Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə262/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   258   259   260   261   262   263   264   265   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qız qəti cavab verdi: 



-Yox! 

Onda keşiş ucadan qışqırdı: 

-

 

Qudula, Qudula! Bu da qaraçı qızı! İntiqamını al! 



Gənc qız kiminsə onun dirsəyindən tutduğunu hiss etdi, boylanıb 

baxdıqda  divardakı  kiçik  pəncərədən  arıq  bir  əlin  uzandığını  gördü. 

Bu əl ondan dəmir kəlbətin kimi yapışmışdı. 

-

 



Onu bərk tut! - Keşiş dedi. - Bu, həmin qaçqın qaraçıdır. Onu 

buraxma.  Mən  polislərin  dalınca  gedirəm,  bir  azdan  onun  dar 

ağacından asılacağını seyr edəcəksən. 

-

 



Ha-ha-ha-ha!  -  Keşişin  sərt  sözlərinə  cavab  olaraq  daxmanın 

içindən xırıltılı bir qəhqəhə eşidildi. Qaraçı qız keşişin Notr-Dam kil-

səsinə  doğru  qaçmağa  başladığını  gördü.  Həmin  tərəfdən  at  ayaq-

larının tappıltısı eşidilirdi. 

Gənc  qız  kinli  münzəvi  qadını  tanıdı.  Dəhşətindən  təngnəfəs 

olaraq  onun  əlindən  qurtulmağa,  qorxu  və  ümidsizlik  içində  çırpı-

naraq xilas olmağa çalışdı, lakin o, qızı qeyri-adi qüwəylə tutmuşdu. 

Onun  sümükləri  çıxmış  barmaqları  qızın  əlindən  elə  yapışmışdı  ki, 

onları bir-birindən qoparmaq qətiyyən  mümkün deyildi. Bu, nə zən-

cir, nə qandal, nə də dəmir halqa deyil, divarın içindən uzanmış canlı 

və ağıllı kəlbətin idi. 

Qız  taqətdən  düşərək  divara  söykəndi  və  ölüm  qorxusuyla  çır-

pınmağa  başladı.  Həyatın  nə  qədər  gözəl  olduğunu,  gəncliyin,  göy-

lərin  və  təbiətin  gözəlliklərini  xatırladı.  Feb  yadına  düşdü,  ondan 

uzaqlaşan  və  ona  yaxınlaşan  hər  şeyi  xatırladı.  Ondan  uzaqlaşan 

keşişi, ona yaxınlaşan cəlladı, onun intizarında olan dar ağacını xatır-

ladı. Dəhşətindən saçlarının biz-biz olduğunu hiss etdi. Eyni zamanda 

qulaqlarında  münzəvinin  məşum  qəhqəhəsi  səsləndi;  bu  qadın 

sevinclə deyirdi: “Aha! Nəhayət, səni asacaqlar!” 

Qız  üzünü  pəncərəyə  çevirdikdə  dəmir  barmaqlıq  arasından 

münzəvi qadının solğun üzünü gördü. 

-

 



Mən sizə nə etmişəm? - Zəif səslə dedi. 

Münzəvi  qadın  cavab  vermədi,  yalnız  ahəngdar,  əsəbi,  istehzalı 

səslə mızıldandı: 

-

 



Qaraçı qız, qaraçı qız, qaraçı qız! 

Zavallı  Esmeralda  qarşısındakı  məxluqda  heç  bir  insani  duyğu 

olmadığını anlayıb başını aşağı saldı. 

778 


downloaded from KitabYurdu.org


Qaraçı qızın sualını, sanki, indi dərk edən münzəvi qadın birdən 

qışqırdı: 

-

 

Mənə  nə  etdiyini  soruşursan?  Hə?  Mənə  nə  etdiyini  bilmək 



istəyirsən, qaraçı? Çox gözəl, onda qulaq as! Mənim bir qızım vardı, 

başa  düşürsən?  Bir  qızım  vardı!  Balaca,  gözəl  bir  qızım  vardı!  Ah, 

mənim Aqnesam! - o pıçıldadı və qaranlıqda nəyisə öpməyə başladı, - 

mənim  qızımı  apardılar,  oğurladılar  mənim  balamı.  Onu  bişirib 

yedilər! Bax bunu mənə sən etmisən! 

Gənc qız qorxa-qorxa dedi: 

-

 

Təssüf  edirəm,  ancaq  bəlkə  də,  mən  o  zaman  heç  doğulma-



mışdım. 

-

 



Yox,  -  münzəvi  cavab  verdi,  -  sən  o  zaman  doğulmuşdun, 

bəlkə  də, o  quldur dəstəsinin  içində  idin. O,  səninlə  həmyaş  idi.  On 

beş  ildir,  burada  əyləşmişəm,  on  beş  ildir  ki,  əzab  çəkirəm,  yalvarı-

ram,  başımı  divarlara  vururam.  Eşidirsən,  mənim  qızımı  qaraçılar 

oğurladılar,  eşidirsən,  onlar mənim  qızımı  yedilər.  Murdar  dişləriylə 

onu parçaladılar. Sənin köksündə qəlbin varmı? Ciyuyan, süd əmən, 

oynayan bir uşağın nə qədər sevimli və məsum bir məxluq olduğunu 

təsəvvür edə bilərsən? Vəhşilər balamı əlimdən aldılar, onu öldürdü-

lər, Allah bundan xəbərdardır. Bu gün isə mənim bayramımdır: çünki 

bu  gün  qaraçı  qızı  mənim  qurbanımdır.  Bu  dəmir  barmaqlıq  mane 

olmasaydı,  səni  dişlərimlə  didərdim!  Təəssüf  ki,  başımı  barmaqlığın 

arasına  soxa  bilmirəm!  Yazıq  balam!  Onlar  səni  yuxuday-  kən 

oğurladılar, onlar səni oyatsaydılar da, səsini eşitməyəcəkdim, çünki 

evdə deyildim. Ah, məlun qaraçılar! Siz mənim qızımı məhv etdiniz! 

İndi  də,  gəlin  tamaşa  edin,  görün  mən  sizin  qızınızı  məhv  etməyə 

necə yardım edirəm! 

Onun  qəhqəhəylə  güldüyü,  yaxud  dişlərini  qıcırdatdığı  bəlli 

deyildi. üzü arıqlamış və dəyişmişdi. 

Artıq  işıqlaşırdı.  Meydanın  ortasındakı  dar  ağacı  getdikcə  daha 

aydın  görünməyə  başlayırdı.  Kilsə  körpüsünün  o  biri  tərəfində  at 

ayaqlarının tappıltısı getdikcə daha aydın eşidilirdi. 

Bədbəxt  gənc  qız  diz  çöküb  qorxudan  titrəyərək  ümidsiz  və 

havalanmış halda yalvardı: 

-

 



Xanım, mənə rəhm edin! Onlar yaxınlaşırlar! Mən sizə heç bir 

şey  etməmişəm!  Yəni  siz  mənim  belə  dəhşətli  bir  ölümlə  ölməyimi 

gözlərinizlə görmək istəyirsiniz? Siz mərhəmətlisiniz, mən buna 

779 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

əminəm, bu çox müdhiş bir şeydir, məni buraxın qoyun çıxım gedim, 



mənə rəhm edin, mən ölmək istəmirəm! 

-

 



Qızımı qaytar! - Münzəvi qadın cavab verdi. 

-

 



Mənə yazığınız gəlsin! 

-

 



Balamı qaytar! 

-

 



Məni buraxın, Allah xətrinə, buraxın! 

-

 



Balamı qaytar! 

Gənc qız taqətdən düşərək halsızlaşdı və yenidən diz çökdü. 

-

 

Təəssüf!  -  o  pıçıldadı,  -  siz  öz  yavrunuzu,  mən  isə  ata-anamı 



axtarıram. 

-

 



Aqnesamı  qaytar!  -  Qudula  davam  etdi.  -  Sən  onun  harada 

olduğunu bilmirsən? Elə isə sən öləcəksən! Lakin əvvəlcə mənə qulaq 

as.  Mən  əxlaqsız  bir  qadın  idim,  Tanrı  mənə  uşaq  verdi,  bu  uşağı 

mənim əlimdən aldılar, qaraçılar balamı oğurladı. İndi başa düşürsən 

ki,  niyə  ölməlisən?!  Sənin  qaraçı  anan  gəlib  səni  tələb  edəndə  ona 

deyəcəyəm: “Bu dar ağacına bax!” Bəlkə, qızımı qaytarasan? Bəlkə, 

onun  harada  olduğunu  bilirsən?  Gəl  bura,  mən  sənə  göstərərəm.  Bu 

ayaqqabını  görürsən?  Ondan  mənə  qalan  yalnız  budur.  Sən  bu 

ayaqqabının o biri tayının harada olduğunu bilirsən? Bilirsənsə, mənə 

söylə,  dünyanın  o  başında  olsa  belə,  dizin-dizin  sürünərək  onun 

ardınca gedərəm. 

Bu  sözləri  deyib  qaraçı  qıza  incə  və  kiçicik  bir  ayaqqabı  tayı 

göstərdi.  Artıq  işıqlaşdığından  bu  ayaqqabının  rəngini  və  formasını 

görmək olurdu. 

-

 

Bir  də  göstərin!  -  Qaraçı  qız  diksinərək  dedi.  -  Aman  yarəb! 



İlahi! 

O  sərbəst  əliylə  tələsik  boynundan  asdığı  yaşıl  muncuqlarla 

bəzədilmiş kisəciyi açdı. 

-

 



Çıxar, çıxar, - Qudula öz-özünə mırıldandı.  - Şeytan tilsimini 

çıxar! 


Birdən onun səsi qırıldı, dayandı, bütün vücudu titrədi və ürəkləri 

parçalayan dəhşətli bir səs çıxardı: 

-

 

Qızım! 



Qaraçı  qız  kisəcikdən  balaca  bir  ayaqqabı  tayı  çıxarmışdı,  o, 

münzəvi  qadının  göstərdiyi  ayaqqabının  tamamilə  eyni  idi. 

Ayaqqabıya  kiçik  bir  perqament  parçası  yapışdırılmış,  üzərində  bu 

sözlər yazılmışdı: 

780 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə