şairəm, mənim kimi adamlar isə, adətən, gecələr küçələrdə dolaşır.
Mən də bu axşam tamamilə təsadüfi olaraq buradan keçirdim, məni
nahaq yerə tutublar. Mənim bu qarışıqlıqla heç bir əlaqəm yoxdur.
Əlahəzrət özü gördü ki, bir az əwəl danışdırılan quldur məni heç
tanımadı. Mən əlahəzrətdən rica edirəm...
-
Sus, - içdiyi arağa ara verərək dedi, - mənim bu cəfəngiyatdan
başım hərlənir.
-
Əlahəzrət, bunu da asmaq olarmı? - Tristan barmağıyla
Qrenquan göstərərək soruşdu.
Bu, onun söylədiyi ilk söz idi. Kral laqeydcəsinə cavab verdi:
-
Mümkündür, mənim heç bir etirazım yoxdur.
-
Ancaq mənim etirazım var! - Qrenquar bağırdı.
Filosof həmin dəqiqə gömgöy göyərmişdi. Kralın soyuq və
laqeyd simasından yalnız son dərəcə patetik bir şeylə xilas ola
biləcəyini anlamışdı. XI Luinin ayaqlarına yıxılaraq müdhiş əda və
hərəkətlə bağırdı:
-
Əlahəzrət, lütfən, mənə qulaq asın! Əlahəzrət, belə boş şeylər
üçün mənə hiddətlənməyin! Tanrı həzrətləri öz ildınmıyla kiçicik bir
bitkini məhv etməz. Əlahəzrət, siz qüdrətli və böyük bir hökmdar-
sınız! Buz parçası qığılcım saça bilmədiyi kimi, üsyan qaldırmaq
iqtidarı olmayan zavallı və namuslu adama rəhm edin! Ey böyük
hökmdar, alicənablıq aslanlara və hökmdarlara məxsusdur! Təəssüf
ki, sərtlik yalnız fikirləri qarışdırır. Fırtınanın şiddətli rüzgarı yolçunu
öz bürüncəyinə daha möhkəm büründürdüyü halda, günəş öz isti
şüalarıyla bu yolçunu köynəyinə qədər soyunmağa məcbur edər.
Əlahəzrət, siz də bir günəşsiniz. Ey mərhəmətli hökmdarım, sizə and
içirəm ki, mən nə sərsəriyəm, nə oğruyam, nə də qulduram, üsyan və
quldurluq Apollonun xasiyyətlərindən deyildir. Hər halda, mən üsyan
və ixtişaşlann gurladığı buludlara çıxmaram, mən siz əlahəzrətin
sadiq həndəsiyəm. Sadiq bəndə isə öz padşahının şöhrətinə və şəninə
ərin öz arvadının namusuna və oğulun atasının yaxşı adına hörmət
etdiyi kimi baxmalıdır. O, özünü qurban verməli, özünün padşahın
yolunda parça-parça doğranmasına razı olmalıdır. Onun heç bir başqa
ehtirası olmamalıdır. Hər halda, əlahəzrət, mənim etiqadım belədir.
Odur ki siz məni üsyançı və qarətçi zənn etməyin. Yalnız sürtukumun
dirsəkləri yırtıq olduğundan məndən şübhələnməyin. Əlahəzrət, siz
məni bağışlasanız, diz üstə çöküb, gecə-gündüz sizin bu yaxşılığınız
üçün dua edərəm. Mən təəssüf
751
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
ki, çox da zəngin deyiləm, mən hətta bir qədər yoxsulam, lakin bu,
qətiyyən mənim pis adam olmağım deyil. Bəli, yoxsul olmağıma
özüm müqəssirəm. Hər kəs bilir ki, yaxşı və xeyirli işlərlə daş ev tik-
mək, kitablardan kürk tikdirmək mümkün deyil. Taxılı vəkillər yeyir,
başqa elm adamlarına isə yalnız küləş qalır. Filosofların yırtıq bürün-
cəkləri haqqında o qədər lətifə var ki. Ah, əlahəzrət, mərhəmət və
şəfqət - böyük bir qəlbi nurlandırmaq iqtidarında olan yeganə işıqdır!
Mərhəmət - bütün xeyirli işlər üçün mənbədir! O olmasaydı, bütün
başqa fəzilətlər gözləri görməyə-görməyə Allah axtaran korlara
bənzəyərdilər. Təbəələri onun sayəsində padşahlara məhəbbət
bəsləyir. Məhəbbət isə kralın ən gözəl mühafizəsidir. Həm də
əlahəzrət, yer üzündə bir nəfər artıq zavallı adamın, taleyin zülmlə-
rilə çarpışan məsum bir filosofun yaşamasından siz nə itirirsiniz?
Onun cibləri də mədəsi kimi bomboşdur! Bundan başqa, əlahəzrət,
mən ədəbiyyatla da məşğul oluram, ədəbiyyata himayə göstərmək isə
- böyük padşahların tacında əlavə bir incidir. Apollon muzanın
himayədarı titulundan qətiyyən çəkinməzdi. Matvey Korvin riyaziy-
yatçıların zinəti olan Jan de Monroyalı himayə edirdi. Lakin ədibləri
dar ağacından asmağa başlayarlarsa, buna ədəbiyyat himayəçiliyi
adını vermək olarmı? Böyük İskəndər Aristoteli asmağı əmr etsəydi,
bu, onun üçün ləkə olmazdımı? Bu, üzü qismən gözəlləşdirən balaca
bir xal deyil, onu daha da bərbad və çirkin hala salan çiban olardı.
Əlahəzrət, mən nəcabətli Dofin cənablarıyla Flandriya şahzadəsinin
izdivacı haqqında olduqca geniş bir mənzumə yazmışam. Məgər bunu
edən adam üsyan qaldırmaq qabiliyyətində ola bilərmi? Əlahəzrət,
nəzərə alın ki, mən adi bir ədib deyiləm, mənim ciddi ölməz əsər-
lərim, qeyri-adi natiqlik istedadım var. Əlahəzrət, rəhm edin! Siz
bununla həzrəti-Məryəmə xoş gələn bir iş görmüş olarsınız. And
içirəm ki, bu ölüm məni çox qorxudur.
Zavallı Qrenquar bu acınacaqlı sözləri söylərkən kralın çəkmə-
lərini yalayırdı, Giyom Rim isə Kopenolun qulağına deyirdi:
-
O, kralın ayağına düşməkdə çox yaxşı iş görür. Kritli Yupiter
kimi bəzi padşahların qulaqları ayağındadır.
Corabçı isə Kritli Yupiteri vecinə almayaraq gözlərini Qrenquar-
dan ayırmadan gülümsəyə-gülümsəyə cavab verdi:
-
Ah, necə də xoşdur, mənə elə gəlir ki, məndən əfv diləyən
kansler Qüqonu yenidən eşidirəm.
752
downloaded from KitabYurdu.org
Nəhayət, Qrenquar tövşüyərək və bütün vücuduyla titrəyərək
dayandı, gözlərini kralın üzünə dikdi; kral isə o danışdıqca dırnağıyla
şalvarının üstünə düşən mum ləkəsini təmizləyirdi. Sonra bir söz
demədən acı içkisindən bir qədəh də içdi. Bu sükut zavallı Qren-
quarın qəlbini sıxırdı. Nəhayət, kral onun üzünə baxdı.
-Çox zəhlətökən boşboğazdır! - dedi. Sonra Tristana tərəf dönüb
dedi:- Ey, onu buraxın getsin!
Qrenquar sevincindən özündən getdi.
-Buraxaq! - Tristan mırıldandı. - Əlahəzrət, bəlkə, onu bir qədər
bizim qəfəsdə saxlayaq?
-
Kum Tristan, - XI Lüdovik cavab verdi, - sən nə danışırsan,
biz üç yüz altmış yeddi livr səkkiz su yarım qiymətində olan qəfəsləri
bu cür sarsaqlar üçün tikirik? Bu sərsərini bu saat buraxın və dalına
da yaxşı bir təpik vurun.
-
Oho! - Qrenquar bağırdı. - Böyük kral buna deyərəm.
Sonra kralın öz əmrini geriyə götürə biləcəyindən qorxaraq
Trista-
nın xeyli hiddətlə açdığı qapıya doğru cumdu. Əsgərlər onunla
birlikdə otaqdan çıxdılar. Onu arxasından yumruqlaya-yumruqlaya
itələyirdilər. Qrenquar bütün bu əziyyətlərə həqiqi stoik-filosof kimi
tab gətirirdi.
Kral Paris hakimi əleyhinə üsyan qalxması xəbərini eşidəndən
sonra xeyli məmnun olmuşdu və ona xas olmayan bu mərhəmət də
məmnuniyyətindən irəli gəlirdi. Halbuki Tristan dişindən ovu qopa-
rılmış köpək kimi acıqlı-acıqlı baxırdı.
Kral barmaqlarıyla kreslosunun kənarında şən-şən Pont-Ode- mer
marşını çalırdı.
O, riyakarlığın sirlərini bilsə də, sevincinə nisbətən qayğılannı
daha yaxşı gizlədə bilirdi. Bəzən xoş xəbər eşidəndə son dərəcə
sevinirdi. Məsələn, Cəsur Karlın ölümünü eşidəndə, olduqca xəsis
olmasına baxmayaraq, Turdakı müqəddəs Martin kilsəsinə gümüş
bamnaqlıq bağışlamış, taxta çıxdıqda isə atasının dəfni ilə məşğul
olmağı unutmuşdu.
-
Əlahəzrət, - Birdən Jak Kuaktye ona dedi, - siz məni bərk
xəstə olduğunuz üçün yanınıza çağırımsınız. İndi halınız necədir?
-
Oy, - kral zarıdı, - mən, həqiqətən, bərk xəstəyəm, dəhşətli
ağrılarım var. Qulaqlarımda nəsə guruldayır, köksümü isə, sanki, odlu
şanayla didirlər.
Kuaktye kralın biləyindən tutub ciddi görkəmdə onun nəbzini
yoxlamağa başladı:
753
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |