DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Lakin o, nəğməni oxuyub qurtara bilmədi. Nişançının ikinci gül-
ləsi bu nəğməni əbədi olaraq yarımçıq qoydu. Bu dəfə o, üzü üstə daş
yola yıxıldı, bir daha tərpənmədi. Onun həm uşaq, həm də əzəmətli
ruhu uçub getdi.
On altıncı fəsil
QARDAŞ NECƏ ATA OLA BİLƏR
Bu faciədə biz heç bir şeyi nəzərdən qaçırmamalıyıq. Elə bu
zaman Lüksemburq bağında iki uşaq əl-ələ tutaraq gedirdi. Onlardan
birinə yeddi, o birisinə beş yaş vermək olardı. Yağış onları islatmışdı;
onlar xiyabanın güney tərəfilə gedirdilər, böyük uşaq balacanı çəkə-
çəkə aparırdı. Cır-cındır paltar geymiş bu solğunüzlü uşaqlar boz quş-
ları xatırladırdılar. Balaca böyüyə deyirdi: “Mən yaman acmışam”.
Böyük uşaq sol əli ilə kiçik qardaşının əlindən tutaraq, onu
himayə edən bir adam kimi aparırdı, sağ əlində balaca çubuq
tutmuşdu.
Onlar bağda tək idilər, heç kəs yox idi; üsyan olduğuna görə polis
idarəsinin sərəncamı ilə bağın qapıları kilidlənmişdi. Orada duran
qoşun hissələri döyüşə getmişdi.
Bu iki uşaq bura necə gəlib-çıxmışdı? Bəlkə, onlar bağlanmamış
keşikçi məntəqəsindən qaçmışdılar, ya bəlkə, “Cəhənnəm
qarovulxanasının” yaxınlığında olan Rəsədxana qarşısındakı mey-
dandan, ya da ön tərəfində “Jnvenerunt parvulum pannis involu-
tum”
1
sözləri yazılan tindəki frontodan əkilmişdilər; ya bəlkə də,
dünən axşam park bağlananda onlar gözətçinin gözündən yayınaraq
qəzet oxunan köşklərdən birində gizlənmişdilər. Hər halda, onlar istə-
dikləri yerdə gəzirdilər, elə bil, tamam sərbəstdilər. Cişaq ki istədiyi
yerdə gəzir, həm də özünü tamamilə sərbəst hiss edir, bu, o deməkdir
ki, azmışdır. Bu zavallı körpələr, doğrudan da, azmışdılarlar.
Oxucuların yadındadır: bunlar həmin uşaqlardı ki, Qavroş onların
qayğısına qalırdı. Bunlar cənab Jilnormanın ayağına yazılan,
Manyonun yanında yaşayan Tenardyenin uşaqları idi. İndi onlar
bütün bu qırılmış budaqlardan yarpaq kimi qopub yerə düşmüşdülər,
külək də onları süpürüb aparırdı.
1
“Qundaqda çağa tapılmışdır.”
(lat.)
58
downloaded from KitabYurdu.org
Manyonun vaxtında onların paltan çox təmiz və səliqəli idi, buna
görə cənab Jilnorman Manyondan razı qalırdı; amma indi uşaqların
paltarı cındıra dönmüşdü.
İndi onlar “sahibsiz uşaqlar” zümrəsinə daxil olmuşdular, statis-
tika onları hesablayır, polis idarəsi küçələrdən yığır, itirir, sonra yenə
də Paris küçələrində tapır.
Bu zavallı uşaqlar ancaq belə qorxulu gündə bağa girə bilmiş-
dilər; gözətçilər görmüş olsaydılar, onlan bağdan qovardılar. Kiçik
dilənçiləri ictimai parklara buraxmırlar; amma düşünmək lazımdır ki,
onların da başqa uşaqlar kimi çiçəyə baxmağa haqqı vardır.
Dəmir barmaqlı qapılar bağlı olduğu üçün bu iki uşaq bağa girə
bilmişdi. Onlar qayda-qanunu pozmuşdular. Onlar gizlincə bağa girib,
orada qalmışdılar. Qapıların bağlanması gözətçilərə buradan getməyə
haqq vermir; nəzarət, guya, davam edir, ancaq bir az zəifləyir.
Gözətçilərin özləri ümumi həyəcana tutulmuşdular, onlan bağdan çox,
küçədə baş verən hadisələr maraqlandınrdı, buna görə də bağı
gözləmirdilər, iki balaca cinayətkarın ora girməsini görməmişdilər.
Dünən yağış yağmışdı, səhərçağı da az-az çiləyirdi. Lakin iyun
leysanı hesaba alınmır. Tufandan bir saat sonra bu gözəl günəşli
günün üzərinə göz yaşı töküldüyünü güclə görmək olur. Yayda yerdə
də körpənin yanaqlarındakı kimi göz yaşı tez quruyur.
Yayın gün dönümündə parlaq günəş işığı, əgər belə demək
mümkünsə, adamın bütün varlığına nüfuz edir. O, hər şeyi bürüyür.
O, yerə yayılır, yeri qucaqlayır, elə bil ki, yeri əmir. Elə güman etmək
olar ki, susuzluqdan yanır. O, leysanı bir stəkan su kimi qurudur, bir
qurtuma içir. Hələ səhərçağı hər yerdə xırdaca çaylar kimi sular
axırdı, günortadan sonra isə hər yeri toz basırdı.
Yağışın yuduğu, günəş şüalarının qurutduğu yaşıllıqdan füsunkar
şey yoxdur; bu istilik nüfuz etmiş təravətdir. Kökləri su içində,
çiçəkləri gün işığında qərq olan bağlar, çəmənlər gülab kimi buxar-
lanır, yerin ətrini ətrafa saçır, hər şey sizə doğru can atır. Adam xoş
bir duyğudan məst olur. Bahar cənnətin astanasıdır; günəş adama
səbir etməkdə, gözləməkdə kömək edir.
Elə adamlar var ki, onlar çox şey tələb eləmirlər; elə adamlar var
ki, lacivərd göylərə baxaraq deyirlər: “Bizə lazım olan ancaq budur!”
Möcüzələr aləminə dalan, kainata seyr edən, təbiətə pərəstiş etməkdə
xeyrə və şərə etinasızlıq göstərən, insanlara qarşı tamamilə laqeyd
59
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
qalan elə xəyalpərəstlər var ki, onlar belə deyirlər: “Aclıq çəkənləri
ehtiyac içində olanları, qışın şiddətli soyuğunda çılpaq qalan fağır-
füqəranı, xəstəlikdən fəqərə sütunu əyilən uşağı, ölüm yatağına düşən
xəstəni, ev çardağını, həbsxana kamerasını, soyuqdan cır-cındır içində
tir-tir əsən qızı düşünmək, bundan ötrü narahat olmaq nəyə lazımdır -
ağac altında uzanıb xəyala dalmaq mümkünsə, belə şeylərlə niyə
kefini pozasan”. Adamı dəhşətə salan bu sakittəbiətli adamlar rəhm
etməyin nə olduğunu bilmirlər, hər şeydən razıdırlar. Qəribə şeydir,
onlar namütənahiliklə kifayətlənirlər. İnsanın əldə etməsi mümkün
olan mütənahiliyə can atmasından, insanın bu böyük səyindən onlar
xəbərsizdirlər. Tərəqqini nəzərdə tutan mütə- nahilik, yüksək əmək
onların fikrini məşğul etmir. Bəşəri və ilahi cəhətlərin,
namütənahiliyin və mütənahiliyin birləşməsindən meydana gələn
şeylər onların nəzərindən qaçır. Onlar ancaq bunu istəyirlər ki,
namütənahiliklə qarşı-qarşıya dursunlar - bundan onlar həzz alırlar,
özlərini xoşbəxt hesab edirlər. Onlar sevincin nə olduğunu bilmirlər,
onlar ancaq heyrət etməyi bacarırlar. Onların həyatı seyr etməkdən
ibarətdir. Bəşəriyyət tarixi onlar üçün ancaq kainat kitabının
səhifələrindən biridir. Bu səhifə Küllü özündə yerləşdirmir; böyük
Küll kənarda qalır - insan kimi əhəmiyyətsiz bir şeylə məşğul
olmağına dəyərmi? İnsan əziyyət çəki - çəksin də, nə olar? Amma siz
bir baxın, görün, Aldebaran necə çıxır! Ananın daha südü yoxdur,
yəni doğulmuş uşaq ölür - ölsün də, mənə nə! Yaxşısı budur, siz
baxın, görün, şam ağacının qabığı ilə gövdəsi arasındakı layın xırdaca
bir dairəciyi mikroskop altında necə gözəl görünür! Ən zərif krujeva
buna tay ola bilərmi? Belə mütəfəkkirlər sevgini unudurlar. Zodiak
onların fikrini o qədər məşğul edir ki, onlar ağlayan uşağı görmürlər.
Tanrı onların ruhunu dumanlandırır. Onlar eyni zamanda həm böyük,
həm də kiçik olan mücərrəd fikirli adamlardır. Horat- si belə bir
adamdı; Gete də, hətta, bəlkə, Lafonten də belə adamdı; bunlar
namütənahiliyin əla xudbinləri, əzab çəkən insanların laqeyd
tamaşaçılarıdır. Hava yaxşı olsa, onlar Neronu görmürlər; günəş
onların nəzərində tonqalı kölgədə buraxır, hətta edam cəzasında da
onlar işıqların təsirini axtarırlar; onlar nə çığırtı, nə hönkürtü səsini,
nə canvermə xırıltısını, nə təhlükə zənglərinin imdadını eşidirlər; əgər
maydırsa, ay çıxıbsa, onlar hər şeyi gözəl görürlər, başları üstündə
tünd-qırmızı, qızıl rəngli buludlar süzürsə, onlar hər
60
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |