Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə15/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   11   12   13   14   15   16   17   18   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

On birinci fəsil 



SƏRRAST VÜRAN, 

LAKİN HEÇ KƏSİ ÖLDÜRMƏYƏN 

TÜFƏNG 

Barrikadanı  mühasirə  edənlər  gah  tüfəngdən  atəş  açır,  gah  top 

saçması atırdılar, ancaq bunun elə bir ziyanı olmurdu. Yalnız “Korinf 

”in ön tərəfi xeyli zədələnmişdi; ikinci mərtəbənin pəncərələri, taxta-

puş  altındakı  mansarda  güllədən  və  top  saçmasından  yavaş-yavaş 

uçub  dağılırdı.  Buradan  atəş  açan  döyüşçülər  bu  yeri  tərk  etməli 

oldular.  Barrikadaya  hücum  edənlərin  taktikası  mümkün  qədər  çox 

atəş  açmaqdan  ibarətdir:  bununla  da,  qiyamçılar  ehtiyatsızlıq  edərək 

atəşə cavab versələr, onların döyüş sursatını azaltmaq istəyirlər. Elə ki 

qiyamçıların cavab atəşi zəiflədi, bundan aydın olur ki, onların gülləsi 

və  barıtı  qurtarmaq  üzrədir,  onda  barrikadanın  üstünə  hücum  əmri 

verilir. Anjolras onların bu kələyini bilirdi: barrikada cavab vermirdi. 

Hər dəfə top atılanda Qavroş böyük bir nifrət əlaməti olaraq dili 

ilə ovurdunu qabardırdı, deyirdi: 

-

 

Yaxşı da, cır-cındırı parçalayın, bizə də elə kilkə lazımdır. 



Kurfeyrak  çığıra-çığıra  topdan  izahat  tələb  edir,  top  saçmasının 

nə üçün hədəfə dəymədiyini soruşurdu: 

-

 

Ay xala, sənə nə olub belə, baş-ayaq vurursan?! 



Döyüş  vaxtı  tərəflər  balda  olduğu  kimi,  bir-birinə  qarşı  maraq 

oyatmağa çalışırlar. Barrikadanın susması, görünür, mühasirə edənləri 

narahat  etməyə  başlamışdı,  onlar  gözlənilməz  bir  hadisənin  baş 

verəcəyindən  qorxurdular;  mütləq  bu  qənbər  daşı  yığınının  arxasına 

baxmaq,  atəş  altında  dayanan,  atılan  güllələrə  cavab  verməyən  bu 

qorxunc sütunun dal tərəfində nələr olduğunu bilmək lazımdı. Birdən 

qiyamçılar  qonşu  evin  damında  gün  işığında  parıldayan  bir  dəbilqə 

gördülər:  orada  bir  nəfər  yanğınsöndürən  hündür  soba  bacasına 

söykənərək  sakitcə  durmuşdu,  elə  bil  ki,  keşik  çəkirdi.  O,  düz 

barrikadanın iç tərəfinə baxırdı. 

Anjolras dedi: 

-

 



Bu casusdan bizə xeyir gəlməz! 

46 


downloaded from KitabYurdu.org


Jan Valjan karabini Anjolrasa qaytardı, onun öz tüfəngi vardı. O, 

bircə kəlmə də söz söyləmədən yanğınsöndürəni nişan aldı, elə o saat 

da  tüfəng  atıldı,  yanğınsöndürənin  başındakı  dəbilqə  cingilti  ilə  daş 

yola  düşdü.  Əsgər  qorxaraq  dərhal  gözdən  itdi,  onun  yerini  başqa 

adam  tutdu.  Bu  adam  zabit  idi.  Jan  Valjan  tüfəngini  doldurub  yeni 

gələn  adamı  nişan  aldı,  zabitin  də  dəbilqəsi  əsgərin  dəbilqəsinin 

ardınca  getdi.  Zabit  də  inad  etmədi,  dərhal  götürüldü.  Qiyamçıların 

işarəsi  bu  dəfə  nəzərə  alınmışdı:  damda  daha  heç  nə  görünmədi; 

barrikadanı müşahidə edən olmadı. 

Bossüe Jan Valjandan soruşdu: 

- Siz niyə onu öldürmədiniz? 

Jan Valjan cavab vermədi. 



On ikinci fəsil 

NİZAMSIZLIQ NİZAM-İNTİZAMIN XİDMƏTİNDƏ 

Bossüe Kombeferin qulağına pıçıldadı: 

-

 

O, mənim sualıma cavab vermədi. 



Kombefer dedi: 

-

 



Bu adam tüfəng atəşi ilə boş yerə xeyirxahlıq eləyir. Bu çox-

dankı  hadisə  kimin  yadındadırsa,  o,  şəhər  civarı  milli  qvardiyasının 

igidcəsinə mübarizə etdiyini bilir. Bu qvardiya, xüsusilə 1832-ci ilin 

iyun günlərində çox şiddət və səbat göstərmişdi. Qiyam olduğu üçün 

tətil edən “Oynayan”, “Xeyirxah”və ya “Kiçik qanov” meyxanalarını 

heç  kəsə  dəyib-toxunmayan  sahibləri  rəqs  zallarının  boşaldığını 

görüb aslan kimi vuruşurdular, nizam-intizam üçün ölümə gedirdilər, 

onlar  öz  meyxanalarını  nizam-intizam  mücəssəməsi  hesab  edirdilər. 

Həm  burjua,  həm  qəhrəmanlıq  dövrü  olan  o  dövrdə  ideya 

cəngavərləri  qazanc  palədinləri  ilə  üz-üzə  gəldilər.  Vuruşmaya  sövq 

edən  səbəblərin  adiliyi  işin  qəhrəmanlığına  heç  də  xələl  gətirmirdi. 

Qızıl  ehtiyatının  azalması  bank  sahiblərinə  “Marselyeza”  oxutdurur-

du. Burjua dükan piştaxtası üçün vəcdlə qan tökür, sparta ehtirası ilə 

öz dükanını - vətənin bu mikrokosmunu müdafiə edirdi. 

Əslində,  bunlar  çox  ciddi  şeydi.  Yeni  ictimai  qüvvələr  mübari-

zəyə girişərək, müvazinətin nə vaxt düzələcəyini gözləyirdilər. 

47 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

O  dövrün  başqa  bir  səciyyəvi  cəhəti  -  anarxiyanın  “hökumətçi- 



liklə”  (xeyirxah  düşüncəli  adamlar  fırqəsinə  verilən  vəhşicəsinə  ad) 

birləşməsi  idi.  Adamlar  nizam-intizam  olmasını  istəyirdilər,  amma 

özləri nizam-intizamı gözləmirdilər. Gah görürdün ki, milli qvardiya 

polkovniklərindən  birinin  şıltaqlığı  ilə,  toplaşmaq  üçün  birdən  təbil 

vurulurdu,  gah  da  bir  kapitan  vəcdə gələrək,  atılan  güllələrin  üstünə 

yeriyirdi; ya da bir nəfər milli qvardiyaçı heç bir şeydən qorxmayaraq 

“ideya  uğrun-  da”  vuruşurdu.  Təhlükəli  anlarda,  həlledici  günlərdə 

adamlar  komandirlərin  əmrindən  daha  çox  öz  daxili  instinktləri  ilə 

hərəkət edirdilər. Nizam-intizamı qoruyan orduda Fanniko kimi qılınc 

çalan, Anri  Fon-  fred  kimi  qələmlə  od  yağdıran  əsil  qoçaq  adamlara 

rast gəlmək olurdu. 

Bədbəxtlikdən, o dövrdə özünü prinsiplər ittifaqı deyil, mənfəət-

lər birləşməsi kimi göstərən mədəniyyət təhlükə qarşısında idi, ya da 

özünü  təhlükə  qarşısında  hesab  edirdi;  bu  mədəniyyət  özünə  imdad 

diləyirdi;  hər  yerindən  qalxan  onu  özünün  dayağı  hesab  edərək, 

bacardığı kimi qoruyurdu, müdafiə edirdi, ona yardım göstərirdi; hər 

yetən, cəmiyyəti xilas etmək vəzifəsini öz üzərinə götürürdü. 

Canfəşanlıq  bəzən  pis  nəticə  verirdi.  Bir  də  baxırdın  ki,  milli 

qvardiyaçıların  bir  taqımı  öz  ixtiyarı  ilə  hərbi  şura  düzəldirdi,  əsir 

düşmüş qiyamçılar haqqında beş dəqiqənin içində hökm çıxarırdı və 

hökmü yerinə yetirirdi. Jan Pruver belə bir məhkəmənin qurbanı oldu. 

Bu, amansız Linç qanunu idi, bu barədə heç bir partiyanın başqa bir 

partiyanı  töhmətləndirməyə  ixtiyarı  yoxdur,  çünki  o,  eyni  dərəcədə 

həm  respublika  üsul-idarəsi  olan  Amerikada,  həm  də  mütləqiyyət 

üsul-idarəsi  olan  Avropada  tətbiq  edilir.  Linç  məhkəməsində  çox 

asanlıqla  səhv  etmək  olardı,  üsyan  günlərində  milli  qvardiyaçılar 

süngülü tüfənglərini ələ alaraq Kral meydanında Pol-Eme Hranye adlı 

cavan  bir  şairi  tutmaq  üçün  ardınca  yüyürürlər;  Hran-  ye 

qvardiyaçıların əlindən ancaq ona görə xilas ola bilir ki, qaçıb 6N2-İİ 

evin  darvazası  altında  gizlənir.  Qvardiyaçılar  onun  ardınca 

çığırırmışlar:  “Bu  da  bir  sen-simonist!”  Onu,  az  qala,  öldürəcək-

mişlər.  Doğrudan  da,  onun  qoltuğunda  hersoq  Sen-Simonun  xati-

rələrdən ibarət kitabı varmış. Milli qvardiyaçılardan biri kitabın cildi 

üstündə “Sen-Simon” sözünü görüb bağırmışdı: “Öldürün onu!” 

1832-ci il iyunun 

6-da şəhər cavanlarının milli qvardiyaçılar dəs-

təsi, yuxarıda adını çəkdiyimiz kapitan Fanniko başda olmaqla, öz şıl-

taqlığından və özbaşınalığından Şanvreri küçəsində məhv olmuşdu. 

48 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə