Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə266/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   262   263   264   265   266   267   268   269   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qadın hiddət və qəzəblə pıçıldayaraq soruşdu: 



-

 

Nə istəyirsən? 



-

 

Xanım, bizə siz yox, o biri lazımdır. 



-

 

Hansı? 



-

 

Gənc qız. 



Qadın başını yırğalayaraq bağırdı: 

-

 



Burada kimsə yoxdur, kimsə yoxdur, kimsə yoxdur! 

-

 



Var,  -  cəllad  cavab  verdi,  -  siz  bunu  özünüz  də  gözəl 

bilirsiniz. Qoyun onu asaq, sizə isə toxunmayacağıq. 

Qarı acı-acı güldü: 

-

 



Aha! Sən mənə pislik etmək istəmirsən! 

-

 



Xanım,  o  birini  mənə  təslim  edin.  Cənab  rəis  belə  əmr 

etmişdir. Qadın dəli kimi bağırdı: 

-

 

Burada heç kəs yoxdur. 



-

 

Mənsə deyirəm ki, var, - cəllad cavab verdi, - orada iki adam 



olduğunu biz hamımız gördük. 

-

 



Elə  isə  özün  bax,-münzəvi  qadın  gülərək  dedi,-başını  içəri 

sox. Cəllad qadının uzun dırnaqlarına baxdı və başını pəncərədən 

içəri soxmağa cəsarət etmədi. 

Tristan əsgərlərini Siçan yuvasının ətrafında yarımdairə şəklində 

düzmüşdü. Özü isə dar ağacının yanında atın üstündə oturmuşdu. 

-

 



Haydı, tez ol, - cəllada dedi. 

Anrie  Kuzen  bir  daha  karıxmış  halda  Tristanın  yanına  gəldi. 

Kəndiri yerə qoyub papağını əlində əzişdirməyə başladı. 

-

 



Müsyö, ora necə girək? - o soruşdu. 

-

 



Qapıdan! 

-

 



Orada qapı yoxdur. 

-

 



Elə isə pəncərədən! 

-

 



Pəncərə çox dardır! 

-

 



Elə  isə  pəncərəni  genişlət!  -  Tristan  qəzəblə  bağırdı.  -  Sənin 

yanında külüngün yoxdur? 

Qadın mağarasının dərinliyindən bu səhnəni diqqətlə izləyirdi. O 

artıq  heç  bir  şeyə  ümid  bəsləmirdi.  Nə  istədiyini  özü  də  bilmirdi,  o 

yalnız qızının əlindən alınmamasını istəyirdi. 

Anrie  Kuzen  sütunlu  evin  anbarındakı  alətləri  gətirməyə  getdi. 

Oradan bir nərdivan da gətirib yolüstü dar ağacına söykədi. Beş- 

790 


downloaded from KitabYurdu.org


altı  nəfər  əsgər  əlinə  ling  və  külüng  götürüb  Tristanla  birlikdə  pən-

cərəyə yaxınlaşdılar. 

-

 

Qarı, - Tristan ciddi tərzdə dedi, - qızı bizə xoşluqla təhvil 



ver! 

Qadın, sanki, onun sözlərini başa düşmürmüş kimi üzünə baxdı. 

-

 

Lənətə  gələsən!  -  Tristan  sözünə  davam  etdi,  -  kralın  arzu  və 



iradəsinə görə, bu cadugəri asmağımıza sənin nə üçün mane olduğunu 

heç cür başa düşmürəm? - O, bu sözləri deyib vəhşicəsinə qaqqıldadı. 

-

 

Niyə mane oluram? Səbəb budur ki, o, mənim qızımdır! 



Qadının sözləri cəllad Anrie Kuzenin özünü də diksindirdi. 

-

 



Mənim  sənə  yazığım  gəlir,  -  rəis  cavab  verdi,  -  lakin  kralın 

əmri belədir. 

-

 

Mənim sənin kralınla nə işim var! Sənə deyirəm ki, o, mənim 



qızımdır! 

-

 



Divarı uçurun! - Tristan əmr etdi. 

Divardakı deşiyi genişlətmək üçün pəncərənin altından bir cərgə 

daşı uçurmaq lazım idi. Zavallı ana ling və külünglərin onun qalasını 

uçurmağa  başladığını  gördükdə  dəhşətli  fəryad  qopardı  və  sürətli 

addımlarla daxmanın içində var-gəl etməyə başladı; on beş ildən bəri 

bu qaranlıq və dar daxmada yaşamağa öyrəşmiş qadın qəfəsə salınmış 

vəhşi  heyvan  kimi  hücrədə  vurnuxmağa  adət  etmişdi.  O  susurdu, 

lakin  gözləri  parlayırdı.  Hətta  əsgərlər  belə  bu  mənzərədən  dəhşətə 

gəlmişdilər. 

Birdən  o,  öz  daşını  götürərək  qəhqəhə  çəkdi  və  nişançılara  sarı 

tolazladı.  Lakin  əlləri  titrədiyindən  daş  kimsəyə  toxunmadan  Trista- 

nın atının ayaqları altına düşdü. Qadın dişlərini qıcırdatdı. 

Hələ  günəş  doğmasa  da,  işıqlı  idi  və  ətrafdakı  evlərin  köhnə 

bacaları  al  rəngə  boyanmışdı.  Adətən,  bu  zaman  oyanan  əhali  pən-

cərələri  açmağa  başlamışdı.  Qrev  meydanından  bazara  mal  aparan 

şəhərlilər,  alverçilər  keçirdilər.  Onlar  Siçan  yuvasının  ətrafına  top-

laşmış əsgərlərin yanında bir dəqiqə dayanaraq heyrətlə onlara baxır, 

sonra yenə yollarına davam edirdilər. 

Qadın  qızının  yanında  oturdu,  bədəniylə  onun  qarşısını  tutaraq 

diqqətlə pəncərəyə baxır və hərəkət etmədən yalnız “Feb! Feb!” pıçıl-

dayan zavallı qızın nəfəsinə qulaq asırdı. Pəncərənin ətrafındakı deşik 

791 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

genişləndikcə, zavallı ana geriyə çəkilir  və gənc qızı daha bərk-bərk 



divara  sıxırdı.  Birdən  pəncərənin  altındakı  böyük  daşın  laxladığını 

gördü (çünki gözünü pəncərədən ayırmırdı) və Tristanın səsi eşidildi. 

Sanki,  yuxudan  ayıldı  və  çığırmağa  başladı.  Onun  səsi  gah  mişar 

qıcırtısı kimi qulağı dəlir, gah da batırdı, sanki, dünyanın bütün nalə- 

nifrini, bütün qarğışları ağzına dolaraq birdən püskürəcəkdi. 

-

 



Off! Bu dəhşətdir! Quldurlar! Yəni siz, doğrudan, qızımı mən-

dən  ayırmaq  istəyirsiniz?  Onun  mənim  qızım  olduğunu  sizə  söylə- 

mədimmi? Xainlər! Məlun cəlladlar! Alçaqlar! Qatillər! Kömək edin! 

Kömək  edin!  Qızımı  əlimdən  alırlar!  Aman  tanrım,  sən  buna  yol 

verəcəksənmi? 

Sonra  qızmış  pələng  kimi  dörd  əl-ayağı  üstə  duraraq  tüklərini 

qabartdı və köpüklənmiş ağzını açaraq Tristana bağırdı: 

-

 



Yaxın gəl! Bacarırsansa, qızımı əlimdən al! Başa düşmürsən? 

Sənə deyirəm ki, bu, mənim qızımdır! Sən ana olmağın nə olduğunu 

bilirsən?  Ey,  canavar,  məgər  sən  heç  vaxt  öz  dişi  canavarınla  yat-

mamısan?  Məgər  sənin  heç  vaxt  canavar  yavruların  olmayıb?  Əgər 

balaların varsa, onlar ulayanda sənin qarnında içalatın qarışmır? 

-

 



Daşı çıxarın, - Tristan bağırdı. 

Daş  yerindən  tərpəndi:  bu,  yazıq  ananın  son  istinadgahı  idi. 

Qadın  özünü  bu  daşa  doğru  atdı,  onu  yerində  saxlamaq  istədi,  lakin 

altı  iri  vücudlu  kişinin  güclə  yerindən  tərpətdiyi  bu  ağır  daş  qadının 

dırnaqlarını  qoparıb  əlindən  çıxdı  və  gurultuyla  yerə  düşdü.  Zavallı 

ana  deşiyin  açıldığını  görüb  başını  daşlara  vura-vura  onun  qabağına 

uzanaraq çığırmaqdan batmış səsiylə bağırdı: 

-

 



Kömək edin! Yanğın! Yanırıq! 

-

 



Qızı çıxarın! - Tristan soyuqqanlıqla əmr etdi. 

Lakin  qarı  əsgərlərə  elə  qəzəblə  baxdı  ki,  onlar  qabağa  getmək 

əvəzinə geriyə çəkilmək istədilər. 

-

 



Haydı, irəli! -Tristan bağırdı. - Anrie Kuzen necə oldun? 

Kimsə yerindən tərpənmirdi. 

Tristan hiddətlə bağırdı: 

-

 



Vay  sizi  maymaqlar!  Bir  qarıdan  qorxursunuz!  Adınızı  əsgər 

qoymuşunuz! 

-

 

Müsyö,  -  Anrie  Kuzen  dedi,  -  siz  bu  yırtıcı  heyvana  qarı 



deyirsiniz? 

-

 



Onun aslan kimi yalı var! - başqa bir əsgər dedi. 

792 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə