiş yavaş-yavaş əlini yanına salaraq dərin kədərlə 

yerə baxdı və dedi: 

-

 

Bu daşlar dil açıb danışa bilsəydilər, onlar burada yer üzünün 



ən bədbəxt adamının dayandığını söyləyərdilər. 

O, yenə danışmağa başladı, tlzun və dağınıq saçlanna dolanaraq 

dar ağacının qarşısında diz çökmüş gənc qız ona mane olmurdu; o isə 

üzündəki  zülmkar  və  qəddar  bir  ifadəylə  kəskin  təzad  təşkil  edən 

yazıq və mehriban səslə deyirdi: 

-

 



Mən sizi sevirəm, çılğıncasına sevirəm! Məgər məni qovuran 

bu  alovun  bir  qığılcımı  belə  zahirə  çıxmırmı?  Təəssüf!  Mən  gecə- 

gündüz  əzab  və  əziyyətlər  içində  çırpınıram!  Məgər  mən  heç  bir 

mərhəmətə  layiq  deyiləm?  Bu,  böyük  bir  müsibətdir!  Ah,  mən  nə 

qədər  böyük  əzab  çəkirəm!  Mənim  əzablarım  mərhəmətə  layiqdir! 

Görürsünüz,  mən  artıq  sizinlə  mümkün  qədər  sakit  danışmağa  çalı-

şıram.  Çox  istərdim  ki,  siz  də  artıq  məndən  qorxmayasınız.  Axı  bir 

kişi  bir  qadını  sevdiyi  üçün  günahkar  ola  bilməz!  Aman  yarəb!  Siz 

yəni  heç  vaxt  məni  əfv  etməyəcəksiniz?  Həmişə  mənə  nifrət  bəs-

ləyəcəksiniz? Elə isə, artıq hər şey bitdi! Bax, görürsünüz, məni qor-

xunc  və  kinli  edən  də  budur!  Siz  mənim  üzümə  baxmaq  belə  istə- 

mirsiz.  Bəlkə  də,  mən  danışdığım  zaman  siz  tamamilə  başqa  şeylər 

düşünürsünüz! Mən sizin qarşınızda - hər ikimizi udmağa hazır olan 

əbədiyyətin  qarşısında  dayanmışam!  Ancaq  mənə  o  zabitdən 

danışmayın!  Of!  Ayaqlarınıza  düşüb  yalvarsam,  ayaqlarınızı  yox, 

onların  tapdaladığı  torpağı  öpməyə  başlasam,  uşaq  kimi  hıçqıra- 

hıçqıra  ağlasam,  səni  sevdiyimi  isbat  üçün  köksümdən  sözlər  deyil, 

qəlbimi  və  ciyərimi  qoparmağa  başlasam,  bunların  heç  bir  mənası 

olmayacaq?  Amma  mən  əminəm  ki,  sizin  mehriban  və  həssas  bir 

ruhunuz var, siz mülayim və nazlısınız, gözəllik, mərhəmət, şəfqət və 

incəlik  mücəssəməsisiniz!  Heyhat,  bəlkə  də,  siz  yalnız  mənə  qarşı 

kinli və zalımsınız! Görünür, mənim kədərli taleyim belədir! 

O,  üzünü  əlləriylə  qapadı.  Gənc  qız  onun  hıçqıra-hıçqıra  ağla-

dığını eşidirdi. Qız onu ilk dəfə ağlayan görürdü. O ağlayarkən qızın 

qarşısında diz çökdüyündən daha zavallı  və  yazıq görünürdü. Bir az 

ağladıqdan sonra göz yaşlannı silərək sözünə davam etdi: 

-

 

Yox, artıq mən söz tapa bilmirəm; halbuki sizə söyləyəcəklə- 



rimi  diqqətlə  düşünmüşdüm.  İndisə  titrəməyə  başlamışam,  çaşıram, 

dilim tutulmağa başlayır. Əgər mənə və özünüzə rəhm etməsəniz

775 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yerə yıxılacağam. Rəhm edin, mənə... Hər ikimizi məhv etməyin! Sizi 



nə  qədər  sevdiyimi  bilsəydiniz,  hansı  qəlbi  rədd  etdiyinizi  anla-

saydınız!  Ey  mənim  fəzilətim,  haradasan,  özüm  özümü  tanımıram. 

Mən  aliməm,  amma  öz  elmimi  ayaqlar  altında  tapdalayıram;  mən 

mehrab  və  məbəd  xadimiyəm,  ancaq  öz  Allahımı  unutdum,  ibadət 

yerini  şəhvət  yuvasına  çevirmək  istədim.  Bütün  bunları  səninçün 

etdim, sehrkar qadın, hamısı sənin cəhənnəmə layiq olmağın üçündür! 

Sən  isə  günahkarı  rədd  edirsən!  Yox,  mən  sənə  ürəyimdəkinin 

hamısını söyləmədim, sən hər şeyi bilməlisən, ən qorxunc şeyi belə! 

Son sözlərini deyərkən üzündə dəli adamlara xas ifadə göründü. 

Bir dəqiqə susdu, sonra öz-özünə danışırmış kimi ucadan dedi: 

-

 

Qatil, sən mənim qardaşıma nə etdin? 



O, yenə susdu, sonra yenə davam etdi: 

-

 



İlahi, mən ona nə etdim? Mən onu saxladım, bəslədim, tərbiyə 

verdim,  mən  onu  sevdim,  səcdə  etdim  və  nəhayət,  öldürdüm! 

Allahım,  onun  başını  elə  indicə  mənim  gözlərim  qarşısında  sənin 

evinin daşlarına çırparaq əzdilər, bütün bunlar yalnız mənə görə oldu, 

yalnız bu qadın üçün, yalnız onun üçün... 

Onun  baxışları  vəhşiləşmişdi.  Səsi  getdikcə  zəifləyirdi;  bir  neçə 

dəfə  dalbadal,  uzun  fasilələrlə,  qeyri-iradi,  son  cingiltisini  uzadan 

zəng kimi təkrar etdi: 

-

 

Onun günahı ucbatından... Onun günahı ucbatından... 



Sonra dodaqlarının tərpənməsinə baxmayaraq, ağzından çıxan 

heç bir söz aydın olmadı. Birdən dizləri büküldü, yerə çökdü, başını 

dizlərinə dayayaraq hərəkətsiz dayandı. 

Ayağını onun dizi altından çıxarmağa çalışan qızın hərəkəti onu 

oyatdı.  Əlini  yavaş-yavaş  batıq  yanaqlarına  toxundurdu,  bir  müddət 

təəccüblə yaşarmış barmaqlarına baxdı. 

-

 

Bu nədir, - dedi, - mən ağlayırdım! - Birdən üzünü qaraçı qıza 



çevirərək  son  dərəcə  həyəcanla  dedi:  -  Təəssüf!  Sən  mənim  göz 

yaşlarıma  rəhm  etmədin!  Yavrum,  sən  bilirsənmi,  bu  göz  yaşları 

qaynayan  lavadır?  Nifrət  etdiyimiz  insanın  əzabları  bizim  üçün  heç 

bir  şeydir.  Əgər  mən  sənin  qarşında  can  versəydim,  sən  gülərdin, 

deyilmi?  Amma  mən...  Mən  sənin  öldüyünü  görmək  istəməzdim! 

Yalnız  bir  kəlmə!  Yaxşı,  məni  sevdiyini  söyləmə,  bircə  kəlməylə 

söylə ki, səni xilas etməyimi arzu edirsən... və bu kifayətdir. Mən səni 

xilas  edəcəyəm.  Amandır,  vaxt  keçir!  Səni  ən  müqəddəs  saydığın 

şeyə 

776 


downloaded from KitabYurdu.org


and  verirəm,  bu  dar  ağacı  kimi  mənim  daşa  dönməyimi  gözləmə! 

Düşün,  bizim  taleyimiz  sənin  əlindədir,  mən  çılğınam,  hər  ikimizi 

məhv  etməyə  hazıram.  Ayaqlarımız  altında  böyük  bir  uçurum  açıla 

bilər və mən də sənin arxanca əbədi olaraq bu uçuruma düşərəm. Bir 

kəlmə söylə! Yalnız bircə kəlmə! Xoş bir kəlmə! 

Qız ona cavab vermək üçün dodaqlarını araladı. O, qızın bu yal-

varışlar qarşısında yumşalacağını və xoş bir söz söyləyəcəyini gözlə-

yərək onun qarşısında diz çökdü. Lakin qız: 

-

 

Siz qatilsiniz! - dedi. 



Keşiş çılğıncasına onu qucaqlayıb vəhşi qəhqəhəylə bağırdı: 

-

 



Yaxşı, yaxşı! Mən qatiləm, ancaq sən yenə də mənim olacaq-

san.  Sən  mənim  sənə  qul  olmağımı  istəmədin,  onda  mən  sənin  ağan 

olacağam. Sən mənim olacaqsan! Mən səni özümlə aparacağam. Sən 

mənimlə  gəlməyə  məcbur  olacaqsan,  yoxsa  səni  ələ  verərəm.  Hə, 

gözəlim, indi sən iki şeydən birini seçməyə məcbursan: ya ölməli, ya 

da  mənə  -  kafirə,  qatilə  təslim  olmalısan!  Həm  də  elə  gecə  təslim 

olmalısan,  eşidirsən?  Tez  ol,  qərar  ver!  Axmaq  qız,  məni  öp!  Ya 

məzar, ya da mənim yatağım! 

Onun gözləri ehtiras və hiddətdən parlayırdı, dodaqları  isə gənc 

qızın boynunu öpürdü. Qız onun qolları arasında çapalayır, o isə qızı 

vəhşi öpüşlərə qərq edirdi. 

-

 



Məni  dişləmə,  vəhşi!  -  o  bağınrdı.  -  Çirkin  və  murdar  rahib! 

Məni  rahat  burax,  yoxsa  sənin  iyrənc  çal  saçlarını  yolub  sifətinə 

çırparam. 

Keşiş əvvəlcə qızardı, sonra sapsarı saraldı, onu buraxdı və pərt- 

pərt  onun  üzünə  baxmağa  başladı.  Qız  qalib  gəldiyini  zənn  edərək 

davam etdi: 

-

 

Sənə  bir  daha  deyirəm,  mən  öz  Febimi  sevirəm,  mən  yalnız 



onun olmaq istəyirəm, mənim Febim yaraşıqlıdır! Sən isə murdar və 

qoca bir keşişsən! Rədd ol cəhənnəmə! 

O,  vücuduna  qızarmış  damğa  basılan  cani  kimi  vəhşi  səslə 

bağırdı. 

-

 

Elə isə, öləcəksən! - Dişlərini qıcadaraq dedi və qıza elə dəh-



şətlə  baxdı  ki,  o  qaçıb  gizlənmək  istədi.  Lakin  keşiş  onun  qolundan 

yapışıb silkələdi, yerə yıxdı, sonra isə əlindən tutub dalınca sürüyərək 

sürətli addımlarla Roland qülləsinə doğru getdi. 

Qülləyə çatdıqda yenidən üzünü qıza çevirib dedi: 

-

 

Səndən son dəfə soruşuram, mənim olmaq istəyirsən? 



777 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə