Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə13/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   9   10   11   12   13   14   15   16   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Nişançı topçu serjantı idi; O, sarışın, qəşəng, cavan bir oğlandı; 



zərif  üzündə  ağıl  ifadə  olunurdu,  belə  ifadə  bu  qorxunc  silah  qoşu-

nuna  xas  olan  bir  şeydir,  həm  də  bu  silahın  vəzifəsi  odur  ki,  insan 

qırmaqda təkmilləşərək axırda müharibənin özünü məhv eləsin. 

Kombefer Anjolrasın yanında durub cavan oğlana baxırdı: 

-

 

Adamın  heyfi  gəlir!  Bu  müharibə  nə  murdar  şeydir!  Krallar 



olmayanda  müharibə  də  olmayacaq!  Anjolras,  sən  o  serjantı  nişan 

almısan,  amma  heç  ona  baxmırsan.  Bir  təsəvvür  elə:  o,  bəlkə  də, 

gözəltəbiətli, igid, ağıllı bir gəncdir - axı gənc topçular oxumuş olur-

lar; bəlkə də, onun atası, anası var; ailəsi var; o, yəqin, bir qızı sevir, 

onun ən çoxu iyirmi beş yaşı olar; o, sənin qardaşın ola bilər. 

Anjolras dedi: 

-

 

O, doğrudan da, mənim qardaşımdır. 



Kombefer sözünə davam etdi: 

-

 



O, mənim da qardaşımdır. Mənə bax, gəl onu öldürməyək. 

-

 



Əl çək, öldürmək lazımdır. 

Anjolrasın mərmər kimi solğun üzündən bir damla göz yaşı ağır- 

ağır süzülərək, yerə düşdü. 

Elə o anda tətiyi basdı. Tüfəngin ağzından od çıxdı. Cavan topçu

sinəsinə  hava  çəkirmiş  kimi,  qollarını  qabağa  uzadaraq  başını  geri 

atdı,  yerində  iki  dəfə  döndü,  sonra  böyrü  üstə  topun  üstünə  yıxıldı, 

daha  tərpənmədi.  Onun  kürəyinin  ortasından  qan  süzüldüyü 

görünürdü. Güllə onun sinəsini Coııo-keçmişdi. O ölmüşdü. 

Onu götürüb apardılar, başqa bir adamla əvəz etdilər. Barrikada 

bundan bir neçə dəqiqə qazandı. 



Doqquzuncu fəsil 

İCAZƏSİZ OV EDƏN QOCA ADAMIN 

BACARIĞI VƏ 1796-cı İL İTTİHAMNAMƏSİNƏ 

TƏSİR EDƏN SƏRRAST ATƏŞ 

NECƏ KARA GƏLƏRMİŞ 

Barrikadada  məsləhətləşməyə  başladılar.  Bir  az  sonra  topdan 

yenə  atəş  açacaqlar.  Top  saçmasına  onlar  on  beş  dəqiqə  də  davam 

gətirə bilməzdilər. Bu zərbənin təsirini zəiflətmək lazımdı. 

40 

downloaded from KitabYurdu.org




Anjolras əmr etdi: 

-

 



Ora döşək qoymaq lazımdır. 

Kombefer: 

-

 

Bizim indi döşəyimiz yoxdur, - dedi. - Döşəklərin üstündə 



yaralılar yatır. 

Jan Valjan bir az kənarda, meyxananın tinində tüfəngi dizlərinin

arasına qoyaraq tumbanın üstündə oturmuşdu, baş verən hadisədə

indiyə kimi iştirak etməmişdi. Elə bil ki, döyüşçülərin onun ətrafında

deyindiklərini eşitmirdi: “Eh, heyif o tüfəngdən, boş-boşuna qalıb

orada!” 


Anjolrasın əmrini eşidəndə o, ayağa qalxdı. 

Bir şeyi yadımıza salaq: qiyamçılar Şanvreri küçəsinə gələn kimi 

atışma olacağını hiss edən bir qan pəncərənin qabağına döşək tut-

muşdu. Bu, barrikadadan bir az kənardakı altımərtəbəli evin çardaq

pəncərəsi idi. Döşək pəncərənin qabağını eninə tutmuşdu; aşağı-

dan ona paltar qurulayanda ip altına qoyulan iki ağac dayaq vurul-

muşdu, yuxarıda onu iki ip saxlayırdı; iplərin ucu pəncərə qırağına

vurulan iki mismara bağlanmışdı. İplər uzaqdan qaytana oxşayırdı

və havada tük kimi aydın görünürdü. 

Jan Valjan soruşdu: 

-

 

Bir adam mənə qoşalüləli karabin verə bilərmi? 



Anjolras indicə doldurduğu tüfəngini ona uzatdı. 

Jan Valjan mansardanı nişan aldı. Tüfəng atıldı. 

Döşəyə bağlanan iplərdən biri qırıldı. 

İndi döşəyi bircə ip saxlayırdı. 

Jan Valjan tüfəngin o biri gözünü də boşaltdı. O biri ip də qırılıb 

mansardanın pəncərəsinə dəydi. Döşək altdan qoyulan ağac dayaqların 

arasından sürüşərək daş yola düşdü. 

Bütün barrikada əl çalaraq Jan Valjanı alqışladı. 

Hamı birağızdan çığırdı: 

-

 



Bu da döşək! 

Kombefer dedi: 

-

 

Döşək olmağına var, amma kim gedib onu götürəcək?



Döşək barrikadanın qabağına, hücum edənlərlə barrikadanı 

müdafiə  edənlərin  arasına  düşmüşdü.  Bir  də  ki  nişançı  serjantın 

vurulmasından  qəzəblənən  əsgərlər  bir  neçə  dəqiqə  əvvəl  qənbər 

daşından qurduqları sipərin dalında uzanaraq barrikadaya atəş 

41 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

açmağa  başlamışdılar;  onlar  nişançı  serjantın  yerinə  adam  gələnə 



kimi  susmağa  məcbur  olan  topu  əvəz  edirdilər.  Qiyamçılar  döyüş 

sursatını boş yerə sərf etməmək üçün açılan atəşə cavab vermirdilər. 

Barrikada  üçün  tüfəng  qorxulu  bir  şey  deyildi,  lakin  küçəyə  yağ-

dırılan güllə qorxulu idi: orada adama güllə dəyə bilərdi. 

Jan Valjan barrikadada saxlanılan dəlikdən keçib döşəyi götürdü, 

dalına alıb barrikadaya qayıtdı. 

O  özü  təhlükəli  yeri  döşəklə  tutdu,  döşəyi  divara  elə  vurdu  ki, 

topçular onu görə bilməzdilər. 

Bu işi qurtarandan sonra top atəşini gözləməyə başladılar. 

Atəş açıldı. 

Top  nərilti  ilə  top  saçması  barıtını  püskürdü.  Lakin  qəlpələr 

divara  dəyib  qayıtmadı.  Top  saçması  döşəkdə  ilişib  qaldı.  Nəzərdə 

tutulan effekt nəticəsiz qalmadı. Barrikada yaxşı qorunurdu. 

Anjolras Jan Valjana dedi: 

-

 

Vətəndaş, Respublika sizə təşəkkür edir! 



Bossüe fərəhindən qəhqəhə çəkdi. O, həyəcanla dedi: 

-

 



Döşəyin  belə  qüdrətə  malik  olması  adama  bir  təhər  gəlir. 

Dəyərsiz bir şəlpə ildırımlar allahına qalib gəldi! Hər necə olsa, topa 

qalib gələn döşəyə eşq olsun! 

Onuncu fəsil 

SƏHƏR ŞƏFƏQİ 

Elə bu anda Kozetta yuxudan ayıldı. 

Onun  hündür  pəncərəli,  ensiz,  təmiz,  sadə  bir  otağı  vardı;  pən-

cərə şərqə tərəfdi, dal həyətə baxırdı. 

Parisdə nələr olduğundan Kozettanın xəbəri yox idi. 

Dünən o, heç yerə getməmişdi; o, öz otağına gedəndə Tusen ona 

dedi: “Mənə elə gəlir ki, şəhərdə qarışıqlıqdır”. 

Kozetta çox yatmasa da, bərk yatmışdı. O, şirin yuxular görürdü; 

bəlkə  də,  ona  görə  şirin  yuxular  görürdü  ki,  onun  yatağı  dümağ  idi. 

Halə ilə işıqlanmış Mariusa oxşar bir adam onun yuxusuna girmişdi. 

Ayılanda baxdı ki, gün düz onun gözünə düşür. Əvvəl ona elə gəldi 

ki, yenə də yuxu görür. 

42 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə