Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə19/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   15   16   17   18   19   20   21   22   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Lakin o, nəğməni oxuyub qurtara bilmədi. Nişançının ikinci gül-



ləsi bu nəğməni əbədi olaraq yarımçıq qoydu. Bu dəfə o, üzü üstə daş 

yola  yıxıldı,  bir  daha  tərpənmədi.  Onun  həm  uşaq,  həm  də  əzəmətli 

ruhu uçub getdi. 

On altıncı fəsil 

QARDAŞ NECƏ ATA OLA BİLƏR 

Bu  faciədə  biz  heç  bir  şeyi  nəzərdən  qaçırmamalıyıq.  Elə  bu 

zaman Lüksemburq bağında iki uşaq əl-ələ tutaraq gedirdi. Onlardan 

birinə yeddi, o birisinə beş yaş vermək olardı. Yağış onları islatmışdı; 

onlar  xiyabanın  güney  tərəfilə  gedirdilər,  böyük  uşaq  balacanı  çəkə- 

çəkə aparırdı. Cır-cındır paltar geymiş bu solğunüzlü uşaqlar boz quş-

ları xatırladırdılar. Balaca böyüyə deyirdi: “Mən yaman acmışam”. 

Böyük  uşaq  sol  əli  ilə  kiçik  qardaşının  əlindən  tutaraq,  onu 

himayə  edən  bir  adam  kimi  aparırdı,  sağ  əlində  balaca  çubuq 

tutmuşdu. 

Onlar bağda tək idilər, heç kəs yox idi; üsyan olduğuna görə polis 

idarəsinin  sərəncamı  ilə  bağın  qapıları  kilidlənmişdi.  Orada  duran 

qoşun hissələri döyüşə getmişdi. 

Bu iki uşaq bura necə gəlib-çıxmışdı? Bəlkə, onlar bağlanmamış 

keşikçi  məntəqəsindən  qaçmışdılar,  ya  bəlkə,  “Cəhənnəm 

qarovulxanasının”  yaxınlığında  olan  Rəsədxana  qarşısındakı  mey-

dandan,  ya  da  ön  tərəfində  “Jnvenerunt  parvulum  pannis  involu- 

tum”

1

  sözləri  yazılan  tindəki  frontodan  əkilmişdilər;  ya  bəlkə  də, 

dünən  axşam  park  bağlananda  onlar  gözətçinin  gözündən  yayınaraq 

qəzet oxunan köşklərdən birində gizlənmişdilər. Hər halda, onlar istə-

dikləri  yerdə gəzirdilər, elə bil, tamam sərbəstdilər. Cişaq ki istədiyi 

yerdə gəzir, həm də özünü tamamilə sərbəst hiss edir, bu, o deməkdir 

ki, azmışdır. Bu zavallı körpələr, doğrudan da, azmışdılarlar. 

Oxucuların yadındadır: bunlar həmin uşaqlardı ki, Qavroş onların 

qayğısına  qalırdı.  Bunlar  cənab  Jilnormanın  ayağına  yazılan, 

Manyonun  yanında  yaşayan  Tenardyenin  uşaqları  idi.  İndi  onlar 

bütün bu qırılmış budaqlardan yarpaq kimi qopub yerə düşmüşdülər, 

külək də onları süpürüb aparırdı. 

1

 “Qundaqda çağa tapılmışdır.” 

(lat.)

 

58 


downloaded from KitabYurdu.org


Manyonun vaxtında onların paltan çox təmiz və səliqəli idi, buna 

görə  cənab  Jilnorman  Manyondan  razı  qalırdı;  amma  indi  uşaqların 

paltarı cındıra dönmüşdü. 

İndi onlar “sahibsiz uşaqlar” zümrəsinə daxil olmuşdular, statis-

tika onları hesablayır, polis idarəsi küçələrdən yığır, itirir, sonra yenə 

də Paris küçələrində tapır. 

Bu  zavallı  uşaqlar  ancaq  belə  qorxulu  gündə  bağa  girə  bilmiş-

dilər;  gözətçilər  görmüş  olsaydılar,  onlan  bağdan  qovardılar.  Kiçik 

dilənçiləri ictimai parklara buraxmırlar; amma düşünmək lazımdır ki, 

onların da başqa uşaqlar kimi çiçəyə baxmağa haqqı vardır. 

Dəmir barmaqlı qapılar bağlı olduğu üçün bu iki uşaq bağa girə 

bilmişdi. Onlar qayda-qanunu pozmuşdular. Onlar gizlincə bağa girib

orada qalmışdılar. Qapıların bağlanması gözətçilərə buradan getməyə 

haqq  vermir;  nəzarət,  guya,  davam  edir,  ancaq  bir  az  zəifləyir. 

Gözətçilərin özləri ümumi həyəcana tutulmuşdular, onlan bağdan çox

küçədə  baş  verən  hadisələr  maraqlandınrdı,  buna  görə  də  bağı 

gözləmirdilər, iki balaca cinayətkarın ora girməsini görməmişdilər. 

Dünən  yağış  yağmışdı,  səhərçağı  da  az-az  çiləyirdi.  Lakin  iyun 

leysanı  hesaba  alınmır.  Tufandan  bir  saat  sonra  bu  gözəl  günəşli 

günün üzərinə göz yaşı töküldüyünü güclə görmək olur. Yayda yerdə 

də körpənin yanaqlarındakı kimi göz yaşı tez quruyur. 

Yayın  gün  dönümündə  parlaq  günəş  işığı,  əgər  belə  demək 

mümkünsə,  adamın  bütün  varlığına  nüfuz  edir.  O,  hər  şeyi  bürüyür. 

O, yerə yayılır, yeri qucaqlayır, elə bil ki, yeri əmir. Elə güman etmək 

olar ki, susuzluqdan yanır. O, leysanı bir stəkan su kimi qurudur, bir 

qurtuma  içir.  Hələ  səhərçağı  hər  yerdə  xırdaca  çaylar  kimi  sular 

axırdı, günortadan sonra isə hər yeri toz basırdı. 

Yağışın yuduğu, günəş şüalarının qurutduğu yaşıllıqdan füsunkar 

şey  yoxdur;  bu  istilik  nüfuz  etmiş  təravətdir.  Kökləri  su  içində, 

çiçəkləri  gün  işığında  qərq  olan  bağlar,  çəmənlər  gülab  kimi  buxar-

lanır, yerin ətrini ətrafa saçır, hər şey sizə doğru can atır. Adam xoş 

bir  duyğudan  məst  olur.  Bahar  cənnətin  astanasıdır;  günəş  adama 

səbir etməkdə, gözləməkdə kömək edir. 

Elə adamlar var ki, onlar çox şey tələb eləmirlər; elə adamlar var 

ki, lacivərd göylərə baxaraq deyirlər: “Bizə lazım olan ancaq budur!” 

Möcüzələr aləminə dalan, kainata seyr edən, təbiətə pərəstiş etməkdə 

xeyrə və şərə etinasızlıq göstərən, insanlara qarşı tamamilə laqeyd 

59 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

qalan  elə  xəyalpərəstlər  var  ki,  onlar  belə  deyirlər:  “Aclıq  çəkənləri 



ehtiyac  içində  olanları,  qışın  şiddətli  soyuğunda  çılpaq  qalan  fağır- 

füqəranı, xəstəlikdən fəqərə sütunu əyilən uşağı, ölüm yatağına düşən 

xəstəni, ev çardağını, həbsxana kamerasını, soyuqdan cır-cındır içində 

tir-tir əsən qızı düşünmək, bundan ötrü narahat olmaq nəyə lazımdır - 

ağac  altında  uzanıb  xəyala  dalmaq  mümkünsə,  belə  şeylərlə  niyə 

kefini  pozasan”.  Adamı  dəhşətə  salan  bu  sakittəbiətli  adamlar  rəhm 

etməyin  nə  olduğunu  bilmirlər,  hər  şeydən  razıdırlar.  Qəribə  şeydir, 

onlar  namütənahiliklə  kifayətlənirlər.  İnsanın  əldə  etməsi  mümkün 

olan  mütənahiliyə  can  atmasından,  insanın  bu  böyük  səyindən  onlar 

xəbərsizdirlər.  Tərəqqini  nəzərdə  tutan  mütə-  nahilik,  yüksək  əmək 

onların  fikrini  məşğul  etmir.  Bəşəri  və  ilahi  cəhətlərin, 

namütənahiliyin  və  mütənahiliyin  birləşməsindən  meydana  gələn 

şeylər  onların  nəzərindən  qaçır.  Onlar  ancaq  bunu  istəyirlər  ki, 

namütənahiliklə  qarşı-qarşıya  dursunlar  -  bundan  onlar  həzz  alırlar, 

özlərini xoşbəxt hesab edirlər. Onlar sevincin nə olduğunu bilmirlər, 

onlar  ancaq  heyrət  etməyi  bacarırlar.  Onların  həyatı  seyr  etməkdən 

ibarətdir.  Bəşəriyyət  tarixi  onlar  üçün  ancaq  kainat  kitabının 

səhifələrindən  biridir.  Bu  səhifə  Küllü  özündə  yerləşdirmir;  böyük 

Küll  kənarda  qalır  -  insan  kimi  əhəmiyyətsiz  bir  şeylə  məşğul 

olmağına dəyərmi? İnsan əziyyət çəki - çəksin də, nə olar? Amma siz 

bir  baxın,  görün,  Aldebaran  necə  çıxır!  Ananın  daha  südü  yoxdur, 

yəni  doğulmuş  uşaq  ölür  -  ölsün  də,  mənə  nə!  Yaxşısı  budur,  siz 

baxın, görün, şam ağacının qabığı ilə gövdəsi arasındakı layın xırdaca 

bir dairəciyi mikroskop altında necə gözəl görünür! Ən zərif krujeva 

buna  tay  ola  bilərmi?  Belə  mütəfəkkirlər  sevgini  unudurlar.  Zodiak 

onların fikrini o qədər məşğul edir ki, onlar ağlayan uşağı görmürlər. 

Tanrı onların ruhunu dumanlandırır. Onlar eyni zamanda həm böyük, 

həm  də  kiçik  olan  mücərrəd  fikirli  adamlardır.  Horat-  si  belə  bir 

adamdı;  Gete  də,  hətta,  bəlkə,  Lafonten  də  belə  adamdı;  bunlar 

namütənahiliyin  əla  xudbinləri,  əzab  çəkən  insanların  laqeyd 

tamaşaçılarıdır.  Hava  yaxşı  olsa,  onlar  Neronu  görmürlər;  günəş 

onların  nəzərində  tonqalı  kölgədə  buraxır,  hətta  edam  cəzasında  da 

onlar  işıqların  təsirini  axtarırlar;  onlar  nə  çığırtı,  nə  hönkürtü  səsini, 

nə canvermə xırıltısını, nə təhlükə zənglərinin imdadını eşidirlər; əgər 

maydırsa,  ay  çıxıbsa,  onlar  hər  şeyi  gözəl  görürlər,  başları  üstündə 

tünd-qırmızı, qızıl rəngli buludlar süzürsə, onlar hər 

60 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə