Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə25/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   21   22   23   24   25   26   27   28   ...   272

Javer heç özü də hiss etmədən Jan Valjana daha “sən” demirdi. 

Jan Valjan da çığıraraq ona dedi: 

-

 

Çıxın gedin! 



Javer  ağır-ağır  yeriyirdi.  Bir  dəqiqədən  sonra  o, Vaizlər  küçəsi-

nin tinini döndü. 

Javer gözdən itən kimi Jan Valjan tapançasını havaya boşaltdı. 

Sonra da barrikadaya gəlib dedi: 

-

 

İşini bitirdim. 



Jan  Valjan  Javeri  aparandan  sonra  barrikadada  belə  bir  hadisə 

oldu. 


Marius daha çox evdə deyil, bayırda baş verən işlərlə məşğuldu, 

buna görə də macal tapıb aşağı mərtəbədə, qaranlıq bucaqda kəndirlə 

sarınmış casusa baxa bilməmişdi. 

Jan  Valjan  Javeri  barrikadanın  üstündən  keçirib  güllələməyə 

aparanda  Marius  onu  görüb  tanıdı.  Birdən  onun  xəyalından  belə  bir 

şey  keçdi.  Pontuaz  küçəsində  polis  nəzarətçisinə  rast  gəlməsi, 

nəzarətçinin  on  iki  tapança  verməsi  yadına  düşdü:  bu  tapançalar 

barrikadada onun işinə yaradı; nəzarətçinin həm sifəti onun xəyalında 

canlandı, həm də onun adını xatırladı. 

Lakin  bu  xatirələr  də  onun  fikirləri  kimi  dumanlı  idi,  aydın 

deyildi. Bunlar qəti bir şey deyildi, bəlkə, onun öz-özünə verdiyi bir 

sualdi: “Bu, həmin polis nəzarətçisi deyilmi ki, adını Javer demişdi?” 

Bəlkə  də,  nə  qədər  gec  deyil,  o  imkan  tapıb  bu  adamı  müdafiə 

edə  bilər?  Lakin  əvvəlcə  onun  həmin  Javer  olduğunu  qəti  bilmək 

lazımdır. 

Marius barrikadanın o biri başında, öz döyüş mövqeyində duran 

Anjolrası səslədi. 

-

 



Anjolras! 

-

 



Nə var? 

-

 



O adamın adı nədir? Polis agentinin. Sən onun adını bilirsən? 

-

 



Əlbəttə bilirəm. O özü dedi. 

-

 



Onun adı nədir? 

-

 



Javer. 

Marius diksindi. 

Elə bu anda tapança səsi eşidildi. 

Jan Valjan gəlib ucadan dedi: “İşini bitirdim”. 

Mariusun qəlbini ölüm vahiməsi bürüdü. 

75 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

İyirminci fəsil 



ÖLÜLƏR HAQLIDIR, DİRİLƏR DƏ 

MÜQƏSSİR DEYİL 

Barrikadanın son dəqiqələri başlanırdı. 

Havada  dolaşan  səslər,  şəhərə  hərəkət  edən,  gözə  görünməyən 

silahlı  dəstələrin  nəfəsi,  atlı  hissələrin  ara  verə-verə  dördnala  çap- 

ması, topların gurultusu, dolaşıq Paris küçələrində çalın-çarpaz atılan 

tüfəng  və  top  atəşi,  taxtapuşların  üstündən  burula-burula  yuxarı 

qalxan, gün işığında bərq vuran barıt tüstüsü, uzaqlardan gələn boğuq 

və  qəzəbli  çığırtılar,  hər  tərəfdə  şimşək  kimi  parıldayan  qorxunc 

işıqlar,  Sen-Merri  zənglərinin  təhlükə  olduğunu  xəbər  verən, 

hönkürtüyə  bənzər  qəmgin  səsləri,  yayın  xoş  günləri,  gün  işığı  ilə 

işıqlanan  buludlarla  dolu  göylərin  cah-cəlalı,  gözəl  hava,  evlərin 

vahiməli  sükutu  birləşərək  barrikadanın  bu  son,  bu  faciəli  dəqiqə-

lərinin  əzəmətini  daha  da  artırırdı,  evlərin  ona  görə  vahiməli  sükutu 

deyirik ki, dünəndən bəri Şanvreri küçəsinin iki sıra evləri, sanki, iki 

sal divara çevrilmişdi: qapılar qapanmış, pəncərələr örtülmüş, pəncərə 

qapıları bağlanmışdı. 

O  zamanlar  bizim  zəmanəmizdən  çox-çox  fərqli  idi:  o,  elə  bir 

zamandı  ki,  xalq  öz  dövrünü  sürmüş,  köhnəlmiş  qaydaları,  bəxş 

edilmiş fərmanları və ya qüvvədə olan qanunları ləğv etmək istəyirdi; 

o,  elə  bir  zamandı  ki,  hava  qəzəblə  dolu  idi,  şəhər  özü daş  yollarını 

dağıdırdı;  o,  elə  bir  zamandı  ki,  üsyan  lütfkarlıqla  gülümsəyən 

burjuaziyanın  qulağına  öz  parolunu  pıçıldayırdı  -  belə  bir  zamanda 

qiyamçılıq  ruhuna  qapılan  dinc  əhali  üsyançıların,  sanki,  müttəfiqi 

olurdu, evlər, sanki, yer altından çıxan barrikadalarla qardaşlıq edirdi, 

onun dayağı olurdu. Lakin əgər vaxt hələ yetişməmişdisə, üsyan xalq 

tərəfindən  bəyənilməmişdisə,  xalq  üsyandan  üz  döndərirdisə  -  onda 

üsyançılar  məhv  olurdu.  Şəhər  onların  ətrafında  səhraya  çevrilirdi, 

hamının  qəlbi  daşa  dönürdü,  bütün qapılar  onların  üzünə  bağlanırdı, 

küçələr  qoşunlara  yol  açırdı,  barrikadaları  tutmaqda  onlara  kömək 

edirdi. 


Xalqı  zor  ilə  istədiyindən  tez  yeriməyə  məcbur  etmək  olmaz! 

Vay o adamın halına ki, xalqı zorla tələsdirmək istəyir! Xalq məcbu-

riyyətə dözmür. Məcburiyyət olanda üsyançıları başlı-başına bura 

76 


downloaded from KitabYurdu.org


xır,  onlara  kömək  etmir,  üsyançılar  taun  xəstəliyinə  tutulmuş  adam 

vəziyyətinə  düşür.  Evlər  sıldırım  qayaya,  qapılar  hasara,  evlərin  üzü 

sal  divara  çevrilir.  Bu  divar  hər  şeyi  görür,  hər  şeyi  eşidir,  ancaq 

köməyə  gəlmək  istəmir.  Bu  divar  açılıb  onları  xilas  edə  bilərdi. 

Amma  açılmır!  Bu  divar  taledir.  Bu  divar  üsyançılara  baxır,  öz 

hökmünü  verir.  Qapısı  bağlanmış  evlərin  nə  qəmgin  görünüşü  olur! 

Sanki,  onlar  sahibsizdir,  lakin  orada  yaşayırlar.  Sanki,  həyat  orada 

dayanmışdır,  əslində,  belə  deyil:  həyat  orada  öz  qaydası  ilə  davam 

edir,  heç  kəs  oradan  günlərlə  bayıra  çıxmır,  amma  istəsələr,  çıxa 

bilərlər.  Belə  qaydaların  içində  gəzirlər,  danışırlar,  yatırlar,  dururlar, 

ailə- liklə bir yerdə otururlar, yeyirlər, içirlər, qorxudan tir-tir əsirlər - 

dəhşət bax burasıdır! Qorxu bu şiddətli amansızlığı bağışlayar, qorxu-

nun yaratdığı çaşqınlıq bu amansızlığı yumşaldan bir səbəb ola bilər. 

Bəzən  elə  hallar  da  olur  ki,  qorxu  cüununluğa  varır,  ehtiyatkarlıq 

çılğınlığa  çevrilən  kimi,  qorxu  da  qəzəbə  çevrilə  bilər;  dərin  mənalı 

“Mötədillər  içərisindən  çıxan  azğınlar”  ifadəsi  də  buradan 

götürülmüşdür.  Elə  olur  ki,  vahiməli  və  dəhşətli  hallar  qara  tüstü 

dumanı kimi ədavət törədir. “Bu şuluqluq salanlara daha nə lazımdır? 

Onlar  həmişə  narazıdırlar.  Dinc  camaatı  ancaq  yolundan  azdırırlar. 

Bütün  bu  inqilablar,  elə  bil  ki,  azlıq  eləyir!  Onlar  haradan  bura 

gəliblər? Qoy cəhənnəm olsunlar! Onlara elə belə də lazımdır! Özləri 

təqsirkardır.  Qoy  tutduqları  işin  cəzasını  çəksinlər!  Bizə  nə?!  Onlar 

bizim  yazıq  küçəmizi  güllə  ilə  dəlik-deşik  eləyiblər.  Onlar  əclaf 

adamlardır. Qapılan açmayın - əsas məsələ budur!” Evlər məqbərəyə 

çevrilir.  Qiyamçılar  bağlı  qapıların  qabağında  dəhşətli  əzab çəkirlər; 

budur,  top  saçması  onun  üstünü  alır;  budur,  sıyrılmış  qılınc  onun 

təpəsinə endirilir. O bilir ki, nə qədər çığırsa da, heç kəs onun kömə-

yinə  gəlməyəcək, o,  eyni  zamanda  bilir  ki,  onun  çığırtısını  eşidirlər. 

Orada  çoxlu  divar  var,  bu  divarlar  onu  gizlədə  bilər,  orada  çoxlu 

adam  var,  bu  adamlar  onu  xilas  edə  bilər,  bu  divarların  qulağı  var, 

lakin adamların ürəyi daşdandır. 

Burada müqəssir kimdir? 

Heç kəs, həm də bizim hamımız. 

Müqəssir - bizim mükəmməl olmayan dövrümüzdür. 

ütopiya  həmişə  baş  verə  biləcək bütün  uyğunsuz  halların  məsu-

liyyətini  öz  üzərinə  alaraq  işə  girişir:  üsyanlar  şəklini  alır,  fəlsəfi 

mübarizədən silahlı mübarizəyə, Minervadan Palladaya çevrilir. Səbri 

77 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə