Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə269/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   264   265   266   267   268   269   270   271   272

etmiş, meyitləri Sena çayına atdırmışdı. XI Lüdovik kimi hökmdarlar 

cinayət və qətl izlərini dərhal təmizləməyi sevirlər. 

Klodun  dayandığı  yerin  altında  sənətkarlıqla  yonulmuş  bir  daş 

nov  vardı;  bu  cür  novlar,  qotik  binalarda  həmişə  çox  olur;  novun 

yarığında  iki  gözəl  mixəkgülü  görünürdü.  Yel  əsdikcə  mixəkgülləri 

də  başlarını  əyərək,  sanki,  bir-birilərinə  “sabahın  xeyir”  deyirdilər. 

Qüllələrin  üzərində,  yüksək  göylərdə  isə  quşlar  şən-şən 

civildəşirdilər. 

Lakin  Klod  heç  bir  şey  görmür  və  heç  bir  şey  eşitmirdi.  Onun 

kimi adamlar üçün gözəl səhər, quşcuğazlar, çiçəklər mövcud deyildi. 

Bütün bu geniş, əlvan  və  zəngin  üfüqlərdə  onun  gördüyü  şey  yalnız 

bircə nöqtə idi. 

Kvazimodo onun qaraçı qızı neylədiyini soruşmaq arzusu ilə çır-

pınırdı.  Lakin  baş  keşiş,  sanki,  bu  an  başqa  aləmdəydi.  Yəqin  ki,  o, 

həyatının  elə  bir  anını  yaşayırdı  ki,  ayağının  altında  uçurum  yaran-

saydı belə, hiss etməzdi. Gözlərini bir nöqtəyə dikərək hərəkətsiz və 

lal  dayanmışdı.  Onun  sükut  və  hərəkətsizliyində  o  qədər  müdhiş  bir 

şey  vardı  ki,  qorxaq  adam  olmayan  zəngçalan belə  titrədi  və  onunla 

danışmağa  cəsarət  etmədi.  O  yalnız  baş  keşişin  gözlərini  zillədiyi 

tərəfə baxmağa başladı. Zavallı Kvazimodonun gözü Qrev meydanına 

sataşdı. 

O,  bu  meydanda  Klodun  maraqlandığı  şeyi  gördü.  Dar  ağacına 

nərdivan  dayamışdılar.  Meydanda  çoxlu  əsgər  və  az  sayda  camaat 

vardı. Biri meydanın ortasıyla ağ bir şey sürüyürdü, bu ağ şeyə qara 

bir  şey  yapışmışdı.  Nəhayət,  bu  ağ  şeyi  sürüyən  adam  nərdivanın 

yanında dayandı, burada bir hadisə baş verdi: Kvazimodo bunu yaxşı 

görə  bilmirdi.  Doğrudur,  onun  yeganə  gözünün  xariqüladə  qüvvəsi 

vardı, lakin dar ağacının qabağında yekəpər bir əsgər dayandığından 

Kvazimodo  orada  nə  olduğunu  yaxşı  görə  bilmədi.  Bundan  başqa 

həmin  anda  üfüqdə  günəş  göründü,  günəşin  şüaları,  sanki,  birdən- 

birə Parisin bütün qüllələrini, bürclərini və bacalarını alovlandırdı. 

Meydanda  ağ  şeyi  sürüyən  adam  nərdivanla  yuxarı  dırmaşmağa 

başladı.  Kvazimodo  bu  adamın  çiynində  bir  qadın  olduğunu  gördü, 

yəqin ki, o, ağ paltarlı gənc bir qız idi, onun boynunda kəndir vardı. 

Kvazimodo dərhal tanıdı: o idi. 

Bu  adam  nərdivanın  üst  pilləsinə  çatdı  və  kəndiri  düzəltməyə 

başladı.  Bu  zaman  Klod  daha  yaxşı  görmək  üçün  sürahinin  üzərinə 

dırmaşdı. 

799 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Birdən bu adam çəkməsinin dabanıyla nərdivanı sürətlə itələdi və 



nəfəs  belə  almayan  Kvazimodo  yerdən  üç  arşın  hündürlükdə  zavallı 

bədbəxt qızın kəndirdən sallandığını, cəlladın isə onun çiyinlərindən 

yapışdığını gördü. Kəndir bir neçə dəfə fırlandı və Kvazimodo qaraçı 

qızın  bədəninin  səyridiyini  gördu.  Klod  isə  boğazını  uzadaraq 

gözlərini dar ağacından ayırmır və bu müdhiş səhnəni, cəllad ilə gənc 

qızı - hörümçəklə milçəyi seyr edirdi. Bu müdhiş dəqiqədə baş keşiş 

yalnız insanlığını itirmiş bir adamın gülə biləcəyi iblisanə qəhqəhəylə 

gülməyə  başladı.  Kvazimodo  onun  bu  qəhqəhəsini  eşitməsə  də, 

görürdü. 

Zəngçi  Kloddan  bir  neçə  addım  geriyə  çəkilərək  qəfildən  hid-

dətlə ona hücum etdi və qüvvətli əlləriylə onu uçuruma itələdi. 

Baş keşiş yalnız: “Lənət!” - deyə bildi və aşağı uçdu. 

Kvazimodonun Klodu itələdiyi yerin altında nov  vardı. Klod bu 

novdan yapışmağa macal tapmışdı, ikinci dəfə bağırmaq üçün ağzını 

açdıqda,  başının  üzərində,  sürahinin  kənarında  Kvazimodonun 

intiqamla parlayan müdhiş üzünü gördü. 

Klod bağırmadı. Altında uçurum vardı. O, iki yüz fut yüksəklik-

dən daş döşəmənin üzərinə düşməyə məhkum olmuşdu. 

Baş keşiş heç bir söz söyləmədi, bir səs də çıxarmadı.  O, novla 

yuxarı  dırmaşmaq  üçün  var  gücü  ilə  çalışmağa  başladı.  Lakin  əlləri 

hamar  qranitdən  yapışa  bilmədi,  ayaqları  isə  qaralmış  divarda  dayaq 

tapa bilməyərək, yalnız onu cızırdı. Notr-Dam kilsəsinin zəng qüllə-

sinə çıxanlar sürahinin altında xırda bir daş çıxıntısı olduğunu bilirlər. 

Zavallı baş keşiş də ayağını həmin çıxıntıya keçirməyə çalışırdı, lakin 

ayağı elə hey sürüşürdü. 

Kvazimodo  onu  xilas  etmək  istəsəydi,  yalnız  əllərini  uzatması 

kifayət edərdi. Lakin o, Klod tərəfə baxmadı belə: gözünü Qrev mey-

danına,  dar  ağacına,  qaraçı  qıza  dikmişdi.  Bir  az  əvvəl  baş  keşişin 

dayandığı  yerdəki  sürahiyə  söykənərək,  ildırım  vurmuş  adam  kimi 

lal-dinməz dayanmışdı və bütün yer üzündə onun üçün mövcud olan 

yeganə şeydən gözünü ayırmırdı; bütün ömrü boyu yalnız bircə damcı 

yaş axmamış gözündən göz yaşları sel kimi axmağa başladı. 

Baş  keşiş  isə  hələ  də  çapalamaqda  idi.  Daz  alnında  soyuq  tər 

damcıları  görünür,  barmaqları  qana  bulaşmışdı.  Daşlar  dizlərinin 

dərisini  siyirmişdi.  Hərəkət  etdikcə  nova  dolaşmış  cübbəsinin  çırıl-

dığını və söküldüyünü hiss edirdi. Bundan başqa, bədbəxtliyindən 

800 

downloaded from KitabYurdu.org




novun  ucunda  qurğuşun  ağızlıq  onun  ağırlığından  əyilirdi.  Artıq 

anlamışdı ki, əlləri yorulub taqətdən düşsə, cübbəsi tamam cırılsa və 

ya  qurğuşun  boru  qopsa,  uçuruma  uçacaqdır.  Bədənini  də  soyuq  tər 

basırdı. Ara-sıra çaşqın gözlərini bir az aşağıdakı kiçicik səthə dikə-

rək bundan sonra yüz il ömrü olsa da, son günlərini bu iki kvadrat fut 

həcmində  olan  dar  yerdə  keçirməyi  arzulayaraq  kədər  və  ümidsizlik 

içində  göylərə  yalvarardı.  O,  aşağıya,  meydana,  uçuruma  baxmaq 

istədi,  lakin  başını  dərhal  yuxarı  qaldırdı:  başında  qalmış  tək-  tək 

tükləri də biz-biz olmuşdu. 

Bu iki adamın sükutu dəhşətli bir şey idi. Baş keşiş Kvazimodo- 

nun bir  neçə  addımlığında  cəhənnəm  əzabı  çəkdiyi  halda,  Kvazimo- 

do Qrev meydanına baxaraq ağlayırdı. 

Klod  hərəkət  etdikcə  yeganə  istinadgahı  olan  borunu  yerindən 

oynatdığını görüb artıq heç bir hərəkət etmirdi. O, novdan sallanaraq 

nəfəs  almır,  tərpənmir,  yalnız  yıxıldığını  yuxuda  görən  adam  kimi 

diksinirdi.  Gözləri  təəccüblə  və  xəstə  halda  bərəlmişdi.  Getdikcə 

qollannın  zəiflədiyini,  borudan  sürüşdüyünü,  artıq  bədəninin 

ağırlığını saxlaya bilmədiyini, qurğuşun borunun getdikcə əyildiyini, 

yavaş- yavaş uçuruma yaxınlaşdığını hiss edirdi. Yuxarıdan oyuncaq 

boyda  görünən  kilsə  damlarından  biri  düz  onun  altında  idi.  O, 

dəhşətlə kilsə damına baxır, onun kimi uçurumun üzərində hərəkətsiz 

dayanan,  lakin  heç  bir  şeydən  qorxmayan  heykəlləri  nəzərdən 

keçirirdi.  Ətrafında  yalnız  daş  vardı:  yanında  heykəllər  və  divlər, 

altında daş döşəmə, başının üstündə isə ağlayan Kvazimodo vardı. 

Meydana  bir  dəstə  adam  toplaşmış  və  novdan  sallanan  adama 

tamaşa  edərək  bu  cür  bir  oyun  oynayanın  kim  olduğunu  anlamağa 

çalışırdı. Aşağıdan gələn səslər səhərin sərin və təmiz havasında yaxşı 

eşidildiyi üçün Klod bu sözləri aydınca eşidirdi: 

- O nə edir, bu saat yıxılacaq! 

Kvazimodo isə ağlayırdı. 

Nəhayət,  dodaqlarında  hiddət  və  dəhşət  köpüyü  görünən  baş 

keşiş  bütün  səylərinin  əbəs  olduğunu  anladı.  Lakin  o,  yenə  də  son 

qüvvəsini  topladı.  Dizləriylə  novu  qucaqladı,  əllərilə  divarın  deşyin- 

dən yapışdı və təxminən, bir futa qədər yuxanya dırmaşa bildi. Ancaq 

bu zaman üzərində dayandığı qurğuşun boru qopdu və bu hərəkətdən 

cübbəsi  də  cırıldı.  Bu  zaman  hər  şeyin  bitdiyini  anlayıb  gözlərini 

yumub yumruqlarını açdı, əlini novdan ayırdı və aşağı uçdu. 

801 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə