Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə10/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   6   7   8   9   10   11   12   13   ...   272

ahəngdarlıq əmələ gələcəkdir; planetlər hərləndikcə Günəşə sarı cəzb 

olunduqları  kimi,  ruh  da  həqiqətə  doğru  cəzb  olunacaqdır.  Dostlar, 

biz  qorxunc  bir  dövrdə  yaşayırıq,  mən  sizinlə  qorxunc  bir  zamanda 

danışıram;  lakin  biz  bu  böyük  qurbanı  gələcək  üçün  veririk.  Bunun 

qarşısında bizim aldığımız bir şey inqilabdır! Bəşəriyyət azad olacaq, 

yüksələcək,  təsəlli  tapacaq!  Biz  bu  barrikadadan  bəşəriyyəti  buna 

əmin  edirik!  Məhəbbətin  səsi  fədailik  zirvələrindən  deyil  də,  bəs 

harada  yüksələcək?  Qardaşlar,  düşünən  insanlarla  əzab  çəkən 

insanlar,  bax,  burada,  bu  yerdə  birləşir.  Bizim  barrikada  daşdan, 

dirəkdən, dəmir parçalarından qurulmamış, böyük ideyalardan, böyük 

əzab  və  iztirabdan  qurulmuşdur.  Burada  bədbəxtlik  idealla  birləşir. 

Gündüz  gecəyə  qarışaraq,  gecəyə  deyir:  “Mən  səninlə  öləcəyəm, 

amma  sən  mənimlə  yenidən  diriləcəksən”.  Bütün  qəm-  qüssənin 

birləşməsindən  inam  meydana  gəlir.  Əzab  bura  canver-  mə  əzabını, 

ideyalar isə öz əbədiliyini gətirir. Bu canvermə, bu əbədilik birləşərək 

bizim  ölümümüz  olacaqdır.  Qardaşlar,  kim  burada  öləcəksə,  o, 

gələcəyin işığında öləcək, biz səhər şəfəqinin işığı ilə dolu olan qəbrə 

gedəcəyik. 

Anjolras  öz  nitqini  qurtardı,  daha  doğrusu,  onu  kəsdi;  onun 

dodaq- lan səssizcə tərpənirdi, sanki, o, sözünə davam edir, öz-özü ilə 

danışırdı. Hamı nəfəsini qısaraq ona baxırdı, sanki, onun bu sözlərini 

də eşitmək istəyirdi. Söz külək kimidir; sözün fikirdə yaratdığı həyə-

can küləyin yarpaqlarda əmələ gətirdiyi titrəyişə bənzəyir. 

Altıncı fəsil 

MARİÜS QAŞQABAQLIDIR. 

JAVER QISA DANIŞANDIR 

İndi də Mariusun fikrində nələr olduğundan bəhs edək. 

Onun  ruhi  vəziyyətini  xatırlayaq.  Bir  az  əvvəl  demişdik  ki,  hər 

şey  ona  xəyal  kimi  görünürdü.  O,  ətrafında  baş  verən  hadisələri 

tutqun  bir  şəkildə  dərk  edirdi.  Sanki,  onun  üzərinə  ölən  adamın 

üzərinə gərilən nəhəng, məşum qanadın kölgəsi düşmüşdü. O, elə bil, 

qəbirdə  idi,  özünü  o  biri  dünyada  hiss  edirdi,  o,  canlı  adamları  ölü 

adamın gözlərilə görürdü. 

31 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Cənab Foşlevan bura haradan gəlib çıxmışdı? O, niyə gəlmişdi.



Onun burada nə işi vardı? Marius heç də özünə belə suallar vermirdi.

Bir də ki ümidsizlik bizə başqalarının da ümidsizliyə tutulduğu qətiy

yətini verir, bu, ona xas olan bir şeydir. Buna görə də hamının ölü mə 

getməsi Mariusa təbii görünürdü. 

Yalnız Kozettanı düşünəndə iztirab çəkirdi. 

Cənab Foşlevan onunla danışmırdı, ona baxmırdı, elə bil ki

Mariusun: “Mən onu tanıyıram” sözlərini eşitmirdi. 

Lakin Foşlevanın bu hərəkəti Mariusu sakitləşdirirdi, hətta belə

bir söz onun düşüncələrinə uyğun gəlsəydi, deyə bilərdik ki, onu

sevindirirdi. Ona həmişə elə gəlirdi ki, bu qəribə adamla danışmaq

mümkün olan şey deyil; bu adam ona həm şübhəli, həm də hör mət 

edilməli şəxs kimi görünürdü. Bir də ona çoxdan rast gəlmirdi, bu isə 

Marius kimi çəkingən və sirverməz adam üçün işi daha da

mürəkkəbləşdirirdi. 

Beş adam barrikadanı tərk edərək Mondetur küçəsindən keçib

getdi. Zahirən onlar milli qvardiyaçılardan heç də seçilmirdilər.

Onlardan biri gedəndə ağladı; hamısı barrikadada qalanlarla qucaq

laşıb ayrıldı. 

Həyata qaytarılan bu beş adam gedəndən sonra ölümə məh kum 

edilən adam Anjolrasın yadına düşdü. O, aşağıya, zala endi. Dirəyə 

sarınmış Javer fikrə dalı 

Anjolras ondan soruşdu: -

 

Sənə bir şey lazımdırmı? 



Javer də ondan soruşdu: 

- Siz məni haçan öldürəcəksiniz? 

- Hələ dayan, indi bizim hər patronumuz hesaba alınmışdır. -

Onda mənə su verin. 

Anjolras özü ona bir stəkan su verdi; Javerin əl-qolu bağlı 

olduğundan, suyu ona özü içirtdi. 

Anjolras bir də soruşdu: 

-

 



Elə bu? 

Javer dedi: 

-

 

Mən  ayaq  üstə  durmaqdan  yoruldum.  Bütün  gecəni  məni  bu 



vəziyyətdə saxlamaq sizin tərəfinizdən çox da nəzakətli hərəkət deyil. 

Məni necə istəyirsiniz, elə də sarıyın, ancaq niyə məni, bax, o adam 

kimi stol üstünə qoymayasınız? 

32 


downloaded from KitabYurdu.org


Javer başı ilə cənab Maböfün meyitini göstərdi. 

Yadımıza salaq ki, zalın dib tərəfində uzun bir stol vardı; qiyam-

çılar onun üstündə güllə tökür, patron hazırlayırdılar. Lakin indi pat-

ronlar doldurulmuş, barıtın da hamısı işlənib qurtarmışdı, stolun üstü 

boş idi. 

Anjolrasın  əmri  ilə  dörd  qiyamçı  Javeri  dirəkdən  açdı.  Onlar 

Javeri açanda bir qiyamçı da süngünü onun sinəsinə tutub durmuşdu. 

Onun  əl-qolunu  dalda  bağlı  saxladılar,  ayaqlannı  isə  nazik,  lakin 

möhkəm qayışla elə bağladılar ki, o, on beş düymdən artıq addım ata 

bilməzdi:  edam  kürsüsünə  aparılan  adamla  belə  rəftar  edirlər.  Sonra 

Javeri  zalın  dib  tərəfindəki  stolun  yanına  apardılar,  stolun  üstünə 

uzatdılar, kəndirlə onu stola bərk-bərk sandılar. 

Bu  cür  çidarlanmış  adam  heç  qaça  bilməzdi,  lakin  ehtiyat  üçün 

onu  həbsxanalarda  “martinqal”  deyilən  qayda  ilə  də  sarıdılar:  yəni 

kəndiri boynuna bağladılar, bu kəndir onun peysərindən aşağı enərək 

belində ikiləşir, qıçlarının arasından keçərək, biləklərini bururdu. 

Javeri stola sarıyanda bir adam qapı ağzında durub çox diqqətlə 

ona  baxırdı.  Javer  bu  adamın  kölgəsini  görüb  başını  çevirdi,  baxdı, 

Jan Valjanı tanıdı. Javer heç diksinmədi də, ancaq gözlərini yumaraq 

təkəbbürlə dedi: “Bu, belə də olacaqdı”. 



Yeddinci fəsil 

VƏZİYYƏT AĞIRLAŞIR 

Hava tez işıqlanırdı. Ancaq nə bir pəncərə açılır, nə bir qapı ara-

lanırdı:  bu,  səhər  idi,  ancaq  camaatın  oyanması  deyildi.  Şanvreri 

küçəsinin sonunda, barrikadanın qarşı tərəfində dayanan əsgərləri geri 

çəkdilər; küçə boş görünür, yoldan keçən adamları məşum bir sakitlik 

bürüyürdü.  Sen-Den  küçəsi  Fivdəki  sfinkslər  xiyabanı  kimi  sükut 

içində  idi.  Dan  yeri  işığında  ağaran  küçə  ayrıclarında  bircə  canlı 

məxluq  da  görünmürdü.  Boş  küçələri  bürüyən  səhər  şəffaflığından 

kədərli şey yoxdur. 

Heç  bir  şey  görünmürdü,  lakin  haradansa  qulağa  səs  gəlirdi, 

görünür, yaxında gizli bir hərəkət vardı. Hər şey o dəhşətli anın 

33 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə