DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
ilə davam gətirmişdi, lakin onlar sıradan çıxandan sonra qiyamçılar
hücuma tab gətirə bilmədilər. Top güllələri barrikadada adam keçə
bilən bir deşik aça bilməsə də, onun orta hissəsini yarımdairə şəklində
ovub tökmüşdü; uçub tökülən bu qırıntı yığınından istehkamın həm
bayır, həm də iç tərəfində iki yamac kimi şey əmələ gəldi. Bayır
tərəfdə olan yamac yastı olduğundan hücum üçün əlverişli idi.
Düşmən qəti hücuma keçdi, onun bu hücumu boşa çıxmadı.
Piyada əsgərlər əllərində süngülü tüfəng, möhkəm sıralarla yeyin
irəlilədilər, istehkamın yuxarı hissəsində barıt tüstüsü içində hücum
edən hissənin ön sırası göründü. Bu dəfə hər şey bitdi. Barrikadanın
mərkəz hissəsini müdafiə edən qiyamçılar nizamsız halda geri
çəkildilər.
Bu zaman onlardan bəzisinin qəlbində yaşamaq arzusu oyandı.
Saysız-hesabsız tüfəng onların üstünə dikəlmişdi, lakin onlar ölmək
istəmirdilər. Elə bir vaxt olur ki, insanda özünü müdafiə duyğusu
boğuq-boğuq nərildəməyə, yırtıcı heyvani hisslər oyanmağa başlayır -
indi həmin vaxt gəlib çatmışdı. Qiyamçıları barrikadanın arxası olan
altımərtəbəli hündür evə tərəf sıxışdırdılar. Onlar bu evə girib xilas
ola bilərdilər. Lakin evin bütün qapı-pəncərələri bağlanmışdı, sanki,
onu başdan-başa divar içinə almışdılar. Piyada hissə barrikadanın
içinə girənə kimi evin qapısı bir anda açılıb örtülə bilərdi; bu birdən
açılan, elə o saat da örtülən qapı hər şeydən ümidini kəsən adamlar
üçün həyat deməkdi. Evin dal tərəfindən küçəyə, açıqlığa çıxmaq,
qaçmaq olardı. Onlar tüfəng qundağı ilə, təpiklə qapını döyürdülər,
imdada çağırırdılar, çağırırdılar, əllərini uzadaraq yalvarırdılar. Lakin
heç kəs qapını açmırdı, Ölünün başı üçüncü mərtəbənin taxtapuş
pəncərəsindən onlara baxırdı.
Anjolrasla Marius yeddi-səkkiz adamla yüyürə-yüyürə onların
köməyinə getdi. Anjolras əsgərlərə çığırdı: “Dayanın!” Bir zabit onun
sözünə qulaq asmadı, o, zabiti öldürdü.
Anjolras barrikadanın həyətində “Korinf” in divarı qabağında, bir
əlində qılınc, o biri əlində karabin, meyxananın qapısını açıb durmuş-
du, qapını hücum edənlərdən qoruyurdu. Ruhdan düşənlərə çığırıb
deyirdi: “Azadlığa bircə qapı qalıb, o da budur!” O, öz bədəni ilə
bütöv bir batalyonun qabağını kəsərək, qiyamçılann geri çəkilməsinə
kömək etdi. Qiyamçılar qapıya sarı yüyürdülər. Anjolras qılınc
təlimində “dəyirman” deyilən üsulu tətbiq edərək əlindəki karabindən
bir ağac
90
downloaded from KitabYurdu.org
kimi istifadə edirdi, hər tərəfdən ona san yönələn süngülərdən qoru-
nurdu; hamını içəri saldıqdan sonra özü də içəri girdi; bu zaman dəh-
şətli bir an başlandı: əsgərlər zorla içəri soxulmaq istəyirdilər, qiyam-
çılar da qapını bağlamağa çalışırdılar. Axırda qiyamçılar qapını elə
bərk örtdülər ki, qapının ağzından tutan əsgərin barmaqlan qapının
arasında qalıb sındı, əzildi, qapının haşiyəsinə yapışdı.
Marius bayırda qaldı. Atılan güllə onun cınaq sümüyünü sındırdı.
O, özündən getdiyini və yıxıldığını hiss etdi; gözləri yumuldu, elə o
anda bir şey də duydu: kiminsə qüvvətli əlləri onu tutdu; onun sönən
şüurundan Kozetta haqqında olan son xatirələrlə bərabər, ani bir fikir
də keçdi: “Mən əsir düşdüm, məni güllələyəcəklər”.
Anjolras da meyxanaya girən döyüşçülər arasında Mariusu gör-
məyərək belə düşündü. Lakin belə anda hər kəs ancaq öz ölümü
haqqında düşünməyə macal tapır. Anjolras qapının cəftəsini vurdu,
sürgüsünü keçirtdi, açarı iki dəfə burub qapını bağladı; bu zaman
əsgərlər, istehkamçılar tüfəng qundağı ilə, balta ilə qapını bərk- bərk
döyürdülər. Hücum edənlər indi qapının dalına toplaşmışdılar. İndi
meyxanaya hücum etmək istəyirdilər.
Bunu da qeyd etmək lazımdır ki, əsgərlər yaman acıqlanmışdılar.
Onları qəzəbləndirən həm topçu serjantın öldürülməsi, həm də
bundan daha məşum bir hadisə idi: hücumdan əvvəl əsgərlərin ara-
sında söz yaymışdılar ki, guya, qiyamçılar əsirlərə əzab verirlər, mey-
xanada başı kəsilmiş bir əsgər meyiti vardır. Vətəndaş müharibəsində
həmişə belə təhlükəli uydurmalar olur; sonralar belə bir böhtan
Trasnonen küçəsində fəlakətə səbəb oldu.
Qiyamçılar qapının dalına çoxlu şey-şüy yığıb onu möhkəmlət-
dilər; Anjolras yoldaşlarına dedi:
- Gəlin həyatımızı baha sataq!
O, Maböfün və Qavroşun meyiti qoyulan stola yaxınlaşdı. Qara
örtük altında quruyub qaxaca dönmüş iki insan bədəninin varlığı hiss
olunurdu - bunlardan biri böyük, biri balaca idi; həm də bu soyuq
kəfənin qırışıqları altında iki insan sifəti güclə nəzərə çarpırdı. Bir qol
örtüyün altından çıxmış, stolun kənarından aşağı sallanmışdı. Bu,
qocanın qolu idi.
Anjolras dünən böyük bir hörmətlə onun alnından öpmüşdü, indi
də əyilərək eyni hörmətlə onun əlindən öpdü.
91
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Anjolras ömründə ancaq iki dəfə adam öpmüşdü: o da bu öpüşlər
idi.
Hadisənin təsvirini qısaldaq. Barrikada qədim Fiv qapıları kimi
özünü müdafiə edirdi. Meyxana eynən Saraqosdakı ev kimi vuruşa-
vuruşa özünü qoruyurdu. Qiyamçılar amansız bir inadla vuruşurdular.
Heç kəsə aman yox idi. Düşmənlə heç bir danışığa girişmək olmazdı.
Qiyamçılar ölməyə razı idilər, ancaq öldürüb ölmək istəyirdilər. Süşe
deyəndə ki: “Təslim olun!”, Palafoks ona belə cavab verdi: “Yox,
təslim olmarıq! Topdan atəş açırdıq, indi bıçağa keçəcəyik!”
Meyxanaya hücum ediləndə çox şeyi görmək olurdu: pəncərələrdən,
damdan hücum edənlərin başına qənbər daşı yağış kimi yağırdı,
əsgərlərin baş-gözünü əzirdi, onları son dərəcə qəzəbləndirirdi,
çardaqdan, zirzəmidən tüfəng atılırdı; əsgərlər amansızcasına hücum
edir, qiyamçılar da amansızcasına müqavimət göstərirdilər; əsgərlər
qapını sındırandan sonra dəhşətli bir qırğın başlandı. Hücum edənlər
meyxanaya girib, sındırılmış qapının yerə tökülən taxtalarına ilişə-
ilişə ora-buranı gəzdilər, bircə nəfər də olsa qiyamçı tapmadılar.
Aşağı zalın ortasında balta ilə qırılmış vintşəkilli pilləkən, bir neçə də
can verən yaralı vardı. Sağ qalan qiyamçılar ikinci mərtəbəyə
qalxmışdılar, oradan, tavandakı bacadan şiddətli atəş açırdılar. Qalan
patronlar da buna sərf olundu. Ölümə məhkum edilmiş, lakin hələ də
təhlükəli olan bu adamların indi nə gülləsi vardı, nə barıtı; onlardan
hər biri əlinə iki şüşə aldı - oxucuların yadındadır, bu şüşələləri
Anjolras saxlatdırmışdı - özlərini bu qorxunc, həm də kövrək
toppuzla müdafiə etməyə başladılar. Şüşələrdə azot turşusu vardı. Biz
heç bir şey gizlətmədən qırğının belə dəhşətli cəhətlərini də
söyləyirik. Mühasirəyə düşənlər əllərinə keçən hər şeylə vuruşurlar!
Yunan odu Arşimedi, qaynar qatran Bayardı bədnam eləmədi.
Müharibədə hər şey dəhşətlidir, burada yaxşı, ya pis deyə seçməli bir
şey yoxdur. Aşağıdan yuxarı nişan almaq çətin də olsa, hücum
edənlərin gülləsi qiyamçıları öldürürdü. Çox çəkmədi ki, tavanda olan
deşiyin qıraqları meyit başı ilə doldu; onlardan buğlana-buğlana
qırmızı qan axıb tökülürdü; Meyxananı ağla sığmayan bir gurultu
bürümüşdü; yandırıcı qatı bir tüstü bu qanlı vuruşmanı duman kimi
çulğalamışdı. Bu anın bütün dəhşətlərini təsvir etməyə söz çatmır. Bu
şiddətli vuruşmada iştirak edənlər insanlıq simasını itirmişdilər. İndi
artıq azmanlar nəhənglərlə
92
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |