Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə18/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   14   15   16   17   18   19   20   21   ...   272

Kurfeyrak çığırdı: 

-

 



Sən orada nə edirsən? 

Qavroş lovğa-lovğa dedi: 

-

 

Öz səbətimi doldururam, vətəndaş. 



-

 

Top saçmasını görmürsən-nədir? 



-

 

Çox böyük iş olub! Yağış yağır. Sonra? 



Kurfeyrak çığırdı: 

-

 



Qayıt geri! 

-

 



Bu saat. 

O, bir sıçrayışla küçənin ortasına düşdü. 

Biz  bilirik  ki,  Fannikonun  dəstəsi  geri  çəkilərkən  çoxlu  meyit 

qoyub getmişdi. 

Bütün  küçə  boyu  daş  yol  üzərində  iyirmiyə  qədər  meyit  sərilib 

qalmışdı. Bu, Qavroş üçün iyirmi patrondaş, barrikada üçün də xeyli 

patron ehtiyatı deməkdi. 

Barıt  tüstüsü  küçəni  duman  kimi  bürümüşdü.  Kim  dağlarda  iki 

sıldınm qaya arasında bulud kimi sıx duman görmüşsə, o, iki sıra tut-

qun,  hündür  evlər  arasında,  sanki,  sıxılaraq  qatılaşan  bu  kəsif  barıt 

tüstüsünü  təsəvvür  edə  bilər.  Bu  tüstü  yavaş-yavaş  yuxarı  qalxırdı, 

lakin  onun  yerində  ara  vermədən  yenə  tüstü  əmələ  gəlirdi;  tüstü 

yavaş-yavaş  hər  şeyi  bürüyürdü,  hər  şey  boz-bulanıq  görünür,  hətta 

günün də işığı tutqunlaşırdı. Vuruşan tərəflər küçənin bu başından o 

başına bir-birini çox çətinliklə seçə bilirdi, burası da var idi ki, onların 

arasında olan məsafə çox qısa idi. 

Belə  tüstü  dumanı  istehkamı  mühasirəyə  alanlar  üçün  əlverişli 

idi,  görünür,  onların  komandirləri  də  bunu  nəzərə  almışdılar,  həmin 

komandirlər  barrikadaya  olan  hücuma  rəhbərlik  etməli  idilər.  Tüstü 

Qavroş üçün də əlverişli oldu. 

O,  tüstü  pərdəsi  altında,  həm  də  boyunun  balacalığına  görə, 

küçədə xeyli qabağa gedə bildi, qarşı tərəfdən heç kəs onu görmədi. 

Heç bir təhlükəyə rast gəlmədən o, yeddi-səkkiz çantanı boşaltdı. 

O, səbəti dişi ilə tutaraq qarnı üstə sürünürdü, iməkləyirdi, hərlə-

nib-fırlanırdı,  sürüşürdü,  qıvrılırdı,  bir  meyitin  yanından  o  birisinin 

yanına  sürünürdü,  tez-tez  fındıq  sındıran  meymun  cəldliyi  ilə  çan-

taları, patrondaşları boşaldırdı. 

Barrikadadan çox da uzağa getməmişdi, ancaq düşmənin diqqə-

tini cəlb etməkdən qorxduqlan üçün onu bərkdən səsləyə bilmirdilər. 

55 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ölənlərdən  biri  onbaşı  idi;  Qavroş  onun  mundirinin  cibindən 



barıtqabı tapdı. 

Qabı cibinə qoyaraq dedi: 

-

 

Çaxır içməyə gərək olar. 



Qavroş  qabağa  gedə-gedə,  barıt  tüstüsü  seyrək  olan  bir  yerə 

çatdı; qənbər sipəri dalında gizlənən cəbhə polku nişançıları və küçə 

tinində sıraya düzülən milli qvardiyaçılar elə o saat tüstü dumanı için-

də eşələnən şeyi bir-birinə göstərdilər. 

Qavroş  tumbanın  yanında  sərilib  qalan  serjantın  patronlarını 

götürəndə meyitə bir güllə dəydi. 

Qavroş fınxırdı: 

-

 



Belə şey olar! Onlar mənim ölülərimi öldürürlər. 

İkinci güllə daş yola dəyərək od çıxardı, üçüncü güllə onun səbə-

tini böyrü üstə yıxdı. 

Qavroş  dönüb  baxdı,  gördü  ki,  güllə  atan  şəhər  civarı  qvardi-

yasıdır. 

Dik ayağa qalxdı, əlini belinə qoydu, ona güllə atan milli qvardi-

yaçıların şax üzünə baxaraq oxudu: 

Hamınız, ey Nanter sakinləri,

Eybəcər olmusuz duyub Volteri. 



Köhnə sakinləri də Palessonun 

Axmaqlaşıb təqsirindən Russonun. 

Sonra səbəti qaldırdı, yerə dağılan patronları yığdı, bircə dənəsini 

də yerdə qoymadı, sonra da atılan güllələrin üstünə yeriyərək, o biri 

patron çantasını boşaltmağa getdi. Dördüncü güllə lap onun yanından 

ötüb keçdi. Qavroş yenə oxudu: 

Sahibi olmadım qazandı yerin Bu 

da günahından oldu Volterin. 

Mənim taleyimin sındı təkəri, 

Russonun günahkar oldu sözləri. 

1

 

Ş

e

i

r

l

ə

downloaded from KitabYurdu.org




Beşinci güllə ona ancaq aşağıdakı bəndi oxumaq ilhamını verdi: 

Sırtıqlardan mən deyiləm dərs alan

Bu da olub Volterin təqsirindən. 

Russo təqsirindən oynadır məni 

Kasıblıq, ehtiyac bir serso kimi. 

Bu vəziyyət xeyli davam etdi. 

Bu  həm  dəhşətli,  həm  də  ürəyi  riqqətə  gətirən  bir  mənzərə  idi. 

Qavroş güllə altında, sanki, atəş açanları ələ salırdı. Sanki, onun kefi 

çox kök idi. Sərçə ovçularla öcəşirdi. Hər yaylım atəşinə o, yeni bir 

şeir  bəndi  ilə  cavab  verirdi.  Onu  ara  vermədən  nişan  alır,  vurmaq 

istəyirdilər, həmişə də güllələri boşa çıxırdı. Əsgərlər, milli qvardiya-

çılar  onu  nişan  alanda  gülürdülər.  O,  gah  yerə  yatırdı,  gah  qalxırdı, 

gah qapının yan taxtası dalında gizlənirdi, yenə birdən qayıdırdı, gah 

da  top  saçmasını  ələ  salırdı,  ona  “burun  göstərərək”,  eyni  zamanda 

patron  axtanrdı,  patrondaşları  boşaldırdı,  öz  səbətini  doldururdu. 

Qiyamçılar  təşvişlə  ona  baxır,  həyəcandan  nəfəsləri  tutulurdu.  Bar-

rikadada ondan ötrü əsirdilər, amma, o, nəğmə oxuyurdu. Elə bil ki, 

bu,  uşaq  deyil,  insan  deyil,  xırdaca  bir  sehrbazdı,  vuruşmada  güllə 

batmayan,  qılınc  kəsməyən  əfsanəvi  cırtdan  idi.  Güllələr  onu  təqib 

edirdi, lakin o, güllələrdən cəld idi. O, elə bil ki, ölümlə dəhşətli giz- 

lənpaç  oyunu  oynayırdı;  yastıburun  ölümün  kabusu  hər  dəfə  ona 

yaxınlaşanda Qavroş onu həqarətlə qarşılayırdı.  Lakin başqalarından 

daha  sərrast,  daha  xaincə  atılan  bir  güllə,  nəhayət,  bu  sayrışan  işığa 

dəydi:  Qavroş  səntirlədi,  sonra  yerə  yıxıldı  -  bunu  hamı  gördü. 

Barrikadada hamı bir ağızdan çığırdı. Bu cırtdanda Antey gücü vardı; 

qamen üçün daş yola toxunmaq pəhləvan Antey üçün yerə toxunmaq 

kimi  bir  şeydi;  Qavroşun  yıxılması  ilə  qalxması  bir  oldu.  O  qalxıb 

yerə  oturdu,  qan  onun  üzündən  süzülüb  tökülürdü;  əllərini  yuxarı 

qaldırdı, güllə atılan tərəfə dönərək oxudu: 

Kiçik quşcuğazam, lap xırdayam mən 

Təqsiri üzündən Volterin hökmən. 

Lakin kəmənd ata bilərlər mənə Təqsiri 

ucundan... 

57 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə