Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə248/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   244   245   246   247   248   249   250   251   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

dövlət  şurası  üzvlərindən  birinin  evində  görmək  olardı;  onu  orada 



“Kir”romanında “Arrisidin” və ya “Əxlaq mücəssəməsi” adıyla məş-

hur olan qoca madam Pilu görmüşdü. 

“Kral XI Lüdovik ibadətxanası” adlanan bu otaq beləydi. 

Oxucuyla  birlikdə  bu  binaya  daxil  olduqda  otaq  tamamilə 

qaranlıq idi. Bir saat bundan əvvəl çıraqları söndürmək işarəsi veril-

mişdi. Böyük otaqda yalnız bir şam yanır, titrəyən şöləsi buradakı beş 

nəfəri işıqlandırırdı. 

Şama hamıdan yaxın olan adam ağaya bənzəyirdi; onun əynində 

qırmızı-gümüş zolaqlı  alt  və  üst  paltarı,  qara  rəngli  və  qızıl  işləməli 

yol  bürüncəyi  vardı.  Şamın  işıqları  onun  paltarına  düşür,  paltar  par- 

par  parıldayırdı.  Döşündə  parlaq  ipəklə  işlənmiş  gerb  vardı:  bucaq 

təşkil edən iki geniş zolağın sağ tərəfində zeytun budağı, sol tərəfində 

isə  maral  buynuzu  vardı.  Kəmərindən  qiymətli  bir  qılınc  asılmışdı; 

qılıncın  qızıl  suyuna  salınmış  dəstəyi,  yuxarısında  qraf  tacı  olan 

dəbilqə  darağına  bənzəyirdi.  Bu  adamın  acıqlı  siması,  özündən 

müştəbeh görkəmi vardı, başını məğrurcasına yuxarı qaldırmışdı. İlk 

baxışda  onun  lovğa,  diqqətlə  baxanda  isə  hiyləgər  olduğu  nəzərə 

çarpırdı. 

Bu adam pinti geyinmiş, ayağını ayağının üstə aşıraraq ikiqat və 

yöndəmsiz oturmuş şəxsin kreslosunun arxa tərəfində əlində uzun bir 

perqament  tutaraq  başıaçıq  dayanmışdı.  Kresloda  əyləşmiş  şəxs 

dirsəklərilə  masaya  söykənmişdi.  Oxucu  İspaniya  meşinindən  düzəl-

dilmiş bu qiymətli kresloda oturmuş iki yöndəmsiz dizi, iki xeyli qaba 

və  qara  trikolu  zəif  budu,  kənarlarına  nimdaş  xəz  tikilmiş  pamazı 

köynəkli  vücudu  və  nəhayət  qurğuşun  piləkli  qaytanı  olan  köhnə, 

kirli, qara mahud şlyapanı təsəvvür edə bilər. Həmin geyimə altından 

bir  tük  belə  görünməyən  araqçın  da  əlavə  edilsə,  oxucu  kresloda 

əyləşmiş şəxsin qiyafəsini tam təsəvvür edə bilər. Onun başı köksünə 

doğru  sallandığından  bütün üzündən  yalnız  burnunun ucunu  görmək 

olardı,  ona  da  işıq  düşdüyündən  çox  uzun  olduğu  görünürdü.  Bu 

şəxsin arıq və qırış əlindən qoca olduğunu fərz etmək olardı. Bu adam 

XI Lüdovik idi. 

Otağın dal tərəfində, qapının yaxınlığında Flamandriya libasında 

iki  adam  asta-asta  söhbət  edirdi.  Onların  üzərinə  yaxşı  işıq  düşdü-

yündən  Qrenquarın  misteriyası  göstərilərkən  orada  olanlar  bu  iki 

nəfərin baş Flamandriya səfirləri olduqlarını dərhal tanıyardılar: bun- 

736 

downloaded from KitabYurdu.org




lardan  biri  bəsirətli  Gent  burqomistri  Giyom  Rim,  o  biri  isə  məşhur 

corabçı Jak  Kopenol  idi.  Bu  iki  nəfərin XI  Lüdovikin  apardığı  siya-

sətin sirlərinə vaqif olduğu diqqətli oxucunun yadında olar. 

Nəhayət,  otağın  lap  dal  tərəfində,  qapının  ağzında  qaranlıqda 

heykəl  kimi  hərəkətsiz,  alçaqboy,  lakin  qüvvətli  vücudlu,  hərbi  pal-

tarda,  bürüncəyində  gerb  şəkli  olan  bir  adam  da  dayanmışdı.  Bu 

adamın  hamar  üzü,  bərəlmiş  gözləri,  iri  ağzı,  uzun  saçlarının  tama-

milə  qapadığı  qulaqları  və  ensiz  alnı  vardı.  Üzü  eyni  zamanda  həm 

köpək, həm də pələng üzünə bənzəyirdi. 

Bütün  bu  dörd  nəfər  ayaq  üstdə  dayanmışdı.  Oturan  yalnız  kral 

idi.  Krala  ən  çox  yaxın  olan  mühüm  adam  ona  uzun  bir  məktub 

oxuyurdu.  Əlahəzrət  isə,  görünür,  onun  oxumasına  diqqətlə  qulaq 

asırdı. Flamandriyalılar yavaşdan bir-birilə söhbət edirdilər: 

-

 



Ağalar, - Kopenol mırıldanaraq dedi, - mən artıq dayanmaqdan 

yoruldum. Görəsən, burada bir kreslo yoxdur? 

Rim xəfifcə gülümsünərək “yox” işarəsilə cavab verdi. 

Təbiətən  qalın  səsini  alçaltmağa  məcbur  olduğundan  heç  də 

məmnun qalmayan Kopenol sözünə davam etdi: 

-

 



İsaya  and  olsun,  mən,  az  qalıram,  öz  emalatxanamda  olduğu 

kimi bardaş qurub yerdə oturum. 

-

 

Qətiyyən olmaz, cənab Jak. 



-

 

Cənab  Rim,  əcəba,  bu  ölkədə  yalnız  ayaq  üstə  dayanmaq 



qaydadır? 

-

 



Bəli, ya ayaq üstə, ya da ki diz üstə, - Rim cavab verdi. 

Bu zaman kral səsini ucaltdı. Flamandriyalılar susdular. 

-

 

Demək, biz xidmətçilərin paltarı üçün əlli su, saray məmurları-



nın bürüncəkləri üçün on iki livr. Deməli, belə! Siz qızılı ovuc-ovuc 

atırsınız! Siz ağlınızımı itirmisiniz, Olivye? 

Qoca  bu  sözləri  deyib  başını  qaldırdı:  boynundakı  müqəddəs 

Mişel ordeninə məxsus qızıl zəncir parladı; şamın işığı isə onun zəif 

və qeyri-məmnun simasını işıqlandırdı. 

Kağızları  müsahibinin  əlindən  qaparaq  çuxura  düşmüş  gözlərilə 

baxdı və sözünə davam etdi: 

-

 



Siz  bizi  talan  edirsiniz!  Bütün  bunlara  nə  ehtiyac  var?  Bu 

zinət, bu təntənə bizim nəyimizə lazımdır? İki saray keşişi və bir kiçik 

keşiş! Keşişlərin də hər birinə ayda on livr, kiçik keşişə isə ayda yüz 

su maaş! İldə doxsan livr alan bir kamer-lakey! Bir nəfər 

737 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

qapıçı, bir nəfər bostançı, bir nəfər aşpaz, bir nəfər aşpaz köməkçisi, 



bir  nəfər  açarçı,  iki  nəfər  lakey  -  hər  birinə  də  on  livr  maaş!  Səkkiz 

livr  maaşla  iki  nəfər  mətbəx  xidmətçisi!  İyirmi  dörd  livr  maaşla  bir 

mehtər və iki nəfər mehtər köməkçisi! Hər biri ildə altmış livr maaşla 

bir  nəfər  hambal,  bir  nəfər  şirniyyatçı,  bir  nəfər  qoğal-  bişirən,  iki 

nəfər arabaçı! İyirmi altı livr maaşla bir nəfər dəmirçi, yüz iyirmi livr 

maaşla bir nəfər xəzinədar və beş yüz livr maaşla bir nəfər müfəttiş! 

Hələ Allah bilir, daha nələr! Bu, böyük bir dəlilikdir! Bu cür maaşlar 

vermək  bütün  Fransanı  tar-mar  etmək  deməkdir!  Luvr  sarayında 

toplanmış  bütün  qızıllar  bu  böyük  ocağın  üzərində  əriyib  qurtara 

bilər!  Bu  qızıllar  heç  çatmaz  da  və  biz  öz  qab-qacağımızı  satmağa 

məcbur olarıq, gələn il isə cənab Allah və həzrət Məryəm bizə ömür 

verərsə  (o,  bu  sözləri  söylərkən  şlyapasını  bir  qədər  qaldırdı),  biz 

qalay kasalarda su içməyə məcbur olacağıq! 

O, bu sözləri söylərkən masanın üstündəki gümüş piyaləyə nəzər 

saldı, sonra yenə sözünə davam edərək dedi: 

-

 



Bəli, cənab Olivye, kral və imperator kimi böyük hökmdarlar 

öz saraylarında bu qədər zinət və ehtişama yol verməməlidirlər, çünki 

bu  dəbdəbə  bütün  ölkəyə  yayıla  bilər.  Bunu  yaxşı  yadında  saxla, 

Olivye!  Bizim  xərclərimiz  gündən-günə  artır  və  bu  bizim  heç 

xoşumuza gəlmir. Doğrudan da, heç belə şey olar? 1479-cu ilə qədər 

bizim xərclərimiz 36 min livrdən artıq deyildi. 1480-ci ildə isə xərclər 

qırx üç min altı yüz on doqquz livrə çatdı, mən bu rəqəmi çox yaxşı 

yadımda saxlamışam, 1481-ci ildə isə - 66 min 680 livrə çatdı, bu il 

isə çox ehtimal ki, bu rəqəm 80 min livr olacaq. Demək, xərclər dörd 

ilin ərzində iki dəfə artmışdır! Bu, dəhşətli bir şeydir, Olivye! 

O, bir qədər dayandı, nəfəsini dərdi, sonra yenə həyəcanla sözünə 

davam etdi: 

-

 

Ətrafımda  yalnız  mənim  arıqlamağımın  hesabına  kökələn 



adamları  görürəm.  Siz  mənim  pullarımı  vücudumun  bütün  məsa- 

mələrindən sorub çıxarırsınız! 

Hamı  susurdu.  Bu,  elə  bir  tutmaydı  ki,  axırını  gözləmək  lazım 

idi. O davam etdi: 

-

 

Bu,  mənim  yadıma  Fransa  feodallarının  latın  dilində  mənə 



ərizə  yazaraq,  xəzinənin,  onların  zənniycə,  öz  boynuna  götürməli 

olduğu  xərcləri  yenidən  bərpa  etməsini  istəmələrini  salır.  Əcəb 

tələbdir! Heç başa düşmək istəyən yoxdur ki, bu xərclər bizim 

738 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə