DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
-
Belə de, - XI Lüdovik gülümsəyərək dedi və öz yerinə qayıtdı.
- Yox, onlar hələ burada yalnız hakimin əleyhinə üsyan edirlər.
Bu zaman Olivye iki pajla birlikdə otağa daxil oldu. Pajlar kralın
paltarını gətirmişdilər. Lakin bir şey kralı təəccübləndirdi. Onların
yanında Paris hakimi ilə şəhər qarovulunun rəisi də vardı. Hər ikisi
qorxmuş kimi görünürdü. Kinli bərbər də qorxmuşdu. Ancaq eyni
zamanda, bir qədər məmnun idi.
-
Əlahəzrət, üzr istəyirəm, - o, sözə başladı, - bəd xəbər gətir-
diyimə görə məni bağışlayın.
Kral ona doğru elə sürətlə döndü ki, kreslosunun ayağı döşə-
mədəki xalını cırdı.
-
Sən bununla nə demək istəyirsən?
Olivye sarsıdıcı zərbə endirmək fürsəti əldə etdiyindən sevinən
kinli bir adam görünüşüylə davam etdi:
-
Əlahəzrət, xalq üsyanı heç də Paris hakiminin əleyhinə deyil.
-
Bəs kimin əleyhinədir?
-
Sizin əleyhinizə, əlahəzrət.
Qoca kral kreslodan sıçradı və cavan adam kimi dimdik durdu.
-
İzah edin, Olivye, izah edin! - o bağırdı. - Başını, bədənini
möhkəm saxla, kirvəcik, and içirəm müqəddəs Loo xaçına, əgər mənə
yalan söyləmiş olsan, qraf Lüksemburqun başını kəsən qılınc hələ
kütləşməmişdir.
Bu qorxunc və məsum bir and idi: XI Lüdovik ömründə yalnız
iki dəfə müqəddəs Loo xaçına and içmişdi.
-
Əlahəzrət... - Olivye dedi.
-
Diz çök! - Kral bağırdı. - Tristan, bu adamı qoru!
Olivye diz çökdü və laqeydcəsinə dedi:
-
Əlahəzrət, məsələ belədir. Sizin məhkəməniz bir cadugər qıza
ölüm hökmü çıxarmışdır. Bu qız Notr-Dam kilsəsinə sığınmışdı, indi
isə xalq onu zorla oradan çıxarmaq istəyir. Cənab hakimlə cənab
şəhər qarovulu rəisi buradadır; yalan söyləyirəmsə, onlar mənim
yalanımı rədd edə bilərlər. Xalq Notr-Dam kilsəsini mühasirə
etmişdir.
Kral sapsarı saraldı və kinindən titrəyərək bağırdı:
-
Belə, demək, onlar Notr-Dam kilsəsini mühasirə etmişlər,
məlunlar! Olivye, ayağa dur. Sən haqlısan. Mən səni Simon Rade- nin
yerinə təyin edirəm. Sən haqlısan, üsyan mənim əleyhimədir.
Cadugər məbədin mühafizəsi altında, məbəd isə mənim mühafizəm
760
downloaded from KitabYurdu.org
altındadır. Mən belə zənn edirdim ki, məsələ hakimin üzərindədir.
Yox, artıq məsələnin mənim hökmranlığıma aid olduğu aydındır.
Kral hirsindən xəstəliyini belə yadından çıxararaq iri addımlarla
otağın içində gəzinməyə başladı. Artıq o gülmürdü: artıq o qorxunc
idi, oyan-buyana gəzişirdi; tülkü dönüb kaftar olmuşdu; sanki, o,
kinin şiddətindən boğulur, dodaqları bir səs belə çıxarmadan titrəyir,
zəif əlləri əsəbiliklə sıxılırdı. Birdən başını qaldırdı, batıq gözləri
parıldadı və ucadan bağırdı:
-
Onları məhv edin, Tristan! Bu məlunları məhv edin! Onlara
aman vermə, dostum Tristan.
Kral hiddətləndikdən sonra yenə öz kreslosuna əyləşdi və bir
qədər təmkinlə dedi:
-
Qulaq as, Tristan! Burada, Bastiliyada vikont Jifin üç yüz atlısı
var: bu atlıları özünlə götür. Bundan başqa, burada kapitan de
Şatoperin nişançı alayı var, onu da apararsan. Sən - dəmirçilər
emalatxanasının başçısısan: dəmirçiləri də topla. Sen-Pol sarayında
Dofin qarovulundan qırx nişançı var, onları da götür və bütün bu
qüvvələrlə bu saat Notr-Dam kilsəsinə get. Cənab şəhərlilər, siz
Fransa tactaxtına, müqəddəs kilsəyə hücum etməyə, asayişi pozmağa
cəsarət edirsiniz! Tristan, onları qır, yalnız dar ağacına layiq olanlara
aman ver!
-
Baş üstə, əlahəzrət, - Tristan təzim edərək dedi. Sonra bir az
susub əlavə etdi: - Bəs qaraçı qızı nə edək, əlahəzrət?
-
Bəli, bəli, qaraçı qız! - kral düşünməyə başladı. - Cənab d’Es-
tutvill, xalq onu nə etmək istəyir?
-
Əlahəzrət, - hakim cavab verdi, - zənnimcə xalq onu kilsədən
çıxarmaq istəyirsə, demək, qıza cəza verilmədiyi üçün özünü təhqir
olunmuş sayır və onu asmaq istəyir.
Kral bir qədər düşündü və sonra Tristana dedi:
-
Yaxşı, kirvə, sən əvvəlcə xalqa yaxşıca cəza ver, sonra cadugər
qızı asarsan.
-
Bax, bu gözəl işdir, - Rim Kopenolun qulağına pıçıldadı, -
əvvəlcə xalqa cəza vermək, sonra isə onun arzusunu yerinə yetirmək.
-
Baş üstə, əlahəzrət, - Tristan cavab verdi. - Bəs cadugər kil-
sədə olsa, sığınacağa baxmayaraq, oradan çıxaraq?
-
Pasxaya and olsun! Bu sığınacaq da... - Kral qulağının ardını
qaşıyaraq dedi. - Hər halda, bu qadın asılmalıdır.
761
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Bu sözləri deyərkən ağlına gözəl bir fikir gəlmiş kimi mehrabın
qarşısında diz çökdü, şlyapasını çıxarıb kreslosunun üstünə qoydu və
əllərini köksünə qoyaraq abid nəzərləriylə Məryəmin surətinə baxdı
və dedi:
-
Məni əfv et, ya Məryəm, məni əfv et! Mən bunu yalnız bir
dəfə edəcəyəm. Hər halda, caniyə cəza verilməlidir. Əgər bu qız
cadu- gərdirsə, o, sənin himayənə layiq deyildir. Bir çox olduqca
dindar padşahların belə Allah xətrinə və dövlətin şərəfinə kilsələrin
imtiyazlarını pozduqlarını sən də bilirsən. İngiltərə yepiskopu
müqəddəs Hüq öz kilsəsindən rəmmalı çıxarmaq üçün kral Eduarda
icazə vermişdi. Mənim ulu babam və ağam müqəddəs Lüdovik yenə
eyni məqsədlə müqəddəs Pavel kilsəsinin imtiyazlarını, Yerusəlim
kralının oğlu Prins Alfons da yenə həmin məqsədlə Tanrı tabutu
məbədinin toxunulmazlığını pozmuşdu. Müqəddəs Məryəm, bu
dəfəlik məni bağışla. Mən bir daha belə şey etmərəm və Eküistdə
sənin adına tikilmiş kilsəyə, keçənilki kimi bu il də qiymətli gümüş
bir heykəl bağışlayacağam. Amin!
Sonra xaç çəkdi, ayağa durdu, şlyapasını geydi və Tristana dedi:
-
Kirvə, tez ol. Kapitan de Şatoperi özünlə apar. Əmr et, xəbər
versinlər, bu köpək uşağını tapdala və cadugəri dar ağacından as.
Anladınmı? Edama aid olan bütün əmrləri özün ver, bunun hesabatını
özün mənə verərsən. Çox yaxşı, indi isə, Olivye, üzümü qırx, mən bu
gecə yatmayacağam.
Tristan təzim etdi və otaqdan çıxdı. Sonra kral işarə ilə Kope-
nolla Rimin getməsinə icazə verərək dedi:
-
Allah sizi qorusun, dostlarım, cənab flamandriyalılar, gedin bir
qədər istirahət edin, artıq çox gecdir, səhərə yaxındır.
Kopenol Bastiliya komendantı ilə birlikdə öz otağına qayıdarkən
Giyom Rimə dedi:
-
Hm! Bu öskürən kral məni boğaza yığdı. Mən Burqundiya
Karlını sərxoş görmüşəm, ancaq o, bu xəstə XI Lüdovik kimi qəzəbli
deyildi.
-
Bilirsiniz, Jak, - Rim cavab verdi, - kral şərabı dərmandan
şirindir.
762
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |