Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə21/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   17   18   19   20   21   22   23   24   ...   272

Bu  çox  gözəl  bir  mənzərə  idi.  Bağın  qonşuluğundakı  kazarmada 

qocaman  bir  əsgər  dəmir  barmaqlıq  arasından  bağı  seyr  edərək 

deyirdi: “Budur, yaz da əldə silah, özü də tam rəsmi keçid paltarında 

sıraya durmuşdur”. 

Bütün  təbiət  nahar  edirdi,  bütün  canlı  məxluqat  süfrəyə  dəvət 

olunmuşdu; müəyyən edilmiş vaxtda göyə nəhəng mavi süfrə, yerə də 

böyük yaşıl süfrə salınmışdı; günəş a giorno

1

 işıq saçırdı. Tanrı bütün 

kainatı  qonaq  eləyirdi.  Hər  məxluq  öz  yemini,  öz  yeməyini  alırdı: 

çölgöyərçininə - kəndir toxumu, alacəhrəyə - darı, payız bülbülünə - 

siçovulqulağı,  birəbitdən  quşuna  -  soxulcan,  bal  arısına  -  çiçək, 

milçəyə  -  infuzoriya,  ardıc  quşuna  -  milçək  verilirdi.  Hərçənd  onlar 

bir-birini  yeyirdi  - xeyir və şərin də böyük sirri elə bundadır - ancaq 

heç bir məxluq ac qalmırdı. 

Başlı-başına  buraxılmış  iki  uşaq  gəlib  böyük  hovuzun  yanına 

çatdılar;  onlar  bu  dəbdəbəni  görüb  bir  az  qorxdular;  zəif,  fağır 

adamlarda  elə  bir  duyğu  olur  ki,  onlar  bu  duyğuya  əsasən  hər  dəb-

dəbəli şeydən - bu şey lap cansız da olsa - çəkinirlər, uşaqlar da belə 

bir  hissə  qapılaraq  tez  qaçıb,  qu  quşlarının  taxta  damı  dalında 

gizləndilər. 

Külək qalxanda ətrafdan arabir boğuq çığırtı, uğultu səsi, tüfəng 

şaqqıltısı,  topların  gurultusu  eşidilirdi.  Bazar  tərəfdə  damların 

üstündən  tüstü  qabardı.  Uzaqdan  zəng  səsi  gəlirdi,  o,  elə  bil,  adamı 

imdada çağırırdı. 

Uşaqlar, sanki, bu səs-küyü eşitmirdilər. Balacası tez-tez astadan 

deyirdi: “Mən acmışam”. 

Elə bu zaman hovuza iki başqa adam da yaxınlaşdı. Əlli yaşlı kök 

bir adam altı yaşlı kök bir uşağın əlindən tutub gəlirdi. Yəqin, bunlar 

ata  ilə  oğul  idi.  Altı  yaşlı  kök  uşağın  əlində  iri,  koppuş  bir  bulka 

vardı. 


Bir-birinə  yaxın  olan  “Şahzadə  qız”  və  “Cəhənnəm”  küçəsində 

yaşayan ev sahiblərinin çoxunda o zaman Lüksemburq bağının açarı 

olardı:  bağın  qapısı  bağlı  olanda  onlar  bu  imtiyazdan  istifadə 

edərdilər,  bu  imtiyaz  sonralar  ləğv  edildi.  Ata  ilə  oğul,  görünür,  bu 

evlərdən birində yaşayırdılar. 

Cındır  paltarlı  uşaqlar  bu  “böyük  ağa”nın  gəldiyini  görüb,  daha 

bərk gizləndilər. 

1

 Parlaq 



(lat.)

 

63 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bu, bir burjua idi. Bir gün Marius burada, sevgi çılğınlığı içində 



bir  adamın  səsini  eşitmişdi;  o  adam  bu  böyük  hovuzun  yanında  öz 

oğluna  “israfçılıq  etməməyi”  məsləhət  görürdü  -  bəlkə  də,  həmin  o 

adamdı.  Onun  mötəbər,  lovğa  görünüşü,  yumulmayan,  yumulmadığı 

üçün də, sanki, həmişə gülümsəyən yekə ağzı vardı. Bu donub qalmış 

təbəssüm çənənin çox yekə olmasının nəticəsi idi, elə bil ki, çənəsinin 

dərisi  çatışmırdı;  belə  təbəssüm  qəlbi  deyil,  ancaq  dişləri  açıb  gös-

tərir. (Jşaq dişlənmiş bulkanı əlində bərk-bərk sıxmışdı. O, yaxşı bəs-

lənmiş bir uşaq idi. Qiyam  münasibətilə uşağa milli qvardiya paltarı 

geydirmişdilər, atası isə ehtiyat edərək, mülki paltarını dəyişməmişdi. 

Onlar gəlib hovuzun yanında dayandılar; iki qu quşu qanadlarını 

çırpa-çırpa  suda  üzürdü.  Burjuanın,  elə  bil,  qu  quşundan  çox  xoşu 

gəlirdi.  O,  bir  cəhətdən  qu  quşuna  oxşayırdı:  o  da  yanını  basabasa, 

ağır-ağır yeriyirdi. 

Qu  quşları  üzürdü  -  onların  da  məharəti  bunda  idi.  Quşlar  çox 

gözəldi. 

O  iki  balaca  dilənçi  qulaq  assaydı,  belə  bir  həqiqəti  başa  düş-

səydi, bir dərrakəli adamın öz oğluna verdiyi nəsihəti yadda saxlardı. 

Ata oğluna deyirdi: 

-

 

Ağıllı  adam  azla  kifayətlənər.  Oğul,  məndən  nümunə  götür. 



Mənim  dəbdəbədən,  bəzək-düzəkdən  xoşum  gəlmir.  Mən  heç  vaxt 

paltarımı nə qızılla, nə də başqa bahalı, amma mənasız şeylərlə bəzə-

məmişəm.  Ağılca  aşağı  səviyyədə  duran  adamlar  belə  saxta  bəzək- 

düzəklə məşğul olurlar. 

Bazar  tərəfdən  gələn  qatma-qarışıq  çığırtı  səsləri  birdən  artdı; 

zənglərin səsi, camaatın uğultusu da onlara qarışdı. 

(Jşaq atasından soruşdu: 

-

 



Bu nədir? 

Atası ona belə cavab verdi: 

-

 

Bu, Saturn bayramıdır. 



Bu  zaman  o,  qu  quşlarının  damı  altında  gizlənən  cındır  paltarlı 

uşaqları görüb donquldandı: 

-

 

Bəli, başlanır. 



Bir az susduqdan sonra əlavə etdi: 

-

 



Anarxiya hətta bağa da yol tapıb. 

Onun  oğlu  əlindəki  bulkanı  dişlədi,  elə  o  saat  da  ağzından  yerə 

salıb ağlamağa başladı. 

64 


downloaded from KitabYurdu.org


Atası soruşdu: 

-

 



Niyə ağlayırsan? 

-

 



Mən daha yemək istəmirəm. 

Ata dişlərini daha çox ağartdı: 

-

 

Bir bulkanı yemək üçün heç də ac olmaq lazım deyil. 



-

 

Bulka mənim zəhləmi töküb. Özü də bərkdir. 



-

 

Daha yemək istəmirsən? 



-

 

İstəmirəm. 



Atası ona qu quşlarını göstərdi. 

-

 



At o ayağıpərdəlilərə. 

üşaq  tərəddüd  etdi.  O,  bulkanı  yemək  istəmirsə,  bu  heç  də  o 

demək deyil ki, onu başqasına verməlidir. 

-

 



İnsaflı ol. Heyvanlara yazığın gəlsin. 

Bulkanı uşağın əlindən alıb hovuza atdı. 

Bulka suyun lap qırağına düşdü. 

Qu  quşları  xeyli  uzaqda,  hovuzun  ortasında  üzə-üzə  yem  axta-

rırdı.  Onların  başı  yemə  qarışdığı  üçün  nə  burjuanı,  nə  də  bulkanı 

görürdülər. 

Bulka az qalırdı batsın; burjua bulkanın havayı yerə zay olacağını 

görüb təşvişə düşdü, əl-qolunu bərk-bərk oynatmağa başladı, bununla 

da, nəhayət, quşların diqqətini cəlb edə bildi. 

Quşlar  gördü  ki,  suyun  üzündə  nəsə  var,  lap  gəmi  kimi  o  biri 

yana  döndülər,  elə  qar  kimi  ağ  quşlara  yaraşan  əzəmətli  bir  vüqarla 

yavaş-yavaş bulkaya sarı üzdülər. 

Burjua öz hərəkətindən çox razı qaldı: 

-

 



Dəniz işarələrini görüb, sürətlə üzməyə başladılar. 

Bu  anda  uzaqdan  gələn  hay-küy  birdən  artdı.  Səs  bu  dəfə  təh-

lükəli  göründü.  Elə  olur  ki,  külək  birdən  əsəndə  uzaqdan  gələn  səs 

daha  aydın  eşidilir.  İndi  əsən  külək  təbil  səsini,  insan  fəryadını, 

tüfənglərin yaylım atəşindən qopan gurultunu çəkib gətirdi; zənglərin 

təhlükə olduğunu xəbər verən səsi, topların uğultusu buna qarışır, ağır 

bir təsir bağışlayırdı. Bu arada qara bir bulud günün qabağını tutdu. 

Qu quşları hələ bulkaya çatmamışdılar. 

Burjua oğluna dedi: 

-

 



Gedək evə. Tüilriyə hücum edirlər. 

O, yenə də oğlunun əlindən tutdu. 

65 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə