Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə250/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   246   247   248   249   250   251   252   253   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

XI Lüdovik asta addımlarla qutunun ətrafında gəzişərək diqqətlə 



ona tamaşa etdiyi halda Olivye hündürdən oxuyurdu: 

-

 



“Qalın dirəklərdən, tor və dəmirlərdən hazırlanmış doqquz fut 

uzunluğunda,  səkkiz  fut  enində  və  yeddi  fut  hündürlüyündə  olan  bu 

qutu  qalın  dəmir  təbəqəylə  əhatə  olunmuşdur.  Bastilyanın  Sent- 

Antuan  qüllələrindən  birində  olan  bu  qəfəsdə  mərhəmətli  kralımızın 

əmrilə  əvvəllər  köhnə  və  yarıuçuq  qəfəsdə  olan  bir  məhbus  saxla-

nılırdı. Yeni qəfəsə - hər birinin uzunluğu 12 fut olan 96 üfüqi dirək, 

52  perpendikulyar  dirək  sərf  edilmişdir;  bu  dirəkləri  yonmaq,  rən- 

dələmək və hamarlamaq üçün iyirmi gün ərzində...” 

-

 

Pis palıd deyil, - Kral yumruğuyla dirəklərə vuraraq dedi. 



Olivye davam etdi: 

-

 



“...Bundan başqa həmin qəfəsə iki yüz iyirmi dəmir təbəqə sərf 

edilmişdir.  Hər  bir  təbəqənin  doqquz  və  səkkiz  fut  uzunluğu  var. 

Gödək  dəmir  təbəqələr,  qurşaqlar,  həncamalar,  rəzələr  bu  hesaba 

daxil  deyildir.  Cəmi  3735  girvənkə  dəmir  sərf  edilmişdir;  bundan 

başqa  həmin  qəfəsi  döşəməyə  bərkitmək  üçün  səkkiz  ədəd  böyük 

dəmir halqa, dəmir mıxçalar sərf edilmişdir; bunların da ağırlığı 218 

girvənkə  olmuşdur;  bundan  başqa,  həmin  qutunun  yerləşdiyi  otağın 

qapılarını və pəncərələrini pərdiləmək üçün və başqa bəzi dəmir işləri 

üçün...” 

Kral dedi: 

-

 

Yüngül bir ağlın qarşısını almaq üçün nə qədər dəmir sərf edil-



mişdir. 

“...Cəmisi 317 livr beş su yarım xərc edilmişdir...” 

-

 

Pasxaya and olsun! - kral səsləndi. 



O,  bu  sözləri  söyləyərkən  qəfəsin  içindəki  adamı  oyatdı;  onun 

zəncirləri daş döşəməyə dəyərək səsləndi. Sanki, qəbirdən çıxan zəif 

bir səs gəldi. Bu səs boğuq-boğuq inildəyərək dedi: 

-

 



Əlahəzrət!  Əlahəzrət!  Rəhm  edin!  -  Bu  sözləri  deyən  adam 

görünmürdü. 

-

 

tlç yüz on yeddi livr beş su yarım! - kral təkrar etdi. 



Qəfəsin içindən gələn zavallı səs Olivye də daxil olmaqla bura-

dakıların  hamısını  diksindirdi;  yalnız  kral  heç  bir  şey  eşitmir  kimi 

görünürdü. O, Olivyeyə oxumasını əmr edərək yenə qəfəsi yoxlamağa 

başladı. 

Olivyenin yeknəsəq səsi eşidilirdi: 

742 


downloaded from KitabYurdu.org


-

 

Bundan  başqa,  qəfəsin  yerləşdiyi  otağın  içinə  dəmir  atmaq 



üçün  dəlik  açan  bənnaya  -  bu  dəmirlər  olmasa,  döşəmə  qəfəsin 

ağırlığına tab gətirə bilməzdi - iyirmi yeddi livr on dörd su... 

Qəfəsin içindən yenə səs eşidildi: 

-

 



Əlahəzrət, rəhm edin! And içirəm ki, xəyanət edən mən deyi-

ləm, cənab Anjer kardinalıdır. 

-

 

Amma  bu  bənna  yaman  hiyləgər  adammış!  -  kral  dedi.  - 



Olh/ye, davam edin! 

-

 



“...Pəncərə  çərçivəsini,  taxtı,  ayaqyolu  oturacağını  və  başqa 

xırda şeyləri düzəltmək üçün xarrata iyirmi livr iki su...” 

-

 

Aman,  əlahəzrət,  yəni  siz  mənim  sözümə  qulaq  asmaq  istə-



mirsiniz? Sizi inandırıram ki, bu barədə Giyen hersoquna yazan mən 

yox, cənab kardinal Balyu olmuşdur! 

-

 

Amma xarrat da işi çox ucuz görməmişdir. Yaxşı, qurtardı?  - 



kral dedi. 

-

 



Hələ qurtarmayıb, əlahəzrət. “Həmin otağın pəncərələrinə şüşə 

salmaq üçün şüşəçiyə qırx səkkiz yarım Paris susu...” 

-

 

Rəhm  edin,  əlahəzrət!  Bütün  mülklərimin  məni  mühakimə 



edənlərə,  bütün  qab-qacağımın  cənab  Torsiyə,  kitabxanamın  Pyer 

Doriolüyə,  xalılarımın  Russilyon  valisinə  verilməsi  kifayət  deyil? 

Mən  heç  bir  şeydə  müqəssir  deyiləm,  budur,  on  dörd  ildir  ki,  dəmir 

qəfəsdə  çürüyürəm.  Əlahəzrət,  rəhm  edin,  Allah  sizə  bunun  əvəzini 

verər! 

-

 



Cəmi nə qədərdir, Olivye? 

-

 



üç yüz altmış yeddi livr səkkiz su çərək. 

-

 



Müqəddəs Məryəm!  - kral bağırdı, - bu qəfəs nə yaman baha 

oturdu? 


O, bu sözləri deyib Olivyenin əlindəki dəftəri qapdı, gah kağıza, 

gah  da  qəfəsə  baxaraq,  barmağıyla  hesablamağa  başladı.  Bu  zaman 

qəfəsin içindən məhbusun hıçqırıq səsi açıq-aydın eşidilirdi. Hıçqırıq 

səsi kralı əhatə edənlərə dərin və sarsıdıcı təsir bağışladığından onlar 

sapsarı saralmışdılar. 

-

 



Əlahəzrət, düz on dörd ildir! Düz on dörd il! 1469-cu ilin aprel 

ayından bəridir! Sizi həzrəti-Məryəmə and verirəm, mənə qulaq asın! 

Siz  bu  on  dörd  il  ərzində  günəş  işığından  feyz  almısınız,  lakin  mən, 

mən  zavallı  bu  işığı  bir  daha  görə  biləcəyəmmi!?  Aman  verin, 

əlahəzrət!  Mərhəmətli  olun!  Mərhəmət  və  şəfqət  -  hökmdarların 

zinətidir. Əlahəzrət, siz elə zənn edirsiniz ki, insan ölüm ayağında 

743 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

olanda  yer  üzündə  heç  bir  təhqiri  cəzasız  qoymadığı  üçün  özünə 



təsəlli  verə biləcək? Padşahım, sizə and içirəm ki,  mən  sizə xəyanət 

etməmişəm,  sizə  Anjer  kardinalı  xəyanət  etmişdir.  Mənim  ayaq-

larımdakı  qandallar  və  dəmir  kündələr  həddindən  artıq  ağırdır.  Əla-

həzrət, rəhm edin! 

-

 

Olivye, - kral başını yırğalayaraq dedi, - zənnimcə, əhəng tor-



basını  mənim  üçün  iyirmi  suya  hesablamışlar,  halbuki  onun  qiyməti 

on iki sudur. Hesabı düzəldin. 

Sonra  arxasını  qəfəsə  doğru  çevirdi  və  qapıya  doğru  yönəldi. 

Zavallı məhbus işığın və addım səslərinin uzaqlaşdığını eşidib kralın 

getdiyini zənn edərək böyük ümidsizlik içində bağırdı: 

-

 



Əlahəzrət! Əlahəzrət! 

Lakin qapı örtüldü, otaq dərin qaranlığa daldı. Onun qulaqlarına 

yalnız ara-sıra zümzümə edən keşikçinin xırıltılı səsi gəlirdi. 

Kral dinməz-söyləməz  iş kabinəsinə qalxdı, məiyyəti  isə zavallı 

məhbusun iniltilərinin ağır təsiri altında onun arxasınca getdi. 

Birdən XI Lüdovik Bastiliya komendantından soruşdu: 

-

 

Deyəsən, qəfəsin içində kimsə vardı? 



-

 

Elədir, əlahəzrət, - komendant bu sualdan heyrətlənərək cavab 



verdi. 

-

 



Kim idi o? 

-

 



Verden yepiskopu. 

Kral bunu hamıdan yaxşı bilirdi. Lakin bu, onun qəribə xasiyyət-

lərindən biri idi. 

-

 



Hə, hə, - bunu yenicə xatırlayırmış kimi sadəlövhcəsinə dedi. - 

Kardinal! Balinin dostu! Amma bu yepiskop çox yaxşı oğlandır! 

Bir  neçə  dəqiqə  sonra kralın  iş otağının  qapısı  bu  fəslin  başlan-

ğıcında  oxucunun  gördüyü  həmin  beş  nəfərin  üzünə  açıldı,  onlar 

girdikdən sonra yenə də bağlandı. Bu şəxslər yenə öz əvvəlki  yerlə-

rini tutaraq astadan söhbətlərinə davam etdilər. 

Kral burada olmayanda masasının üzərinə bir neçə möhürlü zərf 

qoyulmuşdu.  O,  zərfləri  açdı.  Sonra  bu  kağızları  bir-bir  nəzərdən 

keçirərək,  yanında,  güman  ki,  katib  işləyən  Olivyeyə  işarə  edərək 

masanın üzərindəki qələmi göstərdi və məktubların  məzmununu ona 

bildirmədən  məktublara  cavab  yazdırmağa  başladı.  Olivye  isə 

oturmağa  cəsarət  etməyərək  masanın  bir  küncündə  olduqca  narahat 

bir vəziyyətdə, diz üstə dayanıb kralın söylədiklərini yazırdı. 

744 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə