Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə22/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   18   19   20   21   22   23   24   25   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Sonra əlavə etdi: 



-

 

Tüilridən Lüksemburqa qədər olan məsafə, kraldan perə qədər 



olan məsafədən çox deyil; bu, yaxındadır. Bir azdan güllə dolu kimi 

yağacaq. 

Sonra göyə baxdı. 

-

 



Bəlkə,  elə  o  buluddan  dolu  yağacaq;  göy  üzü  mübarizəyə 

qarışır,  Burbonlar  nəslinin  kiçik  budağı  ölümə  məhkum  edilmişdir 

.Tez gedək. 

üşaq zarıldadı: 

-

 

Mən istəyirəm görüm, quşlar bulkanı necə yeyəcəklər? 



Atası etiraz etdi: 

-

 



Yox, bu, ağılsızlıq olardı. 

O, balaca burjuanı çəkib apardı. 

üşağın ürəyi quşların  yanında qalmışdı; xiyabandan çıxana kimi 

o, tez-tez dönüb hovuza baxırdı. 

Bu zaman iki səfil uşaq qu quşları ilə bir vaxtda bulkaya yaxın-

laşdı: su ləpələnir, bulka suyun üzündə tərpənirdi. Kiçik uşaq bulka-

ya, böyük uşaq uzaqlaşmaqda olan burjuaya baxırdı. 

Ata ilə oğul xiyabanların dolanbac yoluna qədəm qoydu; bu yol 

“Şahzadə qız” küçəsi yanında olan qoruqluqdakı böyük pilləkənə sarı 

aparırdı. 

Onlar  gözdən  itən  kimi  böyük  uşaq  cəld  qarnı  üstə  hovuzun 

dəyirmi  qırağına  yatdı,  sol  əli  ilə  hovuzun  kənarından  tutub,  suya 

əyildi, sağ əlindəki çubuğu bulkaya uzatdı, bu  vəziyyətdə suya düşə 

bilərdi. Quşlar düşməni görüb suyu döşləri ilə yara-yara daha tez- tez 

üzməyə  başladılar.  Quşların  belə  üzməsi  uşağın  xeyrinə  oldu;  su 

ləpələndi, dairəvi ləpələrdən biri bulkanı düz çubuğun üstünə itələdi. 

Quşlar  özünü  yetirənə  kimi  çubuq  bulkaya  çatdı,  üşaq  çubuğu  tez 

yellətdi,  quşları  ürküdüb  qovdu,  çubuğu  bulkaya  batırıb  özünə  sarı 

çəkdi,  götürdü,  ayağa  qalxdı.  Bulka  tamam  islanmışdı;  uşaqlar  həm 

ac idilər, həm də susamışdılar. Böyük uşaq bulkanı iki yerə böldü: bir 

parçası  böyük  düşdü,  o  birisi  balaca,  özü  balacanı  götürdü,  böyüyü 

qardaşına verib dedi: 

-

 

Al, tıxı. 



66 

downloaded from KitabYurdu.org




On yeddinci fəsil 

MORTÜÜS PATER FİLİÜM MORİTÜRÜM 

EXPECTAT

1

 

Marius  fikirləşmədən  barrikadadan  küçəyə  atıldı.  Kombefer  də 

onun ardınca cumdu. Ancaq daha gec idi. Qavroş ölmüşdü. Kombefer 

içində patron olan səbəti, Marius da uşağı barrikadaya gətirdi. 

Marius düşünərək öz-özünə dedi: “Bunun atası mənim atam üçün 

nə  eləmişdirsə,  mən  də  onun  oğlu  üçün  bunu  elədim;  ona  olan 

borcumu yerinə yetirdim. Ancaq Tenardye mənim atamı döyüş mey-

danından diri çıxarmışdı, çox təəssüf ki, mən onun oğlunun meyitini 

gətirirəm”. 

Marius  Qavroşu  qucağında  istehkama  gətirəndə  onun  üzü  Qav- 

roşun üzü kimi qana bulaşmışdı. 

0

 



əyilib  Qavroşu  qaldıranda  güllə  onun  başını  yüngülcə  yara-

lamışdı, o, bunu heç duymamışdı da. 

Kurfeyrak qalstukunu açıb Mariusun alnını sarıdı. 

Qavroşu  Maböfün  yanına,  stolun  üstünə  qoydular,  hər  ikisinin 

üstünü qara şalla örtdülər. Şal qocaya da çatdı, uşağa da. 

Kombefer səbətdə gətirdiyi patronları bölüşdürdü. 

Hər adama on beş güllə düşdü. 

Jan Valjan elə bayaqkı kimi tumbanın üstündə sakitcə oturmuş-

du. Kombefer ona da on beş patron vermək istədi, o, başını yelləyərək 

patronları almadı. 

Kombefer pıçıltı ilə Anjolrasa dedi: 

-

 



Hə  qəribə  adamdır!  Barrikadada  olasan,  özün  də 

vuruşmayasan! 

Anjolras etiraz etdi: 

-

 



Amma bu, onun barrikadanı müdafiə etməsinə mane olmur. 

Kombefer: 

-

 

Qəhrəmanlar içində də qəribə adamlar olur, - dedi. 



Kurfeyrak onların danışığını eşidərək əlavə etdi: 

-

 



Bunun qəribəliyi qoca Maböfün qəribəliyi kimi deyil, tamam 

ayn qəribəlikdir. 

Qeyd etmək lazımdır ki, barrikadanın atəşə tutulması qiyamçıları 

çox da həyəcana salmadı. Küçə vuruşması burulğanında sakitliklə 

1

  Ölmüş ata ölümə gedən oğlunu gözləyir, 

(lat.)

 

67 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

fırtına  anları  çox  qəribə  surətdə  bir-birini  əvəz  edir.  Bu  burulğana 



düşməyənlər  onu  təsəvvür  edə  bilməzlər.  Adamlar  barrikadanın 

içində  gəzişirlər,  danışırlar,  zarafat  edirlər.  Mənim  dostlarımdan  biri 

top  saçması  atəşinin  lap,  qızğın  vaxtında  bir  döyüşçüdən  bu  sözləri 

eşitmişdi: “Biz burada lap elə bil, subaylar qonaqlığındayıq”. Təkrar 

edirik:  “Şanvreri  küçəsindəki  istehkamın  iç  tərəfi  çox  sakit  görü-

nürdü. Sınağın bütün gözlənilməyən dəyişiklikləri, bütün mərhələləri 

arxada  qalmışdı,  ya  da  tezliklə  arxada  qalacaqdı.  Onların  vəziyyəti 

böhranlı  haldan  təhdidedici  hala,  təhdidedici  haldan  isə,  yəqin  ki, 

ümidsiz  hala  düşmüşdü.  Vəziyyət  ağırlaşdıqca,  üfüqlər  qaraldıqca, 

qəhrəmanlıq  haləsi  barrikadanı  daha  artıq  işıqlandırırdı.  Amansız 

Anjolras  öz  qılıncını  Epidotun  kədərli  dühasına  ithaf  edən  gənc 

spartalı kimi barrikadanın üstündə yüksəlirdi. 

Kombefer döşlüyünü taxıb yaralıların yarasını bağlayırdı. Bossüe 

ilə Feyi barıt qabı ilə patronları doldururdu; barıt qabını Qavroş onba- 

şının meyitindən tapmışdı. Bossüe Feyiyə deyirdi: “Az qalıb: dilican 

tutub  başqa  bir  planetə  gedəcəyik”.  Kurfeyrak  öz  xırda-xuruş 

şeylərini sahmana salan səliqəli cavan qız kimi bütün cəbbəxanasını*, 

əl  ağacını,  qılıncını,  tüfəngini,  bir  cib,  iki  də  yəhər  tapançasını 

Anjolrasın  yanında  bəyənib  seçdiyi  qənbər  daşlarının  üstünə  qoydu. 

Jan Valjan düz önünə baxırdı. Fəhlələrdən biri FIüşlü xalanın böyük 

həsir şlyapasını başına qoyur, qaytanla bağlayırdı, deyirdi ki: “Bunu 

ona  görə  eləyirəm,  məni  gün  vurmasın”.  Eks  şəhərinin  kuqurdalı 

gəncləri gülə-gülə söhbət edirdilər. Sanki, onlar tələsir, axırıncı dəfə 

olaraq  öz  ana  şivələrində  doyunca  danışmaq  istəyirdilər.  Joli  Hüşlü 

xalanın güzgüsünü divardan götürüb dilinə baxırdı. Bir neçə qiyamçı 

şkafdan  tapdığı  kif  basmış  çörək  qabığını  acgözlüklə  gəmirirdi. 

Marius da: “Görəsən, o dünyada atam mənə rast gələndə nə deyəcək” 

- fikrilə məşğuldu. 



On səkkizinci fəsil 

YIRTICI ÖZÜ OVLANIR 

Barrikadalarda  baş  verən  psixoloji  bir  hadisədən  bəhs  edək.  Bu 

fövqəladə küçə müharibəsi üçün səciyyəvi olan heç bir şeyi nəzərdən 

qaçırmaq olmaz. 

68 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə