Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə247/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   243   244   245   246   247   248   249   250   ...   272

Kvazimodo sağ əlilə, dinməz-söyləməz Janın bütün yaraq-əsləhə- sini 

-  qılıncını,  xəncərini,  qolçaqlannı,  zirehlərini,  dəbilqəsini  çıxardı.  O, 

qozun  qabığını  soyan  meymuna  bənzəyirdi.  Tələbənin  dəmir  qınını 

soyub döşəməyə atdı. 

Jan özünü silahsız, çılpaq, zəif və bu qorxunc əllərin ixtiyarında 

gördükdə  bu  kar  eybəcərlə  danışmağa  belə  cəhd  etmədi,  o  yalnız 

gözlərini  onun  üzünə  dikib  gülməyə  və  on  altı  yaşındakı  qayğısız 

uşaq  cəsarətilə  o  zamanlar  olduqca  məşhur  olan  şərqini  oxumağa 

başladı: 

Dəbdəbəli geyinmiş, yaxşıca kökəlmişdi 

Gözəl şəhər Kambre. 

Marafen onu lüm-lüt soyundurdu... 

Lakin  Kvazimodo  ona  mahnısını  başa  vurmağa  imkan  vermədi. 

O sıçrayıb qalereyanın üzərinə çıxdı, bir əlilə tələbənin ayaqlarından 

tutaraq onu uçurumun üzərində silkələdi. Sonra boğuq bir səs eşidildi

sanki,  sür-sümük  torbasını  divara  çırpdılar.  Yuxarıdan  bir  şey  uçdu; 

zəng  qülləsinin,  təxminən,  üçdəbiri  yüksəkliyində  olan  çıxıntılardan 

birinə  ilişib  dayandı;  divardan  başı  partlamış,  qol-qıçı  sındırılmış, 

ruhsuz və cansız bir meyit asılmışdı. 

Quldurların arasından dəhşətli bağırtı eşidildi. 

-

 

İntiqam! - Klopen bağırdı. 



-

 

Dağıdın  kilsəni!  -  avaralar  onun  səsinə  səs  verdilər.  -  Haydı 



hücuma! 

Sonra müxtəlif şivələrin, tələffüzlərin, ləhcələrin bir-birinə qarış-

dığı  gurultulu  səs-küy  başladı.  Bədbəxt  tələbənin  ölümü  avaraları 

hiddətləndirmişdi. Avaralar, eyni zamanda, uzun müddət bir qozbelin 

əlində  aciz  qalmalarından  utanırdılar.  Yeni  nərdivanlar  tapdılar, 

məşəlləri yandırdılar və bir neçə dəqiqədən sonra özünü itirmiş Kva-

zimodo  müdhiş  bir  qarışqa  sürüsünün  kilsənin  divarlarına  dırmaş-

dığını  gördü.  Nərdivan  tapmayanlar  düyünlü  kəndir  bağlayıb  dırma-

şırdılar;  düyünlü  kəndir  tapmayanlar  isə  heykəllərdən  və  qabaqlann- 

dakı  adamların  ətəklərindən  yapışaraq  dırmaşırdılar.  Getdikcə  daha 

yüksəklərə  qalxan  bu  qorxunc  axının  qarşısında  dayanmaq  mümkün 

deyildi.  Vəhşi  gözlər  hiddətdən  parlayırdı.  Bütün  bu  qorxunc  güruh 

Kvazimodoya doğru dırmaşırdı, sanki, bu kilsəni başqa bir kilsə işğal 

etdiyi üçün öz iblislərini, divlərini, əjdahalarını, ən qorxunc və 

733 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

fantastik  heykəllərini  müharibəyə  göndərmişdi.  Sanki,  canlı  divlər 



kilsənin fasadındakı daş divləri basıb keçirdi. 

Kilsənin  qarşısındakı  meydanı  minlərcə  məşəl  işıqlandırırdı. 

İndiyə  qədər  qaranlığa  qərq  olmuş  bu  qarışıq  və  intizamsız  səhnə 

birdən-birə  işıqlandı,  bütün  meydan  göy  üzündə  əks  olunan  qırmızı 

şəfəq  kimi  alovlanaraq  yandı.  Yuxarı  meydançada  qalanmış  ocaq 

yanaraq  şəhəri  işıqlandırırdı;  Paris  divarları  üzərində  yüksələn  iki 

zəng  qülləsinin  siluetləri  bu  aydınlıqda  iki  böyük  kölgə  kimi  görü-

nürdü.  Sanki,  artıq  şəhər  də  kilsənin  yanındakı  hadisəyə  əhəmiyyət 

verməyə başlamışdı; hər halda, hər bir tərəfdən zəng səsləri eşidilirdi. 

Quldurlar  tövşüyə-tövşüyə  və  söyüş  söyərək  yuxarı  dırmaşırdılar, 

Kvazimodo  isə  artıq  bu  böyük  qüvvə  qarşısında  aciz  qaldığını 

anlayaraq  getdikcə  qalereyaya  yaxınlaşan  qəzəbli  simaları  gördükcə 

qaraçı  qızın  taleyi  üçün  qorxur,  göylərdən  bir  möcüzə  diləyir  və 

ümidsizcəsinə barmaqlarını şaqqıldadırdı. 



KRAL XI LÜDOVİKİN İBADƏTXANASI 

Oxucunun xatirindədirsə, Kvazimodo quldur dəstəsini gördükdən 

bir az əvvəl zəng qülləsindən Parisi seyr edərkən bütün şəhərdə yalnız 

bir  yerdə  işıq  yandığını  görmüşdü.  Bu  işıq  Sent-Antuan  qapılarının 

yaxınlığında  yüksələn  uca  və  qaranlıq  binanın  ön  və  üst  mər-

təbəsindəki pəncərədən gəlirdi. Bu bina Bastiliya idi; yanan işıqsa XI 

Lüdovikin şamı idi. 

Kral XI  Lüdovik, doğrudan da, iki gün idi ki, Parisdə idi və iki 

gündən  sonra  yenidən  öz  istehkamlı  qəsri  Montil-Le-Tura  getmək 

niyyətindəydi.  O,  ümumiyyətlə,  əziz  şəhəri  Parisdə  yalnız  ara-sıra, 

həm də qısa müddətə görünərdi. Onun Parisə bu qədər qısa müddətə 

gəlməsinə  səbəb  şəhərdə  lazımi  sayda  gizli  yolun,  dar  ağacının  və 

Şotlandiya nişançılarının olmaması idi. 

Kral  bu  gecəni  Bastiliyada  keçirmək  niyyətində  idi.  Luvr  sara-

yındakı  iyirmi  heyvan  və  otuz  peyğəmbər  heykəllərilə  bəzədilmiş 

otuz  kvadrat  fut  genişliyində  böyük  buxarılı  geniş yataq  otağı  və on 

bir fut uzunluğunda böyük çarpayı onun ürəyinə yatmırdı. O, bütün 

734 


downloaded from KitabYurdu.org


bu  ehtişam  içində  özünü  itirmişdi.  Ciddi  şəhərli  zövqünə  malik  kral 

Bastiliyanın kiçik otağına və yatağına üstünlük verirdi. Bundan başqa

Bastiliya Luvr sarayına nisbətən daha möhkəm qorunurdu. 

Kralın bu məşhur həbsxanada seçdiyi bu “otaq” xeyli geniş idi və 

qəsrin qülləsindəki ən üst mərtəbədə yerləşirdi. Otaq dairəvi formada 

idi,  divarlanndan  panldayan  küləşdən  toxunmuş  xalçalar  asılmış, 

tavanın  dirəkləri  qızıl  suyuna  çəkilmiş  qalay  rəngli  zanbaqlarla 

bəzədilmişdi.  Dirəklərin  arası  açıq  rəngdə  boyanmışdı  və  avripiq- 

ment  ilə  indiqodan  alınan  parlaq  yaşıl  rənglə  boyanmış  tavana  ağ 

dəmirdən xonçalar vurulmuşdu. 

Otağın  bircə  dənə  şişbucaqlı  pəncərəsi  vardı;  pəncərənin  dəmir 

zolaqlı  məftil  toru  vardı.  Ancaq  pəncərənin  rəngli  şüşələrində  22  su 

qiymətinə olan kral və kraliça gerbləri təsvir olduğundan içəriyə çox 

az işıq düşürdü. Bu otağın qapısı da bir idi; alçaq və yarımgirdə for-

malı qapıya içəridən mahud, bayırdan isə İrlandiya ağacı çəkilmişdi; 

bu  qapı  hələ  150  il  bundan  əvvəl  köhnə  evlərdə  təsadüf  edilən  incə 

xarrat  işlərindən  idi.  Soval  onlardan  kədərlə  bəhs  edərək  deyir:  “Bu 

qapılar binanı çirkin və yöndəmsiz göstərsə də, bizim qocalar ondan 

aynlmaq  istəmir,  bütün  məzəmmətlərə  baxmayaraq,  onları  mühafizə 

edirlər”. 

Ancaq  bu  otaqda  o  zaman  istifadə  olunan  oturacaqlara,  kres-

lolara, girdə, ya dördbucaqlı masalara, ibadət üçün incə sütunlu gözəl 

mehrablara  təsadüf  etmək  olmazdı.  Burada  ən  çox  diqqəti  cəlb  edən 

şey qatlama kreslo idi ki, olduqca zərif işlənmiş dəstəkləri vardı. Bu 

kreslo  taxtadan  düzəldilmiş,  arxasındakı  qırmızı  fon  üzərinə  gül 

şəkilləri  çəkilmişdi;  kreslonun  oturacaq  yerinə  qırmızı  Kordova 

meşini  çəkilmiş,  ətrafına  ulduzlu  mıxçalarla  bərkidilmiş  uzun  ipək 

saçaq asılmışdı. Otaqda bu kreslodan başqa kreslo yox idi, bundan da 

belə  nəticə  çıxarmaq  olardı  ki,  burada  yalnız  bir  şəxsin  oturmağa 

haqqı  vardı.  Kreslo  ilə  pəncərə  arasında  bir  masa  vardı;  masanın 

üstünə  quş  naxışlı  xalça  sərilmişdi.  Masanın  üzərində  mürəkkəbə 

bulaşmış  dəri  pribor,  bir  neçə  perqament  parçası,  bir  neçə  qələm  və 

üstü  naxışlı  gümüş  bir  piyalə  vardı.  Bir  az  o  tərəfdə  -  kiçicik  bir 

çuqun  soba,  olduqca  sadə  bir  ibadətgah,  nəhayət,  otağın  lap  dal 

tərəfində  sarı-qırmızı  ipək  yorğanlı,  yumru  balınclı,  güləbətinsiz, 

saçaqsız sadə bir çarpayı vardı. XI Luiyə  yuxu gətirən, yaxud yuxu- 

suzluğuna səbəb olan bu tarixi çarpayını iki yüz il bundan əvvələdək 

735 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə