Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə256/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   252   253   254   255   256   257   258   259   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Belə de, - XI Lüdovik gülümsəyərək dedi və öz yerinə qayıtdı. 

- Yox, onlar hələ burada yalnız hakimin əleyhinə üsyan edirlər. 

Bu zaman Olivye iki pajla birlikdə otağa daxil oldu. Pajlar kralın 

paltarını  gətirmişdilər.  Lakin  bir  şey  kralı  təəccübləndirdi.  Onların 

yanında  Paris  hakimi  ilə  şəhər  qarovulunun  rəisi  də  vardı.  Hər  ikisi 

qorxmuş  kimi  görünürdü.  Kinli  bərbər  də  qorxmuşdu.  Ancaq  eyni 

zamanda, bir qədər məmnun idi. 

-

 

Əlahəzrət,  üzr  istəyirəm,  -  o,  sözə  başladı,  -  bəd  xəbər  gətir-



diyimə görə məni bağışlayın. 

Kral  ona  doğru  elə  sürətlə  döndü  ki,  kreslosunun  ayağı  döşə- 

mədəki xalını cırdı. 

-

 



Sən bununla nə demək istəyirsən? 

Olivye  sarsıdıcı  zərbə  endirmək  fürsəti  əldə  etdiyindən  sevinən 

kinli bir adam görünüşüylə davam etdi: 

-

 



Əlahəzrət, xalq üsyanı heç də Paris hakiminin əleyhinə deyil. 

-

 



Bəs kimin əleyhinədir? 

-

 



Sizin əleyhinizə, əlahəzrət. 

Qoca kral kreslodan sıçradı və cavan adam kimi dimdik durdu. 

-

 

İzah  edin,  Olivye,  izah  edin!  -  o  bağırdı.  -  Başını,  bədənini 



möhkəm saxla, kirvəcik, and içirəm müqəddəs Loo xaçına, əgər mənə 

yalan  söyləmiş  olsan,  qraf  Lüksemburqun  başını  kəsən  qılınc  hələ 

kütləşməmişdir. 

Bu  qorxunc  və  məsum  bir  and  idi:  XI  Lüdovik  ömründə  yalnız 

iki dəfə müqəddəs Loo xaçına and içmişdi. 

-

 



Əlahəzrət... - Olivye dedi. 

-

 



Diz çök! - Kral bağırdı. - Tristan, bu adamı qoru! 

Olivye diz çökdü və laqeydcəsinə dedi: 

-

 

Əlahəzrət, məsələ belədir. Sizin məhkəməniz bir cadugər qıza 



ölüm hökmü çıxarmışdır. Bu qız Notr-Dam kilsəsinə sığınmışdı, indi 

isə  xalq  onu  zorla  oradan  çıxarmaq  istəyir.  Cənab  hakimlə  cənab 

şəhər  qarovulu  rəisi  buradadır;  yalan  söyləyirəmsə,  onlar  mənim 

yalanımı  rədd  edə  bilərlər.  Xalq  Notr-Dam  kilsəsini  mühasirə 

etmişdir. 

Kral sapsarı saraldı və kinindən titrəyərək bağırdı: 

-

 

Belə,  demək,  onlar  Notr-Dam  kilsəsini  mühasirə  etmişlər, 



məlunlar! Olivye, ayağa dur. Sən haqlısan. Mən səni Simon Rade- nin 

yerinə  təyin  edirəm.  Sən  haqlısan,  üsyan  mənim  əleyhimədir. 

Cadugər məbədin mühafizəsi altında, məbəd isə mənim mühafizəm 

760 


downloaded from KitabYurdu.org


altındadır.  Mən  belə  zənn  edirdim  ki,  məsələ  hakimin  üzərindədir. 

Yox, artıq məsələnin mənim hökmranlığıma aid olduğu aydındır. 

Kral hirsindən xəstəliyini belə  yadından çıxararaq iri addımlarla 

otağın  içində  gəzinməyə  başladı.  Artıq  o  gülmürdü:  artıq  o  qorxunc 

idi,  oyan-buyana  gəzişirdi;  tülkü  dönüb  kaftar  olmuşdu;  sanki,  o, 

kinin şiddətindən boğulur, dodaqları bir səs belə çıxarmadan titrəyir, 

zəif  əlləri  əsəbiliklə  sıxılırdı.  Birdən  başını  qaldırdı,  batıq  gözləri 

parıldadı və ucadan bağırdı: 

-

 

Onları  məhv  edin,  Tristan!  Bu  məlunları  məhv  edin!  Onlara 



aman vermə, dostum Tristan. 

Kral  hiddətləndikdən  sonra  yenə  öz  kreslosuna  əyləşdi  və  bir 

qədər təmkinlə dedi: 

-

 



Qulaq as, Tristan! Burada, Bastiliyada vikont Jifin üç yüz atlısı 

var:  bu  atlıları  özünlə  götür.  Bundan  başqa,  burada  kapitan  de 

Şatoperin  nişançı  alayı  var,  onu  da  apararsan.  Sən  -  dəmirçilər 

emalatxanasının  başçısısan:  dəmirçiləri  də  topla.  Sen-Pol  sarayında 

Dofin  qarovulundan  qırx  nişançı  var,  onları  da  götür  və  bütün  bu 

qüvvələrlə  bu  saat  Notr-Dam  kilsəsinə  get.  Cənab  şəhərlilər,  siz 

Fransa tactaxtına, müqəddəs kilsəyə hücum etməyə, asayişi pozmağa 

cəsarət edirsiniz! Tristan, onları qır, yalnız dar ağacına layiq olanlara 

aman ver! 

-

 



Baş  üstə,  əlahəzrət,  -  Tristan  təzim  edərək  dedi.  Sonra  bir  az 

susub əlavə etdi: - Bəs qaraçı qızı nə edək, əlahəzrət? 

-

 

Bəli, bəli, qaraçı qız! - kral düşünməyə başladı. - Cənab d’Es- 



tutvill, xalq onu nə etmək istəyir? 

-

 



Əlahəzrət, - hakim cavab verdi, - zənnimcə xalq onu kilsədən 

çıxarmaq  istəyirsə,  demək,  qıza  cəza  verilmədiyi  üçün  özünü  təhqir 

olunmuş sayır və onu asmaq istəyir. 

Kral bir qədər düşündü və sonra Tristana dedi: 

-

 

Yaxşı, kirvə, sən əvvəlcə xalqa yaxşıca cəza ver, sonra cadugər 



qızı asarsan. 

-

 



Bax,  bu  gözəl  işdir,  -  Rim  Kopenolun  qulağına  pıçıldadı,  - 

əvvəlcə xalqa cəza vermək, sonra isə onun arzusunu yerinə yetirmək. 

-

 

Baş  üstə,  əlahəzrət,  -  Tristan  cavab  verdi.  -  Bəs  cadugər  kil-



sədə olsa, sığınacağa baxmayaraq, oradan çıxaraq? 

-

 



Pasxaya  and  olsun!  Bu  sığınacaq da...  -  Kral  qulağının  ardını 

qaşıyaraq dedi. - Hər halda, bu qadın asılmalıdır. 

761 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bu sözləri deyərkən ağlına gözəl bir fikir gəlmiş kimi mehrabın 



qarşısında diz çökdü, şlyapasını çıxarıb kreslosunun üstünə qoydu və 

əllərini  köksünə  qoyaraq  abid  nəzərləriylə  Məryəmin  surətinə  baxdı 

və dedi: 

-

 



Məni  əfv  et,  ya  Məryəm,  məni  əfv  et!  Mən  bunu  yalnız  bir 

dəfə  edəcəyəm.  Hər  halda,  caniyə  cəza  verilməlidir.  Əgər  bu  qız 

cadu-  gərdirsə,  o,  sənin  himayənə  layiq  deyildir.  Bir  çox  olduqca 

dindar  padşahların  belə  Allah  xətrinə  və  dövlətin  şərəfinə  kilsələrin 

imtiyazlarını  pozduqlarını  sən  də  bilirsən.  İngiltərə  yepiskopu 

müqəddəs  Hüq  öz  kilsəsindən  rəmmalı  çıxarmaq  üçün  kral  Eduarda 

icazə vermişdi. Mənim ulu babam və ağam müqəddəs Lüdovik yenə 

eyni  məqsədlə  müqəddəs  Pavel  kilsəsinin  imtiyazlarını,  Yerusəlim 

kralının  oğlu  Prins  Alfons  da  yenə  həmin  məqsədlə  Tanrı  tabutu 

məbədinin  toxunulmazlığını  pozmuşdu.  Müqəddəs  Məryəm,  bu 

dəfəlik  məni  bağışla.  Mən  bir  daha  belə  şey  etmərəm  və  Eküistdə 

sənin  adına  tikilmiş  kilsəyə,  keçənilki  kimi  bu  il  də  qiymətli  gümüş 

bir heykəl bağışlayacağam. Amin! 

Sonra xaç çəkdi, ayağa durdu, şlyapasını geydi və Tristana dedi: 

-

 

Kirvə, tez ol. Kapitan de Şatoperi özünlə apar. Əmr et, xəbər 



versinlər,  bu  köpək  uşağını  tapdala  və  cadugəri  dar  ağacından  as. 

Anladınmı? Edama aid olan bütün əmrləri özün ver, bunun hesabatını 

özün mənə verərsən. Çox yaxşı, indi isə, Olivye, üzümü qırx, mən bu 

gecə yatmayacağam. 

Tristan  təzim  etdi  və  otaqdan  çıxdı.  Sonra  kral  işarə  ilə  Kope- 

nolla Rimin getməsinə icazə verərək dedi: 

-

 

Allah sizi qorusun, dostlarım, cənab flamandriyalılar, gedin bir 



qədər istirahət edin, artıq çox gecdir, səhərə yaxındır. 

Kopenol Bastiliya komendantı ilə birlikdə öz otağına qayıdarkən 

Giyom Rimə dedi: 

-

 



Hm!  Bu  öskürən  kral  məni  boğaza  yığdı.  Mən  Burqundiya 

Karlını sərxoş görmüşəm, ancaq o, bu xəstə XI Lüdovik kimi qəzəbli 

deyildi. 

-

 



Bilirsiniz,  Jak,  -  Rim  cavab  verdi,  -  kral  şərabı  dərmandan 

şirindir. 

762 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə