Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə260/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   256   257   258   259   260   261   262   263   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Zavallı Esmeralda əllərilə üzünü örtdü, naməlum adam isə qayığı 



sahilə doğru sürərək var qüvvəsilə avar çəkməyə başladı. Bizim filo-

sof  isə  keçini  qucaqlayaraq  nəsə  düşünür  və  yavaş-yavaş  qaraçı 

qızdan  aralanmağa  çalışırdı.  Qaraçı  qız  isə  ondan  başqa  kimsəsi 

olmadığından ona daha möhkəm sığınmağa çalışırdı. 

Qərarsızlıq Qrenquara açıq-aşkar əziyyət verirdi. O düşünürdü ki

“ozamankı  qanunlara  görə”,  ələ  keçsə,  keçini  də  asacaqlar.  Onun 

zavallı  Caliyə  yaman  yazığı  gəlirdi.  Onun  fikrincə,  bu  iki  məxluqu 

xilas  etmək  təkbaşına  onunçün  çox  ağır  olar;  hesab  edirdi  ki,  bu 

vəzifəni  bölüşdürmək  daha  yaxşıdır;  hər  halda,  onun  yoldaşı 

məmnuniyyətlə  qaraçı  qızı  xilas  etmək  vəzifəsini  öz  öhdəsinə  alar, 

keçini  isə  bura  buraxar.  Qrenquarın  daxilnidə  böyük  mübarizə 

gedirdi: İliadadakı Yupiter kimi o da gah qaraçı qızın, gah da keçinin 

tərəfinə  keçirdi.  Yaşarmış  gözlərini  sırayla  onlara  dikərək  dişləri 

arasında  mırıldanırdı:  “Axı  mən  onların  ikisini  də  xilas  edə  bil-

mərəm!” 

Qayığın  qəflətən  silkələnməsi  onların  sahilə  çatdığını  xəbər 

verdi.  Qədim  şəhərdəki  qorxunc  gurultu  və  səs-küy  davam  edirdi. 

Naməlum  adam  qızın  qayıqdan  çıxmasına  yardım  etmək  üçün  ona 

yaxınlaşdı;  lakin  qaraçı  qız  onu  itələyərək  Qrenquarın  əlindən 

yapışdı;  Qrenquar  keçi  ilə  məşğul  olduğundan,  demək  olar  ki,  onu 

itələyən kimi oldu. Bunu görən qız heç bir kömək olmadan qayıqdan 

sahilə tullandı. Qız o qədər çaşmışdı ki, nə etdiyini, haraya getdiyini 

özü belə bilmirdi. Bir müddət hərəkətsiz dayandı və mənasız-mənasız 

suyun  axmasına  baxdı.  Bir  azdan  özünə  gəldikdə  sahildə  naməlum 

adamla  tək  qaldığını  gördü:  çox  güman  ki,  Qrenquar  onun  çaşqın-

lığından  istifadə  edərək,  Ot  limanı  yaxınlığındakı  məhəllənin  dar 

döngələrində keçisiylə bərabər yoxa çıxmışdı. 

Biçarə  qaraçı  qız  bu  adamla  tək  qaldığını  görüb  diksindi.  O 

bağırmaq,  Qrenquarı  çağırmaq  istədi,  lakin,  sanki,  dili  tutulmuşdu. 

Heç bir söz deyə bilmədi. Birdən naməlum adamın əlinin əlinə toxun-

duğunu hiss etdi; bu, qüvvətli və soyuq bir əl idi. Qız daha da şiddətlə 

titrədi,  rəngi  Ayın  solğun  işığı  kimi  ağardı.  Ancaq  naməlum  adam 

hələ  də  susurdu.  O,  qızın  əlindən  yapışaraq  iri  addımlarla  Qrev 

meydanına doğru addımladı. Qız dumanlı şəkildə alın yazısının, tale-

yin  qarşısıalınmaz  qüvvə  olduğunu  hiss  etdi.  O,  iradəsini  itirmişdi, 

yüyürə-yüyürə iri və sürətli addımlarla irəliləyən naməlum adamın 

772 

downloaded from KitabYurdu.org




dalınca  gedir,  onu  sürükləməsinə  yol  verirdi.  Buralarda  çayın  sahili 

yoxuş idi; amma o, üzüaşağı getdiyini zənn edirdi. 

O,  ətrafa  boylandı;  kimsə  görünmürdü;  sahilboyu  kimsəsiz  və 

boş  idi.  Gurultunu  eşidib  işıqlanmış  Qədim  şəhər  tərəfdə  adam 

olduğunu  hiss  etdi;  Qədim  şəhərlə  onun  arasında  yalnız  Senanın  bir 

qolu vardı, oradan onun qulağına “Ölüm, qaraçı qıza ölüm!” - səsləri 

gəlirdi. Parisin qalan hissəsi onun ətrafında nəhəng və qaranlıq kölgə 

kimi uzanmışdı. 

Naməlum  adam  dinib-danışmadan  onu  sürətlə  arxasınca  sürük-

ləyirdi.  Qız  getdiyi  yerləri  tanımırdı.  İşıqlı  bir  pəncərənin  yanından 

keçərkən, özünü toplayaraq bərkdən qışqırdı. 

-

 



Kömək edin! 

Pəncərədə  dayanmış  köynəkli  bir  adam  əlində  şamdan  başını 

çıxarıb  mənasız  baxışlarla  sahil  boyunu  gözdən  keçirirdi;  bu  adam 

nəsə  dedi;  lakin  qız  bu  sözləri  eşitmədi.  Sonra  pəncərə  örtüldü.  Bu, 

son ümid işartısıydı, o da söndü. 

Qara paltarlı  heç  bir  söz  demədi,  yalnız  bərk-bərk  onun  əlindən 

yapışaraq  addımlarını  yeyinlətdi.  Artıq  qız  müqavimət  göstərmir, 

müti  bir  qul  kimi  onun  ardınca  gedirdi.  Ara-sıra  özünü  toplayaraq, 

nəfəsi  təngnəfəs  halda  və  həyəcanından  titrəyərək  soruşurdu:  “Siz 

kimsiniz? Siz kimsiniz?” - Lakin o cavab vermirdi. 

Onlar  sahil  boyu  ilə  gedərək,  nəhayət,  böyük  bir  meydana  çat-

dılar. Bu zaman ay buludların arasından göründü: bura Qrev meydanı 

idi. Meydanın ortasında böyük qara xaça bənzəyən bir şey görünürdü: 

bu dar ağacı idi. Qız dar ağacını tanıdı və haraya gətirildiyini anladı. 

Adam dayandı, üzünü ona çevirib başlığını qaldırdı. 

-

 



Ay! - Qız yerində donaraq qışqırdı! - Mən bilirdim ki, bu, yenə 

də odur! 

Bu, doğrudan da, keşiş idi. O, kölgə kimi görünürdü. Ay işığının 

xüsusiyyəti belədir, bütün predmetləri kölgəyə bənzədir. 

-

 

Qulaq  as!  -  o  dedi.  Qız  onun  çoxdan bəri  eşitmədiyi  qorxunc 



səsini  eşitcək  titrədi.  -  O,  həyəcanından  qırıq-qırıq  və  nəfəsi  təngi- 

yərək  davam  etdi:  -  Mənə  qulaq  as...  Biz  gəlib  çatdıq.  Mən  səninlə 

danışmalıyam...  Bura  Qrev  meydanıdır...  Biz,  hər  halda,  bir  qərara 

gəlməliyik... Tale bizi bir-birimizdən asılı etmişdir... Mən sənin həya-

tına hakiməm, sən də mənim ruhuma... Bu yer tənha və qaranlıqdır; 

773 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

burada bizi kimsə görüb eşidə bilməz. Mənə qulaq as! Mən sənə bunu 



söyləməliyəm...  Əwəla,  mənim  yanımda  Febin  adını  çəkmə  (bu 

sözləri  deyərkən  yerində  dayana  bilməyən  adam  kimi  oyan-  buyana 

gəzir,  qızı  dalınca  sürükləyirdi),  mənim  yanımda  onun  adını  çəkmə. 

Onun  adını  çəksən,  nə  edəcəyimi  özüm  belə  bilmirəm,  yalnız  onu 

bilirəm ki, bu çox dəhşətli bir şey olacaq. 

Bu  sözləri  deyəndən  sonra  tarazlığına  yenidən  qovuşmuş  cisim 

kimi  hərəkətsiz  dayandı.  Lakin  onun  sözlərində  yenə  də  dərin  həyə-

can vardı. Səsi getdikcə daha da boğuqlaşırdı. 

-

 

üzünü məndən çevirmə  və söylədiklərimə qulaq as. Bu, ciddi 



bir məsələdir... Əwəla, məsələ belədir... And içirəm ki, bu, qətiyyən 

gülməli  deyildir...  Mən  nədən  danışırdım?..  Hə,  yadıma  düşdü!  Par-

lamentin  qərarına  görə,  sən  edam  edilməlisən.  Mən  səni  onlardan 

xilas etdim... Ancaq onlar səni təqib edirlər. Bax! 

O,  əlini  Qədim  şəhərə  doğru  uzatdı;  həqiqətən,  orada  axtarışlar 

davam  edirdi.  Hay-haray  getdikcə  yaxınlaşırdı.  Qrev  meydanının 

qarşısında  şəhər  məhkəməsi  müavininin  evinin  qülləsi  işıqlandırıl-

mışdı;  pəncərələrdən  düşən  işıqda  o  biri  tərəfdəki  sahil  boyunda 

əliməşəlli  əsgərlərin  qaçışdığı  görünürdü.  Əsgərlər  yüyürə-yüyürə 

bağırırdılar: “Hanı qaraçı qız? Hanı qaraçı qız? Qaraçı qıza ölüm!” 

-

 

Görürsən,  onlar  səni  axtarırlar,  mən  yalan  söyləmirəm.  Mən 



səni  sevirəm...  Sus,  mənə  nifrət  etdiyini  söyləmək  istəyirsənsə,  sus, 

heç  bir  söz  demə...  Mən  bu  sözü  bir  daha  eşitmək  istəmirəm.  Mən 

səni  ölümdən  xilas  etmişəm...  Qoy  sözümü  qurtarım:  mən  səni 

həmişəlik  xilas  edə  bilərəm.  Bununçün  artıq  hər  şey  hazırdır.  Artıq 

hər şey səndən asılıdır: sən necə arzu etsən, elə də olacaq. 

Bu zaman birdən-birə susdu, sonra yenidən davam etdi: 

-

 

Yox, səninlə başqa dildə danışmaq lazımdır. - Sonra onu arxa-



sınca  sürükləyərək  dar  ağacına  doğru  addımladı,  barmağını  dar 

ağacına tuşlayaraq soyuq-soyuq dedi: - Özün seç! Ya o, ya mən! 

Qız  onun  əllərindən  çıxıb  dar  ağacının  altına  yıxıldı  və  bu  qor-

xunc,  məşum  dirəyi  qucaqladı.  Sonra  öz  qəşəng  başını  azca  yana 

əyərək  çəp-çəp  keşişin  üzünə  baxdı.  O,  xaç  qarşısında  diz  çökmüş 

Məryəmə bənzəyirdi. Keşiş barmağını heykəl kimi dar ağacına doğru 

uzadıb hərəkətsiz dayanmışdı. 

Nəhayət, qaraçı qız dedi: 

-

 

Dar ağacı məni sizdən daha az qorxudur. 



774 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə