Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə246/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   242   243   244   245   246   247   248   249   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Andre, Papert küçəsinə doğru baxaraq bağırdı: 



-

 

Kapitan, baxın, bizim tələbəni görürsünüz! 



-

 

Əhsən  Plutona!  -  Klopen  qışqırdı.  -  Bəs  onun  sürüyə-sürüyə 



gətirdiyi nədir?.. 

Həqiqətən,  bu  Jan  idi;  ağır  cəngavər  yaraq-əsləhəsinin  və  arxa-

sınca  sürüdüyü  uzun  nərdivanın  verdiyi  imkana  görə  qaça-qaça 

gəlirdi; o, nərdivanla birlikdə, özündən iyirmi dəfə uzun çöpü sürük-

ləyən qarışqaya bənzəyirdi. 

-

 



Qələbə bizimdir! Şükür Allaha! - Sabiq tələbə bağırırdı. - Mən 

Sen-Landri körpüsündən yük boşaldanların nərdivanını oğurlamışam! 

-

 

Oğlum,  bu  nərdivan  sənin  nəyinə  lazımdır?  -  Klopen  ona 



yaxınlaşaraq soruşdu: 

-

 



Budur!  -  Jan  təngnəfəs  halda  dedi.  -  Mən  onun  harada  oldu-

ğunu  bilirdim:  o,  ali  məhkəmənin  müavininin  sarayındaydı.  Orada 

mənim  tanış  bir  qızım  yaşayır,  o,  kupidon  kimi  gözəldir.  Bu  qızla 

çoxdan tanış olduğumuz üçün ona müraciət etdim və onun köməyilə 

bu nərdivanı ələ keçirdim. Məhəmmədə and olsun! Biçarə, qapını tək 

köynəkdə gəlib açdı. 

-

 

Çox  gözəl,  -  Klopen  dedi.  -  Bəs  bu  nərdivan  sənin  nəyinə 



gərəkdir? 

Jan  özündən  razı  halda  onun  üzünə  baxdı  və  barmaqlarıyla 

çırtma  çaldı.  Bu  anda  Janın  əzəmətli  görünüşü  vardı.  Başına  biçim- 

siz şanaları ilə düşməni qorxudan XV əsrin qorxunc  dəbilqələrindən 

birini geymişdi. Janın dəbilqəsi on ədəd dəmir dimdiklə bəzədilmişdi. 

Beləliklə,  o,  Homerin  Nestor  gəmisilə  rəqabətə  girişərək  onun  qor-

xunc “on dimdikli” ləqəbini tələb edə bilərdi. 

-

 



Əlahəzrət  hökmdar,  deyirsiniz,  bu,  mənim  nəyimə  lazımdır? 

Bəs siz üç qapının üzərindəki axmaq heykəlləri görmürsünüz? 

-

 

Hə, görürəm, nə olsun? 



-

 

Bu heykəllər Fransa krallarınındır. 



-

 

Yaxşı, bunun mənə nə dəxli var? - Klopen soruşdu. 



-

 

Bir az səbir edin. Bu qalereyanın sonunda bir qapı var; bu qapı 



da  həmişə  yalnız  cəftəylə  bağlanır.  Mən  bu  nərdivanla  qalereyaya 

çıxaram, oradan isə kilsənin içinə girərəm! 

-

 

Bu çox ağıllı işdir, övladım! Ancaq qoy birinci mən çıxım! 



-

 

Yox, əzizim! Nərdivan mənimdir. Siz məndən sonra çıxa bilər-



siniz. 

730 


downloaded from KitabYurdu.org


-

 

Səni  şeytan  aparsın,  -  Klopen  donquldandı.  -  Mən  ikinci  çıx-



maq istəmirəm! 

-

 



Onda get özünə nərdivan axtar. 

Jan  bu  sözləri  deyib  nərdivanı  meydanla  sürüyərək  bağırdı: 

“Haydı dostlar, ardımca!” 

Nərdivan bir dəqiqənin içində qaldınlaraq yan qapılardan birinin 

üzərindəki  alt  qalereyanın  sürahisinə  söykədildi.  Quldurlar  bağırışa-

bağırışa  hamısı  birdən  çıxmaq  istəyirdi.  Lakin  Jan  öz  hüququnu 

mətanətlə  müdafiə  edərək  nərdivana  birinci  dırmaşmağa  başladı.  Bu 

dırmaşma xeyli uzun sürdü. Fransa krallarının qalereyası baş qapıdan 

60  fut  yuxandaydı,  artırmanın  on  bir  pilləsi  onu  daha  da  ucaldırdı. 

Jana  ağır  yaraq-əsləhəsi  mane  olduğundan  o,  bir  əlilə  nərdivanın 

pillələrindən  yapışaraq  o  biri  əlilə  silahını  tutub  yavaş-  yavaş 

dırmaşırdı.  Nərdivanın,  təxminən,  yansına  çatdıqda  artırmanın 

pillələri üzərində qalmış meyitləri qissə ilə süzdü. 

-

 



Təəssüf! - Öz-özünə dedi. - Bu meyit  yığını  İliadanın beşinci 

nəğməsinə  layiqdir.  -  Sonra  yenə  dırmaşmağa  başladı,  onun  ardınca 

bir  neçə  avara  qalxırdı.  Hər  pillədə  bir  avara  vardı.  Aşağıdan  bu 

dalğalanan zirehli bellərə baxanda onlar qaranlıqda kilsəyə dırmaşan 

polad  qabıqlı  ilana  bənzəyirdilər;  fit  çala-çala,  hamıdan  qabaqda 

dırmaşan Jan isə bu illüziyanı tamamlayırdı. 

Nəhayət,  tələbə  qalereyanın  sürahisinə  çatdı  və  heç  bir  çətinlik 

çəkmədən sürahini aşdı. Avaralar bərkdən əl çalaraq onu alqışladılar. 

Yenilməz  bir  qalanı  fəth  etdikdən  sonra  yenicə  sevinə-sevinə 

bağırmaq  istəyirdi  ki,  birdən  daş  kimi  yerində  donaraq  dayandı:  o, 

kral  heykəllərinin  arxasında  gizlənmiş  və  gözü  vəhşi  heyvan  gözü 

kimi  parlayan  Kvazimodonu  gördü.  Hücum  edənlərin  ikincisi  addı-

mını  qalereyaya  basar-basmaz  qorxunc  qozbel  nərdivana  doğru  sıç-

radı,  heç  bir  söz  demədən  qüvvətli  əlləriylə  nərdivanın  ucundan 

yapışdı  və  üstündəki  quldurların  dəhşətli  bağırtılarına  baxmayaraq, 

nərdivanı  divardan ayırdı, sonra pillələri  insanla dolu  olan uzun nər-

divanı xariqüladə bir qüvvətlə meydanın ortasına fırlatdı. Ən sərt və 

cəsur adamlann belə sarsıla biləcəyi dəqiqəydi. İtələnmiş nərdivan bir 

saniyə dümdüz dayandı, sonra yerində silkələndi, nəhayət, radiusu 80 

futdan az olmayan müdhiş bir əyri xətt cızaraq üzərindəki quldurlarla 

bərabər  səkinin  üzərinə  aşdı.  Bu  hadisə  zənciri  qırılmış  asma 

körpünün düşməsindən də böyük sürətlə baş verdi. Dəhşətli 

731 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI

 

KLASSİKLƏRİ



 

bağırtı  eşidildi,  sonra  bütün  məşəllər  birdən-birə  söndü,  meyit  qala-

ğının arasıyla bir neçə yaralı sürünməyə başladı. 

Hücum  edənlərin  ilk  zəfər  bağırtılarını  fəryadlar  və  ağrıdan 

doğan  haraylar  əvəz  etdi;  Kvazimodo  isə  heç  də  kefini  pozmadan 

dirsəklərini  barmaqlığın  üzərinə  dayayıb  ayaqları  altında  baş  verən 

hadisəni  seyr  edirdi;  o,  öz  görünüşüylə  qülləsinin  başından  dəf  edil-

miş düşmənin hücumunu seyr edən qoca, üz-gözünü tük basmış qəsr 

sahibinə bənzəyirdi. 

Jan Frollo olduqca böhranlı bir vəziyyətdə qalmışdı; o, yoldaşla-

rından büsbütün ayrılmış və qorxunc zəngçalanla qalereyada tək qal-

mışdı.  Bununla  belə,  o,  özünü  itirmədi  və  Kvazimodo  nərdivanla 

məşğul  olduğu  vaxt  qapısı  açıq  olar  deyə  özünü  zəng  qülləsinin 

pilləkəninə  doğru  atdı.  Lakin  o  yanılmışdı:  zəngçalan  qalereyaya 

çıxdıqdan sonra bu qapını bağlamışdı. O zaman Jan kral heykəllərinin 

birinin  arxasında  gizlənib  nəfəsini  belə  dərmədən  çaşqın  gözlərini 

qorxunc  qozbelin  üzünə  dikmişdi.  O,  heyvanxana  qarovulçusunun 

arvadıyla eşqbazlıq edən, bir axşam aşiqanə görüşə gedəndə, səhvən 

başqa  bir  hasardan  aşaraq  ağ  şimal  ayısı  ilə  üz-üzə  gələn  adama 

bənzəyirdi. 

Kar əvvəlcə ona heç bir əhəmiyyət vermirdi. Lakin boylanıb bax-

dıqda heykəlin arxasında gizlənmiş tələbəni gördü. Jan zəngçala- nın 

bu  saat  onun  üzərinə atılacağını  zənn edirdi, lakin  o,  yeganə gözünü 

gənc dəcəlin üzünə dikərək hərəkətsiz dayanmışdı. 

-  Yaxşı,  tay gözünü niyə  mənə dikmisən?  -  Jan soruşdu  və eyni 

zamanda  silahını  Kvazimodoya  doğru  qaldırmağa  başladı.  -  Kvazi-

modo, - o bağırdı, - bu saat mən sənin ləqəbini dəyişəcəm: artıq sənə 

təkgöz deyil, kor deyəcəklər. 

Jan  kamanı  çəkdi,  qanadlı  ox  havada  vıyıldayıb  qozbelin  sol 

qoluna  sancıldı.  Kvazimodo  boş  şeymiş  kimi  buna  əhəmiyyət  ver-

mədi.  O,  sol  qoluna  girmiş  oxu  sağ  əli  ilə  çıxarıb  sakitcə  dizində 

sındırdı.  Sonra  oxun  qırıqlarını  daş  döşəmənin  üzərinə  atdı,  daha 

doğrusu,  ox  parçaları  onun  əlindən  sürüşüb  düşdü.  Jan  ikinci  oxunu 

ata  bilmədi:  Kvazimodo  oxu  sındırdıqdan  sonra  fısıldadı,  iblis  kimi 

onun  üzərinə  atıldı.  Tələbənin  zirehli  geyimi  divara  dəyib  əzik-üzük 

oldu.  Sonra  qalereyadakı  yarımqaranlıqda,  məşəllərin  zəif  və  solğun 

işığında müdhiş bir səhnə başladı. 

Kvazimodo sol əlilə Janın hər iki əlindən yapışdı; Jan müqavimət 

göstərmək niyyətində deyildi: o artıq məhv olduğunu anlamışdı. 

732 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə