Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə249/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   245   246   247   248   249   250   251   252   ...   272

xəzinəmizi  tamamilə  yoxsullaşdıra  bilər!  Bəli,  bəli  cənab  baronlar! 

Siz  sübut  etməyə  çalışırsınız  ki,  biz  əsl  kral  deyilik!  Biz  sizə 

göstərərik, əsl kral necə olur! 

O,öz  əzəmətini  hiss  edərək  gülümsədi;  gülümsəyərkən  bir  az 

yüngülləşdi və flamandriyalılara bu sözləri söylədi: 

-

 



Cənab Rim, mənim sizə deyəcək bir sözüm var: bütün bu baş 

çörəkpaylayanlar, baş saqilər, ober-kamergerlər və eşikağalan mənim 

ən axınncı nökərim olmağa belə layiq deyillər. Bunu yaxşı yadınızda 

saxlayın, cənab Kopenol, onların bir quruşluq qiyməti yoxdur. Boş və 

mənasız  yerə kralın ətrafında veyllənən bu dörd yüksək saray adamı 

məhkəmə binasında böyük saatlann ətrafında dayanan və bir az əvvəl 

Filipp  Brilin  yenilədiyi  dörd  heykələ  bənzəyir.  Bu  heykəllər  qızıl 

suyu  ilə  boyanmış  olsa  da,  onların  saat  mexanizminə  heç  bir  dəxli 

yoxdur. Mexanizm onlar olmasa da, çox gözəl işləyə bilər. 

O, bir az düşündü, sonra qoca başını yırğalayaraq əlavə etdi: 

-

 

Yox,  dostum,  mən  Filipp  Brilin  yoluyla  getməyəcəyəm,  mən 



tanınmış vassalları qızıla tutmayacağam. Davam et, Olivye! 

Kralın müraciət etdiyi adam onun əlindən dəftərçəni aldı və yenə 

hündürdən oxumağa başladı: 

-

 



“...Möhür mühafizi nəzdində çalışan Adam Tenona Paris şəhə-

rinin  möhürlərini  zərb  etdiyi,  köhnə  möhürlər  tamamilə  silindikləri 

üçün işə yaramadığından buna yeni material sərf etdiyi üçün - on iki 

Paris livri”. 

“Gilyom Frerə Turnel qüllələrindəki iki ədəd göyərçinxanada bu 

ilin  yanvar,  fevral  və  mart  aylarında  göyərçinləri  saxladığı  və  bəs-

lədiyi üçün sərf etdiyi yeddi ölçü arpaya görə - 4 livr və 4 Paris susu”. 

“Fransiskan  rahibinə  bir  caninin  tövbəsini  qəbul  etdiyi  üçün  -  4 

Paris susu”. 

Kral sakitcə qulaq asaraq ara-sıra öskürür, piyaləni ağzına doğru 

aparır, bir udum içir və üzünü turşudurdu. 

-

 



“Keçən il məhkəmənin əmrilə Paris küçələrində boru çalınaraq 

əlli altı elan oxunmuşdu, bunların pulu hələ verilməyib”. 

“İstər  Parisdə,  istərsə  də  başqa  yerlərdə,  guya,  basdırılmış  xəzi-

nələri  tapmaq  üçün  yer  qazılmasına  -  onu  da  qeyd  etməliyik  ki, 

oralardan heç bir şey tapılmamışdır - qırx beş Paris livri”. 

-

 



Bir  su  tapmaq  üçün  bir  ekü  basdırmaq  buna  deyərlər.  -  kral 

dedi. 


739 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

“Turnel  qülləsindəki  dəmir  qəfəsə  altı  ədəd  ağ  şüşə  salmaq 

üçün - 13 su, kralın əmrilə  əlahəzrətin ad günü münasibətilə üstündə 

kral gerbi olan dörd ədəd qalxan hazırlanıb ətrafını çiçəklə bəzəmək 

üçün - 6 livr. Kralın əski kamzoluna iki ədəd yeni qol tikmək üçün - 

20 su. Kralın çəkmələrini  təmizləmək üçün bir qutu  yağa  -15 quruş. 

Kralın qara çoşqaları üçün yeni tövlə tikdirməyə - 30 Paris livri, kral 

şirləri üçün anbar tikdirməyə - 22 livr”. 

-

 

Bu  heyvanlar  xeyli  baha  başa  gəlir!  -  XI  Lüdovik  dedi.  - 



Ancaq, nə etməli? Kral şirsiz ola bilməz ki! Bu şirlərin içində sarı bir 

şir  var,  onun  oyunları  mənim  çox  xoşuma  gəlir.  Cənab  Giyom,  siz 

mənim şirimi görmüsünüz? Şirlər krala it əvəzinə, pələnglər isə pişik 

əvəzinə lazım olur. Böyük adamın - böyük də işi olmalıdır. Bütpərəs-

tlik zamanlarında xalq Yupiterə yüz öküz və yüz qoyun qurban gətir-

dikdə  padşahlar  ona  yüz  qartal  qurban  verərdilər.  Bu  çox  vəhşi  bir 

adət idi, lakin hər halda, gözəl bir şey idi! Fransa kralları hər zaman 

taxtlarının  ətrafındakı  bu  heyvanların  nərəsinə  qulaq  asmağı  sevər-

dilər.  Bundan  başqa,  ümidvaram  ki,  mənim  onlara  nisbətən  az  pul 

xərcləməyimə,  hər  halda,  haqq  verə  bilərlər.  Həm  də  bu  da  nəzərə 

alınmalıdır  ki,  mənim  şirlərim,  ayılarım,  fillərim  və  bəbirlərim  o 

qədər  də  çox  deyil.  Davam  edin,  Olivye!  Mən  yalnız  flamandriyalı 

dostlarımın diqqətini cəlb etmək niyyətində idim. 

Giyom  Rim  hörmətlə  təzim  etdi,  Kopenol  isə  qaşlarını  çatdı-

ğından kralın ayılarından birinə bənzəyirdi. Lakin kral piyaləni yenicə 

dodaqlarına yapışdırdığı üçün bunu görmədi və tüpürüb dedi: 

-

 

Tfu! Nə murdar içkidir! 



Olivye davam etdi: 

-

 



“Altı  ay  məhkəmə  qərarının  intizarıyla  həbsxanada saxlanmış 

bir avaranın xərci - altı livr dörd su”. 

-

 

Bu  nə  deməkdir!  -  kral  bağırdı.  -  Asılacaq  adama  çörək  ver-



mək! Pasxaya and içirəm ki, mən onun yeməyinə bir su belə vermə-

yəcəyəm! Olivye, bu xüsusda cənab d’Estutvill ilə danışın və elə bu 

gün həmin oğlanın dar ağacıyla kəbini kəsilsin! Davam edin! 

Olivye  “Avaranın  saxlanması”  maddəsinin  qarşısına  işarə  qoya-

raq davam etdi: 

-

 



“Baş  Paris  cəlladı  Anri  Kuzenə  Paris  hakimi  cənablarının 

əmrilə  alınmış  və  ölümə  məhkum  edilmiş  adamların  başını  kəsmək 

üçün istifadə edilən böyük enli qılıncı, onun qınını düzəltdirməyə və 

qraf 


740 

downloaded from KitabYurdu.org




Lüdovik  Lüksemburq  üzərində  ədalətin  bərqərar  olunması  zamanı 

korşalmış  köhnə  qılıncın  təmir  edilməsinə  yenə  Paris  hakiminin 

əmrilə altmış Paris susu...” 

-

 



Yetər!  -  kral  onun  sözünü  kəsdi.  -  Bu  maddəni  böyük  bir 

məmnuniyyətlə  təsdiq  edirəm.  Mən  belə  xərclərə  heç  vaxt  etiraz 

etmərəm. Mənim bu cür işlərə sərf edilən pula qətiyyən heyfim gəl-

məz. Davam et! 

-

 

“Hazırlanmış yeni böyük qəfəs üçün”... 



-

 

Aha!  -  Kral  dikələrək  iki  əlilə  kreslonun  yanlarından  yapışdı 



və  bağırdı.  -  Mən  Bastiliyaya  boş yerə  gəlmədiyimi  bilirdim.  Bir  az 

səbir  edin,  Olivye!  Mən  həmin  qəfəsi  görmək  istəyirəm,  qəfəsə 

baxanda  onun  qiymətini  mənə  söylərsiniz.  Cənab  flamandriyalılar, 

tamaşa etmək istəyirsiniz? Bu çox maraqlı bir şeydir! 

Kral müsahibinin qolundan tutaraq ayağa durdu, qapının ağzında 

lal  və  hərəkətsiz  dayanmış  adama  qabaqda  getməsini  işarəylə  əmr 

edərək,  flamandriyalıların  da  ardınca  gəlmələrini  tapşıraraq  otaqdan 

çıxdı. Qapıdan çıxdıqda dəstə bir az da böyüdü: zirehli və silahlı bir 

neçə adam və yola işıq salan bir neçə xidmətçi də bu dəstəyə qoşuldu. 

Onlar  bir  müddət  yüksək  və  qalın  divarların  arasıyla  müxtəlif 

pilləkənlərdən  və  koridorlardan  keçdilər;  hamıdan  qabaqda  gedən 

Bastiliya  komendantı  daim  öskürən  qoca  və  xəstə  kralın  qarşısında 

bütün qapıların açılmasını əmr edirdi. Hər bir alçaq qapıdan keçərkən 

qocalıqdan beli bükülmüş kraldan başqa hamı başını əyməyə məcbur 

olurdu. 

-

 



Bəli,  bəli,  -  kral  dişsiz  ağzını  şappıldadaraq  dedi,  -  mənə  elə 

gəlir ki, məzar qapısından girəndə də çətinlik çəkməyəcəyəm. 

Nəhayət,  son  qapıya  çatdılar;  bu  qapı  çoxlu  qıfılla  bağlandığın-

dan onlan açmaq düz on beş dəqiqə çəkdi; onlar sivri qübbəli geniş və 

hündür bir salona daxil oldular; salonun ortasında məşəllərin işığında 

daşdan,  dəmirdən  və  taxtadan  düzəldilmiş  içiboş  böyük  bir  kub 

gördülər.  Bu  kub  “kralın  qızcığazları”  adıyla  məşhur  olan  və  dövlət 

məhbusları üçün hazırlanmış qəfəslərdən biri idi. Qəfəsin divarlarında 

iki,  yaxud  üç  baca  açılmışdı.  Bacalara  qalın  dəmir  barmaqlıqlar 

vurulduğundan  onların  arasından  şüşəni  belə  görmək  mümkün 

deyildi.  Qapını  qəbir  üzərinə  qoyulan  daşa  bənzəyən  iri  bir  sal  daş 

əvəz  edirdi.  Bu  qapı  yalnız  bircə  dəfə  içəriyə  açılırdı.  Lakin  burada 

ölünü canlı adam əvəz edirdi. 

741 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə