Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə28/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   24   25   26   27   28   29   30   31   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yarayan ideallarla zibilləyirlər. Nə etmək olar! Azman özünü cırtdan 



yerinə  qoymaq  istəyir;  böyük  Fransanın  xırda  şıltaqlıqları  da  olur. 

Vəssalam. 

Burada  etiraza  yer  yoxdur.  Xalqların  da  günəş  kimi  tutulmağı 

var.  Bu,  elə  bir  qorxulu  şey  deyil,  qoy  ancaq  işıq  geri  qayıtsın,  bu 

tutulma  əbədi  gecəyə  çevrilməsin!  Şəfəq  və  intibah  eyni  mənalı 

sözlərdir.  Günəşin  yenidən  çıxması  insan  “mənliyinin”  həmişə 

yeniləşməsinə uyğun gəlir. 

Faktları  bitərəfcəsinə  müəyyən  edək.  Barrikadada  ölmək  və  ya 

sürgündə  dəfn  olunmaq  -  fədakarlıq  üçün  qəbul  olunan,  həm  də 

qabaqcadan  nəzərə  alınan  bir  şeydir.  Fədakarlığın  əsil  adı  təmən- 

nasızlıqdır. Qoy hamı tərəfindən tərk olunmuş adamlar tərk olunsun-

lar,  qoy  sürgünə  göndərilənlər  sürgünə  getsinlər,  biz  ancaq  böyük 

xalqlara  yalvarıb  deyirik:  geri  çəkiləndə  həddindən  artıq  geri  çəkil-

məyin. Sağlam düşüncəyə qayıtmaq bəhanəsilə həddindən artıq aşağı 

enmək lazım deyil. 

Heç şübhəsiz, maddə də var, gündəlik ehtiyac da var, şəxsi mən-

fəət də var. Mədə var; lakin mədənin tələbinin yeganə qanun olmasına 

yol  vermək  olmaz.  Müvəqqəti  həyatın  öz  haqqı  var,  biz  bunu  etiraf 

edirik,  lakin  əbədi  həyatın  da  öz  haqqı  var.  Heyhat,  çox  yüksəklərə 

qalxmaq,  sonra  da  birdən  yıxılmaq  olar.  Biz  belə  halları  tarixdə 

istədiyimizdən  da  artıq  görürük.  Şan-şöhrət  qazanan,  ideala 

yaxınlaşan  bir  millət  birdən  çirkab  içində  qurdalanmağa  başlayır, 

bundan zövq alır. Ondan soruşsan ki, sən nə səbəbə Falstafın xatirinə 

Sokratı atırsan, o, sənə belə cavab verər: “Ona görə ki, mənim dövlət 

xadimlərindən xoşum gəlir”. 

Barrikadadakı  vuruşmaya  qayıtmazdan  əvvəl  bir  söz  də  demək 

istəyirik. 

Burada  təsvir  etdiyimiz  kimi,  vuruşmalar  ideala  doğru  çılğınca 

can  atmaqdan  başqa  bir  şey  deyil.  Buxovlanmış  tərəqqi  cürbəcür 

xəstəliklərə tutulur; faciəli ürəkkeçmə xəstəliyinə də məruz qalır. Biz 

tərəqqinin lap qədim xəstəliyi olan vətəndaş müharibəsinə mütləq rast 

gəlməli  idik.  Bu,  faciəli  dövrlərdən  biridir,  bu,  bizim  dramın  eyni 

zamanda həm aktı, həm də antraktıdır; bu dramda baş rolda çıxış edən 

-  cəmiyyət  tərəfindən  lənətlənmiş  insandır,  dramın  əsil  adı 

“Tərəqqi”dir. 

Tərəqqi! 

84 

downloaded from KitabYurdu.org




Bizim  bütün  arzularımız  tez-tez,  həm  də  böyük  bir  həyəcanla 

söylədiyimiz  bu  sözdə  təcəssüm  etmişdir;  bu  arzularda  ifadə  olunan 

ideya  dramın  inkişafında  hələ  çox-çox  sınaqlardan  keçəcəyinə  görə, 

qoy  bizə  icazə  verilsin,  onun  üstündəki  örtüyü  qaldırmasaq  da,  heç 

olmasa, örtüyün arasından onun parlaq işığını göstərək. 

Oxucuların  qarşısında  olan  bu  kitab  əvvəldən  axıra  kimi  həm 

bütünlüklə,  həm  də  hissələrilə  -  orada  nə  qədər  uyğunsuzluqlar, 

istisnalar, ayrı-ayn müvəffəqiyyətsizliklər olsa da - şərdən xeyrə doğ-

ru,  haqsızlıqdan  haqqa  doğru,  nəfsdən  vicdana  doğru,  çürüməkdən 

həyata  doğru,  heyvani  hisslərdən  adamın  öz  vəzifəsini  anlamasına 

doğru,  cəhənnəmdən  göylərə  doğru, heçlikdən Allaha  doğru  bir  yol-

dur. Çıxış nöqtəsi - maddədir, son nöqtəsi - ruhdur. Əvvəli - əjdaha, 

sonu - mələkdir. 

iyirmi birinci fəsil 

QƏHRƏMANLAR 

Birdən hücum təbili vuruldu. 

Hücum  bir  qasırğa  kimi  başlandı.  Dünən  düşmən  axşam  qaran-

lığında  əfi  ilan  kimi  səssizcə  barrikadaya  tərəf  sürünürdü.  İndi  isə 

işıqda, açıq bir sahədə qəfildən hücum etmək mümkün deyildi, çünki 

hücum  edənlərin  canlı  qüvvəsi  görünürdü.  Toplar  guruldadı,  qoşun 

hücuma  keçdi.  Qüvvətli  nizami  piyada  dəstələrinə  müəyyən  sıralar 

arasında  olan  milli  və  bələdiyyə  qvardiyalarının  piyada  hissələri 

kömək edirdi. Hələ heç görünməyən, ancaq hay-küyü eşidilən camaa-

ta  arxalanan  bu  qoşun  hissəsi,  başda  snayperlər  olmaqla,  təbil  və 

şeypur  səsləri  altında,  süngülü  tüfəngi  əllərində  hazır  tutaraq,  yağış 

kimi  yağan  güllənin  qabağında  əyilmədən,  sürətli  addımlarla,  böyük 

bir hücum coşqunluğu ilə küçəyə çıxdı, divara vurulan mis taran qüv-

vəsi ilə düz barrikadanın üstünə yeridi. 

Divar sarsılmadı. 

Qiyamçılar  şiddətli  atəş  açdılar.  Barrikadanın  yuxarı  hissəsində 

tüfəng atəşinin alovu panldadı. Hücum o qədər şiddətli idi ki, barrika-

da bir anlığa hücum seli altında qaldı; lakin aslan silkələnərək itləri öz 

üstündən tökən kimi, o da əsgərləri özündən rədd etdi; onun üstü 

85 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

dəniz  köpüyü  qaya  üstünü  alan  kimi,  hücum  edənlərlə  bir  anlığa 



örtüldü, lakin dalğa geri çəkildi, o, yenə də qara, qorxunc sıldırım bir 

qaya kimi canlandı. 

Hücum  edənlər  dəstəsi  geri  çəkilməyə  məcbur  oldu,  sıraya 

düzülərək  küçədə  qaldı,  barrikadadan  atılan  atəşə  şiddətli  tüfəng 

atəşilə  cavab  verdi;  o,  açıq  mövqedə  də  dəhşətli  idi.  Kim  feyerverk 

görübsə,  çiçək  dəstəsi  adlanan,  ildırım  kimi  bir-birini  kəsərək  parıl-

dayan od  yığınını,  yəqin ki, xatırlayır. Qoy onlar belə bir çiçək dəs-

təsini  şaquli  deyil,  üfüqi  şəkildə  təsəvvür  etsinlər:  bu  çiçək  dəstəsi 

odlu oxları ilə güllə, qırma, top saçması yağdırır, dəhşətli ildırımlarla 

ölüm saçır. Barrikada bu atəş yağmurunun altına düşdü. 

Hər iki tərəf eyni qətiyyət qızğınlığı içində idi.  İgidlik vəhşi bir 

cünunluğa  varırdı,  yırtıcı  qəhrəmanlıq  şəklini  alırdı,  bu  isə,  hər 

şeydən əvvəl, qəhrəmanın özünü məhv edirdi. O zaman milli qvardiya 

əsgərləri  zuaf  kimi  vuruşurdular.  Qoşun  istəyirdi  ki,  vuruşmanı 

qurtarsın,  qiyamçılar  onu  davam  etdirmək  istəyirdilər.  Gəncliyin  və 

sağlamlığın  ən  gözəl  çağında  cançəkişməni  uzatmaq  igidlik  deyil, 

divanəlikdir. Bu vuruşmada iştirak edənlərin hər biri üçün ölüm saatı 

əbədiyyət  qədər  uzanırdı.  Bütün  küçə  meyitlə  dolmuşdu.  Anjolras 

barrikadanın bir başında, Marius da o biri başında idi. Bütün müdafiə 

planı Anjolrasın beynində idi, buna görə o, özünü qoruyurdu, daldada 

durmuşdu.  O,  öz  mazğalı  qabağında  üç  əsgəri  bir-birinin  ardınca 

vurub  yerə  sərdi  -  əsgərlər  heç  onu  görmədilər  də.  Marius  açıqda 

durub  vuruşurdu.  O,  canlı  bir  hədəf  kimi  durmuşdu,  istehkamın 

üstündən qurşaqdan yuxarı görünürdü. Xəsis əyyaşlığa başlasa, ondan 

qızğın  israfçı  ola  bilməz;  vuruşmada  da  heç  kəs  xəyalpərəst  kimi 

qorxunc olmaz. Marius həm qorxunc, həm də fikirli idi. Döyüşdə o, 

özünü  elə  hiss  edirdi  ki,  elə  bil,  yuxuda  idi.  O,  əli  tüfəngli  xəyala 

oxşayırdı. 

Qiyamçıların gülləsi qurtarırdı, lakin onların zarafatı qurtarmırdı. 

Qiyamçıları ağzına alan bu ölüm qasırğasında da onlar gülürdülər. 

Kurfeyrak başıaçıq durmuşdu. 

Bossüe ondan soruşdu: 

-

 

Sən şlyapanı neyləmisən? 



Kurfeyrak belə cavab verdi: 

-

 



Onlar axırda bir fəndgirliklə şlyapanı top gülləsi ilə vurub sala 

bildilər. 

Onlar düşməni həm ələ salır, həm də ona nifrət edirdilər. 

86 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə