Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə253/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   249   250   251   252   253   254   255   256   ...   272

şairəm,  mənim  kimi  adamlar  isə,  adətən,  gecələr  küçələrdə  dolaşır. 

Mən  də  bu  axşam  tamamilə  təsadüfi  olaraq  buradan  keçirdim,  məni 

nahaq  yerə  tutublar.  Mənim  bu  qarışıqlıqla  heç  bir  əlaqəm  yoxdur. 

Əlahəzrət  özü  gördü  ki,  bir  az  əwəl  danışdırılan  quldur  məni  heç 

tanımadı. Mən əlahəzrətdən rica edirəm... 

-

 



Sus, - içdiyi arağa ara verərək dedi, - mənim bu cəfəngiyatdan 

başım hərlənir. 

-

 

Əlahəzrət,  bunu  da  asmaq  olarmı?  -  Tristan  barmağıyla 



Qrenquan göstərərək soruşdu. 

Bu, onun söylədiyi ilk söz idi. Kral laqeydcəsinə cavab verdi: 

-

 

Mümkündür, mənim heç bir etirazım yoxdur. 



-

 

Ancaq mənim etirazım var! - Qrenquar bağırdı. 



Filosof  həmin  dəqiqə  gömgöy  göyərmişdi.  Kralın  soyuq  və 

laqeyd  simasından  yalnız  son  dərəcə  patetik  bir  şeylə  xilas  ola 

biləcəyini  anlamışdı.  XI  Luinin  ayaqlarına  yıxılaraq  müdhiş  əda  və 

hərəkətlə bağırdı: 

-

 

Əlahəzrət, lütfən, mənə qulaq asın! Əlahəzrət, belə boş şeylər 



üçün mənə hiddətlənməyin! Tanrı həzrətləri öz ildınmıyla kiçicik bir 

bitkini  məhv  etməz.  Əlahəzrət,  siz  qüdrətli  və  böyük  bir  hökmdar-

sınız!  Buz  parçası  qığılcım  saça  bilmədiyi  kimi,  üsyan  qaldırmaq 

iqtidarı  olmayan  zavallı  və  namuslu  adama  rəhm  edin!  Ey  böyük 

hökmdar,  alicənablıq  aslanlara  və  hökmdarlara  məxsusdur!  Təəssüf 

ki, sərtlik yalnız fikirləri qarışdırır. Fırtınanın şiddətli rüzgarı yolçunu 

öz  bürüncəyinə  daha  möhkəm  büründürdüyü  halda,  günəş  öz  isti 

şüalarıyla  bu  yolçunu  köynəyinə  qədər  soyunmağa  məcbur  edər. 

Əlahəzrət, siz də bir günəşsiniz. Ey mərhəmətli hökmdarım, sizə and 

içirəm ki, mən nə sərsəriyəm, nə oğruyam, nə də qulduram, üsyan və 

quldurluq Apollonun xasiyyətlərindən deyildir. Hər halda, mən üsyan 

və  ixtişaşlann  gurladığı  buludlara  çıxmaram,  mən  siz  əlahəzrətin 

sadiq həndəsiyəm. Sadiq bəndə isə öz padşahının şöhrətinə və şəninə 

ərin  öz  arvadının  namusuna  və  oğulun  atasının  yaxşı  adına  hörmət 

etdiyi  kimi  baxmalıdır.  O,  özünü  qurban  verməli,  özünün  padşahın 

yolunda parça-parça doğranmasına razı olmalıdır. Onun heç bir başqa 

ehtirası  olmamalıdır.  Hər  halda,  əlahəzrət,  mənim  etiqadım  belədir. 

Odur ki siz məni üsyançı və qarətçi zənn etməyin. Yalnız sürtukumun 

dirsəkləri  yırtıq  olduğundan  məndən  şübhələnməyin.  Əlahəzrət,  siz 

məni bağışlasanız, diz üstə çöküb, gecə-gündüz sizin bu yaxşılığınız 

üçün dua edərəm. Mən təəssüf 

751 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

ki,  çox  da  zəngin  deyiləm,  mən  hətta  bir  qədər  yoxsulam,  lakin  bu, 



qətiyyən  mənim  pis  adam  olmağım  deyil.  Bəli,  yoxsul  olmağıma 

özüm müqəssirəm. Hər kəs bilir ki, yaxşı və xeyirli işlərlə daş ev tik-

mək, kitablardan kürk tikdirmək mümkün deyil. Taxılı vəkillər yeyir, 

başqa elm adamlarına isə yalnız küləş qalır. Filosofların yırtıq bürün- 

cəkləri  haqqında  o  qədər  lətifə  var  ki.  Ah,  əlahəzrət,  mərhəmət  və 

şəfqət - böyük bir qəlbi nurlandırmaq iqtidarında olan yeganə işıqdır! 

Mərhəmət  -  bütün  xeyirli  işlər  üçün  mənbədir!  O  olmasaydı,  bütün 

başqa  fəzilətlər  gözləri  görməyə-görməyə  Allah  axtaran  korlara 

bənzəyərdilər.  Təbəələri  onun  sayəsində  padşahlara  məhəbbət 

bəsləyir.  Məhəbbət  isə  kralın  ən  gözəl  mühafizəsidir.  Həm  də 

əlahəzrət,  yer  üzündə  bir  nəfər  artıq  zavallı  adamın,  taleyin  zülmlə- 

rilə  çarpışan  məsum  bir  filosofun  yaşamasından  siz  nə  itirirsiniz? 

Onun  cibləri  də  mədəsi  kimi  bomboşdur!  Bundan  başqa,  əlahəzrət, 

mən ədəbiyyatla da məşğul oluram, ədəbiyyata himayə göstərmək isə 

-  böyük  padşahların  tacında  əlavə  bir  incidir.  Apollon  muzanın 

himayədarı  titulundan  qətiyyən  çəkinməzdi.  Matvey  Korvin  riyaziy-

yatçıların zinəti olan Jan de Monroyalı himayə edirdi. Lakin ədibləri 

dar  ağacından  asmağa  başlayarlarsa,  buna  ədəbiyyat  himayəçiliyi 

adını vermək olarmı? Böyük İskəndər Aristoteli asmağı əmr etsəydi, 

bu, onun üçün ləkə olmazdımı? Bu, üzü qismən gözəlləşdirən balaca 

bir  xal  deyil,  onu  daha  da  bərbad  və  çirkin  hala  salan  çiban  olardı. 

Əlahəzrət,  mən  nəcabətli  Dofin  cənablarıyla  Flandriya  şahzadəsinin 

izdivacı haqqında olduqca geniş bir mənzumə yazmışam. Məgər bunu 

edən  adam  üsyan  qaldırmaq  qabiliyyətində  ola  bilərmi?  Əlahəzrət, 

nəzərə  alın  ki,  mən  adi  bir  ədib  deyiləm,  mənim  ciddi  ölməz  əsər-

lərim,  qeyri-adi  natiqlik  istedadım  var.  Əlahəzrət,  rəhm  edin!  Siz 

bununla  həzrəti-Məryəmə  xoş  gələn  bir  iş  görmüş  olarsınız.  And 

içirəm ki, bu ölüm məni çox qorxudur. 

Zavallı Qrenquar bu acınacaqlı sözləri söylərkən kralın çəkmə-

lərini yalayırdı, Giyom Rim isə Kopenolun qulağına deyirdi: 

-

 

O, kralın ayağına düşməkdə çox yaxşı iş görür. Kritli Yupiter 



kimi bəzi padşahların qulaqları ayağındadır. 

Corabçı isə Kritli Yupiteri vecinə almayaraq gözlərini Qrenquar- 

dan ayırmadan gülümsəyə-gülümsəyə cavab verdi: 

-

 



Ah, necə də xoşdur, mənə elə gəlir ki, məndən əfv diləyən 

kansler Qüqonu yenidən eşidirəm. 

752 

downloaded from KitabYurdu.org




Nəhayət,  Qrenquar  tövşüyərək  və  bütün  vücuduyla  titrəyərək 

dayandı, gözlərini kralın üzünə dikdi; kral isə o danışdıqca dırnağıyla 

şalvarının  üstünə  düşən  mum  ləkəsini  təmizləyirdi.  Sonra  bir  söz 

demədən  acı  içkisindən  bir  qədəh  də  içdi.  Bu  sükut  zavallı  Qren- 

quarın qəlbini sıxırdı. Nəhayət, kral onun üzünə baxdı. 

-Çox zəhlətökən boşboğazdır! - dedi. Sonra Tristana tərəf dönüb 

dedi:- Ey, onu buraxın getsin! 

Qrenquar sevincindən özündən getdi. 

-Buraxaq! - Tristan mırıldandı. - Əlahəzrət, bəlkə, onu bir qədər 

bizim qəfəsdə saxlayaq? 

-

 

Kum  Tristan,  -  XI  Lüdovik  cavab  verdi,  -  sən  nə  danışırsan, 



biz üç yüz altmış yeddi livr səkkiz su yarım qiymətində olan qəfəsləri 

bu cür sarsaqlar üçün tikirik? Bu sərsərini bu saat buraxın və dalına 

da yaxşı bir təpik vurun. 

-

 



Oho! - Qrenquar bağırdı. - Böyük kral buna deyərəm. 

Sonra  kralın  öz  əmrini  geriyə  götürə  biləcəyindən  qorxaraq 

Trista- 

nın  xeyli  hiddətlə  açdığı  qapıya  doğru  cumdu.  Əsgərlər  onunla 

birlikdə  otaqdan  çıxdılar.  Onu  arxasından  yumruqlaya-yumruqlaya 

itələyirdilər.  Qrenquar  bütün  bu  əziyyətlərə  həqiqi  stoik-filosof  kimi 

tab gətirirdi. 

Kral  Paris  hakimi  əleyhinə  üsyan  qalxması  xəbərini  eşidəndən 

sonra  xeyli  məmnun  olmuşdu  və  ona  xas  olmayan  bu  mərhəmət  də 

məmnuniyyətindən  irəli  gəlirdi.  Halbuki  Tristan  dişindən  ovu  qopa-

rılmış köpək kimi acıqlı-acıqlı baxırdı. 

Kral barmaqlarıyla kreslosunun kənarında şən-şən Pont-Ode- mer 

marşını çalırdı. 

O,  riyakarlığın  sirlərini  bilsə  də,  sevincinə  nisbətən  qayğılannı 

daha  yaxşı  gizlədə  bilirdi.  Bəzən  xoş  xəbər  eşidəndə  son  dərəcə 

sevinirdi.  Məsələn,  Cəsur  Karlın  ölümünü  eşidəndə,  olduqca  xəsis 

olmasına  baxmayaraq,  Turdakı  müqəddəs  Martin  kilsəsinə  gümüş 

bamnaqlıq  bağışlamış,  taxta  çıxdıqda  isə  atasının  dəfni  ilə  məşğul 

olmağı unutmuşdu. 

-

 



Əlahəzrət,  -  Birdən  Jak  Kuaktye  ona  dedi,  -  siz  məni  bərk 

xəstə olduğunuz üçün yanınıza çağırımsınız. İndi halınız necədir? 

-

 

Oy,  -  kral  zarıdı,  -  mən,  həqiqətən,  bərk  xəstəyəm,  dəhşətli 



ağrılarım var. Qulaqlarımda nəsə guruldayır, köksümü isə, sanki, odlu 

şanayla didirlər. 

Kuaktye  kralın  biləyindən  tutub  ciddi  görkəmdə  onun  nəbzini 

yoxlamağa başladı: 

753 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə