DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
-
Baxın, Kopenol, - Rim səsini alçaldaraq dedi. - O, Kuaktye ilə
Tristanın arasında əyləşmişdir. Bu, onun bütün məiyyəti deməkdir:
həkim onun özü, cəllad isə başqaları üçündür.
Kuaktye kralın nəbzini yoxladıqca sifəti ciddiləşirdi. XI Lüdovik
bir qədər rahatsızlıqla onun üzünə baxırdı. Kuaktyenin üzü getdikcə
tutulurdu. Kralın xəstələnməsi ona gəlir gətirdiyindən həmişə bundan
mümkün qədər faydalanmağa çalışırdı.
-
Oho! - Nəhayət, Jak Kuaktye dedi, - belə şeylərlə zarafat
etmək olmaz!
-
Doğrudan? - Kral narahat halda soruşdu.
-
Nəbziniz düz deyil, tez-tez vurur, qızdırmalısınız, - həkim
sözünə davam etdi.
-
Lənətə gələsən!
-
Bəli, belə davam edərsə, insan üç gün belə yaşamaz.
-
Ya Məryəm! - kral bağırdı. - Bunun heç bir əlacı yoxdur?
-
Əlahəzrət, mən də elə bunu düşünürəm.
O, kraldan dilini çıxarmağı rica etdi, başını yırğaladı, üzünü
qırışdırdı və birdən dedi:
-
Yeri gəlmişkən, əlahəzrət, sizə deməliyəm ki, yeparxiya və
monastırlardan kral vergisi yığan məmur vəzifəsi boşalmışdır, mənim
isə bir qardaşım oğlu var...
-
Kum Jak, mən bu vəzifəni sizin qardaşınız oğluna verirəm, -
kral cavab verdi, - ancaq məni sinəmdəki bu hərarətdən xilas et.
-
Əlahəzrət, madam ki, siz bu qədər mərhəmətlisiniz, - həkim
yenidən dilləndi, - güman edirəm ki, mənim bir ricamı da rədd etmə-
yib Sent-Andre küçəsindəki evimin inşasını qurtarmaq üçün bir qədər
yardım edərsiniz.
-
Hm! - kral öskürdü.
-
Məsələ burasındadır ki, mənim pulum çatmır, - həkim davam
etdi, - evimə dam düzəltdirə bilməsəm, çox mütəəssir olacağam.
Zatən, məsələ evin özündə deyil. Bu, adi bir şəhərli evidir, ən çox bu
evin karnizlərini zinətləndirən gözəl Jan Furbo freskalarına heyfim
gəlir. Həmin freskaların üzərində Diananın havada uçması təsvir
edilmişdir. Olduqca gözəl, incə və zərif bir rəsmdir. Diananın başında
tac əvəzinə aypara var, bədəninin ağlığı da o dərəcədə gözəldir ki, ona
yaxından baxan adamın ağlını əlindən ala bilər. Orada bir Ser- era da
var ki, çox qəribə bir şeydir. Serera taxıl dərzləri üzərində
754
downloaded from KitabYurdu.org
əyləşib, başında isə tarla çiçəklərindən və taxıl başaqlarından hörül-
müş çələng var. Bu qədər aşiqanə gözlər, gözəl ayaqlar, nəcabətli
görkəm, zərif geyim təsəvvür etmək mümkün deyil. O, sənətkar
qələmindən çıxmış ən kamil və ən həyalı gözəllərdən biridir.
-
Yaxşı, - XI Lüdovik dedi, - sözünün canını de.
-
Bilirsiniz, əlahəzrət, bütün bu bədii əsərləri yığmağa bir yer
lazımdır, bu çox baha olmasa da, mənim pulum qalmayıb.
-
Yaxşı, bununçün sənə nə qədər lazımdır?
-
Nə deyim? Bəzəkli və qızıllı misdən düzəldilərsə, olsa-olsa iki
min livrə başa gələr.
-
Vay, quldur! - kral bağırdı. - Ağzımdan çıxardığın hər bir diş
mənə brilyant bahasına başa gəlir.
-
Mən buna ümid bəsləyə bilərəm? - Kuaktye soruşdu:
-
Yaxşı, lənət şeytana, ancaq məni sağalt.
Jak Kuaktye ehtiramla təzim etdi və dedi:
-
Əlahəzrət, sizin bir əlacınız var, biz sizin böyrünüzə erməni
gilindən, yumurta ağından, taxta yağından və sirkədən hazırlanmış
böyük bir məlhəm qoyarıq. Bundan başqa, siz dərmanınızı içməyə
davam etməlisiniz. Belə olarsa, biz əlahəzrətin can sağlığına cavab-
deh ola bilərik.
Yanan şamın ətrafına çox mığmığa toplaşır. Olivye kralın kefi-
nin yaxşı olduğunu görüb, əlverişli vəziyyətdən istifadə edərək krala
yaxınlaşdı:
-
Əlahəzrət...
-
Hə, daha nə var? - XI Lüdovik soruşdu.
-
Cənab Simon Radenin ölməsi əlahəzrətə məlumdur?
-
Yaxşı, nə oslun ki?
-
O, kral xəzinəsinin müşaviri idi...
-
Nə olsun ki?
-
Əlahəzrət, bu yer indiyədək boşdur.
Bu sözləri söylərkən Olivyenin üzündəki vüqarı yaltaqlıq əvəz
etdi: yalnız bu iki ifadə saray əhli üçün xarakterikdir. Kral onun göz-
lərinin içinə baxıb və quru tərzdə dedi:
-
Başa düşürəm. - Sonra bir az susub davam etdi. - Cənab Olivye,
marşal Busiko deyərdi: “Hədiyyə hər zaman kraldan, balıq isə
dənizdən olmalıdır”. Görürəm, Busikonun rəyini bölüşürsünüz. İndi isə
qulaq asın. Mənim çox yaxşı yaddaşım var. Biz 1468-ci ildə
755
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
sizi öz yanımızda kamerger təyin etdik, 1469-cu ildə sizi Sen-Qlu
qəsrinin komendantı və yüz tur livrlik maaş təyin etdik (siz maaşın
Paris livri ilə verilməsini rica etmişdiniz). 1473-cü ilin noyabr ayında
Jerjolda verdiyimiz əmrlə sizi kavalyer Jilber Aklın yerinə Vensen
meşəsinə nəzarətçi təyin etdik. 1475-ci ildə Jak Lemerin əvəzinə
Rüvye-Sen-Qlu meşəsinə meşəbəyi təyin olundunuz. 1478-ci ildə öz
mərhəmətimiz sayəsində sizə yaşıl möhürlü sənədlərlə bərabər,
ömürlük olaraq on Paris livri məbləğində, arvadınızın adına keçirmək
şərtilə Sen-Jermen məktəbinin yaxınlığındakı tacir dükanlarının
yerləşdiyi yerin rentasını təyin etdik; 1479-cu ildə sizi zavallı Jan
Dezin yerinə Senar meşəsində meşəbəyi, sonra Loş qəsrinin komen-
dantı, ondan sonra, yenə həmin ildə Sen-Kanten valisi və nəhayət,
Milan körpüsünün kapitanı vəzifəsinə təyin etdik, bu da sizə qraf
Milan adını daşımaq haqqı vermişdi. Hər bazar günü üz qırxan hər bir
bərbərin verdiyi beş su miqdarında cərimənin üç susu sizin payınıza
düşür, yerdə qalanı isə xəzinəyə çatır. Bundan başqa, köhnə
soyadınızın (“Le Mauvais” - pisniyyət) sizə çox yaraşmasına bax-
mayaraq, onu dəyişdirməyə icazə verdik. 1474-cü ildə bizim zadə-
ganların böyük narazılığına baxmayaraq, sizə zadəgan gerbi verdik və
onu döşünüzə taxmağa icazə verdik. Məgər bunlar sizə bəs deyil?
Məgər siz bu uğurlu ovdan razı deyilsiniz? Qorxmursunuz ki, artıq bir
balıq gəminizin batmasına səbəb ola bilər? Kirvə, qürur sizi məhv
edəcək; o, hər zaman fəlakətə və iflasa səbəb olur. Bunu yaxşı düşü-
nün və sakit oturun.
Ciddi tərzdə söylənən sözlər Olivyenin üzünə yenə ona xas olan
həyasız ifadəni qaytardı.
-
Yaxşı, nə olar, - Olivye, demək olar ki, eşidiləcək tərzdə mırıl-
dandı, - görünür, bu gün kralın halı xarabdır: hər şeyi həkimə verir.
XI Lüdovik Olivyenin bu fikrinə hirslənmədi, ancaq yetərincə
qısa şəkildə dedi:
-
Dayanın! Mən bir şeyi unutdum. Mən sizi Gent şəhərində her-
soginya Məryəmin yanına səfir təyin etmişdim. - Kral flamandriya-
lılara üzünü tutub əlavə etdi, - bəli, ağalar, bu adam səfir olmuşdur. -
Sonra Olivyeyə dedi: - Kirvə, indi isə, dalaşmağın yeri yoxdur; biz ki
köhnə dostuq. Artıq vaxt keçir, məşğələ bitdi, üzümüzü qırxın.
Şübhəsiz, oxucular cənab Olivyenin, XI Lüdovik tərəfindən
oynanılan uzun və qanlı faciədə olduqca mühüm bir rol oynamaq
şərə-
756
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |