Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə243/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   239   240   241   242   243   244   245   246   ...   272

qaçaqlar,  qatillər  onların  yanından  maneəsiz  keçirdilər.  Odur  ki  hər 

hansı  quldur  dəstəsinin  bir  saraya,  malikanəyə,  yaxud  izdihamlı 

məhəllələrdə  belə  yerləşən  dükana  silahlı  hücum  etməsi  o  qədər  də 

təəccüblü  bir  şey  deyildi.  Qonşular  yalnız  quldurlar  onların  qapısını 

döydüyü zaman işə qarışardılar. Başqa vaxtlarda isə onlar tüfəng səsi 

eşidər-eşitməz  qulaqlarına  pambıq  tıxayıb  pəncərələrini  qapayar, 

qarovulun  köməyilə,  yaxud  yardım  olmadan  hadisənin  nə  ilə 

bitəcəyini  gözləyərdilər.  Ertəsi  gün  isə  tanışlar  bir-birinə  təzə  xəbər 

söyləyirdi: “Keçən gecə Etyen Barbetin evini qarət etmişlər”, “Marşal 

Klermonun evini yarmışdılar” və sairə. Odur ki Luvr, Bas- tiliya kimi 

kral  iqamətgahlarından  başqa  Burbon,  Sans,  Anqulem  sarayları  kimi 

bir  çox  böyük  ağaların  evlərinin  ətrafında  da  daşdan  hörülmüş 

hasarların mazğallan, darvazalarında qalaçalar vardı. Kilsələri onların 

müqəddəs  olması  mühafizə  edirdi.  Ancaq  bu,  bəzilərinə,  eyni 

zamanda  Paris  Notr-Dam  kilsəsinə  aid  deyildi  -  onun  istehkamları 

vardı.  Məsələn,  Sen-Jermen  abbatlığının  ətrafina  baron  qəsri  kimi 

dişli hasarlar çəkilmişdi və bu abbatliq çox ehtimal ki, zənglərdən çox 

toplara  mis  sərf  etmişdi.  Bu  istehkamların  izləri  1610-cu  ilədək 

qalmışdı. Hazırda abbatlığın yalnız kilsəsi qalmışdır. 

Qayıdaq yenə Notr-Dam kilsəsinə. 

Avaralar  ordusunda  böyük  nizam-intizam  olduğunu  da  qeyd 

etməliyik: Klopen Truyefunun əmrləri sözsüz və böyük diqqətlə yeri-

nə yetirilirdi. Dəstədə hərbi intizam yaradıldıqdan sonra onun layiqli 

rəhbəri Klopen pilləkənə çıxdı və arxasını kilsəyə çevirərək əlindəki 

məşəli  yırğalaya-yırğalaya  qaba  və  boğuq  səslə  danışmağa  başladı. 

Məşəlin  küləkdən  közərən,  ya  da  öz  tüstüsündə  boğulan  alovu  gah 

kilsənin  fasadını  qırmızımtraq  işıqla  işıqlandırır,  gah  da  qaranlığa 

qərq edirdi. 

- Mən, Tun kralı, qaraçılar knyazı, təlxəklər yepiskopu - Klopen 

Truyefu  Paris  yepiskopu,  kral  şurasının  üzvü  Lui  de  Bomon,  sənə 

müraciət  edirəm.  Bizim  bacımız  haqsız  olaraq  cadugərlikdə  ittiham 

edilərək  ölümə  məhkum  edildiyindən  sənin  kilsəndə  gizlənmişdir. 

Sən onu  himayə  və  müdafiə  etməlisən;  halbuki  kral  məhkəməsi  onu 

buradan  çıxarmaq  istəyir,  sən  də  buna  razılıq  vermisən.  Allah  və 

bizim  şanlı  ittifaqımız  olmasaydı,  sabah  bizim  bacımız  Qrev  mey-

danında  asılmalı  idi.  Ey,  yepiskop,  biz  sənin  yanına  gəlmişik!  Əgər 

sənin kilsən toxunulmazdırsa, bizim bacımız da toxunulmazdır; ancaq 

721 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

siz  bizim  bacımızı  toxunulmaz  saymırsınızsa,  biz  də  sizin  kilsənizi 



toxunulmaz saymırıq. Odur ki biz səni dəvət edib deyirik ki: əgər sən 

öz  kilsəni  xilas  etmək  niyyətindəsənsə,  bizim  bacımızı  təhvil  ver, 

yoxsa biz onu zorla alacağıq və kilsəni tar-mar edəcəyik. Bu belədir 

ki,  var.  Sözümün  doğruluğunu  isbat  etmək  üçün  bayrağımı  bura 

sancıram. Allah özü səni mühafizə etsin, Paris yepiskopu. 

Təəssüf  ki,  bu  qədər  məsum  və  vəhşi  təntənə  ilə  söylənmiş  bu 

sözləri Kvazimodo eşitmək iqtidarında deyildi. Avaralardan biri bay-

rağı Klopenə verdi, Klopen onu təntənəylə daşların arasındakı dəliyə 

sancdı.  Bayraq  deyilən  şey  böyük  bir  yaba  idi,  ucuna  isə  leş 

taxılmışdı. 

Sonra Truyefu boylanıb öz ordusunu nəzərdən keçirdi və əsgər-

lərin gözlərinin nizələrinin ucu kimi par-par parladığını görüb məm-

nun oldu. 

-

 



İrəliyə,  uşaqlar!  İşə  başlayın,  qoçaqlarım!  -  O,  bir  az  susduq-

dan  sonra  bağırdı.  Bu  sözləri  söylər-söyləməz  əvvəllər  çilingər  olan 

otuz nəfər sağlam vücudlu, enlikürək kişi sıradan irəli çıxdılar. Onla-

rın  çiynində  çəkic,  kəlbətin  və  dəmir  linglər  vardı.  Kilsənin  böyük 

qapısına  doğru  getdilər,  pilləkənləri  çıxdılar  və  bir  dəqiqə  sonra 

qapıları  linglə,  qıfılları  isə  kəlbətinlərlə  qırmağa  başladılar.  Sərsəri-

lərin  çoxusu  baxmaq,  yaxud  onlara  kömək  etmək  məqsədilə  qabağa 

çıxdılar.  Az  sonra  izdiham  kilsənin  qarşısındakı  pilləkənin  on  bir 

pilləsini də tutmuşdu. 

Buna baxmayaraq, qapı açılmırdı. 

-

 

Zəhrimara  qalasan!  Nə  tərs  qapı  imiş!  -  avaralardan  biri 



deyirdi. 

-

 



Qapı çox köhnədir, lap sümük kimidir! - o biri dedi. 

Klopen isə onları ruhlandıraraq bağırırdı: 

-

 

ürəkli  olun,  uşaqlar,  qorxmayın!  Başımla  cavabdehəm  ki,  siz 



qapını sındırıb qızı qaçıracaqsınız və qarovulçulardan biri belə oyan-

madan baş mehrabı tar-mar edəcəksiniz. Baxın, deyəsən, qıfıl sınır! 

Bu  zaman  Klopenin  nitqini  onun  arxasından  gələn  dəhşətli  gur-

ultu kəsdi. O boylanıb baxdı. Sanki, göydən düşmüş böyük bir şalban 

məbədin  pilləkənindəki  ona  qədər  sərsərini  xurd-xəşil  etmiş,  oradan 

səkiyə düşərək dəhşətli bağırtılarla oyan-buyana qaçan avaraların bir 

neçəsinin  ayaqlarını  əzmişdi.  Bir  anda  kilsənin  qabağı  boşaldı. 

Çilingərlər  belə  divarın  içindəki  dərin  oyuğun  altında  olmalarına 

baxmayaraq, qaçıb qapıdan uzaqlaşdılar; Klopen də qapıdan bir qədər 

uzağa çəkilmişdi. 

722 

downloaded from KitabYurdu.org




-

 

Yaxşı aradan çıxdım! - Jan bağırdı. - Mən onun necə vıyıltıyla 



gəldiyini eşidirdim. Amma axmaq Pyerin sallaq ruhunu məhv etdi! 

Şalbanın  quldurlan  nə  qədər  böyük  heyrətə  və  dəhşətə  saldığını 

təsvir etmək mümkün deyil. Onlar bir neçə dəqiqə mat-mat yuxarıya 

baxdılar. Haradansa düşmüş bu şalbandan elə qorxmuşdular ki, iyirmi 

min nəfər kral nişançısından belə qorxmazdılar. 

-Şeytan!  -  Qaraçılar  hersoqu  mırıldandı,  -  buradan  cadu  qoxusu 

gəlir. 

-

 



Bu sarsaq şalban aydan düşdü-nədir? - Andre Leruz dedi. 

-

 



Bəs  deyirlər,  ay  qızların  rəfiqəsidir!  -  Fransua  Şanteprün 

mənalı-mənalı söylədi. 

Klopen  bu  hadisəni  izah  edə  bilmədiyindən  onlann  üzünə 

baxırdı: 

-

 

Hamınız axmaqsınız! 



Kilsənin  yüksək  divarının  ayağından  məşəl  işıqlarının  düşə  bil-

mədiyi təpəsinə qədər heç bir şey görmək mümkün deyildi. Ağır şal-

ban  kilsənin  qapısı  qarşısındaydı,  şalbanın  əzdiyi  bədbəxtlərin  inil-

tiləri eşidilirdi. 

Nəhayət,  ilk  həyəcan  sakitləşdikdən  sonra  Truyefu  hadisənin 

səbəbini tapdı. Onun verdiyi izahat hamını razı saldı. 

Truyefu bağırdı: 

-

 



Lənətə gələsiniz! Yəni bu kanoniklər özlərini müdafiə etməyə 

başlayıblar! Dağıdın! Dağıdın kilsəni! 

-

 

Dağıdaq,  dağıdaq!  -  Avaralar  vəhşicəsinə  bağırdılar  və  qapı-



lara tüfənglərdən atəş açdılar. 

Meydana  yaxın  evlərdə  yaşayanlar  güllə  səslərini  eşidib  oyan-

mışdılar.  Bir  neçə  pəncərə  açıldı,  oradan  başlarında  gecə  papağı  və 

əllərində şam olan bir neçə adam göründü. 

-

 

Pəncərələrə atəş açın! - Klopen əmr etdi: 



Bütün pəncərələr dərhal qapandı, qorxuya düşmüş ev sahibləri bu 

gurultulu  səhnəyə  ani  bir  nəzər  saldıqdan  sonra  titrəyə-titrəyə 

arvadlarının  yanlarına  qayıdıb  cadugərlərin  Notr-Dam  kilsəsi  qarşı-

sında nədənsə birdən-birə kef məclisi qurduqlarına heyrət etdiklərini 

bildirdilər.  Bəziləri  isə  1464-cü  ildəki  kimi  yenə  burqundiyalı-  ların 

hücumu  olub-olmadıqlarını  özlərindən  soruşurdular.  Kişilər  kisələri 

üçün,  arvadlar  isə  ismətləri  üçün  qorxurdular.  Hər  halda,  kişilər  də, 

arvadlar da qorxularından başlarını yastıqlarının altına soxmuşdular. 

723 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə