İndicə biz qiyamçıların çox sakit olduğunu demişdik, buna
baxmayaraq, barrikada onun içində olanlara xəyali bir şey kimi
görünür.
Vətəndaş müharibəsinin axırzamana bənzəyişi var: məchullu-
ğun sıx dumanı alovun şiddətli parıltılarını bürüyür; xalq üsyanları
sfinks kimi sirlidir, kim ki barrikadada vuruşmuşdur, barrikadanı bir
yuxu kimi xatırlayır.
Adamların belə bir vaxtda duyduqlarını, düşündüklərini biz
Mariusun şəxsiyyətində təsvir etmişdik; biz sonralar da belə vəziyyəti
görəcəyik; bu, real həyatdan parlaqdır, eyni zamanda, sönükdür.
Barrikadadan gedən adam orada nələr gördüyünü xatırlamır.
Barrikadada o, dəhşətli idi, lakin bunu özü dərk etmirdi. Onun ətra-
fında insan şəklini almış ideyalar vuruşurdu, onun başını gələcəyin
parlaq işığı işıqlandırırdı. Orada meyitlər yerə sərilib qalmışdı, xəyal-
lar ayaq üstə durmuşdu. Dəqiqələr hədsiz dərəcədə uzanırdı, sanki,
onlar əbədiyyət dəqiqələri idi. Barrikadadan gedən adam, elə bil ki,
ölüb-dirilmişdi. Kölgələr onun yanından şütüyüb keçirdi. Bu, nə idi?
Barrikadada o, qana bulaşmış əllər görürdü; orada qulaqbatırıcı bir
gurultu, həm də dəhşətli bir sükut vardı, orada nəsə çığıran açıq
ağızlar, həm də həmişəlik susan açıq ağızlar vardı; onu duman kimi
tüstü, ya da, bəlkə, gecə qaranlığı bürümüşdü. Ona elə gəlirdi ki,
məchul bir dərinlikdən sızıb gələn məşum bir rütubətə toxunmuşdur;
barmaqlarında qırmızı ləkələr görürdü. Ayrı heç bir şey onun yadında
deyildi.
Şanvreri küçəsinə qayıdaq.
Birdən iki yaylım atəşi arasında uzaqda vuran saatın səsi eşidildi.
Kombefer:
-
Günortadır, - dedi.
Saat on ikini vurub qurtarmamışdı ki, Anjolras barrikadanın
üstündə şax duraraq çox ucadan çığırdı:
-
Qənbər daşlarını evə daşıyın. Aşağıdakı pəncərələrin, bir də
çardaqdakı pəncərənin qabağına tökün. Adamların yarısı vuruşmaya
hazırlaşsın, qalanları daş daşısın. Bircə dəqiqəni də boş keçirmək
olmaz.
Küçənin başında, döyüşə hazır vəziyyətdə, çiyinlərində balta,
yanğınsöndürən-istehkamçı taqımı göründü.
Bu, qoşun dəstəsinin ancaq baş hissəsi ola bilərdi. Hansı qoşun
dəstəsinin? Heç şübhəsiz, hücum dəstəsinin; çünki barrikadanı
69
downloaded from KitabYurdu.org
D
ÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
dağıtmaq üçün göndərilən istehkamçıların ardınca, adətən əsgər,
göndərilir - bu əsgərlər hücumla barrikadanı tutmalıdırlar.
1822-ci ildə cənab Klermon Tonnerin dediyi kimi, görünür,
“onların boynuna keçirilən ilgəyi dartmaq” vaxtı yaxınlaşırdı.
Anjolrasın əmri gəmi və barrikada döyüşçülərinə xas olan bir
sürət və dəqiqliklə yerinə yetirildi - gəmidən və barrikadadan, bu
iki vuruşma meydanından geri çəkilmək mümkün deyil. Anjolrasın
sərəncamı ilə “Korinf’in qapısı qabağına yığılan daşın üçdə iki his-
səsini bir dəqiqədən də az vaxtda ikinci mərtəbəyə və çardağa
daşıdılar, sonra heç bir dəqiqə də keçmədi ki, daşları çox məha-
rətlə üst-üstə yığaraq, ikinci mərtəbənin pəncərələrini, bir də çar-
dağın xırdaca pəncərəsini yarıya qədər tutdular. Bu işə başçılıq edən
Feyinin göstərişi ilə daşların arasında tüfəng lüləsi üçün deşiklər
qoydular. Daha top saçmasının atılmaması pəncərələrin daşla bər-
kidilməsi işini xeyli yüngülləşdirdi, indi topların hər ikisindən mərmi
nə istehkamın özünü vururdular, bununla da hücum üçün onda
deşik açmaq, ya da, mümkün olsa, onun bir tərəfini dağıtmaq istə-
yirdilər.
Son istinadgahın müdafiəsi üçün görülən işi qurtardıqdan
- pəncərələrin içində qənbər daşından sipər düzəltdikdən sonra
Anjolras Maböfün qoyulduğu stolun altında olan şüşələrin ikinci
mərtəbəyə aparılmasını əmr etdi.
Bossüe soruşdu:
-
Şərabı kim içəcək?
-
Onlar.
Sonra da qiyamçılar aşağı pəncərənin içinə şey-şüy yığıb oranı
bərkitdilər, gecələr meyxananın qapısı dalına qoyulan dəmirləri əllə-
rinə alıb, hazır durdular.
indi bura əsl qala idi. Barrikada onun səddi, meyxana baş qülləsi
idi.
Barrikadada bircə yol qalmışdı, onu da qalan qənbər daşları ilə
tutdular.
Barrikadanı müdafiə edənlər həmişə hərbi sursata qənaət
etməlidirlər, düşmən də bunu bilir; buna görə də düşmən hücuma çox
yavaş hazırlaşır, vaxtından əvvəl qiyamçıların atəş xəttindən kənar bir
yerə qüvvə gətirir, bunu da hücum etməkdən daha çox özünü
göstərmək üçün edir; eyni zamanda, öz hissələrini daha müna
70
downloaded from KitabYurdu.org
sib mövqedə yerləşdirir. Hazırlıq işləri həmişə nizam və qayda ilə
tələsmədən görülür, sonra birdən tufan qopur.
Düşmənin belə ağır hərəkət etməsi Anjolrasa bütün işləri yoxla-
maq, mümkün olan yerdə işi yaxşılaşdırmaq imkanını verdi. O, belə
qərara gəldi: bu adamların nəsibi ölməkdirsə, onların ölümü mərdlik
və şücaətin ən yüksək nümunəsi olmalıdır.
Sonra Mariusa dedi:
-
Biz ikimiz də burada komandirik. Mən evə gedib son sərən-
camı verim, sən də bayırda qal, düşməni müşahidə elə.
Marius barrikadanın üstündə müşahidə yerini tutdu.
Anjolrasın əmri ilə mətbəxin yaralılar otağına açılan qapısını
mıxladılar:
-
Qoy yaralılara mərmi qəlpəsi dəyməsin.
O, son sərəncamını aşağı zalda qırıq-qırıq, lakin çox sakit halda
verdi. Feyi onun dediklərini dinləyir, hamının adından ona cavab
verirdi.
- Pilləkəni sındırmaq üçün baltaları ikin
ci mərtəbədə hazır
tutun. Balta varmı?
Feyi:
- Var, - dedi.
-
Neçə dənədir?
-
Cİç dənə.
-
Yaxşı. Sırada iyirmi altı döyüşçümüz var. Tüfəng neçədir?
-
Otuz dörd.
-
Deməli, səkkizi artıqdır. Onları da doldurun, yanınızda qoyun.
Qılıncları bağlayın, tapançaları toqqanıza keçirin. İyirmi adam bar-
rikadaya, altısı çardağa və ikinci mərtəbənin pəncərəsinə getsin.
Düşmənə daşlar arasındakı mazğallardan güllə atılsın. Heç kəs bekar
oturmasın. Hücum təbili vurulan kimi hamınız, iyirmi adamın iyirmisi
də, barrikadaya yüyürün. Kim əvvəl gəlib çatsa, yaxşı yer tutacaq.
Hamını müəyyən etdiyi döyüş yerində qoyub Javerə sarı döndü:
-
Mən səni unutmamışam.
Tapançanı stolun üstünə qoyub əlavə etdi:
-
Kim buradan axırıncı çıxsa, casusun beynini dağıdacaq.
Kimsə soruşdu:
-
Burada?
71
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |