Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə245/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   241   242   243   244   245   246   247   248   ...   272

Bu  hazırlıqları  gördüyü  zaman  daş  yağmuru  kəsildiyindən  artıq 

hücum  edənlər  yuxarıya  baxmırdılar.  Çöl  donuzunu  öz  yuvasında 

ovlayan bir dəstə ovçu tulası kimi tövşüyə-tövşüyə şalbanın sayəsində 

artıq xeyli zədələnmiş, lakin hələ də dözən böyük qapının qarşısında 

toplaşmışdılar.  Quldurlar  səbirsizliklə  son  və  qəti  zərbəni 

gözləyirdilər.  Bu  zərbəylə  artıq  qapı  sındınlmalı  idi.  Hamısı  qapı 

yıxılar- yıxılmaz tez bu zəngin kilsəyə, üç əsrdən bəri çoxlu qiymətli 

şeylərin  daxil  olduğu  bu  xəzinəyə  girmək  üçün  özünü  qabağa 

soxurdu.  Onlar  sevinclə  və  həris  nərələrlə  bir-birinə  sanballı  gümüş 

xaçları,  zəngin  və  qiymətli  kilsə  geyimlərini,  məzar  bəzəklərini, 

balkonlardakı  qiymətli  şeyləri,  şamdanları,  qəndilləri,  qiymətli 

kasaları, altun və almazdan düzəldilmiş parlaq qabları xatırladırdılar. 

Şübhəsiz, indi bu igidlər qaraçı qızı xilas etməkdən çox kilsəni qarət 

etməyi  düşünürdülər.  Hətta  onu  da  fərz  edə  bilərik  ki,  əgər 

qarətçilərin bəhanəyə ehtiyacı vardısa, demək olar ki, bir çoxları üçün 

Esmeralda yalnız bəhanə idi. 

Onlar nəfəslərini saxlayıb əzələlərini gərginləşdirərək son zərbəni 

vurmaq  niyyətilə  şalbanın  ətrafına  toplaşdıqda  birdən  dəhşətli  bir 

zarıltı eşidildi. Bu səs onların üstünə şalban düşdüyü zaman eşidilən 

səsdən  daha  müdhiş  idi.  Sağ  qalanlar  və  ağrıdan  bağırma-  yanlar 

yuxarıya  baxdılar:  yuxarıdan  adamların  başına  iki  qaynar  qurğuşun 

seli  axırdı.  Avaraların  arasında  qaynar  suyun  qarın  üzərində  əmələ 

gətirdiyi  qara  deşik  kimi  iki  iri  deşik  əmələ  gəlmiş,  bədənləri 

yanmışdı; ağndan bar-bar bağıran, can verən çoxlu adam vardı. Bu iki 

müdhiş  şırnaqdan  sıçrayan  zərrələr  hücum  edənlərin  üzərinə  saçılır, 

dəmir vint kimi beyinlərini dəlirdi. Bədbəxtlərin başına dolu kimi od 

yağırdı. 

Yenə  müdhiş  iniltilər  və  bağırtılar  başladı;  hücum  edənlər  ağır 

şalbanı ölülərin və can verənlərin üstünə atıb, ətrafa  yayıldılar. Qor-

xaqlar da, cəsarətlilər də qaçırdı. Meydan ikinci dəfə boşaldı. 

Hamı gözünü zəng qülləsinin təpəsinə dikmişdi. Orada fövqəladə 

bir  mənzərə  canlanırdı.  Ən  üst  qalereyada,  mərkəzdəki  girdə 

pəncərənin  üstündə,  iki  qüllənin  arasından  səmaya  doğru  böyük  bir 

alov  ucalırdı.  Bu  alov  minlərcə  qığılcım  saçan  çılğın  və  müdhiş  bir 

alov  idi.  Külək  onun  odlu  dillərini  ətrafa  yayırdı.  Qırmızı  işığın 

göründüyü  qaranlıq  qalereyadan  bir  az  aşağıdakı  iki  nov  ağızlarını 

qorxunc divlər kimi açaraq od püskürürdülər. Bu od yağışının parıltısı 

göyün qaranlıq fonunda gümüşü rəngə çalırdı. Bu iki ərimiş qurğuşun 

seli 

727 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yerə  yaxınlaşdıqca  susəpənin  yüzlərcə  deşiyindən  tökülən  su  kimi 



dərzə bənzəyirdi. Atəş selinin üzərində isə iki böyük qüllə vardı; biri 

qırmızı,  o  biri  qara;  bu  qüllələr  göy  üzünə  saldıqları  kölgədən  daha 

yüksəkdə görünürdülər. Qüllələrin üzərindəki iblis və əjdaha heykəl-

ləri  onun  dəhşətli  görünüşünü  daha  da  artırır,  sanki,  alovun  işığında 

hərəkət  edirdilər;  burada,  sanki,  qəhqəhələrlə  gülən  ilan  ağızlan, 

hürən  köpək  başları,  ocağı  üfürən  kərtənkələlər,  tüstüdən  asqıran 

əjdahalar  vardı.  Yatdığı  dərin  yuxudan  gurultu  və  alovlarla  oyanmış 

və  yenidən  hərəkətsiz  qalan  bütün  bu  eybəcərlərin  arasında  hərəkət 

edən yalnız bir eybəcər vardı ki, onun kölgəsi şam qarşısında görünən 

xortdan kölgəsi kimi ara-sıra alovun aydınlığında qımıldayırdı. 

Bu  qəribə  mayak,  ehtimal  ki,  Bisetr  təpələrindəki  odunçuları 

oyatmışdı. Onlar, şübhəsiz, Notr-Dam kilsəsinin qaranlığa qərq olmuş 

qüllələrindən saçılan bu işığa dəhşətlə baxırdılar. 

Quldurlar  dəhşət  içində  susurdular;  bu  sükut  ara-sıra  yanan 

tövlədəki  atlardan  kişnərtisi,  açılıb-bağlanan  pəncərələrin  tappıltısı, 

əlillər  binasında  əmələ  gəlmiş  qarışıqlıq,  alovun  və  yanğının  guyul- 

tusu, yaralıların iniltisi, səkinin üzərinə yayılan qurğuşunlu yağışın və 

monastıra qapanmış qorxmuş kanoniklərin səsilə pozulurdu. 

Quldur  dəstəsinin  başçıları  isə  madam  Qondelorye  evinin  ala-

qapısı  altında  gizlənərək,  orada  hərbi  şura  qurmuşdular.  Qaraçılar 

hersoqu  kürsünün  üstündə  əyləşib  yerdən  200  fut  hündürlükdə 

alovlanan  fantastik  ocağa  dəhşətlə  baxırdı;  Klopen  Truyefu  hiddə-

tindən əllərini gəmirirdi. 

-

 



Kilsəyə  daxil  olmaq  heç  mümkün  deyil!  -  O,  mırıldanaraq 

dedi. 


Qoca qaraçı Matias Xunqadi Spikali də mırıldanırdı: 

-

 



Kilsə deyil ki, qoca cadugərdir! 

-

 



Papanın  bığlarına  and  içirəm,  -  vaxtilə  hərbi  qulluqda  olmuş 

yaşlı  adam  dedi,  -  kilsənin  novları  ərimiş  qurğuşunu  adamın  başına 

Lektur qalasından heç də pis tökmür. 

Qaraçılar hersoqu bağırdı: 

-

 

Alovun qarşısında hərəkət edən o iblisi görürsünüz? 



-

 

Lənət şeytana, - Klopen cavab verdi, - bu ki məlun zəngça- lan 



Kvazimododur! 

Qaraçı başını yırğaladı: 

-

 

Mən sizə dedim axı, bu şeytandır, istehkam iblisidir. O, silah-



lanmış aslan başlı əsgərə bənzəyir. Bəzən özünü idbar ata minmiş 

728 


downloaded from KitabYurdu.org


kimi  göstərir.  Sonra  insanları  daşa  döndərib  onlardan  qüllələr  tikir. 

Onun tabeliyində əlli legion var. Buna heç bir şübhə ola bilməz ki, bu 

odur. Mən onu dərhal tanıdım. O, bəzən türklər kimi ulduzlu parçadan 

tikilmiş gözəl paltar geyir. 

-

 

Bəs Belvin de l’Etual haradadır? - Klopen soruşdu. 



-

 

Onu öldürüblər, - qaraçı qızlardan biri cavab verdi. 



-

 

Demək,  Notr-Dam  kilsəsi  xəstəxananın  işini  çoxaldacaqdır,  - 



Andre Leruz axmaqcasına gülərək dedi. 

-

 



Yəni bu qapını sındırmaq heç cür mümkün deyil?! - Tun kralı 

ayağını yerə vuraraq bağırdı. 

Qaraçılar  hersoqu  məyus  halda  ərimiş  qurğuşunu  göstərdi. 

Qurğuşun yenə də divarın qara fasadıyla aşağıya axır və öz arxasınca 

iki ədəd uzun və parlaq iz buraxırdı. 

-

 



Bəli,  kilsələrin  özlərini  müdafiə  etməsinə  dair  belə  hallar 

əvvəllər də olub. - Tun kralı ah çəkərək dedi. - Məsələn, İstanbuldakı 

Aya-  sofya  qırx  il  bundan  əvvəl  üç  dəfə  dalbadal  qübbələrini 

silkələyərək Məhəmmədin ayparasını yerə atmışdı. Bu kilsəni tikmiş 

Paris  yepiskopu  Gilyom  isə  cadugər  imiş.  Yəni  biz  buradan  əliboş 

gedəcəyik.  Bu  cübbəli  canavarların  bacımızı  sabah  asmasına  yol 

verəcəyik? 

-

 



Həm də bu qədər qızıl-gümüşü əldən verməliyik! - Təssüf ki, 

adını bilmədiyimiz quldurlardan biri əlavə etdi. - Gəlin bir də sınayaq, 

- quldur təklif etdi. 

Matias Xunqadi başını yırğaladı. 

-

 

Qapıdan girə bilməyəcəyik. Başqa bir yol axtarmalıyıq. Zirzə-



midən, dəlikdən, lağımdan-filandan bir şey tapmalıyıq. 

-

 



Kim bunu istəyir? - Klopen cavab verdi. - Mən ora qayıdıram. 

Yaxşı  yadıma  düşdü,  bəs  təpədən-dırnağa  silahlanmış  tələbə  Jan 

hardadır? 

-

 



Yəqin ki, öldürülmüşdür, - biri cavab verdi, - hər halda, onun 

qəhqəhəsi eşidilmir. 

-

 

Heyif,  -  Tun  kralı  qaşlarını  çatıb  dedi,  -  mənə  elə  gəlir  ki,  o, 



qorxaqlardan deyildi. Bəs Pyer Qrenquar hanı? 

-

 



Qrenquar,  cənab  kapitan  Klopen,  biz  Sərraflar  körpüsünə 

çatar- çatmaz qaçıb getdi, - Andre Leruj cavab verdi. 

Klopen ayağını yerə vuraraq bağırdı: 

-

 



Vay  sarsaq!  Özü  bizi  qızışdırdı,  işə  gəldikdə  qaçıb  gizləndi. 

Yaramaz boşboğaz! Cırıq qadın ayaqqabısı! 

729 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə