DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
-
Yox. Onun meyiti bizim meyitlərin yanında olmağa layiq deyil.
Kiçik barrikadadan keçib Mondetur küçəsinə getmək olar. Bu bar-
rikadanın dörd fut hündürlüyü var. Casusun əl-qolu bərk bağlanıb.
Ora aparın, güllələyin.
Bir adam bu zaman Anjolrasdan da sakit görünürdü; bu
Javer idi.
Bu anda Jan Valjan göründü.
O, qiyamçıların içində idi. Özünü qabağa verib Anjolrasa dedi:
-
Rəis sizsiniz?
-
Bəli.
-
Siz bayaq mənə təşəkkür etdiniz.
-
Bəli, respublika adından. Barrikadanı iki adam xilas etdi:
Marius Ponmersi və siz.
-
Siz necə bilirsiniz, mən mükafat almağa layiqəmmi?
-
Əlbəttə.
-
Onda xahiş edirəm mənə mükafat verilsin.
-
Necə mükafat istəyirsiniz?
-
İstəyirəm ki, bu adamın alnına gülləni özüm çaxam.
Javer başını qaldırdı. Jan Valjanı gördü, güclə sezilən bir hərə-
kət edərək dedi:
-
Bu, haqlı
Anjolras karabini doldurub hamını gözdən keçirdi:
-
Etiraz yoxdur ki?
Sonra Jan Valjana sarı döndü:
-
Aparın casusu.
Jan Valjan Javer sarındığı stolun qırağında oturdu, bununla,
elə bil ki, Javerin onun ixtiyarına keçdiyini bildirmiş oldu. Tapançanı
götürüb doldurdu: eşidilən çaqqıltıdan belə bir nəticə çıxarmaq olardı.
Elə bu anda şeypurçunun şeypuru səsləndi.
Marius barrikadanın üstündən çığırdı:
-
Silah başına!
Javer səssizcə güldü - bu, ona xas olan bir gülüşdü - sonra
qiyamçılara diqqətlə baxıb dedi:
-
Sizin halınız mənimkindən yaxşı olmayacaq.
Anjolras komanda verdi:
-
Hamı barrikadaya!
72
downloaded from KitabYurdu.org
Qiyamçılar nizamsız halda qapıya cumdular, onlar yüyürə-
yüyürə gedəndə Javer düz onların dalınca - qoy bu ifadə üçün bizi
bağışlasınlar - belə bir xeyir-dua verdi:
- Bu yaxında görüşərik!
On doqquzuncu fəsil
JAN VALJAN İNTİQAM ALIR
Jan Valjan tək qalandan sonra Javerin bədəninə bağlanan kəndiri
açdı - kəndirin ucu stolun altında düyünlənmişdi. Sonra Javerə işarə
ilə “dur” dedi.
Javer təsviri mümkün olmayan bir təbəssümlə ayağa qalxdı. Bu
təbəssümdə, buxovlanmış da olsa, hakimiyyət qüruru və üstünlüyü
ifadə olunurdu.
Jan Valjan yük heyvanının Cilovundan tutan kimi, Javerin mar-
tinqalından tutdu, onu yavaş-yavaş öz arxasınca çəkə-çəkə meyxa-
nadan çıxdı: Javerin qıçları kəndirlə bağlandığı üçün addımlarını
xırda-xırda atırdı.
Jan Valjan tapançanı əlində sıxa-sıxa gedirdi.
Bu qayda ilə onlar barrikadanın içindəki trapesiya şəkilli mey-
danı keçdilər. Mütləq hücum olacağını gözləyən qiyamçıların üzü o
biri tərəfə idi.
Ancaq Marius barrikadanın sol tərəfində durduğundan onların
keçib getdiyini-gördü. Onun qəlbinə dolan sönük işıq cəlladla ölümə
məhkum edilən bu iki adamı da bürümüşdü.
Jan Valjan bir an da Javeri buraxmırdı; o, çətin də olsa, Javeri
Mondetur küçəsindəki alçaq səddin üstündən keçməyə məcbur etdi.
Onlar səddi keçəndən sonra boş bir küçəyə çıxdılar; burada heç
kəs yox idi, onları görən olmazdı. Tindəki ev qiyamçılarla onların
arasını kəsirdi. Bir neçə addım kənarda meyit yığını vardı; bar-
rikadadan çıxarılan bu meyitlərə baxanda adamı dəhşət bürüyürdü.
Onların içində bir qadın meyiti diqqəti cəlb edirdi; onun dağınıq saçı
göyərmiş üzünə tökülmüşdü; əlinə güllə dəymişdi, sinəsi yanya qədər
açıqdı. Bu, Eponina idi.
73
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Javer qadın meyitinə gözucu baxaraq, polis işçisi təmkinliyi ilə
astadan dedi:
-
Deyəsən, mən bu qızı tanıyıram.
Sonra Jan Valjana sarı döndü.
Jan Valjan tapançanı qoltuğuna vurdu, gözlərini zilləyərək diq-
qətlə Javerə baxdı; bu baxışı ilə o deyirdi: “Javer, qarşısında duran
mənəm!”
Javer cavab verdi:
-
Sən üstün gəldin.
Jan Valjan jiletinin cibindən bıçağı çıxardıb açdı.
Javer həyəcanla dedi:
-
Hə, qələm! Düz eləyirsən! Bu, sənə daha çox yaraşır.
Jan Valjan Javerin boynundakı martinqalı, biləklərinə bağlanan
kəndiri, sonra əyilərək, ayağına vurulan çidarı kəsdi, sonra da qalxıb
dedi:
-
Siz azadsınız.
Javeri təəccübləndirmək çətindi. O çox təmkinli bir adamdı, lakin
bu hadisə onu qeyri-ixtiyari olaraq sarsıtdı. O donub qaldı.
Jan Valjan sözünə davam etdi:
-
Buradan diri çıxmağıma gümanım yoxdur; əgər işdir, ölməsəm,
xilas ola bilsəm, yadınızda saxlayın: mən Foşlevan adı altında Silahlı
adam küçəsində, yeddi nömrəli evdə yaşayıram.
Javer dişlərini pələng kimi ağartdı, dodaqlarını büzərək ədavətlə
dedi:
-
Özünü gözlə.
Jan Valjan:
-
Gedin, - dedi.
Javer soruşdu:
-
Sən Foşlevan dedin? Silahlı adam küçəsi?
-
Yeddi nömrəli ev.
Javer astadan təkrar etdi:
-
Yeddi nömrəli ev.
O, yenə sürtukunu düymələdi, çiyinlərini hərbi qayda ilə düzəltdi,
yana döndü, əllərini döşündə çarpazladı, çənəsini bir əlinə dayayaraq
bazar tərəfə yönəldi. Jan Valjan durub ona baxırdı. Javer bir neçə
addım gedəndən sonra döndü, çığıraraq Jan Valjana dedi:
-
Siz məni təngə gətirmisiniz! Yaxşısı budur, məni öldürün!
74
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |