Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə33/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   29   30   31   32   33   34   35   36   ...   272

İkinci kitab 

LEVİAFANIN BƏTNİ 

Birinci fəsil 

DƏNİZİN GÜCDƏN SALDIĞI TORPAQ 

Paris  hər  il  suya  iyirmi  beş  milyon  frank  pul  atır.  Bu  heç  də 

məcaz  deyil.  Bunu  nə  vaxt  atır?  Gündüz  də,  gecə  də.  Nə  məqsədlə 

atır?  Heç  bir  məqsədlə.  Nə  səbəbə  atır?  Bunun  səbəbi  yoxdur.  Nə 

üçün  atır?  Elə-belə.  Nəyin  vasitəsilə  atır?  Öz  bağırsaqları  vasitəsilə. 

Parisin  bağırsaqlan  deyilən  şey  nədir?  Bu,  onun  çirkab  kanal  boru-

larıdır. 

İyirmi  beş  milyon  -  bu,  mütəxəssislərin  hesablaması  ilə  əldə 

edilən ən orta bir rəqəmdir. 

Uzun zaman kor kimi hərəkət edən elm indi müəyyən etmişdir ki

ən  yaxşı,  ən  faydalı  gübrə  -  insan  nəcisidir.  Bizdən  çox-çox  əvvəl 

çinlilər bunu bilirmiş - eyib olsun bizə! Ekeberq deyir ki, hər bir Çin 

kəndlisi  şəhərdən  qayıdanda  mütləq  öz  bambuq  ağacında  iki  vedrə 

insan  nəcisi  gətirir.  Çində  torpaq  insan  nəcisi  ilə  gübrələndiyi  üçün 

indi də, İbrahim dövründə olduğu kimi məhsuldardır. Çin qarğıdalısı 

birə  yüz  iyirmi  məhsul  verir.  Heç  bir  quş  peyini  torpağı  münbit- 

ləşdirmək  cəhətdən  paytaxt  nəcisi  ilə  müqayisə  edilə  bilməz.  Böyük 

şəhər gözəl peyin yığınıdır. Əkin yerlərinin şəhərdən istifadə etməsi, 

heç  şübhəsiz,  böyük  fayda  gətirə  bilər.  Qoy  bizim  qızılımız  peyin 

olsun, bunun qabağında bizim peyinimiz xalis qızıldır. 

Bizdə bu peyini nə edirlər? Dənizə tökürlər. 

Bir tərəfdən böyük vəsait sərf edərək, pinqvin və fırtına quşunun 

peyini üçün cənub qütbünə gəmi karvanları göndərilir, bir tərəfdən də 

elə  buradaca,  əlimizin  altında  olan  bitməz-tükənməz  sərvəti  dənizə 

tökürlər. İnsanın və heyvanın meydana gətirdiyi gübrə 

99 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

suya  tökülməyib  torpağa  qaytarılsaydı,  bütün  dünyanı  yedirib  bəs-



ləmək olardı. 

Siz  bilirsinizmi,  tumba  dalında,  künc-bucaqda  olan  süpürüntü- 

lər, gecələr küçə ilə arabalarda silkələnə-silkələnə aparılan zirzi- bil, 

nəcissatanların  murdar  çəlləkləri,  döşəmə  yollarının  daşları  altında 

axan, gözə görünməyən üfunətli lehmə nədir? Bu, gözəl, çiçəklənmiş, 

açmış  çəməndir,  təravətli,  yaşıl  otluqdur,  yabanı  kəkrəotu-  dur, 

kəklikotudur,  adaçayıdır,  çöl  quşudur,  çöl  heyvanıdır,  malqa-  radır, 

axşamlar  iri,  tox  öküzlərin  böyürməsidir,  ətirli  quru  otdur,  sarı 

sünbüllü  zəmilərdir,  süfrəyə  qoyulan  çörəkdir,  damarlarımızda  axan 

isti qandır, sağlamlıqdır, sevincdir, həyatdır. Bu sirrin yaradıcılıq işi - 

əşyanın yerdə dəyişməsi, göydə başqa şəklə düşməsi belədir. 

Siz bunu bu nəhəng əritmə sobasına qaytarın, bunun əvəzində o, 

sizə  xoşbəxtlik  gətirər.  İnsanın  yeməyi  zəmilərin  qidalanmasından 

asılıdır. 

Əlbəttə, sərvəti çölə atmaq, hələ üstəlik məni qəribə adam hesab 

etmək  sizin  öz  ixtiyarınızdır.  Ancaq  bu,  sizin  tərəfinizdən  böyük 

nadanlıq olardı. 

Statistika müəyyən etmişdir ki, yalnız Fransa öz çayları ilə hər il 

Atlantik okeanına yarım  milyard frank pul atır. Bir şeyi nəzərə alın: 

bu  beş  yüz  milyonla  dövlət  xərcinin  dörddəbirini  ödəmək  olardı. 

Lakin  insan  o  qədər  kütdür  ki,  bu  beş  yüz  milyondan  canını  qurtar-

mağı daha üstün tutur, onu qanovlara tolazlayır. Axı bu xalq malı gah 

damla-damla  sızaraq,  gah  sel  kimi  axaraq,  gah  novların  içi  ilə  süzü-

lərək  çaylara,  çayların  da  qüvvətli  cərəyanı  ilə  okeana  axıb  gedir. 

Bizim  kloakaların hər dəfə gəyirməsi  bizə  min  franka oturur. Bunun 

da nəticəsində iki şey olur: torpaq qüvvədən düşür, sular çirkabla- şır. 

Zəmilər bizi aclıqla, çaylar xəstəliklə təhdid edir. 

Məsələn,  müəyyən  edilmişdir  ki,  Temza  hal-hazırda  Londonu 

zəhərləyir. 

Parisdə  isə  son  illərdə  kloakaların  çoxunu  çayaşağı  aparıb,  son 

körpüdən o tərəfdə çıxarmışlar. 

Bizim şəhərlərə çöllərin təmiz suyunu gətirmək, bizim çöllərə də 

gübrə  dolu  şəhər  suyunu  aparmaq  üçün  iki  boru  qurmaq  tamamilə 

kifayət edərdi; bu qurğuda susoran və subasan klapanlar, suçıxa- ran 

şlüzlər olmalıdır, bu, ibtidai drenaj sistemidir, insanın ağ ciyəri 

100 


downloaded from KitabYurdu.org


kimi  sadə  bir  şeydir;  İngiltərənin  bir  çox  mahalında  bu sistem  geniş 

yayılmışdır.  Dünyada  bu,  ən  sadə  mübadilə  üsuludur,  bu  üsulla  biz 

çölə  atdığımız  beş  yüz  milyon  frankı  əlimizdə  saxlaya  bilərdik... 

Lakin biz bu barədə heç düşünmürük də. 

İndiki  üsulla  xeyir  vemnək  istərkən  ziyan  verirlər.  Niyyət  yaxşı 

niyyətdir,  ancaq  nəticəsi  pisdir.  Şəhəri  təmizləmək  istəyirlər,  amma 

camaat  zəifləyir.  Çirkab  kanallannın  quruluşu  səhv  bir  mülahizəyə 

əsaslanır.  Aldığını  qaytarmaq  kimi  iki  vəzifəni  yerinə  yetirən  drenaj 

hər  yerdə  torpağı  həm  yuyub-aparan,  həm  də  candan  salan  çirkab 

kanallannı  əvəz  etsə,  onda  yeni  ictimai  iqtisadiyyat  əsasında  məhsul 

on qat artar, yoxsulluqla mübarizə etmək xeyli asanlaşar. Alaq otunu 

tələf etməyi də buna əlavə edin, onda məsələ həll edilmiş olacaqdır. 

Belə bir vaxt gəlib çatana kimi xalqın sərvəti axıb çaya tökülür. 

Axıntı həmişə davam edir. Axıntı - ən uyğun söz budur! Avropa zəif-

ləməklə var-yoxdan çıxır. 

Fransaya  gəlincə,  biz  indicə  bu  barədə  rəqəm  göstərdik.  Bütün 

Fransa  əhalisinin  dörddəbiri  Parisdə  yaşayır,  həm  də  Paris  nəcisi  ən 

qiymətli nəcisdir - bunu nəzərə aldıqda, hər il Fransanın əldən verdiyi 

yarım milyarddan Parisin hesabına yüz iyirmi beş milyon düşdüyünü 

dedikdə  biz  hətta  rəqəmi  azaltmış  oluruq.  Yoxsullara  və  şəhərin 

zinətinə  xərclənən  bu  yüz  iyirmi  beş  milyon  frank  Parisin  şan-

şöhrətini,  cəlalını  qat-qat  artırardı.  Amma  Paris  bu  pulu  çirkab 

qanovlarına  tökür.  Buna  görə  də  demək  olar  ki,  Parisin  ağlasığma- 

yan  israfçılığı,  gözəl  şənlikləri,  Bajon  bütü,  əyyaşlıq  eyş-işrəti,  çay 

kimi axan qızılı, təntənəsi, dəbdəbəsi, cah-cəlalı onun kloakasıdır. 

Bu qayda ilə iqtisadi siyasətin kütlüyündən xalqın malı suya atı-

lır, su da onu aparıb girdablara tökür. Cəmiyyətin xeyri üçün Sen- Klu 

toru bu məsələdə işə yarayardı. 

İqtisadiyyat nöqteyi-nəzərindən belə bir nəticə çıxarmaq olar ki, 

Paris yırtıq xəlbirdir. 

Paris  nümunəvi  şəhərdir,  abad  paytaxtların  başıdır,  bütün  xalq-

ların təqlid etməsi üçün bir örnəkdir, ideyaların metropoludiur, cəsa-

rətli  fikirlərin,  qəti  hərəkətlərin,  təcrübələrin  müqəddəs  vətənidir, 

böyük mütəfəkkirlərin mərkəzi və məskənidir, millət bərabərində bir 

şəhərdir, gələcəyin pətəyidir, Babillə Korinfın gözəl birləşməsidir; biz 

ki  Parisi  belə  göstərdik,  bu  nöqteyi-nəzərdən  Paris  hər  bir  Fo-Kyan 

kəndlisini təəccübləndirə bilər. 

101 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə