Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə11/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   7   8   9   10   11   12   13   14   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yaxınlaşdığını göstərirdi.  Keşikçiləri dünən axşamkı kimi geri çağır-



dılar, ancaq bu dəfə hamısını çağırdılar. 

Barrikada indi əvvəlkindən daha yaxşı möhkəmləndirilmişdi. Beş 

nəfər qiyamçı gedəndən sonra onun üstünə şey-şüy yığaraq, daha da 

yüksəltmişdilər. 

Düşmən  arxa  tərəfdən  hücum  edə  bilərdi,  buna  görə  Anjolras 

bazar rayonunu yoxlayan keşikçilərin məsləhəti ilə mühüm bir qərar 

qəbul etdi; o, Mondetur küçəsindəki dar yolu bağlamaq əmrini verdi - 

bu yol indiyə qədər açıqdı. Bunun üçün bir neçə evin qabağındakı daş 

yolu da sökdülər. Bu qayda ilə qabaq tərəfdən Şanv- reri, sol tərəfdən 

Qu quşu və  Kiçik Səfil, sağ tərəfdən Mondetur küçəsini daş sütunla 

kəsən  barrikada  hücuma  qarşı  daha  da  möhkəmlənmiş  oldu;  eyni 

zamanda  onu  müdafiə  edənlərin  yolu  hər  tərəfdən  kəsildi.  Onun  üç 

yolu  vardı,  indi  heç  biri  də qalmadı.  Kurfey-  rak  gülərək  dedi:  “Bu, 

qalaya da oxşayır, siçan tələsinə də!” 

Anjolras  qalan  otuza  qədər  qənbər  daşını  meyxana  qapısı  qaba-

ğına yığdırdı; lakin Bossüenin fikrincə, bu daşlar yoldan nahaq yerə 

qoparılmışdı. 

O  tərəfdən  ki,  hücum  başlanacaqdı,  ora  dərin  sükut  içində  idi, 

buna görə Anjolras hamıya öz yerini tutmağı əmr etdi. 

Hər adama bir içim araq verdilər. 

Barrikada  hücumun  qarşısını  almağa  hazırlaşarkən  çox  qəribə 

vəziyyət alır - bundan da qəribə bir vəziyyət ola bilməz. Hər kəs özü-

nə  eynən  tamaşada  olduğu  kimi,  əlverişli  yer  tutur.  Kimisi  divara 

söykənir, kimisi dirsəklənir, kimisi çiynini yerə verir. Bəziləri qənbər 

daşından  özünə  oturacaq  düzəldir.  Divarın  tini  mane  olursa,  oradan 

uzaqlaşırlar;  çıxıntılı  yer  əlverişlidirsə,  orada  daldalanırlar.  Solaxay- 

lar qiymətə minirlər; onlar başqaları üçün əlverişli olmayan yeri tutur-

lar. Bəziləri elə mövqe tutur ki, oturduqları yerdə tüfəng ata bilsinlər, 

hamı  elə  vəziyyət  almaq  istəyir  ki,  həm  düşməni  asanlıqla  öldürə 

bilsin,  həm  də  özü  rahatca  ölsün.  1848-ci  ilin  faciəli  iyun  vuruşma-

sında son dərəcə sərrast güllə atmağı bacaran bir qiyamçı evin damına 

Volter kreslosu gətirtmiş, bu kresloda oturub atəş açıbmış; elə həmin 

kresloda da top saçması atəşindən ölübmüş. 

Komandir  döyüşə  hazırlaşmaq  əmrini  verən  kimi,  barrikadada 

nizamsız hərəkətlər kəsildi: qiyamçılar daha dəstə-dəstə yığışmadılar, 

künc-bucaqda pıçıldaşmadılar, bir-birilə danışmadılar. Bütün 

34 

downloaded from KitabYurdu.org




fikirlər  bir  məsələ  ətrafında  toplaşdı,  hamı  hücumu  gözləməyə  baş-

ladı.  Barrikada  düşmən  hücumundan  qabaq  əsil  xaosdur,  təhlükəli 

anda əsil intizamdır. Təhlükə qayda-qanun yaradır. 

Anjolras  qoşalülə  karabinini  götürüb,  əwəldən  seçdiyi  yerdə  - 

mazğalaoxşar  bir  deşiyin  qabağında  duran  kimi  hamı  susdu. Qənbər 

daşlarından  qurulmuş  divar  boyunca  zəif  cırıltı  eşidildi:  qiyamçılar 

tüfənglərini doldururdular. 

Təhlükəyə  baxmayaraq,  burada  hamı  özünü  həmişəkindən  daha 

məğrur  tutur,  daha  inamlı  göstərirdi:  ən  yüksək  fədailik  adamın  öz 

varlığını  təsdiq  etməsidir;  heç  kəsdə  ümid  qalmamışdı,  lakin 

fədakarlıq qalmışdı. Fədakarlıq bəzən qalibiyyətə gətirib çıxaran son 

silahdır.  Vergili  belə  demişdir.  İfrat  qətiyyət  ifrat  vasitəyə  əl  atır. 

Bəzən ölüm girdabına atılmaq - fəlakətdən qurtulmaq  yoludur, onda 

tabutun da qapağı xilasedici bir taxta olur. 

Hamının  diqqəti  dünən  axşamkı  kimi  küçə  ayrıcına  sarı  çevril-

miş, ora cəlb olunmuşdu: indi oranı səhər şəfəqi işıqlandırmışdı, hər 

şey aydın görünürdü. 

Çox gözləmək lazım gəlmədi. San-Le tərəfdən bir səs lap aydın-

ca  eşidilməyə  başladı,  ancaq  bu  səs  dünənki  hücumun  hay-küyünə 

oxşamırdı. Zəncir cingiltisi,  nəhəng bir şeyin sarsıla-sarsıla silkələn-

məsi,  daş  yoldan  gələn  mis  səsi,  ağır  gurultu  -  dəhşətli,  dəmir  bir 

maşının yaxınlaşdığını bildirirdi. İnsan mənafeyi və ideyalannın dinc, 

səmərəli  əlaqəsi  üçün  salınmış,  abad  edilmiş  köhnə,  sakit  küçələr 

başdan-başa  tir-tir  əsdi:  onlar  müharibə  çarxlarının  dəhşətli  gurul-

tularına davam gətirməyəcəkdi. 

Döyüşçülər yol ayncına daha diqqətlə baxmağa başladılar. 

Bir top göründü. 

Topçular,  atəş  açmağa  hazır  edilmiş  və  top  arabasından  açılmış 

topu çəkə-çəkə, itələyə-itələyə gətirirdilər; iki adam top qundağından 

yapışmışdı,dörd  adam  çarxları  itələyirdi,  bir  neçə  adam  da  daldan 

mərmi qutusunu gətirirdi. Yandırılmış fitilin tüstüsü görünürdü. 

Anjolras çığırdı: 

- Atəş! 

Barrikadadan  yaylım  atəşi  açıldı,  dəhşətli  bir  gurultu  qopdu: 

tüstü dumanı topu və topun yanındakı adamları bürüdü, onlar gözdən 

itdi. Bir neçə saniyədən sonra tüstü dumanı dağıldı,  top da, adamlar 

da yenə göründü. Topçular tələsmədən, ağır-ağır, səliqə 

35 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

ilə  topu  barrikadaya  qarşı  yönəldirdilər.  Onlardan  heç  biri  yaralan-



mamışdı. Sonra nişançı müşahidə borusuna istiqamət verən bir astro-

nom ciddiyyətilə nişan almağa başladı. 

Bossüe çığırdı: 

-

 



Afərin, topçular! 

Bütün barrikada onun sözünə əl çaldı. 

Topu küçənin düz ortasında möhkəm yerləşdirdilər; indi top atəş 

açmağa hazır idi. O, öz dəhşətli ağzını barrikadanın üstünə açmışdı. 

Kurfeyrak dedi: 

-

 



Hə,  başla  görək!  Yamanca  yırtıcı  heyvandır!  Əvvəl  çırtma, 

sonra  yumruq!  Ordu  nəhəng  pəncəsini  bizə  sarı  uzadır.  Barrikadanı 

yaman silkələyəcək. Tüfənglə yoxlayırlar, top ilə vururlar. 

Kombefer əlavə etdi: 

-

 

Bu səkkiz düyməli yeni model topdur, özü də tuncdan düzəl-



dilmişdir. Bu topların yüz hissəsi misdir, on hissəsi qalay, bu tənasüb 

azca pozulsa, top atəş açanda partlar. Qalayın qədərindən artıq olması 

onu  davamsız  eləyir.  Topun  lüləsində  boşluq  və  koğuş  əmələ  gələ 

bilər. Bu təhlükənin qabağını almaq, həm də barıtı artırmaq üçün on 

dördüncü əsrdə olduğu kimi, topun lüləsinə - barıt tökülən yerdən ta 

sapfaya  kimi  -  bir  neçə  polad  halqa  vurmaq  lazımdır.  Hələlik  işin 

içindən  belə  çıxırlar:  cırcıra  deyilən  cihazla  top  lüləsinin  harasında 

çatlaq və koğuş olduğunu müəyyən edirlər. Lakin daha yaxşı bir üsul 

vardır ki, o da hərəkət edən Qriboval qığılcımıdır. 

Bossüe dedi: 

-

 

On altıncı əsrdə toplar yivli idi. 



Kombefer onun sözünü təsdiq etdi. 

-

 



Doğrudur.  Bu,  zərbə  qüvvəsini  artırır,  ancaq  sərrastlığını 

azaldır. Bir də ki, yaxın məsafəyə atəş açanda trayektoriyanın lazımi 

bucağı  olmur,  onun  parabolası  həddindən  artıq  böyüyür,  mərmi 

lazımınca  düz  xətt  üzrə  getmir,  yolda  rast  gəldiyi  şeylərə  zərbə 

endirmək iqtidarında olmur. Vuruşmada isə bu zəruridir; düşmən nə 

qədər yaxında olsa, top nə qədər tez-tez atəş açsa, bunun əhəmiyyəti 

bir  o  qədər  artır.  On altıncı  əsrin  yivli  toplarından  atılan  mərmilərin 

uçuşunda olan bu nöqsan kəsinin zəifliyindən asılı idi, kəsinin zəifliyi 

isə  belə  toplarda  ballistikanın  tələblərinə  görə  idi,  həm  də  top 

qundağının  saxlanmasına  imkan  yaradırdı.  Xülasə,  top  kimi  bir 

müstəbid istədiyini 

36 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə