Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə267/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   264   265   266   267   268   269   270   271   272

-

 

İrəli, irəli! - Tristan israr edirdi, - deşik genişdir. Pontuaz dəliyi 



kimi buradan üç nəfər birdən keçə bilər. Artıq bu işi bitirməliyik! Bir 

addım geriyə çəkiləni qılıncla parçalayacağam. 

Əsgərlər  vəhşiləşmiş  qarıyla  qəddar  rəisin  arasında  qaldıqla-

rından bir dəqiqə daha tərəddüd edib, nəhayət, Siçan yuvasına hücum 

etdilər. 

Zavallı qadın bunu görüb diz üstə yıxıldı, saçlarını üzündən yığa-

raq zəif və arıq əllərini aciz şəkildə yanlarına salladı. Gözlərindən iri 

yaş  damcıları  axaraq  çay  kimi  yanaqlarının  dərin  qırışlarıyla  aşağı 

süzüldü. O,  yalvarıcı,  müti,  mülayim,  insan  ürəyini  parçalayan  səslə 

danışmağa  başladı.  Tristanın  ətrafında  dayanmış  və  bir  çox  dəhşətli 

səhnələr görmüş əsgərlər xəlvətcə göz yaşlarını silirdilər. 

-

 



Möhtərəm  cənablar!  Cənab  serjantlar,  bir  sözüm  var,  yalnız 

bircə söz! Mən sizə bir şey danışmaq istəyirəm! Bu, mənim qızımdır, 

eşidirsiniz,  mənim  əziz  qızımdır,  uzun  zamandan  bəri  üzünü  gör-

mədiyim  qızımdır.  Bu,  böyük  bir  tarixçədir.  Mən  cənab  serjantları 

çox yaxşı tanıyıram. Mən əxlaqsız həyat tərzi keçirərkən küçə uşaq-

ları üzərimə daş atdıqları zaman onlar həmişə mənə qarşı mərhəmətli 

idilər. Siz hər şeyi bilsəniz, qızımı buraxacağınıza əminəm. Keçmişdə 

əxlaqsız bir qadın idim, bir gün qaraçılar qızımı məndən oğurladılar. 

Lakin  mən  düz  on  beş  il  qızımın  ayaqqabısını  saxladım,  budur, 

görürsünüzmü!  Qızımın  incə  ayaqları  vardı.  Mən  Reyms 

şəhərindənəm,  Fol-Ren  küçəsində  olurdum.  Adım  da  Şantfleridir! 

Bəlkə, içinizdə tanıyanlar tapıldı? Şantfleri mən idim, o zaman siz də 

çox gənc idiniz! Gözəl günlər idi! Biz çox gözəl və şən saatlar keçi-

rərdik!  Ağalar,  mənə  rəhm  edəcəksiniz,  deyilmi?  Qaraçılar  mənim 

qızımı  oğurlayıb  düz  on  beş  il  öz  yanlarında  saxlayıblar,  mən  onun 

öldüyünə əmin idim, dostlarım, mən elə bilirdim ki, qızım ölmüşdür! 

Mən  bu  deşikdə  tam  on  beş  il  yaşadım!  Bu  asan  iş  deyil!  O  qədər 

ağlayırdım  ki,  nəhayət,  Tanrının  mənə  rəhmi  gəldi;  bu  gecə  qızımı 

mənə  qaytardı.  Bu  möcüzədir!  Qızım  ölməyibmiş!  Siz  onu  məndən 

almayacaqsınız. Mən buna əminəm. Əgər məni aparmaq istəsəydiniz, 

bu, başqa məsələ. Amma o, uşaqdır. Cəmisi on altı yaşı var! Qoyun o, 

günəşin işığını seyr etsin. O, sizə nə edib ki? Heç bir şey, mən də heç 

bir  şey  etməmişəm!  Düşünün,  mənim  yer  üzündə  ondan  başqa 

kimsəm  yoxdur.  Mən  artıq  qoca  bir  qarıyam,  həzrəti-  Məryəm 

qocalığımda təsəlli olaraq onu mənə qaytarmışdır. Siz də 

793 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

çox  mərhəmətlisiniz,  deyilmi?  Siz  bu  qızın  mənim  qızım  olduğunu 



əwəlcə bilmirdiniz, indi isə bilirsiniz. Ah, mən onu nə qədər sevirəm! 

Cənab rəis, ona toxunmayın, məni parça-parça edin! Siz çox mərhə-

mətli  bir  ağaya  bənzəyirsiniz.  Mənim  bu  söylədiklərim  kifayət  edər, 

deyilmi? Cənablar, ananızı yadınıza salın, mənim balamı aparmayın! 

Baxın,  mən  diz  çöküb  sizə  yalvarıram,  həzrəti-İsaya  yalvardığım 

kimi!  Mənə  heç  kəsin  heç  bir  şeyi  lazım  deyil!  Ağalar,  mən  Reyms 

şəhərindənəm,  əmim  Magiyeta  Pradondan  mənə  balaca  bir  mülk 

qalmışdır.  Mən  dilənçi  deyiləm!  Mənə  sizin  heç  bir  şeyiniz  lazım 

deyil,  yalnız  qızımı  məndən  almayın!  Cənab  Allah  onu  nahaq  yerə 

mənə  qaytarmayıb!  Kral!  Siz  kral  deyirsiniz!  Məgər  kral  mənim 

balamı  öldürməklə  kral  olacaq?  Həm  də  kral  mərhəmətlidir!  Bu, 

mənim  qızımdır,  mənim  qızımdır,  kralın  qızı  deyil!  Bizi  buraxın, 

çıxıb gedək! Biz getmək istəyirik. Baxın, iki qadın gəlir, onlardan biri 

ana, o biri onun qızıdır, nə olar ki, qoy özləri üçün getsinlər. Bizi də 

buraxın. Biz Reyms şəhərindənik, ah, cənab serjantlar, siz, hər halda, 

mərhəmətlisiniz,  mən  sizin  hamınızı  sevirəm!  Siz  qızcığazımı 

məndən  ayırmayacaqsınız!  Yox,  bu  ola  bilməz!  Bu,  qətiyyən  ola 

bilməz, deyilmi? Yavrum, balam... 

Biz onun jestlərini, səsini, udduğu göz yaşlarını, gah  yalvararaq 

köksündə  çarpazlaşdırdığı,  gah  da  əzişdirdiyi  əllərini,  üzündəki 

kədərli  təbəssümünü  və  ümidsiz  nəzərlərini,  yazıq  və  zavallı 

fəryadlarını,  inilti  və  bağırtılarını  təsvir  etməkdə  gücsüzük.  O 

qurtardıqda  Tristan  göz  yaşlarını  gizlətmək  üçün  qaşlarını  çatdı. 

Lakin zəifliyinə üstün gələrək qısa cavab verdi: “Bu, kralın əmridir!” 

Sonra  Anrie  Kuzenə  müraciət  edərək  onun  qulağına  pıçıldadı: 

“Tez qurtar!” Bəlkə də, Tristan ürəyinin tab gətirməyəcəyindən qor-

xurdu. 

Cəllad  və  əsgərlər  daxmaya  daxil  oldular.  Qadın  heç  bir  müqa-



vimət göstərmirdi, yalnız sürünə-sürünə qızının yanına gəldi və huş-

suz halda onu qucaqlayaraq ağuşuna aldı. 

Qaraçı  qız  yaxınlaşan  əsgərləri  gördü.  Ölüm  qorxusu  onu 

oyatmışdı. 

-

 

Anacan!  -  o,  dillə  ifadə  olunmayacaq  ümidsizliklə  çığırdı,  - 



onlar yaxınlaşırlar, məni xilas et! 

Qoca qarı boğuq bir səslə: 

-

 

Hə,  yavrum,  mən  səni  xilas  edəcəyəm,  -  ana  boğuq  səsiylə 



cavab  verdi  və  qızını  bərk-bərk  qucaqlayaraq  öpməyə  başladı.  Bu 

mənzərə daşı da rəhmə gətirərdi. 

794 

downloaded from KitabYurdu.org




Anrie Kuzen gənc qızın belindən yapışdı. Qız bu qaba əlin vücu-

duna  toxunduğunu  hiss  edib  qışqırdı  və  özündən  getdi.  Gözlərindən 

zavallı  qızın  üstünə  iri  yaş  damcıları  düşən  cəllad  onu  qucağına 

götürmək  istəyirdi.  O,  Qudulanın  gənc  qızın  belindən  bərk-bərk 

yapışaraq,  sanki,  düyünlənmiş  qollarını  açmaq  istədi,  ancaq  bu 

mümkün  deyildi.  Onda  Anrie  Kuzen  qaraçı  qızı  gözləri  qapalı  olan 

qarıyla birlikdə bayıra sürüdü. 

Artıq  günəş  doğmuşdu.  Meydana  toplaşmış  xeyli  avara,  əsgər-

lərin  kimisə  dar  ağacına  tərəf  sürüdüyünü  uzaqdan  müşahidə  edirdi. 

Tristanın adəti beləydi; edam vaxtı meydana yığışan maraqlılan yaxı-

na buraxmırdı. 

Yaxındakı  evlərin  pəncərələrində  kimsə  görünmürdü.  Yalnız 

uzaqda,  Notr-Dam  kilsəsinin  zəng  qülləsinin  təpəsində  iki  adam 

dayanıb Qrev meydanına baxırdı. Aydın səhər səmasında onların qara 

siluetləri görünürdü. 

Anrie  Kuzen  yükünü  sürüyə-sürüyə  nərdivanın  yanına  çatdı,  bu 

səhnə  onun  üçün  ağır  və  ağrılı  olduğundan  ağır-ağır  nəfəs  alaraq, 

kəndiri gənc qızın gözəl boynuna keçirdi. Zavallı qız kəndirin boğa-

zına toxunduğunu hiss edib gözlərini açdı və başı üzərində dar ağacını 

gördü. Qız titrədi və ürəkləri parçalayan fəryad qopararaq bağırdı: 

- Yox, yox! Mən istəmirəm. 

Başı  qızının  paltarının  altına  girən  qarı  heç  bir  söz  söyləmədi; 

onun  bütün  vücudu  tir-tir  əsir,  acgözlüklə  və  tələsə-tələsə  qızını 

öpürdü. Cəllad fürsətdən istifadə edərək onun qızına sarılmış qollarını 

açdı; yorğunluqdan və ümidsizlikdən o, müqavimət göstərmədi. Sonra 

cəllad  qaraçı  qızı  çiyninə  atdı;  qız  ortasından  qırılmış  kimi  əyildi; 

cəllad dar ağacına çıxmaq üçün ayağını nərdivana qoydu. 

Bu  halda  yerə  uzanmış  zavallı  ana  gözlərini  açdı.  Bir  səs  belə 

çıxarmadan  üzündə  dəhşətli  ifadə  ayağa  sıçradı,  vəhşi  heyvan  kimi 

cəlladın üzərinə atıldı və onun əlini dişlədi. Bu hadisə ildırım sürətilə 

baş  verdi.  Cəllad  ağrının  şiddətindən  bağırdı.  Əsgərlər  yaxınlaşıb 

cəlladın qanlı əlini Qudulanın kəlbətin kimi sıxılmış dişlərindən bir-

təhər  azad  etdilər.  Qadın  israrla  susurdu.  Onu  qaba  hərəkətlə  itələ-

dilər; başı zərblə daşa dəydi. Onu qaldırdılar, lakin o, yenə yıxıldı. O 

ölmüşdü. 

Gənc qızı əlindən buraxmayan cəllad  yenidən nərdivanla  yuxarı 

çıxmağa başladı. 

795 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə