Qiyom Rim diqqətlə onlara baxırdı, lakin kral o qədər yavaşdan
diktə edirdi ki, flamandriyalıların qulağına yalnız bir neçə çox az
anlaşıla biləcək söz çatırdı. Məsələn:
-
Münbit yerləri ticarət üçün, qalan yerləri isə manufaktura
sənayesi üçün saxlamalı... Cənab ingilislərə bizim dörd böyük topu-
muzu - “London”u, “Brabant”ı, “Burq-an-Bress”i, “Sent-Omer”i
göstərməli... Topçu dəstələri daxil edildiyi üçün artıq müharibələr
daha ciddi şəkil almaqdadır. Dostumuz Bressüir cənablarına...
Orduları təzminatsız saxlamaq mümkün deyil... və sairə.
Kral yalnız bircə dəfə səsini yüksəltdi və bağırdı:
-
Cənab Siciliya kralı da öz namələrini Fransa kralı kimi sarı
surğucla möhürləyir! Buna icazə verilməməlidir. Öz hüququmuzu ən
xırda şeylərdə belə müdafiə etməliyik. Bunu qeyd et, Olivye!
Bir müddət yenə səssizcə işlədikdən sonra, ucadan dedi:
-
Aman, aman, bizim qardaşımız imperator nələr yazır? - Sonra
məktubu oxumağa başlayaraq, arada öz sözünü kəsə-kəsə deyirdi:
-
Bu doğrudur! Alman qadınları hündürboylu və həddindən artıq
şişman olurlar! Lakin əski bir zərb-məsəli də yaddan çıxarmamalıyıq:
“Ən gözəl qraflıq - Flandriyadır; ən gözəl hersoqluq - Milandır, ən
gözəl krallıq isə - Fransadır”. Elə deyil, cənab flamandriyalılar?
Kral bu sözlərlə corabçının vətənpərvərlik hisslərinə toxunaraq
onu məmnun etdiyi üçün yalnız Qiyom Rim deyil, Kopenol da baş
əydi.
XI Lüdovik son məktubu nəzərdən keçirib, qaşlarını çatdı:
-
Bu nədir? - o, dedi. - Pikardiyada da bizim əsgərlərimizdən
şikayət edirlər! Olivye, bu saat marşal Ruoya yaz ki, inzibati qaydalar
pozulmuşdur, jandarmlar, zadəgan alaylan, azad nişançılar, isveç-
rəlilər şəhərlərə çox zərər yetirirlər; əsgərlər kəndlilərin evində tap-
dıqlan şeylərlə kifayətlənməyərək, onları zorlayır, döyür, əziyyət
verərək şərab, balıq, yeməli şeylər gətirməyə məcbur edirlər. Marşal
Ruoya yaz ki, biz öz xalqımızı hər bir əziyyətdən və təcavüzdən xilas
etmək istəyirik. Bu, bizim arzu və iradəmizdir. Bəli, bunu da yaz ki,
tanınmayan, bilinməyən bir bərbərin, yaxud mehtərin prins kimi
güləbətinli məxmər və ipək libaslar geyinməsi bizim heç də xoşu-
muza gəlmir; bu cür təşəxxüs və qürur cənab Allaha da xoş getməz;
biz kral olduğumuz halda, arşını on altı su qiymətinə olan mahuddan
kamzol geyməklə kifayətlənirik. Arabaçı cənabları da lütf edib,
745
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
bizim kimi hərəkət etsə, xəncərinin qaşı düşməz. Bunların hamısını
bizim dostumuz cənab marşal Ruoya yazarsınız. Çox yaxşı!
Kral bu məktubu uca, möhkəm və qırıq səslə yazdırdı. Məktubu
bitirmək üzrəydi ki, birdən qapı açıldı və içəriyə dəhşətli səslə bağı-
ran bir adam girdi, daha doğrusu, içəriyə soxuldu:
-
Əlahəzrət! Əlahəzrət! Parisdə üsyan var!
XI Luinin ciddi üzü dəyişdi, lakin üzündə bir anlıq görünən
həyəcan dərhal da yox oldu. O, özünü saxlayaraq sakit və möhkəm
bir səslə soruşdu:
-
Əziz Jak, bu, nə cür daxil olmaqdır?
Jak təngnəfəs halda bağırırdı:
-
Əlahəzrət, üsyan, üsyan!..
Kral ayağa durdu, ona yaxınlaşdı, əlindən tutdu və hiddətini
boğaraq və flamandriyalılara oğrun-oğrun baxaraq yalnız onun eşidə
biləcəyi səslə dedi:
-
Kəs səsini, ya da yavaş danış!
Gələn adam bu sözlərin mənasını başa düşüb yavaş səslə qorxa-
qorxa danışmağa başladı. Kral sakitcə qulaq asırdı: Giyom Rim isə
Kopenolun diqqətini yeni gələn adamın üzünə, libasına, xəz şap-
kasına, qısa yapıncısına, hesab kamerası müşavirlərindən olduğunu
göstərən qara məxmər cübbəsinə cəlb edirdi.
Lakin bu adam krala izahat verər-verməz XI Lüdovik gülərək
dedi:
-
Əziz Kuaktye, nə pıçıldayırsınız! Ucadan danışın. Bizim fla-
mandriyalı dostlarımızdan heç bir xəlvət söhbətimiz ola bilməz.
-
Lakin əlahəzrət?..
-
Ucadan danışın!
Kuaktye mat qaldı.
-
Demək, siz söyləyirsiniz ki, bizim əziz Paris şəhərimizin
əhalisi üsyan qaldırmışdır? - Kral ucadan dedi.
-
Bəli, əlahəzrət.
-
Və siz deyirsiniz ki, bu üsyan Parisin baş hakimi əleyhinə çev-
rilmişdir?
Kuaktyenin dili dolaşdı, kralın fikirlərində gözlənilməz və anla-
şılmaz dönüş əmələ gəldiyinə heyran qalaraq cavab verdi:
-
Yəqin ki.
-
Bəs qarovulçular camaatı harada qarşıladılar? - XI Lüdovik
yenə soruşdu.
746
downloaded from KitabYurdu.org
-
Böyük sərsəri meyxanasından Sənaflar körpüsünə gedən
yolda. Mən özüm də əlahəzrətin əmrinə tabe olaraq buraya gələrkən
onlara rast gəlmişdim. Hətta mən camaatın “Rədd olsun Paris
hakimi!" bağırdıqlannı da eşidirdim. Görəsən, onlar nə üçün
məhkəmə sədrinin əleyhinədirlər?
-
Çünki o, onların ağasıdır.
-
Doğrudan?
-
Bəli, əlahəzrət. Onlann hamısı Möcüzələr sarayında olan yara-
mazlardır. Çoxdandır ki, məhkəmə rəisinin sərtliyindən şikayət edir-
lər, onun hökmünə tabe olmaq istəmirlər.
-
Belə de! - Kral məmnunluğunu gizlətməyə çalışaraq xəfif
təbəssümlə dedi.
-
Onlar parlamentə yazdıqları ərizələrində yalnız iki ağaları
olduğunu qeyd edirlər: biri əlahəzrət, o biri isə cənab Allah - yaxud
mənim zənnimcə iblis, - Kuaktye sözünə davam etdi.
-
Belə de! - kral yenə təkrar etdi.
O, bu sözləri söylərkən əllərini ovuşdurur və daxilən güldüyün-
dən üzündə sevinc işarəsi görünürdü, ümumiyyətlə, kral özünü nə
qədər saxlamaq istəsə də, qəlbindəki sevinci gizlədə bilmirdi. Kimsə,
hətta Olivye belə bundan baş çıxara bilmirdi. Kral bir müddət fikrə
getdi; üzündə narazılıq vardı; sonra birdən soruşdu:
-
Onlar çoxdur?
-
Bəli, əlahəzrət, olduqca çoxdurlar, - Jak cavab verdi.
-
Nə qədər olarlar? *
-
Altı minə qədər olarlar.
Kral özünü saxlaya bilməyib dedi:
-
Çox gözəl! Nə ilə silahlanmışlar?
-
Onların kərəntiləri, nizələri, oxları, dırmıqları, bir sözlə, bir
çox olduqca qorxunc silahları var.
Lakin silahlar sadalanarkən, deyəsən, kralın kefi heç də pozul-
madı. Odur ki Kuaktye bir söz də əlavə etməyi lazım bildi:
-
Əlahəzrət, məhkəmə rəisinə kömək göndərməsək, onu bu saat
məhv edəcəklər!
-
Əlbəttə, əlbəttə, göndərəcəyik! - Kral məmnun halda dedi. -
Əlbəttə, göndərəcəyik. Hər halda, cənab məhkəmə rəisi bizim dos-
tumuzdur. Altı min! Amma çox qoçaq oğlanlardır. Onların cəsarəti
fövqəladə bir cəsarətdir. Bizim də buna bərk acığımız tutmuşdur.
747
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |