Kurfeyrak çığırdı:
-
Sən orada nə edirsən?
Qavroş lovğa-lovğa dedi:
-
Öz səbətimi doldururam, vətəndaş.
-
Top saçmasını görmürsən-nədir?
-
Çox böyük iş olub! Yağış yağır. Sonra?
Kurfeyrak çığırdı:
-
Qayıt geri!
-
Bu saat.
O, bir sıçrayışla küçənin ortasına düşdü.
Biz bilirik ki, Fannikonun dəstəsi geri çəkilərkən çoxlu meyit
qoyub getmişdi.
Bütün küçə boyu daş yol üzərində iyirmiyə qədər meyit sərilib
qalmışdı. Bu, Qavroş üçün iyirmi patrondaş, barrikada üçün də xeyli
patron ehtiyatı deməkdi.
Barıt tüstüsü küçəni duman kimi bürümüşdü. Kim dağlarda iki
sıldınm qaya arasında bulud kimi sıx duman görmüşsə, o, iki sıra tut-
qun, hündür evlər arasında, sanki, sıxılaraq qatılaşan bu kəsif barıt
tüstüsünü təsəvvür edə bilər. Bu tüstü yavaş-yavaş yuxarı qalxırdı,
lakin onun yerində ara vermədən yenə tüstü əmələ gəlirdi; tüstü
yavaş-yavaş hər şeyi bürüyürdü, hər şey boz-bulanıq görünür, hətta
günün də işığı tutqunlaşırdı. Vuruşan tərəflər küçənin bu başından o
başına bir-birini çox çətinliklə seçə bilirdi, burası da var idi ki, onların
arasında olan məsafə çox qısa idi.
Belə tüstü dumanı istehkamı mühasirəyə alanlar üçün əlverişli
idi, görünür, onların komandirləri də bunu nəzərə almışdılar, həmin
komandirlər barrikadaya olan hücuma rəhbərlik etməli idilər. Tüstü
Qavroş üçün də əlverişli oldu.
O, tüstü pərdəsi altında, həm də boyunun balacalığına görə,
küçədə xeyli qabağa gedə bildi, qarşı tərəfdən heç kəs onu görmədi.
Heç bir təhlükəyə rast gəlmədən o, yeddi-səkkiz çantanı boşaltdı.
O, səbəti dişi ilə tutaraq qarnı üstə sürünürdü, iməkləyirdi, hərlə-
nib-fırlanırdı, sürüşürdü, qıvrılırdı, bir meyitin yanından o birisinin
yanına sürünürdü, tez-tez fındıq sındıran meymun cəldliyi ilə çan-
taları, patrondaşları boşaldırdı.
Barrikadadan çox da uzağa getməmişdi, ancaq düşmənin diqqə-
tini cəlb etməkdən qorxduqlan üçün onu bərkdən səsləyə bilmirdilər.
55
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Ölənlərdən biri onbaşı idi; Qavroş onun mundirinin cibindən
barıtqabı tapdı.
Qabı cibinə qoyaraq dedi:
-
Çaxır içməyə gərək olar.
Qavroş qabağa gedə-gedə, barıt tüstüsü seyrək olan bir yerə
çatdı; qənbər sipəri dalında gizlənən cəbhə polku nişançıları və küçə
tinində sıraya düzülən milli qvardiyaçılar elə o saat tüstü dumanı için-
də eşələnən şeyi bir-birinə göstərdilər.
Qavroş tumbanın yanında sərilib qalan serjantın patronlarını
götürəndə meyitə bir güllə dəydi.
Qavroş fınxırdı:
-
Belə şey olar! Onlar mənim ölülərimi öldürürlər.
İkinci güllə daş yola dəyərək od çıxardı, üçüncü güllə onun səbə-
tini böyrü üstə yıxdı.
Qavroş dönüb baxdı, gördü ki, güllə atan şəhər civarı qvardi-
yasıdır.
Dik ayağa qalxdı, əlini belinə qoydu, ona güllə atan milli qvardi-
yaçıların şax üzünə baxaraq oxudu:
Hamınız, ey Nanter sakinləri,
1
Eybəcər olmusuz duyub Volteri.
Köhnə sakinləri də Palessonun
Axmaqlaşıb təqsirindən Russonun.
Sonra səbəti qaldırdı, yerə dağılan patronları yığdı, bircə dənəsini
də yerdə qoymadı, sonra da atılan güllələrin üstünə yeriyərək, o biri
patron çantasını boşaltmağa getdi. Dördüncü güllə lap onun yanından
ötüb keçdi. Qavroş yenə oxudu:
Sahibi olmadım qazandı yerin Bu
da günahından oldu Volterin.
Mənim taleyimin sındı təkəri,
Russonun günahkar oldu sözləri.
1
Ş
e
i
r
l
ə
downloaded from KitabYurdu.org
Beşinci güllə ona ancaq aşağıdakı bəndi oxumaq ilhamını verdi:
Sırtıqlardan mən deyiləm dərs alan,
Bu da olub Volterin təqsirindən.
Russo təqsirindən oynadır məni
Kasıblıq, ehtiyac bir serso kimi.
Bu vəziyyət xeyli davam etdi.
Bu həm dəhşətli, həm də ürəyi riqqətə gətirən bir mənzərə idi.
Qavroş güllə altında, sanki, atəş açanları ələ salırdı. Sanki, onun kefi
çox kök idi. Sərçə ovçularla öcəşirdi. Hər yaylım atəşinə o, yeni bir
şeir bəndi ilə cavab verirdi. Onu ara vermədən nişan alır, vurmaq
istəyirdilər, həmişə də güllələri boşa çıxırdı. Əsgərlər, milli qvardiya-
çılar onu nişan alanda gülürdülər. O, gah yerə yatırdı, gah qalxırdı,
gah qapının yan taxtası dalında gizlənirdi, yenə birdən qayıdırdı, gah
da top saçmasını ələ salırdı, ona “burun göstərərək”, eyni zamanda
patron axtanrdı, patrondaşları boşaldırdı, öz səbətini doldururdu.
Qiyamçılar təşvişlə ona baxır, həyəcandan nəfəsləri tutulurdu. Bar-
rikadada ondan ötrü əsirdilər, amma, o, nəğmə oxuyurdu. Elə bil ki,
bu, uşaq deyil, insan deyil, xırdaca bir sehrbazdı, vuruşmada güllə
batmayan, qılınc kəsməyən əfsanəvi cırtdan idi. Güllələr onu təqib
edirdi, lakin o, güllələrdən cəld idi. O, elə bil ki, ölümlə dəhşətli giz-
lənpaç oyunu oynayırdı; yastıburun ölümün kabusu hər dəfə ona
yaxınlaşanda Qavroş onu həqarətlə qarşılayırdı. Lakin başqalarından
daha sərrast, daha xaincə atılan bir güllə, nəhayət, bu sayrışan işığa
dəydi: Qavroş səntirlədi, sonra yerə yıxıldı - bunu hamı gördü.
Barrikadada hamı bir ağızdan çığırdı. Bu cırtdanda Antey gücü vardı;
qamen üçün daş yola toxunmaq pəhləvan Antey üçün yerə toxunmaq
kimi bir şeydi; Qavroşun yıxılması ilə qalxması bir oldu. O qalxıb
yerə oturdu, qan onun üzündən süzülüb tökülürdü; əllərini yuxarı
qaldırdı, güllə atılan tərəfə dönərək oxudu:
Kiçik quşcuğazam, lap xırdayam mən
Təqsiri üzündən Volterin hökmən.
Lakin kəmənd ata bilərlər mənə Təqsiri
ucundan...
57
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |