Bu çox gözəl bir mənzərə idi. Bağın qonşuluğundakı kazarmada
qocaman bir əsgər dəmir barmaqlıq arasından bağı seyr edərək
deyirdi: “Budur, yaz da əldə silah, özü də tam rəsmi keçid paltarında
sıraya durmuşdur”.
Bütün təbiət nahar edirdi, bütün canlı məxluqat süfrəyə dəvət
olunmuşdu; müəyyən edilmiş vaxtda göyə nəhəng mavi süfrə, yerə də
böyük yaşıl süfrə salınmışdı; günəş a giorno
1
işıq saçırdı. Tanrı bütün
kainatı qonaq eləyirdi. Hər məxluq öz yemini, öz yeməyini alırdı:
çölgöyərçininə - kəndir toxumu, alacəhrəyə - darı, payız bülbülünə -
siçovulqulağı, birəbitdən quşuna - soxulcan, bal arısına - çiçək,
milçəyə - infuzoriya, ardıc quşuna - milçək verilirdi. Hərçənd onlar
bir-birini yeyirdi - xeyir və şərin də böyük sirri elə bundadır - ancaq
heç bir məxluq ac qalmırdı.
Başlı-başına buraxılmış iki uşaq gəlib böyük hovuzun yanına
çatdılar; onlar bu dəbdəbəni görüb bir az qorxdular; zəif, fağır
adamlarda elə bir duyğu olur ki, onlar bu duyğuya əsasən hər dəb-
dəbəli şeydən - bu şey lap cansız da olsa - çəkinirlər, uşaqlar da belə
bir hissə qapılaraq tez qaçıb, qu quşlarının taxta damı dalında
gizləndilər.
Külək qalxanda ətrafdan arabir boğuq çığırtı, uğultu səsi, tüfəng
şaqqıltısı, topların gurultusu eşidilirdi. Bazar tərəfdə damların
üstündən tüstü qabardı. Uzaqdan zəng səsi gəlirdi, o, elə bil, adamı
imdada çağırırdı.
Uşaqlar, sanki, bu səs-küyü eşitmirdilər. Balacası tez-tez astadan
deyirdi: “Mən acmışam”.
Elə bu zaman hovuza iki başqa adam da yaxınlaşdı. Əlli yaşlı kök
bir adam altı yaşlı kök bir uşağın əlindən tutub gəlirdi. Yəqin, bunlar
ata ilə oğul idi. Altı yaşlı kök uşağın əlində iri, koppuş bir bulka
vardı.
Bir-birinə yaxın olan “Şahzadə qız” və “Cəhənnəm” küçəsində
yaşayan ev sahiblərinin çoxunda o zaman Lüksemburq bağının açarı
olardı: bağın qapısı bağlı olanda onlar bu imtiyazdan istifadə
edərdilər, bu imtiyaz sonralar ləğv edildi. Ata ilə oğul, görünür, bu
evlərdən birində yaşayırdılar.
Cındır paltarlı uşaqlar bu “böyük ağa”nın gəldiyini görüb, daha
bərk gizləndilər.
1
Parlaq
(lat.)
63
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Bu, bir burjua idi. Bir gün Marius burada, sevgi çılğınlığı içində
bir adamın səsini eşitmişdi; o adam bu böyük hovuzun yanında öz
oğluna “israfçılıq etməməyi” məsləhət görürdü - bəlkə də, həmin o
adamdı. Onun mötəbər, lovğa görünüşü, yumulmayan, yumulmadığı
üçün də, sanki, həmişə gülümsəyən yekə ağzı vardı. Bu donub qalmış
təbəssüm çənənin çox yekə olmasının nəticəsi idi, elə bil ki, çənəsinin
dərisi çatışmırdı; belə təbəssüm qəlbi deyil, ancaq dişləri açıb gös-
tərir. (Jşaq dişlənmiş bulkanı əlində bərk-bərk sıxmışdı. O, yaxşı bəs-
lənmiş bir uşaq idi. Qiyam münasibətilə uşağa milli qvardiya paltarı
geydirmişdilər, atası isə ehtiyat edərək, mülki paltarını dəyişməmişdi.
Onlar gəlib hovuzun yanında dayandılar; iki qu quşu qanadlarını
çırpa-çırpa suda üzürdü. Burjuanın, elə bil, qu quşundan çox xoşu
gəlirdi. O, bir cəhətdən qu quşuna oxşayırdı: o da yanını basabasa,
ağır-ağır yeriyirdi.
Qu quşları üzürdü - onların da məharəti bunda idi. Quşlar çox
gözəldi.
O iki balaca dilənçi qulaq assaydı, belə bir həqiqəti başa düş-
səydi, bir dərrakəli adamın öz oğluna verdiyi nəsihəti yadda saxlardı.
Ata oğluna deyirdi:
-
Ağıllı adam azla kifayətlənər. Oğul, məndən nümunə götür.
Mənim dəbdəbədən, bəzək-düzəkdən xoşum gəlmir. Mən heç vaxt
paltarımı nə qızılla, nə də başqa bahalı, amma mənasız şeylərlə bəzə-
məmişəm. Ağılca aşağı səviyyədə duran adamlar belə saxta bəzək-
düzəklə məşğul olurlar.
Bazar tərəfdən gələn qatma-qarışıq çığırtı səsləri birdən artdı;
zənglərin səsi, camaatın uğultusu da onlara qarışdı.
(Jşaq atasından soruşdu:
-
Bu nədir?
Atası ona belə cavab verdi:
-
Bu, Saturn bayramıdır.
Bu zaman o, qu quşlarının damı altında gizlənən cındır paltarlı
uşaqları görüb donquldandı:
-
Bəli, başlanır.
Bir az susduqdan sonra əlavə etdi:
-
Anarxiya hətta bağa da yol tapıb.
Onun oğlu əlindəki bulkanı dişlədi, elə o saat da ağzından yerə
salıb ağlamağa başladı.
64
downloaded from KitabYurdu.org
Atası soruşdu:
-
Niyə ağlayırsan?
-
Mən daha yemək istəmirəm.
Ata dişlərini daha çox ağartdı:
-
Bir bulkanı yemək üçün heç də ac olmaq lazım deyil.
-
Bulka mənim zəhləmi töküb. Özü də bərkdir.
-
Daha yemək istəmirsən?
-
İstəmirəm.
Atası ona qu quşlarını göstərdi.
-
At o ayağıpərdəlilərə.
üşaq tərəddüd etdi. O, bulkanı yemək istəmirsə, bu heç də o
demək deyil ki, onu başqasına verməlidir.
-
İnsaflı ol. Heyvanlara yazığın gəlsin.
Bulkanı uşağın əlindən alıb hovuza atdı.
Bulka suyun lap qırağına düşdü.
Qu quşları xeyli uzaqda, hovuzun ortasında üzə-üzə yem axta-
rırdı. Onların başı yemə qarışdığı üçün nə burjuanı, nə də bulkanı
görürdülər.
Bulka az qalırdı batsın; burjua bulkanın havayı yerə zay olacağını
görüb təşvişə düşdü, əl-qolunu bərk-bərk oynatmağa başladı, bununla
da, nəhayət, quşların diqqətini cəlb edə bildi.
Quşlar gördü ki, suyun üzündə nəsə var, lap gəmi kimi o biri
yana döndülər, elə qar kimi ağ quşlara yaraşan əzəmətli bir vüqarla
yavaş-yavaş bulkaya sarı üzdülər.
Burjua öz hərəkətindən çox razı qaldı:
-
Dəniz işarələrini görüb, sürətlə üzməyə başladılar.
Bu anda uzaqdan gələn hay-küy birdən artdı. Səs bu dəfə təh-
lükəli göründü. Elə olur ki, külək birdən əsəndə uzaqdan gələn səs
daha aydın eşidilir. İndi əsən külək təbil səsini, insan fəryadını,
tüfənglərin yaylım atəşindən qopan gurultunu çəkib gətirdi; zənglərin
təhlükə olduğunu xəbər verən səsi, topların uğultusu buna qarışır, ağır
bir təsir bağışlayırdı. Bu arada qara bir bulud günün qabağını tutdu.
Qu quşları hələ bulkaya çatmamışdılar.
Burjua oğluna dedi:
-
Gedək evə. Tüilriyə hücum edirlər.
O, yenə də oğlunun əlindən tutdu.
65
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |