Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə251/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   247   248   249   250   251   252   253   254   ...   272

Qiyom Rim diqqətlə onlara baxırdı, lakin kral o qədər yavaşdan 

diktə  edirdi  ki,  flamandriyalıların  qulağına  yalnız  bir  neçə  çox  az 

anlaşıla biləcək söz çatırdı. Məsələn: 

-

 



Münbit  yerləri  ticarət  üçün,  qalan  yerləri  isə  manufaktura 

sənayesi  üçün  saxlamalı...  Cənab  ingilislərə  bizim  dörd  böyük  topu-

muzu  -  “London”u,  “Brabant”ı,  “Burq-an-Bress”i,  “Sent-Omer”i 

göstərməli...  Topçu  dəstələri  daxil  edildiyi  üçün  artıq  müharibələr 

daha  ciddi  şəkil  almaqdadır.  Dostumuz  Bressüir  cənablarına... 

Orduları təzminatsız saxlamaq mümkün deyil... və sairə. 

Kral yalnız bircə dəfə səsini yüksəltdi və bağırdı: 

-

 



Cənab  Siciliya  kralı  da  öz  namələrini  Fransa  kralı  kimi  sarı 

surğucla möhürləyir! Buna icazə verilməməlidir. Öz hüququmuzu ən 

xırda şeylərdə belə müdafiə etməliyik. Bunu qeyd et, Olivye! 

Bir müddət yenə səssizcə işlədikdən sonra, ucadan dedi: 

-

 

Aman, aman, bizim qardaşımız imperator nələr yazır? - Sonra 



məktubu oxumağa başlayaraq, arada öz sözünü kəsə-kəsə deyirdi: 

-

 



Bu doğrudur! Alman qadınları hündürboylu və həddindən artıq 

şişman olurlar! Lakin əski bir zərb-məsəli də yaddan çıxarmamalıyıq: 

“Ən  gözəl  qraflıq  -  Flandriyadır;  ən  gözəl  hersoqluq  -  Milandır,  ən 

gözəl krallıq isə - Fransadır”. Elə deyil, cənab flamandriyalılar? 

Kral  bu  sözlərlə  corabçının  vətənpərvərlik  hisslərinə  toxunaraq 

onu  məmnun  etdiyi  üçün  yalnız  Qiyom  Rim  deyil,  Kopenol  da  baş 

əydi. 

XI Lüdovik son məktubu nəzərdən keçirib, qaşlarını çatdı: 



-

 

Bu  nədir?  -  o,  dedi.  -  Pikardiyada  da  bizim  əsgərlərimizdən 



şikayət edirlər! Olivye, bu saat marşal Ruoya yaz ki, inzibati qaydalar 

pozulmuşdur,  jandarmlar,  zadəgan  alaylan,  azad  nişançılar,  isveç-

rəlilər  şəhərlərə  çox  zərər  yetirirlər;  əsgərlər  kəndlilərin  evində  tap- 

dıqlan  şeylərlə  kifayətlənməyərək,  onları  zorlayır,  döyür,  əziyyət 

verərək şərab, balıq, yeməli şeylər gətirməyə məcbur edirlər. Marşal 

Ruoya yaz ki, biz öz xalqımızı hər bir əziyyətdən və təcavüzdən xilas 

etmək istəyirik. Bu, bizim arzu və iradəmizdir. Bəli, bunu da yaz ki, 

tanınmayan,  bilinməyən  bir  bərbərin,  yaxud  mehtərin  prins  kimi 

güləbətinli  məxmər  və  ipək  libaslar  geyinməsi  bizim  heç  də  xoşu-

muza gəlmir; bu cür təşəxxüs və qürur cənab Allaha da xoş getməz; 

biz kral olduğumuz halda, arşını on altı su qiymətinə olan mahuddan 

kamzol geyməklə kifayətlənirik. Arabaçı cənabları da lütf edib

745 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

bizim  kimi  hərəkət  etsə,  xəncərinin  qaşı  düşməz.  Bunların  hamısını 



bizim dostumuz cənab marşal Ruoya yazarsınız. Çox yaxşı! 

Kral bu məktubu uca, möhkəm və qırıq səslə yazdırdı. Məktubu 

bitirmək üzrəydi ki, birdən qapı açıldı və içəriyə dəhşətli səslə bağı-

ran bir adam girdi, daha doğrusu, içəriyə soxuldu: 

-

 

Əlahəzrət! Əlahəzrət! Parisdə üsyan var! 



XI  Luinin  ciddi  üzü  dəyişdi,  lakin  üzündə  bir  anlıq  görünən 

həyəcan  dərhal  da  yox  oldu.  O,  özünü  saxlayaraq  sakit  və  möhkəm 

bir səslə soruşdu: 

-

 



Əziz Jak, bu, nə cür daxil olmaqdır? 

Jak təngnəfəs halda bağırırdı: 

-

 

Əlahəzrət, üsyan, üsyan!.. 



Kral  ayağa  durdu,  ona  yaxınlaşdı,  əlindən  tutdu  və  hiddətini 

boğaraq və flamandriyalılara oğrun-oğrun baxaraq yalnız onun eşidə 

biləcəyi səslə dedi: 

-

 



Kəs səsini, ya da yavaş danış! 

Gələn adam bu sözlərin mənasını başa düşüb yavaş səslə qorxa-

qorxa  danışmağa  başladı.  Kral  sakitcə  qulaq  asırdı:  Giyom  Rim  isə 

Kopenolun  diqqətini  yeni  gələn  adamın  üzünə,  libasına,  xəz  şap-

kasına,  qısa  yapıncısına,  hesab  kamerası  müşavirlərindən  olduğunu 

göstərən qara məxmər cübbəsinə cəlb edirdi. 

Lakin  bu  adam  krala  izahat  verər-verməz  XI  Lüdovik  gülərək 

dedi: 


-

 

Əziz  Kuaktye,  nə  pıçıldayırsınız!  Ucadan  danışın.  Bizim  fla- 



mandriyalı dostlarımızdan heç bir xəlvət söhbətimiz ola bilməz. 

-

 



Lakin əlahəzrət?.. 

-

 



Ucadan danışın! 

Kuaktye mat qaldı. 

-

 

Demək,  siz  söyləyirsiniz  ki,  bizim  əziz  Paris  şəhərimizin 



əhalisi üsyan qaldırmışdır? - Kral ucadan dedi. 

-

 



Bəli, əlahəzrət. 

-

 



Və siz deyirsiniz ki, bu üsyan Parisin baş hakimi əleyhinə çev-

rilmişdir? 

Kuaktyenin dili dolaşdı, kralın fikirlərində gözlənilməz  və anla-

şılmaz dönüş əmələ gəldiyinə heyran qalaraq cavab verdi: 

-

 

Yəqin ki. 



-

 

Bəs  qarovulçular  camaatı  harada  qarşıladılar?  -  XI  Lüdovik 



yenə soruşdu. 

746 


downloaded from KitabYurdu.org


-

 

Böyük  sərsəri  meyxanasından  Sənaflar  körpüsünə  gedən 



yolda. Mən özüm də əlahəzrətin əmrinə tabe olaraq buraya gələrkən 

onlara  rast  gəlmişdim.  Hətta  mən  camaatın  “Rədd  olsun  Paris 

hakimi!"  bağırdıqlannı  da  eşidirdim.  Görəsən,  onlar  nə  üçün 

məhkəmə sədrinin əleyhinədirlər? 

-

 

Çünki o, onların ağasıdır. 



-

 

Doğrudan? 



-

 

Bəli, əlahəzrət. Onlann hamısı Möcüzələr sarayında olan yara-



mazlardır. Çoxdandır ki, məhkəmə rəisinin sərtliyindən şikayət edir-

lər, onun hökmünə tabe olmaq istəmirlər. 

-

 

Belə  de!  -  Kral  məmnunluğunu  gizlətməyə  çalışaraq  xəfif 



təbəssümlə dedi. 

-

 



Onlar  parlamentə  yazdıqları  ərizələrində  yalnız  iki  ağaları 

olduğunu  qeyd  edirlər:  biri  əlahəzrət,  o  biri  isə  cənab  Allah  -  yaxud 

mənim zənnimcə iblis, - Kuaktye sözünə davam etdi. 

-

 



Belə de! - kral yenə təkrar etdi. 

O,  bu  sözləri  söylərkən  əllərini  ovuşdurur  və  daxilən  güldüyün-

dən  üzündə  sevinc  işarəsi  görünürdü,  ümumiyyətlə,  kral  özünü  nə 

qədər saxlamaq istəsə də, qəlbindəki sevinci gizlədə bilmirdi. Kimsə, 

hətta  Olivye  belə  bundan  baş  çıxara  bilmirdi.  Kral  bir  müddət  fikrə 

getdi; üzündə narazılıq vardı; sonra birdən soruşdu: 

-

 

Onlar çoxdur? 



-

 

Bəli, əlahəzrət, olduqca çoxdurlar, - Jak cavab verdi. 



-

 

Nə qədər olarlar? * 



-

 

Altı minə qədər olarlar. 



Kral özünü saxlaya bilməyib dedi: 

-

 



Çox gözəl! Nə ilə silahlanmışlar? 

-

 



Onların  kərəntiləri,  nizələri,  oxları,  dırmıqları,  bir  sözlə,  bir 

çox olduqca qorxunc silahları var. 

Lakin  silahlar  sadalanarkən,  deyəsən,  kralın  kefi  heç  də  pozul-

madı. Odur ki Kuaktye bir söz də əlavə etməyi lazım bildi: 

-

 

Əlahəzrət, məhkəmə rəisinə kömək göndərməsək, onu bu saat 



məhv edəcəklər! 

-

 



Əlbəttə,  əlbəttə,  göndərəcəyik!  -  Kral  məmnun  halda  dedi.  - 

Əlbəttə,  göndərəcəyik.  Hər  halda,  cənab  məhkəmə  rəisi  bizim  dos-

tumuzdur.  Altı  min!  Amma  çox  qoçaq  oğlanlardır.  Onların  cəsarəti 

fövqəladə bir cəsarətdir. Bizim də buna bərk acığımız tutmuşdur. 

747 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə