Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə29/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   25   26   27   28   29   30   31   32   ...   272

Feyi  adlı-sanlı,  hətta  məşhur  adamların,  o  cümlədən  köhnə 

orduda olan bəzi şəxslərin adını çəkərək kədər və həyəcanla deyirdi: 

-

 

Bu  adamları  kim  başa  düşə  bilər?  Onlar  bizə  qoşulacaqlarını 



vəd etmişdilər, bizə kömək edəcəklərinə söz vermişdilər, bunun üçün 

öz  namuslarına  and  içmişdilər,  onlar  bizim  komandirlərimizdi,  lakin 

onlar bizə xain çıxdılar! 

Kombefer acı istehza ilə dedi: 

-

 

Münəccim  ulduzlarla  necə  tanışdırsa,  bəzi  adamlar  da  namu-



sun qayda-qanunu ilə elə tanışdırlar: uzaqdan-uzağa... 

Barrikadaya elə çox patron gilizi tökülmüşdü ki, elə bil, qar yağ-

mışdı. 

Hücum  edənlərin  üstünlüyü  sayca  çox  olmalannda  idi,  qiyam-



çıların isə mövqe cəhətdən üstünlüyü vardı. Qiyamçılar barrikadanın 

üst  tərəfində  yerləşmişdilər,  hücum  edən  əsgərləri  güllə  ilə  vurur-

dular; əsgərlər yaralılara və meyitlərə ilişir, barrikadanın dik yoxuşu 

qarşısında  ləngiyirdilər.  Barrikadaya  iç  tərəfdən  möhkəm  dayaqlar 

vurulmuşdu; doğrudan da, bu, elə bir döyüş mövqeyi idi ki, buradan 

bir  neçə  adam  qoşunu  qorxu  altında  saxlaya  bilərdi.  Lakin  hücum 

edən  hissəyə  elə  bir  ucdan  kömək  gəlirdi,  yağış  kimi  yağan  güllə 

altında onların sayı artırdı, onlar get-gedə barrikadaya yaxınlaşırdılar; 

qoşun  yavaş-yavaş,  addım-addım,  ağır-ağır  irəliləyir,  barrikadanı, 

sanki, məngənə arasına alırdı. 

Hücumun arası kəsilmirdi. Təhlükə artırdı. 

Bu zaman bu daş yığını üstündə, Şanvreri küçəsində Troya qalası 

divarlarına  layiq  şiddətli  bir  vuruşma  başlandı.  Qiyamçılar  yorul-

muşdular,  əldən  düşmüşdülər,  onların  üst-başı  cırılmışdı,  onlar  bir 

gündən  çox  idi  ki,  heç  bir  şey  yeməmişdilər,  yatmamışdılar;  onlar 

ancaq  bir  neçə  güllə  ata  bilmişdilər  və  nahaq  yerə  patron  üçün  boş 

ciblərini  axtarırdılar;  onların  çoxu  yaralı  idi;  kimi  başından,  kimi 

qolundan  yaralanmışdı;  onların  yarası  çirklənmiş,  saralmış  cındırla 

bağlanmışdı, cırılmış pal-paltarları qana bulaşmışdı; onlar pis tüfəng-

lə,  köhnə,  küt  qılıncla  silahlanmışdılar,  lakin  bu  vuruşma  çağında 

onlar  Titana  çevrildilər.  Düşmən,  bəlkə,  on  dəfə  hücum  etdi.  Barri-

kadanın yuxan hissəsinə qalxdı, içinə girdi, ancaq onu tuta bilmədi. 

Bu  mübarizəni  göz  önündə  canlandırmaq  üçün  qəzəbli  ürəklər-

dən  qurulan  bir  tonqalı,  bu  tonqala  vurulan  odu,  tonqaldan  qalxan 

şiddətli alovu təsəvvür edin. Bu, vuruşma deyildi, pul kimi qızarmış 

87 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

bir  soba  idi.  Adamların  ağzından  alov  çıxırdı,  üzlərin  ifadəsi  dəyiş-



mişdi.  Elə  ki  bunlar  daha  insan  deyildi.  Döyüşçülərdən  qəzəb alovu 

qalxırdı.  Adam  qara-qırmızı  tüstü  içində  oyan-buyana  qaçışan  bu 

müharibə  səməndərlərinə  baxmağa  qorxurdu.  Biz  bu  nəhəng  vuruş-

manı həm bütünlüklə, həm də ardıcıl surətdə bütün təfsilatı ilə təsvir 

etməkdən boyun qaçırırıq. Yalnız bircə dastana on iki min  misra ilə 

vuruşmanı təsvir etməyə icazə verilmişdir. 

Bu, on yeddi cəhənnəmdən ən dəhşətlisi olan, Veddə “Qılınclar 

meşəsi” adlanan brahmanizm cəhənnəmini xatırladırdı. 

Həm əlbəyaxa, döş-döşə, həm də tapança ilə, qılıncla, yumruqla 

vuruşurdular;  uzaqdan,  yaxından,  yuxarıdan,  aşağıdan,  hər  tərəfdən, 

evlərin  damından,  qiyamçılardan  bəzisinin  girdiyi  meyxana 

pəncərələrindən, zirzəminin havakeşindən atəş açırdılar. Bir qiyamçı 

altmış  əsgərlə  vuruşurdu.  “Korinf”in  qabaq  tərəfi  xeyli  uçmuşdu, 

adam  baxanda  qorxurdu,  top  saçması  ilə  naxışlanmış,  şüşələri, 

çərçivəsi  sınmış  bir  pəncərə  biçimsiz  deşiyə  oxşayırdı,  onun  içinə 

qənbər daşı tökülmüşdü. Bossüe ölmüşdü, Feyi ölmüşdü, Kurfey- rak 

ölmüşdü,  Joli  ölmüşdü,  Kombefer  yaralı  bir  əsgəri  qaldırmaq 

istəyəndə  sinəsinə  üç  süngü  zərbəsi  dəymişdi,  o  ancaq  göyə  baxa 

bilmişdi, elə o saat canı çıxmışdı. 

Marius hələ də vuruşurdu, ancaq o qədər yaralanmışdı ki, qandan 

üzü  görünmürdü,  elə  bil  ki,  üzünə  qırmızı  yaylıq  örtülmüşdü:  o  ən 

çox başından yaralanmışdı. 

Bircə Anjolras salamat qalmışdı. O, silahı çatışmayanda ətrafına 

baxmadan  əlini  sağa  və  ya  sola  uzadırdı,  qiyamçılardan  birisi  əlinə 

keçən qılınc  tiyəsini  ona  verirdi.  İndi  onun  əlində  dörd qılıncın  par-

çası  qalmışdı;  Marinyan  ətrafında  gedən  vuruşmada  I  Fransiskin 

qılıncı üç dənə idi. 

Homer  deyir:  “Diomed,  xoşbəxt  Arizbada  yaşayan  Aksili,  Tev- 

franiyin oğlunu öldürdü: Mekisteyin oğlu Evrial - Dresi, Ofeltini Ese- 

pi və Pedası həyatdan məhrum etdi. Pedası su pərisi Abarbariya eyb- 

siz  Bukoliondan  mayalanaraq  meydana  gətirmişdi;  CJllis  -  perkoslu 

Piditi, Antilox - Ableri, Polipet - Astialı, Polidamant - killeneyli Otu, 

Tevkr - Aretaonu tələf etdi; Meqanti Evripilin nizəsindən məhv oldu. 

Qəhrəmanlar  padşahı  Aqamemnon  Elatı  yerə  sərdi;  Elat,  yüksəkdə 

duran  bir  şəhərdəndi,  Satnion  çayı  gurultu  ilə  bu  şəhərin  yanından 

axıb gedirdi”. Bizim qədim epik poemalarda odlu naçaqla silahla 

88 

downloaded from KitabYurdu.org




nan  Esplandian  azman  markiz  Svantibora  hücum  edir;  Svantibor 

özünü  müdafiə  etmək  üçün  yerdən  qopardığı  qüllələri  Esplandianın 

üstünə  tolazlayır.  Bizim  qədim  divar  treskalarında  dava  paltarı  gey-

miş, dəbilqə qoymuş, at üstündə qalxanlarında gerb olan iki hersoq - 

Breton  və  Burbon  hersoqu  təsvir  edilmişdir;  onlar,  əllərində  təbər- 

zin, dəmir əlcək, ayaqlannda uzunboğaz dəmir çəkmə, birinin əynində 

kakum xəzi mantiyası, o birinin əynində lacivərd plaş, dəmir üzlüyü 

sifətlərinə  endirərək,  atlarını  çapa-çapa  bir-birinin  üstünə  cumurlar; 

Breton hersoqu tacının iki çıxıntısı arasında aslan şəkli vardır. Lakin 

dəbdəbəli görünmək üçün heç də İvon kimi ucu şiş hersoq dəbilqəsi 

qoymaq,  ya  Esplandian  kimi  əldə  canlı  alov  tutmaq,  ya  da 

Polidamantın atası Files kimi, ərlər hökmdarı Yapetin hədiyyəsi olan 

gözəl dava geyimini Epirdən gətirmək lazım deyil, adamın öz əqidəsi 

uğrunda, ya da andına sədaqətli qalaraq canını fəda etməsi kifayətdir. 

Budur,  Bosdan,  ya  Limuzendən  gəlib  dünənə  kimi  Lüksemburq 

bağında,  uşaq  dayələri  yanında  hərlənən  beliqılınclı  sadəlövh  bir 

əsgər!  Bu  da,  başını  əyərək  anatomik  preparata  baxan,  ya  kitab 

oxuyan,  saqqalını  qayçı  ilə  qırxan,  solğunbənizli,  sarışın  gənc  bir 

tələbə! Onların hər ikisini alın, onların qəlbində vəzifə hissini oyadın, 

onlan  Buşra  yol  aynanda  ya  da  Planş  Mibra  dalanında  bir-birinin 

qarşısına  qoyun,  birini  öz  bayrağı,  o  birisini  isə  öz  ideyası  uğrunda 

vuruşmağa  məcbur  edin,  qoy  onlar  elə  təsəvvür  etsinlər  ki,  vətən 

uğrunda  vuruşurlar.  Böyük  bir  döyüş  başlanacaq,  bu  piyada  əsgərlə 

tibb tələbəsinin təkbətək vuruşmasından bəşəriyyətin mübarizə etdiyi 

böyük  epik  meydana  düşən  kölgə  pələnglər  ölkəsi  Likinin  padşahı 

Meqarionun  kölgəsi  ilə  bərabərləşəcək,  bu  həmin  Meqari-  ondur  ki, 

Allah  bərabərində  olan  qüdrətli  Ayaksı  dəmir  ağuşunda  sıxıb 

əzmişdir. 



İyirmi ikinci fəsil 

ADDIM-ADDIM 

Anjolras  barrikadanın  bir  başında,  Marius  o  biri  başında  dur-

muşdu,  qalan  bütün  başçılar  tələf  olmuşdular;  barrikadanın  mərkəz 

hissəsi  Kurfeyrakın,  Jolinin,  Bossüenin,  Feyinin  və  Kombeferin 

köməyi 

89 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə