Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə263/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   259   260   261   262   263   264   265   266   ...   272

O biri tayını tap 

Və anan səni bağrına basacaq. 

Münzəvi qadın bir anda hər iki ayaqqabını tutuşdurdu, üzərindəki 

yazını oxuyan kimi üzünü barmaqlığa dayayaraq qeyri-adi sevincələ 

qışqırdı: 

-

 



Qızım mənim! Qızım! 

-

 



Ana!  -  Qaraçı  qız  cavab  verdi.  Bu  səhnəni  təsvir  etməkdə 

qələm acizdir. 

Onları qalın divarla dəmir barmaqlıqlar bir-birindən ayırırdı. 

-

 



Ah, lənətə gəlsin bu divarı! Qızımı görürəm, ancaq qucaqlaya 

bilmirəm! Heç olmasa, əlini mənə ver! Əllərini! 

Gənc  qız  barmaqlığın  arasından  əlini  anasına  uzatdı;  münzəvi 

qadın onun əlinə sanlaraq bərk-bərk dodaqlanna sıxdı. Bədəni uçunur, 

tir-tir  titrəyirdi.  Onun  sağ  olduğunu  yalnız  hıçqırmağından  bilmək 

olardı. Göz yaşları gecə yağan leysan yağışı kimi axırdı. Zavallı ana 

on beş ildən bəri qaranlıq və dibsiz qəlbinə damla-damla yığılan göz 

yaşlarını istəkli balasının əlləri üzərinə axıdırdı. 

Birdən  dikəldi, uzun  və  ağarmış saçlarını  geriyə  atdı  və  heç  bir 

söz  söyləmədən  dişi  pələng  kimi  pəncərəsindəki  dəmir  barmaqlığı 

əllləriylə  silkələməyə  başladı.  Ancaq  barmaqlıq  möhkəm  idi.  Bunu 

görən  qadın  daxmasının  küncündə  yastıq  əvəzinə  istifadə  etdiyi  iri 

daşı götürüb müdhiş qüwəylə barmaqlığa çırpdı. Dəmirin bir parçası 

sındı, ətrafa qığılcımlar saçıldı. Daşı ikinci dəfə vuranda bir dəmir də 

qırıldı.  Sonra  ikiəlli  yapışaraq  bəzi  dəmirləri  əydi,  bəzilərini  də 

yerindən çıxardı. Bəzən elə anlar olur ki, zəif bir qadının əli qeyri- adi 

qüvvəyə malik olur. 

Bunlan etmək heç bir dəqiqə də çəkmədi. Sonra qızının belindən 

yapışaraq hücrəsinə çəkdi. 

-

 



Bura gəl! Mən səni xilas edəcəyəm! - dedi. 

Qızını  içəri  saldıqdan  sonra  ehtiyatla  yerə  qoydu,  sonra  körpə 

uşaq kimi yenə qucağına aldı və sevincindən dəli kimi qışqıra-qışqıra, 

gülə-gülə, öpə-öpə, göz yaşları tökə-tökə kiçik daxmanın içində oyan-

buyana vurnuxmağa başladı. 

-

 



Qızım,  mənim  qızım!  -  o  deyirdi,  -  mən  öz  qızımı  tapdım! 

Budur  mənim  qızım!  Mərhəmətli  Tanrı  qızımı  özümə  qaytardı!  Ey! 

Hamınız buraya gəlin, mənim qızımı görmək istəyirsiniz? Ya həzrəit-

İsa, 


781 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

mənim qızım necə də gözəldir! Yarəb, balamı gözəl bir qız edib qay-



tarmaq  üçün  məni  tam  on  beş  il  gözlətdin.  Demək,  qaraçılar  qızımı 

yeməyibmiş! Bəs bunu söyləyən kim idi?.. Qızım, məni öp! Bu qara-

çılar nə qədər mərhəmətlidir! Mən onları nə qədər sevirəm! Bu sənsən, 

qızım!  Demək,  sən  buradan  keçərkən  ürəyim  hər  dəfə  boş  yerə 

döyünmürmüş.  Mən  də  bunu  nifrət  zənn  edirdim,  Aqnesacığım,  məni 

əfv  et,  əfv  et  məni!  Sən  məni  çox  kinli  zənn  edirdin,  eləmi? Halbuki 

mən  səni  sevirəm!  Bəs  sənin  qoynundakı  xal  hanı,  hanı  sənin  xalın! 

Onu  mənə  göstərsənə! Hə, budur,  budur!  Ah,  sən  nə qədər  gözəlsən! 

Bu iri gözləri mən sənə bəxş etmişəm, gözəlim!.. Məni öp! Mən səni 

sevirəm! Artıq başqa anaların uşaqları var, yoxdur, bunun mənim üçün 

heç bir fərqi yoxdur. Nə işim var onlarla, qoy onlar gəlib görsünlər ki, 

mənim  qızım  budur!  Bu,  onun  boynu,  bu,  onun  gözləri,  bu,  onun 

saçları,  bu,  onun  əlləridir!  Yer  üzündə  ondan  gözəl  məxluq  varmı!? 

Mən  əminəm  ki,  onu  sevənlər,  ona  pərəstiş  edənlər  çox  olacaq!  Mən 

on beş il göz yaşı tökmüşəm. Bütün gözəlliyim solub gedib və nəhayət

yenidən onda çiçək açıb. Öp məni, qızım! 

O, qızına saysız-hesabsız çılğın sözlər pıçıldadı, bu sözlərdə onun 

qəlbinin  bütün  kədəri,  sevinci,  həyəcanları  ifadə  olunurdu.  O,  gənc 

qızın  üst-başını  elə  kökə  salmışdı  ki,  qız  bundan  utanırdı.  Onun  ipək 

saçlarını əliylə oxşayır, alnını, gözlərini, əllərini, ayaqlarını öpürdü və 

bütün  bunlar  qadının  qəlbini  qürurla  doldururdu.  Gənc  qız  ona  mane 

olmur və yalnız hərdənbir sakitcə, hədsiz mehribanlıqla təkrar edirdi: 

-

 

Anacan! 



-

 

Görürsən,  qızım,  -  münzəvi  qadın  sözlərini  öpüşlərlə  kəsərək 



deyirdi, - görürsən, mən səni lap çox sevəcəyəm. Biz buradan uzaqlara 

gedəcəyik.  Biz  çox  xoşbəxt  olacağıq.  Vətənimizdə,  Reyms  şəhərində 

bizim mirasımız qalmışdır. Reymsi xatırlayırsan, eləmi? Ah, sən bunu 

necə xatırlaya bilərsən! O zaman sən lap balaca idin! Dörd aylıq ikən 

nə qədər qəşəng olduğunu bilsəydin, sənin o qədər incə ayaqların vardı 

ki, hətta Epernədən onlara baxmağa gələrdilər. Halbuki, Epernə yeddi 

mil  uzaqlıqdadır.  Bizim  öz  evimiz  olacaq,  öz  tarlamız  olacaq.  Mən 

səni öz yatağımda yatırdacağam. İlahi! Pərvərdigara! Kim buna inana 

bilər? Mən öz qızımı tapdım! 

-

 



Anacan!  -  Nəhayət,  gənc  qız  həyəcanına  üstün  gələrək  dedi,  - 

demək, qaraçı mənə doğru fal açıbmış. Bizim dəstəmizdə mərhə 

782 

downloaded from KitabYurdu.org




mətli  bir  qaraçı  vardı,  mənə  dayə  kimi  baxırdı,  keçən  il  öldü;  bu 

kisəciyi  də  mənim  boynuma  o asmışdı.  Həmişə  mənə  deyərdi:  “Bax 

bu  kisəciyi  yaxşı  qoru,  o,  sənin  sərvətindir,  cavahirindir,  bu,  sənə 

ananı  axtarıb  tapmağa  kömək  edəcək.  Sən  ananı  köksündə  gəzdi-

rirsən”. Görürsən, o, doğru fal açıbmış! 

Münzəvi qadın qızını yenə qucaqladı və dedi: 

-

 

Yaxın gəl, səni öpüm! Sən bu sözləri elə gözəl danışırsan ki! 



Vətənimizə  qayıdanda  sənin  ayaqqabılarını  balaca  İsa  heykəlinin 

ayaqlanna  geyindirmək  üçün  kilsəyə  bağışlayarıq.  Biz  həzrəti-Mər- 

yəmin göstərdiyi bu möcüzənin əvəzini çıxmaq üçün əlimizdən gələni 

etməliyik!  Sənin  nə  qədər  məlahətli  səsin  var!  Sən  danışarkən  mən, 

sanki, gözəl musiqiyə qulaq asıram. Ah, aman yarəb! Mən öz qızımı 

tapdım! İnana bilmirəm! Necə oldu ki, mən sevincimdən ölmədim! 

O, yenə əl çalmağa və gülməyə başladı. 

-

 



Biz çox xoşbəxt olacağıq! 

Bu  zaman  gənc  qız  çox  güman  ki,  kilsə  tərəfdən  yaxınlaşan  və 

getdikcə  sahil  boyunda  eşidilməyə  başlayan  at  ayaqları  tappıltısı  və 

silah səsi eşitdi. O, həyəcanlanaraq anasının qucağına cumdu. 

-

 

Anacan! Məni xilas et! Onlar gəlirlər! 



Münzəvi qadın sapsarı saraldı. 

-

 



Aman Allah!.. Sən nə danışırsan! - dedi. - Lap yadımdan çıx-

mışdı: səni təqib edirlər! Sən nə etmisən ki? 

-

 

Özüm  də  bilmirəm,  -  zavallı  qız  cavab  verdi,  -  məni  ölümə 



məhkum ediblər! 

-

 



Ölümə? - Qudula bağırdı və sarsıldı.  - Ölümə!  - o təkrar etdi 

və diqqətlə qızının üzünə baxmağa başladı. 

-

 

Hə,  anacan,  onlar  məni  öldürmək  istəyirlər.  Odur,  dalımca 



gəlirlər.  Bu  dar  ağacı  mənim  üçün  hazırlanmışdır!  Məni  xilas  et! 

Məni xilas et! Onlar yaxınlaşırlar. Məni xilas et! 

Münzəvi  qadın  bir  müddət  daş  kimi  hərəkətsiz  qaldı;  sonra, 

sanki,  şübhə  edirmiş  kimi  başını  yırğaladı  və  birdən  əvvəlki  vəhşi 

qəhqəhəsilə gülərək bağırdı: 

-

 



Yox, yox! Sən nə danışırsan! Belə ola bilməz! Heç mümkün-

dürmü  ki,  mən  səni  bircə  dəqiqəliyinə  tapmaq  üçün  on  beş  il  göz-

ləyim,  ola  bilərmi  ki,  mənim  qızım  artıq  böyüdükdən,  gözəl  bir  qız 

olduqdan  sonra  mənimlə  danışarkən,  məni  sevərkən  onu  məndən 

ayırsınlar! Mümkündürmü ki, onlar mənim qızımı gözlərimin önündə, 

783 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə