Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə31/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   27   28   29   30   31   32   33   34   ...   272

vuruşmurdu.  Vəziyyət  Homerdən  çox  Miltonu  və  Danteni  xatırla-

dırdı. İblislər hücum edir, xəyallar özünü müdafiə edirdi. 

Bu, dəhşətli bir şəkil almış qəhrəmanlıqdı. 

İyirmi üçüncü fəsil 

AC OREST, KEFLİ PİLAD 

Nəhayət,  iyirmiyə  qədər  əsgər  bir-birinin  çiyninə  qalxa-qalxa 

divardan, tavanın taxtalanndan tuta-tuta, özlərini qoruya-qoruya, hələ 

də  müqavimət  göstərən  qiyamçılan  tavandakı  bacanın  ağzında 

qılıncla doğraya-doğraya pilləkənin qalan hissəsilə ikinci mərtəbənin 

zalına  qalxdılar:  bunlar  milli  və  bələdiyyə  qvardiyaçılan  idi,  bu 

təhlükəli  hücumda  onlar  üzdən  yaralanmışdılar,  qan  onların  gözünü 

tutmuşdu,  onlar  vəhşiləşmişdilər.  Zalda  bircə  adam  ayaq  üstə 

durmuşdu, o da Anjolras idi. Onun daha nə patronu var idi, nə qılıncı, 

əlində ancaq karabinin lüləsi qalmışdı, karabinin qundağını əsgərlərin 

təpəsinə  vuraraq  sındırmışdı.  O,  hücum  edənlərdən  bilyard  stolu  ilə 

qoruna-qoruna  zalın  bir  başına  çəkildi,  başını  vüqarla  tutmuşdu, 

gözlərində  qürur  ifadə  olunurdu,  tüfəng  parçasını  əlində  bərk-bərk 

sıxırdı  -  bu  vəziyyəti  ilə  o,  indi  də  əsgərləri  qorxuya  salırdı:  onun 

ətrafında bir boşluq əmələ gəlmişdi, heç kəs ona yaxınlaşa bilmirdi. 

Əsgərlər çığırdılar: ' 

-

 

Onların  başçısı  budur!  Topçunu  da  öldürən  budur!  O,  özünü 



küncə  verib,  bizim  üçün  daha  yaxşı.  Qoy  elə  orada  qalsın.  Onu  elə 

orada güllələmək lazımdır. 

Anjolras dedi: 

-

 



Güllələyin, - dedi. 

Karabinin parçasını atdı, qollarını çarpazlayaraq, döşünü güllənin 

qabağına verdi. 

Ölüm  qarşısında  göstərilən  şücaət  insanı  həmişə  valeh  edir. 

Anjolras  qollarını  döşündə  çarpazlayaraq  ölməyə  hazır  olduğunu 

göstərən  kimi  qulaqbatırıcı  uğultu,  qatma-qarışıq  hərəkətlər  kəsildi, 

zala  əzəmətli  bir  ölüm  sükutu  çökdü.  Sanki,  bu  sakit  duran  silahsız 

adamın qorxunc əzəməti səs-küyü yatırtdı, sanki, bu gecə, hələ indiyə 

kimi yaralanmayan bu məğrur, bu gözəl, bu qana bulaşmış, 

93 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

heç  şeydən  qorxmayan  bu  gənc  ölməyəcəyinə  əmindi,  o  yalnız  elə 



amiranə, sakit baxışı ilə onu öldürməyə hazırlaşan bu vəhşi, amansız 

adamlarda  özünə  qarşı  hörmət  oyadırdı.  Anjolrasın  məğrur  duruşu 

onun gözəlliyini qat-qat artırırdı. Bu ağır günlər onu soldurma- mışdi: 

onun  yanaqları  yenə  də  qırmızı,  üzü  yenə  də  təravətli  idi,  sanki,  nə 

güllə ona təsir edirdi, nə yorğunluq. Sonralar şahidlərin biri məhkəmə 

qarşısında,  yəqin  ki,  onun  haqqında  bu  sözləri  demişdi:  “Orada  bir 

qiyamçı vardı, mən eşitdim, ona Apollon deyirdilər”. Anjolrası nişan 

alan milli qvardiyaçılardan biri tüfəngi endirərək demişdi: “Elə bil ki, 

çiçəyə güllə atıram”. 

Zalın  o  biri  başında,  Anjolrasın  qarşısında  on  iki  əsgəri  sıraya 

düzdülər; onlar dinməz-söyləməz tüfənglərini qaldırdılar. 

Serjantın komandası eşidildi: 

-

 

Nişan al! 



Birdən zabit işə qarışdı: 

-

 



Dayanın. 

Dönüb Anjolrasdan soruşdu: 

-

 

Gözlərinizi bağlayaqmı? 



-Xeyr. 

-

 



Topçu serjantını siz öldürmüsünüz? 

-

 



Bəli. 

Bu zaman Qranter yuxudan ayıldı. 

Qranter dünən  axşamdan  bəri  meyxananın  yuxarı  zalında  stulda 

oturub  başını  stola  qoyaraq  yatmışdı.  O,  “lülqənbər”  deyilən  ifadəni 

tam  mənası  ilə  təcəssüm  etdirirdi.  O,  yovşan  arağının,  porte-  rin  və 

spirtin  qarışdırılmasından  əmələ  gələn  dəhşətli  bir  içkini  içərək  ağır 

yuxuya getmişdi. Onun stolu elə balaca idi ki, barrikadaya yaramazdı, 

buna görə də ona dəymədilər. O, necə oturmuşdusa, elə də qalmışdı: 

özünü  stolun  üstünə  sərmiş,  başını  da  qollarının  üstünə  qoymuşdu, 

ətrafı stəkan, qab, içki şüşələri ilə dolu idi. O, qış yuxusuna gedən ayı, 

qandan doyan zəli kimi dərin yuxuya getmişdi. 

Nə atışma, nə mərmi, nə zalın pəncərəsindən içəri düşən top saç-

ması,  nə  hücumun  qulaqbatırıcı  gurultusu  ona  təsir  edirdi.  Ancaq 

hərdənbir  öz  xorultusu  ilə  top  atəşinə  dəm  tuturdu.  Sanki,  çovumuş 

bir güllənin onu oyanmaq ehtiyacından həmişəlik xilas edəcəyini göz-

ləyirdi.  Onun  ətrafında  çox  meyit  vardı,  ilk  baxışda  bu  adamlardan 

heç bir şeylə fərqlənmirdi. 

94 


downloaded from KitabYurdu.org


Səs-küy sərxoşu oyatmır, onu səssizlik oyadır. Bu qəribə vəziy-

yət  dəfələrlə  diqqəti  cəlb  etmişdir.  Ətrafda  hər  şey  uçub-dağılırdı, 

amma  o  daha  bərk  yatırdı,  gurultu  ona  lay-lay  çalırdı.  Lakin  Anjol- 

rasın  ətrafında  birdən  əmələ  gələn  sükut  Qranteri  bu  ağır  yuxudan 

oyatmaq üçün bir təkan oldu. Dördnala çapan atlar birdən dayananda 

belə olur. Kolyaskada yatanlar o saat yuxudan ayılır. Qran- ter heç bir 

şey  olmamış  kimi  birdən  başını  qaldırdı,  gərnəşdi,  gözlərini  sildi, 

əsnədi, ətrafına baxdı, nələr olduğunu başa düşdü. 

Sərxoşluqdan  qəfil  ayılma  -  birdən  cırılan  pərdəni  xatırladır. 

Adam o saat, ilk baxışda pərdənin dalında nələr olduğunu görür. Hər 

şey  o  saat  hafizədə  canlanır.  Keçən  gün  nələr  olduğunu  bilməyən 

sərxoş  da  gözünü  açan  kimi  məsələni  başa  düşür.  Onun  eyni  açılır, 

fikri  son  dərəcə  aydınlaşır,  sərxoşluq  uyuşqanlığı  şüuru  bürüyən 

duman  kimi  dağılır,  sərxoşluqdan  ayılan  adam  ətrafında  baş  verən 

hadisələri çox aydın və düzgün başa düşür. 

Əsgərlərin  fikri  Anjolrasda  olduğundan,  küncdə  oturan  Qranteri 

görməmişdilər, bilyard stolu onun qabağını kəsmişdi. Serjant “Mişan 

al!”  əmrini  təkrar  etmək  istəyirdi  ki,  birdən  kim  isə  lap  yaxından 

əzəmətli səslə dedi: 

-

 



Yaşasın Respublika, mən də onların tərəfindəyəm! 

Qranter ayağa qalxdı. 

Bu vuruşmada o iştirak etməmişdi, onu ötürmüşdü: indi əyyaşın 

işıldayan  gözlərində  bu  vuruşmanın  parlaq  şəfəqi  alışıb-yanırdı,  o, 

sanki, dəyişmişdi. 

O bir də: 

-

 

Yaşasın Respublika! - deyib çığırdı, qəti addımlarla zalı keçdi, 



gedib Anjolrasın yanında, tüfəng lülələrinin qabağında durdu. 

-

 



İkimizi birlikdə öldürün, - dedi. 

Sonra Anjolrasa sarı dönüb, yavaşca soruşdu: 

-

 

İcazə verərsən? 



Anjolras gülümsəyərək onun əlini sıxdı. 

Təbəssüm  hələ  onun  üzündən  silinməmişdi  ki,  yaylım  atəşi 

guruldadı. 

Səkkiz  güllə  Anjolrası  dəlib  keçdi;  lakin  o,  divara  söykənərək 

hələ  də  ayaq  üstə  durmuşdu,  sanki,  güllələr  onu  divara  mıxlamışdı. 

Ancaq başı sinəsinə əyilmişdi. 

Qranter bir anda ölərək, onun ayaqları altına sərildi. 

95 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə