Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə244/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   240   241   242   243   244   245   246   247   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Hücum  edənlər  gah  kilsəyə,  gah  da  yuxarıdan  düşmüş  şalbana 



baxa-baxa qapıya yaxınlaşmağa ehtiyat edirdilər. 

-

 



Kilsəni dağıdaq, dağıdaq! - Onlar təkrar edirdilər. 

Şalban  hərəkətsiz  halda  uzanmış,  kilsə  isə  sakit  və  əzəmətlə 

dayanmışdı. 

Quldurlar  bu  vəziyyətdən  qorxuya  düşməyə 

başlamışdılar. 

-

 



Ey,  çilingərlər,  işə  başlayın!  Qapıları  sındırın!  -  Klopen 

bağırdı. 

Kimsə yerindən tərpənmədi. 

-

 



Lənətlər  olsun!  -Truyefu  deyirdi,  -  adınızı  kişi  qoymuşunuz, 

şalbandan qorxursunuz! 

Qoca çilingərlərdən biri Truyefuya dedi: 

-

 



Kapitan!  Məsələ  şalbanda  deyil,  məsələ  bundadır  ki,  bütün 

qapı  dəmir  parçalarından  düzəldilmişdir.  Bunların  qarşısında  bizim 

kəlbətinlərimiz acizdir. 

-

 



Bəs qapını sındırmaq üçün sizə nə lazımdır? 

-

 



Bunun üçün bizə yekə qoçbaşı lazımdır. 

Quldurbaşı  bu  sözləri  eşidər-eşitməz  yuxarıdan  düşmüş  şalbana 

doğru yüyürdü və ayağını onun üstünə qoyaraq bağırdı: 

-

 



Budur, budur sizin istədiyiniz qoçbaşı! Bunu sizə cənab kano- 

niklər özləri göndərmişdir! - Sonra kilsəyə doğru təzim etdi və əlavə 

etdi, - Ey, kanoniklər, çox sağ olun! 

Truyefunun bu hərəkəti öz təsirini göstərdi. Artıq şalban kimsəni 

qorxutmurdu. Quldur dəstəsi cəsarətləndi və az sonra iki yüz sağlam 

əlin tük kimi qaldırdığı ağır şalbanı var qüwələriylə möhkəm qapıya 

vurmağa  başladılar.  Yanan  bir  neçə  məşəlin  zəif  işığında  böyük 

şalban başını aşağı əymiş və daş nəhəngə hücum edən iki yüz ayaqlı 

böyük heyvana bənzəyirdi. 

Şalbanın  hər  bir  zərbəsiylə  dəmir  qapı  nəhəng  dəfin  çıxardığı 

səsə bənzər bir səs çıxarırdı; bununla belə, bütün kilsənin sarsılmasına 

və  boğuq  gurultunun  kilsənin  ən  uzaq  guşələrində  belə  əks 

olunmasına  baxmayaraq,  qapı  açılmadı.  Birdən  yuxarıdan  hücum 

edənlərin üzərinə iri daşlar dolu kimi yağmağa başladı. 

-

 

Lənət şeytana! - Jan bağırdı. - Yoxsa, bu qüllələr bizim üzəri-



mizə öz sürahilərini atmaq niyyətindədir! 

Hücum edənlər getdikcə qızışmağa başlamışdılar. Truyefu yepis-

kopun  müdafiəsinə  büsbütün  əmin  olduğundan  öz  dəstəsinə  ruh 

verirdi; sağdan və soldan hücum edənlərin üzərinə daşların yağmasına 

baxmayaraq, qapının üzərinə bir-birinin ardınca qüvvətli zərbələr 

724 


downloaded from KitabYurdu.org


endirilirdi.  Daşlar  ara-sıra,  tək-tək  düşürdü.  Bu  daşların  çoxu  sər-

sərilərin  başlarına  və  ayaqlarına  dəyirdi.  Hücum  edənlərin  ayaqları 

altında  çoxlu  ölü  və  qana  bulaşmış  yaralılar  vardı.  Hücum  edənlər 

getdikcə  daha  çox  özlərindən  çıxaraq  zərbələrini  qüvvətləndirirdilər. 

Böyük şalban zəng dili kimi qapıya çırpılır, yuxarıdan daş yağır, qapı 

isə cırıldayırdı. 

Yəqin  ki,  oxucu  kilsəni  mühasirəyə  alanlan  təngə  gətirmiş  bu 

gözlənilməz  müqavimətə  Kvazimodonun  səbəb  olduğunu  çoxdan 

anlamışdır.  Bədbəxtlikdən,  bizim  qocaq  qozbelə  təsadüf  yardım 

etmişdi. 

Kvazimodo  iki  qüllənin  arasındakı  meydançaya  endikdən  sonra 

bir  müddət  dəli  kimi  çaşqın  halda  oyan-buyana  yüyürməyə  başladı; 

kilsəyə  hücum  etməyə  hazırlaşan  quldur  dəstəsini  hələ  uzaqdan 

görəndə  nə  edəcəyini  bilmirdi.  Qaraçı  qızı  xilas  etmək  üçün  Allaha, 

yaxud  şeytana  yalvarırdı.  Bir  dəfə  cənub  qülləsinə  çıxıb,  zəngləri 

çalmaq  istədi.  Ancaq  zənglər  çalmağa  başlayanadək,  onun  sevimli 

Mariyası bir səs çıxaranadək quldurlar kilsənin qapısını on dəfə sın-

dıra bilərdilər. Bu vaxt çilingərlər öz alətləriylə qapıya yaxınlaşırdılar. 

Kvazimodo nə edə bilərdi? 

Bu zaman birdən həmin gün daşyonanların və bənnaların cənub 

qülləsində  təmir  işləri  gördüyü  Kvazimodonun  yadına  düşdü. 

Təbiətən çox da böyük istedada malik olmayan başına yaxşı bir fikir 

gəldi.  Divar  daşdan,  dam  sinkdən,  çatılar  isə  ağacdan  idi;  çatılar  da 

elə sıx idi ki, ona “meşə” deyirdilər. 

Kvazimodo özünü həmin qülləyə verdi. Qüllənin alt otaqlarında, 

doğrudan  da,  çoxlu  inşaat  materialları  vardı.  Burada  bir  yığın  daş-

kəsək,  qurğuşun  millər,  taxta,  doğranmış şalban,  çınqıl topaları  -  bir 

sözlə, böyük cəbbəxana vardı. 

Kəlbətinlər və çəkiclər kilsə qapısında öz işlərini gördükləri üçün 

artıq vaxt itirmək yaramazdı. Kvazimodo təhlükənin qorxusundan on 

dəfə  artmış  gücüylə  ən  uzun  və  ən  ağır  şalbanı  götürüb  bir  ucunu 

qüllənin  dəliyinə  soxdu,  o  biri  ucundan  tutub  aşağı  buraxdı.  Böyük 

şalban 160 flıtluq yüksəklikdən düşərkən bir neçə heykəli də qopardı, 

sürahiyə  dəydi,  küləyin  dəyirmandan  qopardığı  dəyirman  çarxı  kimi 

bir  neçə  dəfə  havada  fırlandı.  Nəhayət,  yerə  çatdı.  Dəhşətli  bağırtı 

eşidildi və qara şalban böyük, qara ilan kimi meydanda dığırlandı. 

Kvazimodo  dayandığı  yerdən  gördü  ki,  şalban  yerə  düşəndə 

quldurlar uşağın üfürdüyü kül kimi dörd tərəfə dağıldılar. Onlar 

725 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

göydən  düşən  böyük  şalbana  vahimə  içində  baxaraq  qapının  üstün-



dəki övliya heykəllərinə ox və qırma yağdırdıqları zaman Kvazimodo 

onların qorxmasından istifadə edib bənnaların qülləyə daşıdıqları daş 

yığınlarını,  alət  torbalarını  şalbanı  aşırdığı  sürahinin  kənarına 

toplamağa  başladı.  Onlar  yenidən  qapını  sındırmağa  başladıqda 

üzərlərinə daş yağmağa başladı. Avaralar kilsənin başlarına uçduğunu 

zənn edirdilər. 

Bu  zaman  Kvazimodonun  sifətinə  baxan  olsaydı  qorxudan  dəh-

şətə  gələrdi.  Kvazimodo  daş  topalarını  sürahinin  yanına  toplamaqla 

kifayətlənməyərək meydançaya başqa şeylər də topladı və sürahilərin 

daşı qurtardıqca yığdığı daşlardan atmağa başladı. O, qəribə cəldliklə 

əyilib-qalxırdı.  Onun  böyük  başı  sürahinin  arasından  görünür,  sonra 

daşları  bir-bir  aşağı  yağdırmağa  başlayırdı.  Ara-sıra  öz  yeganə gözü 

ilə  böyük  bir  daşın  düşməsinə  baxırdı.  Daş  hədəfə  çatanda 

Kvazimodo sevincindən nərə çəkirdi. 

Bununla  belə,  hücum  edənlər  yorulmadan  çalışırdılar.  Artıq 

dəmir qapı yüzlərcə əlin vurduğu böyük şalbanın zərbələrindən iyirmi 

yerdən çatlamışdı. Taxtalar səslənir, heykəllər darmadağın olub ətrafa 

səpələnir,  qapının  rəzələri  hər  zərbədə  yerindən  oynayır,  dəmir- 

ləşmiş taxta didilib çilik-çilik olurdu. Ancaq Kvazimodonun xoşbəxt-

liyindən qapının dəmiri taxtasından daha çox idi. 

Buna  baxmayaraq,  Kvazimodo  böyük  qapının  sarsılmağa  baş-

ladığını hiss edirdi. O, şalban zərbələrinin səsini eşidə bilməsə də, bu 

zərbələr özünü kilsənin divarlarında və onun bədənində aydınca hiss 

etdirirdi.  Kvazimodo  yuxarıdan  qızışmış,  müvəffəqiyyət  qazana-

caqlarına  əmin  olan  quldurların  yumruqlarını  kilsənin  qaranlıq  diva-

rına doğru qaldıraraq təhdid etdiklərini görürdü. O, nə qaraçı qızın, nə 

də  özünün  bu  xariqüladə  gurultudan  qorxaraq  başı  üzərində  dəstə-

dəstə uçan bayquşlar kimi qanadı olmadığına hirslənirdi. 

Kvazimodonun  yağdırdığı  daş  yağışı  hücum  edənləri  dəf  etmək 

üçün  kifayət  deyildi.  Bundan  təşvişə  düşən  Kvazimodo  dayandığı 

sürahidən azca aşağıda iki böyük daş nov gördü; novların ucu böyük 

qapının  üzərində,  üst  tərəfi  isə  onun  dayandığı  meydançada  idi. 

Kvazimodonun  ağlına  yeni  bir  fikir  gəldi.  O,  tələsik  daxmasına 

yüyürüb oradan bir qucaq küləş gətirdi, küləşə bir yığın talaşa və bir 

neçə kirəmit bağladı, sonra düzəltdiyi “top  mərmilərini” nova soxub 

fənərinin oduyla yandırdı. 

726 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə